Məhkəmə qərarları › İş №2(004)-634/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-634/2024

18.07.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-634/2024 18.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh3 nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə3, Cavabdeh "xxxx" MTK-nın nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Maraqlı şəxs2 ASC, Maraqlı şəxs1 ASC, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti maraqlı şəxslər qismində cəlb edilməklə cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Lerik rayon Dövlət Notariat ofisi, Astara rayon Dövlət Notariat ofisi, Cavabdeh1, "xxxx" MTK-ya qarşı ümumi birgə mülkiyyətdə olan daşınar və daşınmaz əmlaklara, habelə pul vəsaitlərinə münasibətdə payın müəyyən edilməsi, cehiz əmlakların geri alınması, mənzil tikinti müqaviləsinin, maliyyə arayışının, ipotekaya qoyulmağa razılıq verilməsinə dair ərizələrin, kredit, ipoteka müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Maraqlı şəxs2 ASC, Maraqlı şəxs1 ASC, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti maraqlı şəxslər qismində cəlb edilməklə cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Lerik rayon Dövlət Notariat ofisi, Astara rayon Dövlət Notariat ofisi, Cavabdeh1, "xxxx" MTK-ya qarşı ümumi birgə mülkiyyətdə olan daşınar və daşınmaz əmlaklara, habelə pul vəsaitlərinə münasibətdə payın müəyyən edilməsi, cehiz əmlakların geri alınması, mənzil tikinti müqaviləsinin, maliyyə arayışının, ipotekaya qoyulmağa razılıq verilməsinə dair ərizələrin, kredit, ipoteka müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəməyə barışıq sazişi təqdim edərək, məhkəmədən barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə1 barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 və onun nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə3 barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 barışıq sazişinin təsdiq edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MTK-nın nümayəndəsi X2 barışıq sazişinin təsdiq edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə digər tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və barışıq sazişini araşdırıb hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli, mülki iş üzrə icraata xitam verilməli və tərəflərə Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Belə ki, İddiaçı ilə Cavabdeh6 arasında bağlanmış barışıq sazişinə əsasən tərəflər aşağıdakı məzmunda olan barışıq sazişini imzalamışlar:

1. Tərəflər razılaşırlar ki, Cavabdeh3 birgə nikah dövründə əldə edilmiş və hazırda İddiaçı adında qeydiyyatdan keçən ünvan 1 ünvanında yerləşən mənzildə ½ hissədə pay hüququndan İddiaçı Möhübət qızının xeyrinə imtina edir, gələcəkdə həmin mənzil ilə bağlı İddiaçı qarşı heç bir tələb irəli sürməyəcəkdir.

2. Cavabdeh3 6 ay ərzində İddiaçı Möhübət qızına 100000 (yüz min manat) məbləğində pul vəsaitini və ya həmin müddət ərzində Bakı şəhəri Xətai rayon Əhmədli qəsəbəsində yeni tikili binalardan birində 100 kvadrat metr sahəyə malik 3 otaqlı mənzil almağı öz öhdəsinə götürür.

3. İddiaçı Bakı şəhəri Yasamal rayon məhkəməsinin icraatında olan 2(004)-634/2024 saylı mülki iş üzrə bütün cavabdehlərə münasibətdə iddia tələbindən tam həcmdə imtina edir və gələcək iddia ərizəsində göstərilən əmlaklarla bağlı cavabdehlərə qarşı hər hansı bir tələb irəli sürməyəcəkdir.

4. Bu saziş üzrə öhdəliklərin icrası istisna olmaqla tərəflər, yəni Cavabdeh3 və İddiaçı əlavə olaraq birgə nikah dövründə əldə olunmuş daşınar və daşınmaz əmlaklarla bağlı, birgə borclarla bağlı bir - birilərinə qarşı iddia sürməyəcəklərinə dair öz üzərlərinə öhdəlik götürürlər.

5. Bu barışıq sazişi məhkəmə qərardadı qanuni qüvvəyə mindiyi tarixdən qüvvəyə minir və tərəflərin saziş üzrə öhdəliklərini tam və layiqincə yerinə yetirdikləri ana qədər qüvvədədir. İddiaçı və cavabdehə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbləri (işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir.) aydındır və tərəflər hazırki barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsini və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.5-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilməsini xahiş edirlər. Barışıq sazişi hər bir tərəfin sərbəst iradə ifadəsi ilə tərtib edilərək imzası ilə təsdiq edilir: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan yazılı formada ifadə olunmuş, barışıq sazişi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də, tərəflər arasında bağlanılmış barışıq sazişi təsdiq edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191, 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddiaçı Maraqlı şəxs2 ASC, Maraqlı şəxs1 ASC, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti maraqlı şəxslər qismində cəlb edilməklə cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Lerik rayon Dövlət Notariat ofisi, Astara rayon Dövlət Notariat ofisi, Cavabdeh1, "xxxx" MTK-ya qarşı ümumi birgə mülkiyyətdə olan daşınar və daşınmaz əmlaklara, habelə pul vəsaitlərinə münasibətdə payın müəyyən edilməsi, cehiz əmlakların geri alınması, mənzil tikinti müqaviləsinin, maliyyə arayışının, ipotekaya qoyulmağa razılıq verilməsinə dair ərizələrin, kredit, ipoteka müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış olan aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin.

1. Cavabdeh3 birgə nikah dövründə əldə edilmiş və hazırda İddiaçı adında qeydiyyatdan keçən ünvan 1 ünvanında yerləşən mənzildə ½ hissədə pay hüququndan İddiaçı Möhübət qızının xeyrinə imtina edir, gələcəkdə həmin mənzil ilə bağlı İddiaçı qarşı heç bir tələb irəli sürməyəcəkdir.

2. Cavabdeh3 6 ay ərzində İddiaçı Möhübət qızına 100000 (yüz min manat) məbləğində pul vəsaitini və ya həmin müddət ərzində Bakı şəhəri Xətai rayon Əhmədli qəsəbəsində yeni tikili binalardan birində 100 kvadrat metr sahəyə malik 3 otaqlı mənzil almağı öz öhdəsinə götürür.

3. İddiaçı Bakı şəhəri Yasamal rayon məhkəməsinin icraatında olan 2(004)-634/2024 saylı mülki iş üzrə bütün cavabdehlərə münasibətdə iddia tələbindən tam həcmdə imtina edir və gələcək iddia ərizəsində göstərilən əmlaklarla bağlı cavabdehlərə qarşı hər hansı bir tələb irəli sürməyəcəkdir.

4. Bu saziş üzrə öhdəliklərin icrası istisna olmaqla tərəflər, yəni Cavabdeh3 və İddiaçı əlavə olaraq birgə nikah dövründə əldə olunmuş daşınar və daşınmaz əmlaklarla bağlı, birgə borclarla bağlı bir - birilərinə qarşı iddia sürməyəcəklərinə dair öz üzərlərinə öhdəlik götürürlər.

İddiaçı Maraqlı şəxs2 ASC, Maraqlı şəxs1 ASC, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti maraqlı şəxslər qismində cəlb edilməklə cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Lerik rayon Dövlət Notariat ofisi, Astara rayon Dövlət Notariat ofisi, Cavabdeh1, "xxxx" MTK-ya qarşı ümumi birgə mülkiyyətdə olan daşınar və daşınmaz əmlaklara, habelə pul vəsaitlərinə münasibətdə payın müəyyən edilməsi, cehiz əmlakların geri alınması, mənzil tikinti müqaviləsinin, maliyyə arayışının, ipotekaya qoyulmağa razılıq verilməsinə dair ərizələrin, kredit, ipoteka müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair 2(004)-634/2024 nömrəli mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar