Məhkəmə qərarları › İş №2(004)-635/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-635/2021

15.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-635/2021 15.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, Cavabdeh3 Məmmədhadiyeviçin nümayəndəsi və vəkili X3, Cavabdeh4 iştirakı ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Bakı şəhəri 21 saylı Notariat ofisinin xüsusi notariusu X12, Cavabdeh2, Cavabdeh3 Məmmədhadiyeviçə, Cavabdeh4 və üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, X4 və X6rşı “payın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC cavabdehlər Bakı şəhəri 21 saylı Notariat ofisinin xüsusi notariusu X12, Cavabdeh2, Cavabdeh3 Məmmədhadiyeviçə və Cavabdeh4, üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, X4 və X6rşı “payın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış və Bakı şəhəri 21 saylı Notariat ofisində xüsusi notarius X14 tərəfindən təsdiq edilərək, 3M-445 reyestr nömrəsi ilə qeyd edilmiş “Payın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixində Bakı şəhəri 21 saylı Notariat ofisində xüsusi notarius X9 iştirakı ilə, Cavabdeh2 özünün “xxxx” MMC-nin nizamnamə kapitalında olan 2 pay, 2 manat pul şəklində olmaqla 10%-lik təsis payını və təsisçilik hüquqlarını 200 manata Cavabdeh3 satmış, müqavilə 3M-445 reyestr nömrəsi ilə təsdiq edilmişdir. Hesab edir ki, müqavilə qanunsuzdur və maddi hüquq normalarının tələblərini pozmaqla bağlandığına görə etibarsız hesab edilməlidir. Belə ki, “xxxx” MMC xx.xx.2005-ci il tarixdə təsisçi X7 tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Sumqayıt Bölgə Şöbəsində 0205-A6-851 saylı şəhadətnamə ilə ********** (VÖEN) nömrə ilə dövlət qeydiyyatına alınmış və xx.xx.2005-ci il tarixdə ********** nömrəli Kommersiya qurumunun Dövlət Reyestrindən Çıxarış verilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin (indiki İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən təsdiq edilmiş “xxxx” MMC-nin xx.xx.2005-ci il tarixli **********378500 nömrəli Çıxarışa və 2-ci redaksiyada Nizamnaməsinə əsasən Cavabdeh2 Cəmiyyətin nizamnamə kapitalında 2 manat olmaqla 2 paydan ibarət 10% təsis payına sahib olmuşdur. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 33-cü bəndinə əsasən, notarius notariat hərəkəti apararkən şəxslərin və ya ayrı-ayrı vəzifəli şəxslərin qanunçuluğu pozduqlarını aşkara çıxardıqda, bu barədə lazımi tədbirlərin görülməsi üçün əlaqədar idarəyə, müəssisəyə, təşkilata və ya prokurora xəbər verir. Həmin Təlimatın 49-cu bəndinə əsasən ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, daşınar əmlaka mülkiyyət hüququndakı payı isə 15 gün ərzində əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər. İddia ərizəsinə əlavə edilmiş “Səhmlərin satın almaqda üstünlük hüququna malik olan şəxsə təklif edilməsi barədə” təklif məktubu, poçt qəbzlərindən (AZİ 142) və poçt göndərişinin verilməsi haqqında xəbərnamədən (SS643967937AZ, SS643967305AZ) Cavabdeh2 tərəfindən “xxxx” MMC-nin digər təsisçisi X4 göndərilməsi qeyd edilməsinə baxmayaraq ünvan 1 ünvanda qeydiyyatda olan 90% təsis payına sahib olan təsisçi X4 deyil, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev 167 ünvanında yerləşən “xxxx” MMC-nin inzibati ofisinə göndərilmişdir. Halbuki təklif məktubunda “xxxx” MMC göstərilməmişdir. Nəticədə, 90% təsis payına sahib olan X7 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 93.1, 93.3, 93.4-ci maddələrin nəzərdə tutulmuş digər iştirakçının təsis payının satın almaqla üstünlük hüququna malik olma imkanlarından məhrum olmuşdur. Bununla yanaşı, “xxxx” MMC Cavabdeh2 təklif məktubuna münasibətini rəsmi qaydada poçt vasitəsilə (AZ0102) bildirmiş və SS651880203AZ tranzaksiya nömrəli poçt göndərişinin verilməsi haqqında xəbərnamə ilə məlumatlandırılmışdır. Cəmiyyətin Təsisçilərinin Ümumi Yığıncağının çağırılması barədə Bildiriş göndərilməklə Cavabdeh2 təklifinə cavab verilmişdir. Həmçinin sözügedən bildiriş digər təsisçi X4 da göndərilmişdir. Bundan əlavə, Notariat işindən göründüyü kimi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsindən xx.xx.2020-ci il tarixli **********3893600 nömrəli məktubla, Cəmiyyətin nizamnamə kapitalının girovda olması, üzərinə həbs qoyulması və digər qaydada yüklü olması barədə kommersiya hüquqi şəxslərin dövlət reyestrində heç bir məlumat aşkar edilməmişdir. Hesab edir ki, bu məktub qanunsuz aparılmış payın alqısatqı notariat hərəkətini pərdələmək məqsədi daşıyır. Səhm - öz sahibinə emitentin (səhmi buraxan şirkətin) gəlirinin bir hissəsini dividend şəklində almaq, emitentin idarə olunmasında iştirak etmək və emitentin ləğvi halında geridə qalan əmlakın bölüşdürülməsi zamanı həmin əmlakın bir hissəsini əldə etmək hüququnu verən pay qiymətli kağızıdır. Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi - Azərbaycan Respublikasının qiymətli kağızlar bazarında vahid dövlət siyasətinin formalaşmasında iştirak və bu siyasətin həyata keçirilməsini, habelə qiymətli kağızlar bazarının və onun infrastrukturunun inkişafını təmin edib. Qiymətli kağızların dövriyyədən çıxarılması və ləğv edilməsi qaydaları bu komitə tərəfindən müəyyən edilib. Halbuki Xüsusi notarius Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsi ilə yanaşı digər nizamnamə kapitalını, pay və ya səhmlərin qeydiyyatını aparan aidiyyatı Dövlət orqanlarına sorğu verməli olduğu halda etməmişdir. Şərh olunanlardan göründüyü kimi Cavabdeh2 sahib olduğu 10%-lik təsis payının satılmasını digər təsisçiyə bildirməmişdir. Sadəcə olaraq Cavabdeh2 sözügedən təklif məktubunu “xxxx” MMC-yə göndərməklə məqsədli çəkildə gələcəkdə bağlanılacaq ikitərəfli əqdin öz hərəkətini pərdələmişdir. Cavabdeh2 iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, payın alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə əməl edilməklə bağlandığından iddiaçının iddiası əsassızdır və rədd edilməlidir. Belə ki, xx.xx.2020-ci il tarixində Bakı şəhəri 21 saylı notariat ofisində xüsusi notarius X9 iştirakı ilə özünün “xxxx” MMC-nin nizamnamə kapitalının 2 pay, 2 manat pul şəklində olmaqla 10%-lik təsis payını və təsisçilik hüquqlarını 200 manata Cavabdeh3 Məhəmmədhadıyeviçə satmışdır. Tərəfindən qanunvericiliyin tələbinə əməl edilməklə ilk olaraq səhmlərin satın almaqda üstünlük hüququna malik olan “xxxx” MMCnin təsisçisi X4, həmçinin xxxx MMC-yə xx.xx.2020-ci il tarixli təklif məktubu ünvanlanmışdır. Bu təklifi Tofiq Heydərova həm rəsmi, həm də şifahi olaraq dəfələrlə bildirmişdir. Həmçinin qeyd edir ki, X16 şəhəri, H.Z.Tağıyev küçəsi ev 123 ünvanında qeydiyyatda olmasına baxmayaraq, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev 167 ünvanında yerləşən “xxxx” MMC-nin inzibati ofisində fəaliyyət göstərmişdir. Tofiq Heydərovun faktiki fəaliyyət göstərdiyi ünvan ünvan 4 ünvanıdır. Odur ki, təklif həmin ünvana göndərmişdir. “xxxx” MMC-nin direktoru X8, Tofiq Heydərovun qardaşı olduğundan Heydərovun sözügedən təklif məktubundan xəbərinin olmaması qeyri-mümkündür. Hətta təklif məktubunu aldıqdan sonra T.Heydərov və xxxx MMC ona cavab məktubu da ünvanlamışlar. xx.xx.2020-ci il tarixli cavab məktubunda onun ünvanı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 10e qeyd edilmişdir. Hətta xxxx MMC-nin direktoru tərəfindən onun ünvanına Cəmiyyətin xx.xx.2020-ci il tarixində keçiriləcək təsisçilərinin ümumi yığıncağının çağrılması barədə xx.xx.2020-ci il tarixli 3914 saylı bildiriş ünvanlanmışdır. Bildirişdə ümumi yığıncağın gündəliyi, yeri və vaxtı barədə məlumatlar qeyd edilmişdir. Göstərilənlər sonuncunun təklif məktubundan məlumatlı olduğunu təstiq edir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı “xxxx” MMC-nin nümayəndəsi, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Cavabdeh Bakı şəhəri 21 saylı Notariat ofisinin xüsusi notariusu X14 ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hazırkı mülki işə iddiaçının nümayəndəsinin və Cavabdeh2 iştirakları olmadan baxılmasını mümkün sayır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi, X7 və X13 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 Məmmədhadiyeviçin nümayəndəsi və vəkili X10 iddianı qəbul etməyərək, məhkəməyə verdiyi izahatında göstərmişdir ki, payın alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə əməl edilməklə bağlanmışdır. Həmçinin Cavabdeh3 iddiaçı “xxxx” MMC ilə Cavabdeh2 arasında hər hansı mübahisənin olubolmamasından məlumatı olmamışdır və o, vicdanlı alıcıdır. Qüvvədə olan mülki qanunvericiliyə əsasən əldə edən onun vicdansız sahib olması sübut edilənədək, vicdanlı sahib hesab edilir. Əmlakı əldə edənin bu əmlakın mülkiyyətçisi və ya sahibi olan şəxsin istifadəsindən çıxdığı, əşyanı onu özgəninkiləşdirmək hüququ olmayan şəxsdən aldığını bilmədiyi və bilməli olmadığı, o cümlədən əmlakın dəyərini ödəməklə əldə etməsi müəyyən edildikdə, əldə edən vicdanlı sahib hesab olunur. Göründüyü kimi, müvəkkili olduğu Cavabdeh3 “xxxx” MMC-nin nizamnamə kapitalının 2 pay, 2 manat pul şəklində olmaqla 10%-lik təsis payını və təsisçilik hüquqlarını tam qanuni əsaslarla və əvəzli şəkildə, 200 manat ödəməklə əldə etmişdir. Belə olan halda, o, həmin payın vicdanlı mülkiyyətçisidir və məhkəmə onun dövlət tərəfindən müdafiəsinə təminat verilən konstitusion hüquqlarını nəzərə alaraq, hazırki iş üzrə iddia tələbini rədd etməlidir. Cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddia tələbinin əsassız və qanunsuz olduğuna görə təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 iddia tələbinə etiraz edərək bildirdi ki, iddia tələbi qanunsuz olmaqla yanaşı, heç bir hüququ əsası yoxdur. O, Cavabdeh2 nümayəndəsi kimi, onun əvəzinə xx.xx.2020-ci il tarixində Bakı şəhəri 21 saylı notariat ofisində xüsusi notarius X9 iştirakı ilə Cavabdeh2 məxsus “xxxx” MMC-nin nizamnamə kapitalının 2 pay, 2 manat pul şəklində olmaqla 10%-lik təsis payını və təsisçilik hüquqlarını 200 manata Cavabdeh3 Məhəmmədhadıyeviçə satmışdır. Tərəflərindən qanunvericiliyin tələbinə əməl edilməklə ilk olaraq səhmlərin satın almaqda üstünlük hüququna malik olan “xxxx” MMC-nin təsisçisi X4, həmçinin xxxx MMC-yə xx.xx.2020-ci il tarixli təklif məktubu ünvanlanmışdır. Bu təklifi Tofiq Heydərova həm rəsmi, həm də şifahi olaraq dəfələrlə bildirmişlər. MMC-nin təsisçisi X16 şəhəri, H.Z.Tağıyev küçəsi ev 123 ünvanında qeydiyyatda olmasına baxmayaraq, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev 167 ünvanında yerləşən “xxxx” MMC-nin inzibati ofisində fəaliyyət göstərmişdir. Belə ki həmin ünvan təsisçinin faktiki fəaliyyət göstərdiyi ünvanıdır. Odur ki, təklif həmin faktiki ünvan üzrə göndərilmişdir. “xxxx” MMC-nin direktoru X8, Tofiq Heydərovun qardaşı olduğundan Heydərovun sözügedən təklif məktubundan xəbərinin olmaması qeyrimümkündür. Hətta təklif məktubunu aldıqdan sonra T.Heydərov və xxxx MMC ona cavab məktubu da, ünvanlamışlar. xx.xx.2020-ci il tarixli cavab məktubunda onun ünvanı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 10e qeyd edilmişdir. Hətta xxxx MMC-nin direktoru tərəfindən onun ünvanına Cəmiyyətin xx.xx.2020-ci il tarixində keçiriləcək təsisçilərinin ümumi yığıncağının çağrılması barədə xx.xx.2020-ci il tarixli 3914 saylı bildiriş ünvanlanmışdır. Bildirişdə ümumi yığıncağın gündəliyi, yeri və vaxtı barədə məlumatlar qeyd edilmişdir. Göstərilənlər sonuncunun təklif məktubundan məlumatlı olduğunu təstiq edir. Bundan başqa hazırki iddiaçı təsisçi tərəfindən deyil, maraqlarına toxunan şəxs kimi direktor tərəfindən irəli sürülmüşdür. Həmin təsisçisinin belə bir iddia irəli sürmədiyi halda, direktorun hazırki iddia qaldırması ümumiyyətlə əsassızdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə Cavabdeh3 Məmmədhadiyeviçin nümayəndəsinin və Cavabdeh4 izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Vergilər Nazirliyi 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, **********378500 nömrəli Kommersiya qurumunun Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2005-ci il tarixdə qeydiyyata alınmışdır. Təsisçiləri- Cavabdeh2 nizamnamə kapitalında 10% və X7 90% pay sahibidirlər. Qanuni təmsilçi X5r. "xxxx" MMC-nin təsisçisi və 10% təsis paylarının sahibi Cavabdeh2 tərəfindən MMC-nin təsisçisi və 90% təsis paylarının sahibi X4 ünvanlanmış “Səhmləri satın almaqda üstünlük hüququna malik olan şəxsə təklif edilməsi barədə” təklif məktubundan görünür ki, Cavabdeh2 "xxxx" MMC-nin təsisçisi və 10% təsis payının sahibi olduğunu, lakin MMCnin idarə edilməsində, fəaliyyətin göstərilməsində bu günədək heç vaxt iştirak etmədiyini, keçirilən yığıncaqlarda iştirakının təmin edilmədiyini və zəruri şirkət qərarlarının qəbulunda razılığının alınmadığını, şirkətin gəlirlər və mənfəəti barədə ona məlumat verilmədiyini göstərərək, nizamnamə kapitalındakı payını satmaq və cəmiyyətdən çıxmaq niyyətində olduğunu bildirmiş, qanunvericiliyə və yuxarıda qeyd olunanlara əsasən, hazırki təklif məktunu əldə etdiyi vaxtdan 1 ay müddətində MMC-nin nizamnamə kapitalındakı ona məxsus 10% təsis payını satın almaqda üstünlük hüququndan istifadə edib-etməməsi və təsis payını almaq istəyi barədə ona rəsmi şəkildə məlumat verilməsini X1 xahiş etmişdir. Təklif məktubu xx.xx.2020-ci il tarixində MMC-də qeydiyyatdan keçmişdir. X8 tərəfindən "xxxx" MMC-nin təsisçiləri X4 və Cavabdeh2 ünvanlanmış xx.xx.2020-ci il tarixli bildirişin məzmunundan göründüyü kimi, təsisçilərə Cəmiyyətin xx.xx.2020-ci il tarixində keçiriləcək təsisçilərinin ümumi yığıncağının çağrılması barədə bildiriş ünvanlanmışdır. Bildirişdə ümumi uığıncağın gündəliyi, yeri və vaxtı barədə məlumatlar qeyd edilmişdir. “Satıcı” Cavabdeh2 ilə “Alıcı” Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli “Payın alqı-satqı müqaviləsi”nin surətindən görünür ki, satıcı “xxxx” MMC-nin nizamnamə kapitalında olan 2 pay, 2 manat pul şəklində olmaqla 10%-lik təsis payını və təsisçilik hüquqlarını 200 manata alıcıya satmışdır. Müqavilə Bakı şəhəri 21 saylı Notariat ofisində xüsusi notarius X14 tərəfindən təsdiq edilərək, reyestrdə 3M-445 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Həmin Məcəllənin 52.2-ci maddəsinə görə bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 87.1-ci maddəsinə əsasən bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. 87.10. Məhdud məsuliyyətli cəmiyyətin xalis aktivlərinin dəyərinin əlli faizindən artıq məbləğdə olan əqd xüsusi əhəmiyyətli əqd hesab edilir. Xüsusi əhəmiyyətli əqdin bağlanılması barədə qərar cəmiyyətinin iştirakçılarının ümumi yığıncağında qəbul edilir. 93.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı cəmiyyətin nizamnamə kapitalındakı payını və ya onun bir hissəsini həmin cəmiyyətin bir və ya bir neçə iştirakçısına sata bilər və ya başqa qaydada güzəşt edə bilər. 93.2-ci maddəsinə əsasən cəmiyyət iştirakçısının öz payını (onun bir hissəsini) üçüncü şəxslərə özgəninkiləşdirilməsinə yol verilir. 93.3-cü maddəsinə görə cəmiyyətin iştirakçıları iştirakçının payını (onun bir hissəsini) öz paylarının miqdarına mütənasib surətdə satın almaqda üstünlük hüququna malikdirlər. Cəmiyyətin iştirakçısı öz payını (onun bir hissəsini) özgəninkiləşdirmək istədikdə həmin payın (onun bir hissəsinin) satın alınmasını ilkin olaraq cəmiyyətin digər iştirakçılarına təklif etməlidir. Əgər cəmiyyətin iştirakçıları xəbərdar edildikləri gündən bir ay ərzində və ya cəmiyyətin nizamnaməsində və ya onun iştirakçılarının razılaşmasında nəzərdə tutulan başqa müddətdə öz üstünlük hüququndan istifadə etməzlərsə, iştirakçının payı üçüncü şəxsə özgəninkiləşdirilə bilər. 93.4-cü maddəsinə görə isə məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsinə uyğun olaraq iştirakçının payının (onun bir hissəsinin) üçüncü şəxslərə özgəninkiləşdirilməsi mümkün olmadıqda, cəmiyyətin digər iştirakçıları isə onu satın almaqdan imtina etdikdə cəmiyyət iştirakçının payını əldə etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 409.1-ci maddəsinə əsasən ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır. 409.2-ci maddəsinə görə, əgər oferent aksept üçün müddət müəyyənləşdiribsə, aksept yalnız həmin müddətdə həyata keçirilə bilər. 409.3-cü maddəsinə görə isə əgər bu Məcəllədən, işgüzar adətdən və ya tərəflərin əvvəlki işgüzar münasibətlərindən ayrı qayda irəli gəlmirsə, susmaq aksept sayılmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinin tərəblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Beləliklə, məhkəmə, işin faktiki hallarına əsasən “xxxx” MMC-nin təsisçisi Cavabdeh2 özünün nizamnamə kapitalında olan 2 pay, 2 manat pul şəklində 10%-lik təsis payını özgəninkiləşdirmək istədiyini, bu məqsədlə, MMC-nin digər təsisçisi, nizamnamə kapitalında 18 pay, 18 manat pul şəklində olmaqla 90%-lik təsis payı olan X4 xx.xx.2020-ci il tarixdə “Səhmləri satın almaqda üstünlük hüququna malik olan şəxsə təklif edilməsi barədə” təklif məktubu göndərərək bu hüququndan istifadə edib-etməməsi barədə mövqeyini 1 ay müddətində bildirməsini xahiş etməsini, təklif məktubunun xx.xx.2020-ci il tarixində “xxxx” MMC-yə rəsmi qaydada tədim olunmasına baxmayaraq, təsisçi X7 və MMC tərəfindən müvafiq münasibətin bildirilməməsini, MMC-nin təsisçisi, X7 ilə qanuni təmsilçi X2 doğma qardaş olmalarını, bu faktın göstərilən şəxslərin payın özgəninkiləşdirilməsinə dair məlumatlarının olmasını təsdiq etməsini, Cavabdeh2 xx.xx.2020-ci il tarixli “Payın alqı-satqı müqaviləsi”nə əsasən “xxxx” MMC-nin nizamnamə kapitalında olan 2 pay, 2 manat pul şəklində olmaqla 10%-lik təsis payını və təsisçilik hüquqlarını 200 manata Cavabdeh3 satmasını, müqavilənin Bakı şəhəri 21 saylı Notariat ofisində xüsusi notarius X14 tərəfindən təsdiq edilərək, reyestrdə 3M-445 nömrə ilə qeyd edilməsini nəzərə alıb, qanunvericiliyin yuxarıda qeyd olunan normalarının tələblərinə əsaslanaraq hesab edir ki, Cavabdeh2 və Cavabdeh3 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış və Bakı şəhəri 21 saylı Notariat ofisində xüsusi notarius X14 tərəfindən təsdiq edilərək, 3M-445 reyestr nömrəsi ilə qeyd edilmiş “Payın alqı-satqı müqaviləsi” qanunvericiliyin tələblərinə riayət olunmaqla bağlanmışdır. Həmçinin, iddiaçı qeyd olunan müqavilənin etibarsız hesab edilməsi barədə tələblərini iddia ərizəsində əsaslandıra bilməmişdir. Ona görə də, iddia tələbi əsassız olduğundan, rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2., 77.1., 78.1.,80., 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 21 saylı Notariat ofisinin xüsusi notariusu X12, Cavabdeh2, Cavabdeh3 Məmmədhadiyeviçə və Cavabdeh4, üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, X4 və X6rşı “Payın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar