Məhkəmə qərarları › İş №2(004)-6364/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6364/2021

21.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6364/2021 21.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbinə” dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13.03.2020-ci il tarixli müqavilə üzrə Samsung LED TV, X1 divan, Sonorous Surefix asqı üçün 898,3 (səkkiz yüz doxsan səkkiz manat otuz qəpik) manat ödənilməmiş hissə və 89,7 (səksən doqquz manat yetmiş qəpik) manat cərimə, 16.03.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********63060 olan HOFFMANN X Ultra markalı telefon üçün 343.8 (üç yüz qırx üç manat səksən qəpik) manat ödənilməmiş hissə və 34.2 (otuz dörd manat iyirmi qəpik) manat cərimə olmaqla, ümumilikdə 1366 (bir min üç yüz altmış altı) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" MMC kiçik iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 13.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2061.6 (iki min altmış bir manat altmış qəpik) manat (24 ay x 85.9 manat + 0 manat ilkin ödəniş) Samsung LED TV, X1 divan, Sonorous Surefix asqı üçün ümumilikdə 988 (doqquz yüz səksən səkkiz) manat olmaqla ondan 898.3 (səkkiz yüz doxsan səkkiz manat otuz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 89.7 (səksən doqquz manat yetmiş qəpik) manat cərimə; 16.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 343.8 (üç yüz qırx üç manat səksən qəpik) manat (18 ay x 19.1 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********63060 olan HOFFMANN X Ultra markalı telefon üçün ümumilikdə 378 (üç yüz yetmiş səkkiz) manat olmaqla ondan 343.8 (üç yüz qırx üç manat səksən qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 34.2 (otuz dörd manat iyirmi qəpik) manat cərimə borcu hesablanmışdır. Cavabdeh 13.03.2020-ci il tarixli müqaviləyə əsasən, Retro- Yumsaq- Kunc divanı və YENİ QİZİL ZEMANETİ 14.03.2020-ci il tarixində imtina etdikdən sonra məhsul 1123,30 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin 13.03.2020-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 40 manat, məhsulun qaytarıldıqdan sonra qoyulan qiyməti 1123,3 manat, digər müqavilə üzrə cəmi ödədiyi məbləğ 0 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının ərizəsinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 13 mart 2020-ci il tarixli 20172555 nömrəli müqavilədən görünür ki, müqavilə əsasında Cavabdeh "xxxx" MMC-dən Samsung LED TV, X1 divan, Sonorous Surefix asqı almış və nəticədə 988 (doqquz yüz səksən səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 13.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2061,6 (iki min altmış bir manat altmış qəpik) manat (24 ay x 85,9 manat + 0 manat ilkin ödəniş) Samsung LED TV, X1 divan, Sonorous Surefix asqı üçün - ümumilikdə 988 (doqquz yüz səksən səkkiz) manat olmaqla ondan 898,3 (səkkiz yüz doxsan səkkiz manat otuz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 89.7 (səksən doqquz manat yetmiş qəpik) manat cərimə borcu yaranmışdır. Müqaviləyə əlavədən görünür ki, Samsung LED TV-nin qiyməti 820,80 manat, X1 divan dəstinin qiyməti 1063,20 manat, Sonorous Surefix asqının qiyməti 26,40 manat, yeni qızıl zəmanətin qiyməti TV üçün 91,20 manat, mebel üçün 60 manat təşkil edir. İş materiallarına əlavə olunmuş 16 mart 2020-ci il tarixli 20179688 nömrəli müqavilədən görünür ki, müqavilə əsasında Cavabdeh "xxxx" MMC-dən İMEİ kodu **********63060 olan HOFFMANN X Ultra markalı telefon almış və nəticədə 378 (üç yüz yetmiş səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 16.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 343,8 (üç yüz qırx üç manat səksən qəpik) manat (18 ay x 19.1 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********63060 olan HOFFMANN X Ultra markalı telefon üçün ümumilikdə 378 (üç yüz yetmiş səkkiz) manat olmaqla ondan 343,8 (üç yüz qırx üç manat səksən qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 34,2 (otuz dörd manat iyirmi qəpik) manat cərimə borcu hesablanmışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC tərəfindən cavabdehə ünvanlanmış 15.10.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, qısa zaman ərzində ödəniş etməyəcəyi təqdirdə iddiaçı məhkəmədə mülki iddia qaldıracağı barədə Cavabdeh xəbərdar etmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən təqdim olunmuş 07 sentyabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, 13.03.2020-ci il tarixli müqavilə üzrə Cavabdeh 898.3 (səkkiz yüz doxsan səkkiz manat otuz qəpik) manat əsas borc, 89.7(səksən doqquz manat yetmiş qəpik) manat hesablanmış cərimə, 16.03.2020-ci il tarixli müqavilə üzrə 343.8(üç yüz qırx üç manat səksən qəpik) manat əsas borc və 34.2 (otuz dörd manat iyirmi qəpik) manat hesablanmış cərimə, ümumilikdə 1366 (min üç yüz altmış altı) manat borcu vardır. İş materiallarına əlavə olunmuş 08.09.2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçının nümayəndəsi tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, müəyyən olundu ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 13.03.2020-ci il tarixli müqavilə üzrə Samsung LED TV, X1 divan, Sonorous Surefix asqı alınmış, alındıqdan sonra 14.03.2020-ci il tarixində imtina etdikdən sonra X1 divan və yeni qızıl zəmanət (mebel) cəmi 1123,30 manat qiymətləndirilərək borcundan silinərək geri qaytarılmış, həmin müqavilə üzrə 898,3 (səkkiz yüz doxsan səkkiz manat otuz qəpik) manat ödənilməmiş hissə və 89,7 (səksən doqquz manat yetmiş qəpik) manat məbləğində cərimə, 16.03.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********63060 olan HOFFMANN X Ultra markalı telefon üçün 343,8 (üç yüz qırx üç manat səksən qəpik) manat ödənilməmiş hissə və 34,2 (otuz dörd manat iyirmi qəpik) manat cərimə olmaqla, ümumilikdə 1366 (bir min üç yüz altmış altı) manat borc yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 13.03.2020-ci il il tarixli müqavilə üzrə 898,3 manat ödənilməmiş hissə və 89,7 manat cərimə, 16.03.2020-ci il tarixli müqavilə üzrə üzrə 343,8 manat ödənilməmiş hissə və 34,2 cərimə olmaqla, cəmi 1366 (bir min üç yüz altmış altı) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-nə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar