Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-6429/2020 10.12.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhər Yasamal Rayon Məhkəməsinin hakimi Axundov Toğrul Bəhruz oğlu, İddiaçı Cavabdeh BOKT-un “Ekspress Qazax” filialına qarşı əqdin və onun hüquqi nəticələrinin etibarsız hesab edilmsi tələbinə dair iddiası üzrə mülki işi nəzərdən keçırərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh BOKT-un “Ekspress Qazax” filialına qarşı əqdin və onun hüquqi nəticələrinin etibarsız hesab edilmsi tələbinə dair iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət etmişdir. Qazax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(023)-1419/2020 saylı qərardadı ilə İddiaçı Cavabdeh BOKT-un “Ekspress Qazax” filialına qarşı əqdin və onun hüquqi nəticələrinin etibarsız hesab edilmsi tələbinə dair iddia ərizəsi üzrə cavabdehin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı 609, Globus Center, 9-cu mərtəbə olduğundan və işin ərazi aidiyyəti Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin səlahiyyətinə aid olduğundan, ərizənin ərazi aidiyyəti üzrə Cavabdeh BOKT ASC-nin yerləşdiyi ərazi üzrə Yasamal rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, işə baxılmasının aidiyyət məsələsinin həll edilməsi üçün iş materialları apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikasının MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinin tələblərinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyat qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyatına dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. İş materiallarından da, göründüyü kimi iddia ərizəsi üzrə cavabdeh qismində Cavabdeh BOKT ASC deyil, məhz Cavabdeh BOKT-un “Ekspress Qazax” filialı cəlb edilmiş və ərizə cavabdehin (Cavabdeh BOKT-un “Ekspress Qazax” filialının) yerləşdiyi yer üzrə (Qazax şəhəri, H.Əliyev prospekti 99) Qazax Rayon Məhkəməsinə verilmiş və Qzax Rayon Məhkəməsi tərəfindən icraata qəbul edilmişdir. Məhkəmə ilk növbədə hesab edir ki, iddia əsl olmayan tərəfə qarşı qaldırıldıqda, bu iddiaçıya təklif edilməklə, məhkəmə iclasında əsl olmayan tərəfin əsl olan tərəflə əvəz edilməsi məsələsinin müzakirə olunması üçün əsas olmalı idi. İş materiallarından görünür ki, əsl olmayan tərəfin əsl olan tərəflə əvəz edilməsi ümumiyyətlə müzakirə edilmədən, iddiçı tərəfindən iddia müdafiə edildiyi halda, Cavabdeh BOKT-un “Ekspress Qazax” filialının nümayəndəsinin vəsatəti ilə Cavabdeh BOKT ASC-nin ünvanının Bakı şəhəri, Yasamal rayonunda yerləşməsi əsasıyla mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən əsl olmayan tərəfin (cavabdehin) əsl olan tərəflə əvəz edilməsindən imtini edildiyi təqdirdə bu gələcəkdə iddianın rədd edilməsi üçün əsas ola bilərdi. Eyni zamanda məhkəmə hesab edir ki, hətta iddiaçı tərəfindən əsl olmayan cavabdeh əsl olan cavabdehlə əvəz edilmiş olunsa idi belə, iddia məhkəmə tərəfindən ilkin olaraq ərazi aidiyyəti qaydaları pozulmadan icraata qəbul edildiyindən, bu hal sonradan mülki işin başqa məhkəməyə göndərilməsi üçün əsas ola bilməzdi. Azərbaycan Respublikasının MPM-in 31.2-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, məhkəmələr arasında fikir ayrılığı olduğundan mülki işin baxılmasının aidiyyət məsələsinin həll edilməsi üçün mülki iş materialları Bakı Apelyasiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb, Azərbaycan Respublikası MPM-nin 31, 44, 45, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Cavabdeh BOKT-un “Ekspress Qazax” filialına qarşı əqdin və onun hüquqi nəticələrinin etibarsız hesab edilmsi tələbinə dair iddia ərizəsi üzrə mülki işin materialları işin baxılmasının aidiyyət məsələsinin həll edilməsi üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilsin. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-6429/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-6429/2020
10.12.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver