Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6351/2021 23.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X6 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin nəzdində Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etdiyi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə” ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin nəzdində Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etdiyi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, 26.07.1984-cü il təvəllüdlü bacısı X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, 26.07.1984-cü il təvəllüdlü bacısı (ata bir, ana ayrı) X1 anası hələ uşaqkən vəfat etmiş və o, atasının himayəsində qalmışdır. 2000-ci ildən sonra onda psixi pozuntular müşahidə olunmuş və 1 saylı Psixiatrik xəstəxanaya yerləşdirilmişdir və hazırda da müalicə alır.. ilə birlikdə ünvan 1 ünvanıda yaşayır. Atası 06.01.2021-ci il tarixdə vəfat etdikdən sonra bacısı onun himayəsində qalmışdır. Onun üzərində himayəçi təyin olunması üçün məhkəmə qətnaməsinin olması zəruridir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatandırılmış maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8, 33.1-ci maddələrini, Azərbaycan Respublikası MPM-nin 305.1.3, 317.2, 320.2, 321.2-ci maddələrini nəzərə alaraq, müəyyən etmişdir ki, iş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Ərizəçi və X1 atası qismində X5 qeyd olunmuşdur. 11.01.2021-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 06.01.2021-ci il tarixdə vəfat etmişdir. Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş 15.11.2013-cü il tarixli arayışın surətindən görünür ki, X3 2-ci dərəcə əlillik müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin ambulator məhkəmə psixiatrik ekspertizasının 3876 saylı, 19.11.2021-ci il tarixli rəyindən görünür ki, X2 “Baş-beyinin üzvi xəstəliyi (epilepsiya) nəticəsində yaranan şəxsiyyət və davranış pozuntuları” xəstəliyi müəyyən olunur və o, öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyildir. Buna görə də X4 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə kifayət qədər əsas vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Belə olduğu halda, məhkəmə hesab edir ki, ərizə əsaslı olub təmin edilməli, 26.07.1984-cü il təvəllüdlü bacısı X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: Ərizə təmin edilsin. 26.07.1984-cü il təvəllüdlü bacısı X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-6351/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6351/2021
23.12.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver