Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6369/2021 27.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçının nümayəndəsi X4 oğlunun iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ABC Telecom” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 31.12.2017-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********97521 olan Samsung J2 Prime markalı telefon üçün 207 manat ödənilməmiş hissə, 62 manat dəbbə, 18.05.2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********48618 olan Samsung J2 markalı telefon üçün 288 manat ödənilməmiş hissə, 86 manat dəbbə, 04.06.2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********62575 olan Samsung J2 markalı telefon üçün 315 manat ödənilməmiş hissə, 94 manat dəbbə, 04.06.2018-ci il tarixli müqaviləyə əsasən, Asus VivoBook kompüter üçün 770 manat ödənilməmiş hissə, 231 manat dəbbə, 09.06.2018-ci il tarixli müqaviləyə əsasən, Hoffmann LED TV, Soyuducu Samsung üçün 2138 manat ödənilməmiş hissə, 653 manat dəbbə, 21.06.2018-ci il tarixli müqaviləyə əsasən, Hoffmann LED TV üçün 738 manat ödənilməmiş hissə, 221 manat dəbbə, 24.06.2018-ci il tarixli müqaviləyə əsasən, Künc divan Adona üçün 1824 manat ödənilməmiş hissə, 547 manat dəbbə, ümumilikdə 8174 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq, iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh, "xxxx" MMC ilə bağladığı 31.12.2017-ci il, 18.05.2018-ci il, 04.06.2018-ci il, 09.06.2018-ci il, 21.06.2018-ci il və 24.06.2018-ci il tarixli müqavilələrə əsasən, İMEİ kodu **********97521, **********48618 və **********62575 olan Samsung J2 Prime, 2 ədəd Samsung J2 markalı telefon, Asus VivoBook kompüter, 2 ədəd Hoffmann LED TV, Soyuducu Samsung, Künc divan Adona almış və nəticədə 8174 manat borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 683 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan baxıımasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3, 442, 445.2.1, 448.1, 449.1, 449.4, 467, 577.1, 577.2, 600.1, 600.2, 600.5ci maddələrini nəzərə alaraq, müəyyən etdi ki, Cavabdeh, "xxxx" MMC ilə bağladığı 31.12.2017-ci il, 18.05.2018-ci il, 04.06.2018-ci il, 09.06.2018-ci il, 21.06.2018-ci il və 24.06.2018-ci il tarixli müqavilələrə əsasən, İMEİ kodu **********97521, **********48618 və **********62575 olan Samsung J2 Prime, 2 ədəd Samsung J2 markalı telefon, Asus VivoBook kompüter, 2 ədəd Hoffmann LED TV, Soyuducu Samsung, Künc divan Adona almışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 683 manat təşkil edir. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya 31.12.2017-ci il tarixli müqaviləyə əsasən, 207 manat ödənilməmiş hissə, 62 manat dəbbə, 18.05.2018-ci il tarixli müqaviləyə əsasən, 288 manat ödənilməmiş hissə, 86 manat dəbbə, 04.06.2018-ci il tarixli müqaviləyə əsasən, 315 manat ödənilməmiş hissə, 94 manat dəbbə, 04.06.2018-ci il tarixli müqaviləyə əsasən, 770 manat ödənilməmiş hissə, 231 manat dəbbə, 09.06.2018-ci il tarixli müqaviləyə əsasən, 2138 manat ödənilməmiş hissə, 653 manat dəbbə, 21.06.2018ci il tarixli müqaviləyə əsasən, 738 manat ödənilməmiş hissə, 221 manat dəbbə, 24.06.2018-ci il tarixli müqaviləyə əsasən, 1824 manat ödənilməmiş hissə, 547 manat dəbbə, ümumilikdə 8174 manat borcu yaranmışdır. Göründüyü kimi, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. AR Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Qanunvericilik eyni zamanda nəzərdə tutur ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan qismən təmin edilməli, cavabdehdən 31.12.2017-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********97521 olan Samsung J2 Prime markalı telefon üçün 207 manat ödənilməmiş hissə, 6 manat dəbbə pulu olmaqla cəmi 213 manat, 18.05.2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********48618 olan Samsung J2 markalı telefon üçün 288 manat ödənilməmiş hissə, 8 manat dəbbə pulu olmaqla cəmi 296 manat, 04.06.2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********62575 olan Samsung J2 markalı telefon üçün 315 manat ödənilməmiş hissə, 9 manat dəbbə pulu olmaqla cəmi 324 manat, 04.06.2018-ci il tarixli müqaviləyə əsasən, Asus VivoBook kompüter üçün 770 manat ödənilməmiş hissə, 31 manat dəbbə pulu olmaqla cəmi 801 manat, 09.06.2018-ci il tarixli müqaviləyə əsasən, Hoffmann LED TV, Soyuducu Samsung üçün 2138 manat ödənilməmiş hissə, 65 manat dəbbə pulu olmaqla cəmi 2203 manat, 21.06.2018-ci il tarixli müqaviləyə əsasən, Hoffmann LED TV üçün 738 manat ödənilməmiş hissə, 21 manat dəbbə pulu olmaqla cəmi 759 manat, 24.06.2018-ci il tarixli müqaviləyə əsasən, Künc divan Adona üçün 1824 manat ödənilməmiş hissə, 54 manat dəbbə pulu olmaqla cəmi 1878 manat, ümumilikdə 6474 manat borc və 30 manat dövlət rüsumu tutularaq, iddiaçıya ödənilməlidir. Məhkəmə onu da qeyd edir ki, iddia cərimənin tutulmasının qalan hissəsinə münasibətdə təmin edilməməlidir. Belə ki, məhkəmə AR Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunun azaldılmasını məqbul saymışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 31.12.2017-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********97521 olan Samsung J2 Prime markalı telefon üçün 207 manat ödənilməmiş hissə, 6 manat dəbbə pulu olmaqla cəmi 213 manat, 18.05.2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********48618 olan Samsung J2 markalı telefon üçün 288 manat ödənilməmiş hissə, 8 manat dəbbə pulu olmaqla cəmi 296 manat, 04.06.2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********62575 olan Samsung J2 markalı telefon üçün 315 manat ödənilməmiş hissə, 9 manat dəbbə pulu olmaqla cəmi 324 manat, 04.06.2018-ci il tarixli müqaviləyə əsasən, Asus VivoBook kompüter üçün 770 manat ödənilməmiş hissə, 31 manat dəbbə pulu olmaqla cəmi 801 manat, 09.06.2018-ci il tarixli müqaviləyə əsasən, Hoffmann LED TV, Soyuducu Samsung üçün 2138 manat ödənilməmiş hissə, 65 manat dəbbə pulu olmaqla cəmi 2203 manat, 21.06.2018-ci il tarixli müqaviləyə əsasən, Hoffmann LED TV üçün 738 manat ödənilməmiş hissə, 21 manat dəbbə pulu olmaqla cəmi 759 manat, 24.06.2018-ci il tarixli müqaviləyə əsasən, Künc divan Adona üçün 1824 manat ödənilməmiş hissə, 54 manat dəbbə pulu olmaqla cəmi 1878 manat, ümumilikdə 6474 (altı min dörd yüz yetmiş dörd) manat borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi dəbbə pulunun qalan hissəsinə münasibətdə təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-6369/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6369/2021
27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver