Məhkəmə qərarları › İş №2(004)-647/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-647/2023

20.04.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-647/2023 20.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs2 nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs2 nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.1982-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin qardaşı xx.xx.1982-ci il təvəllüdlü X7 ruhi-əsəb xəstəsidir. 1998-ci ildən Ruhi-əsəb Xəstəlikləri dispanserində qeydiyyatdadır. Ataları vəfat etmiş, anaları isə çox yaşlanmışdır. Qardaşı onun yanında yaşayır. Qardaşına o və ailəsi baxır. Qardaşının psixi xəstəliyinə görə dövlət tərəfindən ona 2-ci qrup əlillik dərəcəsi verilmiş və pensiya alır. Hal-hazırda qardaşı X7 xəstəliyi səbəbindən öz hərəkətlərinin mənasını dərk etmək və öz hərəkətlərini şüurlu surətdə idarə etmək iqtidarında deyil, psixi vəziyyətinə görə daim başqasının qulluğuna ehtiyacı vardır. Buna görə də, onun fəaliyyət qabiliyyəti olmayan şəxs kimi tanınmasına dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi Nümayəndə izahatında ərizəni müdafiə edərək təmin olunmasını xahiş edir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs2 nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Maraqlı şəxsin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan olan - Bakı şəhər İcraiyyə Komitəsinin Baş Səhiyyə İdarəsi Əsəb X13 xx.xx.2000-ci il tarixli, 882/98 nömrəli məktubuna əsasən müəyyən olunur ki, xx.xx.1982-ci il təvəllüdlü X7 1998-ci ildən X16 Dispanserində müalicəvi konsultativ qeydiyyatındadır. - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bİnəqədi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş əlillik haqqında 073819 saylı vəsiqənin surətinə əsasən müəyyən olunur ki, xx.xx.1982-ci il təvəllüdlü X7 2-ci qrup əlil kimi qeydiyyata alınmışdır. - Füzuli rayonu Kərimbəyli kənd soveti tərəfindən xx.xx.1982-ci il tarixdə verilmiş Vİİİ- JQ seriyalı, 386752 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən müəyyən edilir ki, X7 xx.xx.1982-ci il tarixdə Füzuli rayonunda anadan olmuşdur. X4, anası X3r. - Həmçinin Füzuli rayonu Kərimbəyli kənd soveti tərəfindən verilmiş Vİİİ-JQ seriyalı, 386752 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən müəyyən edilir ki, Ərizəçi X4, anası X3r. - AR Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi”nin Ambulator Məhkəmə Psixiatrik və Ekspertizasının xx.xx.2023-cü il tarixli, 475 saylı rəyinə əsasən müəyyən edilir ki, X6 şəxsiyyətin şizoid tip pozuntusu, anamnezində kəllə-beyin travması, intellektin enməsi aşkar edilir. Bunu anamnestik məlumatlar, tibbi sənədlər ( anamnestik məlunmatlara görə altı yaşında olarkən avtoqəza zamanı başından xəsarət alması, kənd xəstəxanasında müalicədə olması, yeniyetmə dövründə davranışında qeyri-adekvatlıq, əsəbilik, göstərilənlərlə əlaqədar 1998-ci ildən “Şizoid tipli şəxsiyyət pozuntusu, dekompensasiya vəziyyəti” diaqnozu ilə Bakı şəhər RƏXD-də qeydiyyatda olması, Bakı şəhər Klinik Xəstəxanasında psixosomatika şöbəsində bir neçə dəfə müalicədə olması, sonradan onda intellektual enmə və davranış pozuntuları əlamətləri biruzə verdiyi üçün evdə qoruyucu müalicələr (Leponeks, Respiridon, Finlepsin) qəbul etməsi, buna baxmayaraq psixi vəziyyəti qeyri-qənaətbəxş olması, qeyri-aydın səslər çıxarmaqla qışqırması, qidalanma və gigiyenik qaydalarına riayət etməməsi, əsəbilik və narahatlığı biruzə verməsi, xəstəliyi ilə əlaqədar İİ qrup əlil olması, hazırki müayinə gedişatında ünsiyyətə formal daxil olması, təfəkkürünün autikliyi, sorğu gedişatında verilən suallara adekvat cavablar verməyərək situasiyaya uyğun olmayaraq gülməsi və s.) sübut edir. X2 onda müəyyən edilmiş psixi xəstəliklə əlaqədar o, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malik deyildir. Buna görə də X7 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X7 onda müəyyən edilən şəxsiyyətin şizoid tip pozuntusu, anamnezində kəllə-beyin travması, intellektin enməsi ilə diaqnozlu xəstəliklə əlaəqdar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Məhkəmə qeyd edir ki, ərizəçi X5 yaxın qohumu – qardaşıdır. Qanunun tələbinə görə belə bir ərizə ilə müraciət etmək hüququna malikdir. X5 psixi cəhətdən fəaliyyət qabiliyyətinin olmaması iş materialları ilə sübut olunur. Ona görə də məhkəmə qeyd edir ki, ərizə təmin edilməli, X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında həmçinin şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Yuxarıdakılara əsasən və MPM-nin 216-220-ci, 321-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1982-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. X1 üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar