Məhkəmə qərarları › İş №2(004)-6431/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6431/2021

11.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6431/2021 11.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədirliyi, X2 oğlunun katibliyi ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “lizinq müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı MMC Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 06/18/0048 saylı, 16 yanvar 2018-ci il tarixli Daxili maliyyən Lizinqi müqaviləsi üzrə ödənilməmiş lizinq ödənişləri üzrə borc qalığı 133,19 manat, dəbbə pulu 100 manat, cəmi 233,19 manat məbləğində borcun, dövlər rüsumu qismində ödənilmiş 20 manat məbləğində pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş tərəflər məhkəmə iclasına gəlməmişlər, lakin iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 16.01.2018ci il tarixli 06/18/0048 saylı X3 müqaviləsinə əsasən müəyyən olunur ki, lizinqverən 1 dəst divardan asılan məişət qaz qazanını öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində Lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, Lizinq alan isə Lizinq obyektini bu Lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürmüşdür. Lizin obyektinin qiyməti 1311 manat, lizinq ödənişlərinin ümumi məbləği isə 1596,23 manat təşkil edir.əsas borc üzrə qalıq 1311 manat, lizinq verənin mükafatı isə 285,23 manat təşkil edir. Lizinq müddəti 12 aydır. İş materiallarında olan 16.01.2018-ci il tarixli 06/18/0048 saylı X3 müqaviləsinə 2№-li əlavəyə əsasən müəyyən olunur ki, Cavabdeh1 12 ay müddətinə, hər ay 133,02 manat, cəmi 1596,23 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 18.01.2018-ci il tarixli Lizinq obyektinin təhvil-təslim aktlna əsasən müəyyən olunur ki, müqavilədə nəzərdə tutulan əşyalar Cavabdeh1 tərəfindən təhvil alınmışdır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 16.01.2018ci il tarixli 06/19/0048 saylı Zaminlik müqaviləsinə əsasən müəyyən olunur ki, Cavabdeh2 Cavabdeh1 16.01.2018-ci il tarixli 06/19/0048 saylı X3 müqaviləsi üzrə öhdəliklərinin icrasına görə bu müqavilədə nəzərdə tutulmuş qaydada, həcmdə və şərtlərlə Lizinq verən qarısında məsuliyyət daşıyır. İş materiallarında olan 16.01.2018-ci il tarixli 06/19/0048 saylı X3 müqaviləsinə dəyişikliklər edilməsi barədə 05.07.2018-ci il tarixli 1 saylı razılaşmaya əsasən müəyyən olunur ki, dəyişikliyə əsasən lizinq ödənişinin ümumi məbləği 1715,19 manat, lizinq verənin mükafatı 404,19 manat, lizinq müddəti isə 18 ay təşkil edir. İş materiallarında olan 16.01.2018-ci il tarixli 06/18/0048 saylı X3 müqaviləsinə 2№-li əlavəyə əsasən müəyyən olunur ki, Cavabdeh1 12 ay müddətinə, hər ay 105,64 manat, cəmi 1715,19 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 29.07.2021-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh1 İddiaçı MMC-yə 133,19 manat əsas, 1276,68 manat cərimə, cəmi 1409,87 manat borcu vardır. İş materiallarında olan 02.05.2019-cu il tarixli və 23.01.2020-ci il tarixli tələb məktublarına əsasn müəyyən olunur ki, iddiaçı tərəfindən Cavabdeh1 borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 133,19 manat əsas, 10 manat cərimə borcu olmaqla cəmi 143,19 manat borc və 20 manat dövlət rüsumu tutularaq İddiaçı MMC -yə ödənilməlidir. Belə ki, Cavabdeh1 lizinq müqaviləsi üzrə ödhəliklərini yerinə yetirməyərək lizinq obyektindən istifadə haqqını müqavilədə müəyyənləşdiriliyi qaydada və müddətdə ödəməmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi əsas borca münasibətdə əsaslı olsa da, dəbbə pulu hissəsində əsaslı deyildir. Belə ki, dəbbənin məbləği əsas borca mütənasib deyildir. Ona görə də məhkəmə hesab edir ki, dəbbə borcu tənasübsüz olduğu üçün azaldılmalı, 10 manat məbləğində müəyyən edilməldir. Məhkəmə həmçinin Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən hesab edir ki, 20 manat dövlət rüsumu Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin Cavabdeh2 ilə bağlı hissəsində qeyd edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, zaminlik müqaviləsinin müddəti bitdiyi vaxtdan ( 05.07.2019) 1 il müddətində iddiaçı zaminə qarşı tələb irəli sürməmiş və zaminliyə artıq xitam verilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, 16.01.2018-ci il tarixli 06/18/0048 saylı X3 müqaviləsinin əsas şərtlərinin dəyişdirilməsi ilə bağlı zamin tərəfindən razılıq verilməsi iş materialları ilə müəyyən edilməmiş, lizinq müqaviləsinin müddəti uzadılmış və zaminin vəziyyəti ağırlaşdırılmışdır. Belə olan halda da zaminliyə xitam verilmişdir. (Mülki Məcəllə 477-ci maddə) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12-ci maddəsinə əsasən, lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə, lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. AR Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 0618/0048 saylı, 16 yanvar 2018-ci il tarixli X3 müqaviləsi üzrə ödənilməmiş lizinq ödənişləri üzrə borc qalığı 133,19 manat, dəbbə pulu üzrə 10 manat cərimə, cəmi 143,19 manat borc və dövlət rüsumu qismində ödənilmiş 20 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissəsində təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar