Məhkəmə qərarları › İş №2(004)-6470/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6470/2021

25.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6470/2021 25.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18.11.2019-cu il tarixli müqaviləsinə əsasən, HOFFMANN Mini soba, SAMSUNG Tozsoran üçün 342 (üçyüz qırx iki) manat ödənilməmiş hissə, 102 (yüz iki) manat dəbbə, 14.12.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********40755 Samsung Galaxy A20s markalı telefon üçün 407 (dörd yüz yeddi) manat ödənilməmiş hissə, 116 (yüz on altı) manat dəbbə, 17.12.2019-cu il tarixli müqaviləsinə əsasən, Philips Trimmer, 2 ədəd Magic power Paltaryuyan maşın üçün antivibro şəffaf altlıq, Samsung Paltaryuyan üçün 1176 (min yüz yetmiş altı) manat ödənilməmiş hissə, 354 (üç yüz əlli dörd) manat dəbbə, 23.02.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********65317 Samsung galaxy A10 markalı telefon üçün 308,4 (üç yüz səkkiz manat, qırx qəpik) manat ödənilməmiş hissə, 90 (doxsan) manat dəbbə pulu, ümumilikdə 2895 manat 40 qəpik borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 18.11.2019-cu il, 14.12.2019-cu il, 17.12.2019-cu il və 23.02.2020-ci il tarixli müqaviləsinə əsasən, HOFFMANN Mini soba, SAMSUNG Tozsoran, İMEİ Kodu **********40755 Samsung Galaxy A20s markalı telefon, Philips Trimmer, 2 ədəd Magic power Paltaryuyan maşın üçün antivibro şəffaf altlıq, Samsung Paltaryuyan, İMEİ Kodu **********65317 Samsung galaxy A10 markalı telefon almış və nəticədə 2895.4 (iki min səkkiz yüz doxsan beş manat, qırx qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 18.11.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 456 (dördyüz əlli altı) manat (12 ay x 38 manat + 0 manat ilkin ödəniş) HOFFMANN Mini soba, SAMSUNG Tozsoran üçün ümumilikdə, 444 (dörd yüz qırx dörd> manat olmaqla ondan, 342 (üç yüz qırx iki) manat ödənilməmiş hissə, 102 (yüz iki) manat dəbbə pulu hesablanmışdır. 14.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 517 (beş yüz on yeddi) manat (12 ay x 43 manat + 1 manat ilkin ödəniş) İMEİ Kodu **********40755 Samsung Galaxy A20s markalı telefon üçün ümumilikdə, 523 (beş yüz iyirmi üç) manat olmaqla ondan, 407 (dörd yüz yeddi) manat ödənilməmiş hissə, 116 (yüz on altı) manat dəbbə pulu hesablanmışdır. 17.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1419.2 (min dörd yüz on doqquz manat, iyirmi qəpik) manat (12 ay x 118 manat + 3.2 manat ilkin ödəniş) Philips Trimmer, 2 ədəd Magic power Paltaryuyan maşın üçün antivibro şəffaf altlıq, Samsung Paltaryuyan üçün ümumilikdə, 1530 (min beş yüz otuz,) manat olmaqla ondan, 1176 (min yüzyetmiş altı) manat ödənilməmiş hissə, 354 (üçyüz əlli dörd) manat dəbbə pulu hesablanmışdır. 23.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 335.4 (üç yüz otuz beş manat, qırx qəpik) manat (12 ay x 25 manat 70 qəpik + 27 manat ilkin ödəniş) İMEİ Kodu **********65317 Samsung galaxy A10 markalı telefon üçün ümumilikdə, 398.4 (üç yüz doxsan səkkiz manat, qırx qəpik) manat olmaqla ondan, 308.4 (üç yüz səkkiz manat, qırx qəpik) manat ödənilməmiş hissə, 90 (doxsan) manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 494.2 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Məhkəmə iclasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, AZEMİS vasitəsilə ona məxsus telefon nömrəsinə SMS bildiriş göndərilsə də, cavabdeh şəxs heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 18.11.2019cu il tarixli 01060256 nömrəli müqaviləyə əsasən, cavabdeh alqı-satqı qiyməti 456 (dördyüz əlli altı) manat (12 ay x 38 manat + 0 manat ilkin ödəniş) HOFFMANN Mini soba, SAMSUNG Tozsoran almış, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 444 (dörd yüz qırx dörd manat olmaqla ondan, 342 (üç yüz qırx iki) manat ödənilməmiş hissə, 102 (yüz iki) manat dəbbə borcu yaranmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 14.12.2019cu il tarixli 01126556 nömrəli müqaviləyə əsasən, cavabdeh alqı-satqı qiyməti 517 (beş yüz on yeddi) manat (12 ay x 43 manat + 1 manat ilkin ödəniş) İMEİ Kodu **********40755 Samsung Galaxy A20s markalı telefon almış, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 523 (beş yüz iyirmi üç) manat olmaqla ondan, 407 (dörd yüz yeddi) manat ödənilməmiş hissə, 116 (yüz on altı) manat dəbbə borcu yaranmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 17.12.2019cu il tarixli 01134300 nömrəli müqaviləyə əsasən, cavabdeh alqı-satqı qiyməti 1419,2 (min dörd yüz on doqquz manat, iyirmi qəpik) manat (12 ay x 118 manat + 3.2 manat ilkin ödəniş) Philips Trimmer, 2 ədəd Magic power Paltaryuyan maşın üçün antivibro şəffaf altlıq, Samsung Paltaryuyan almış, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 1530 (min beş yüz otuz,) manat olmaqla ondan, 1176 (min yüz yetmiş altı) manat ödənilməmiş hissə, 354 (üç yüz əlli dörd) manat dəbbə borcu yaranmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 23.02.2020ci il tarixli 20123893 nömrəli müqaviləyə əsasən, cavabdeh alqı-satqı qiyməti 335.4 (üç yüz otuz beş manat, qırx qəpik) manat (12 ay x 25 manat 70 qəpik + 27 manat ilkin ödəniş) İMEİ Kodu **********65317 Samsung galaxy A10 markalı telefon almış, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 398.4 (üç yüz doxsan səkkiz manat, qırx qəpik) manat olmaqla ondan, 308.4 (üç yüz səkkiz manat, qırx qəpik) manat ödənilməmiş hissə, 90 (doxsan) manat dəbbə borcu yaranmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış 01 sentyabr 2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, müqavilələr üzrə öhdəliklərin icrası gecikdirildiyindən, hesablanmış ödənilməmiş borcun və gecikdirilmiş günlər üçün hesablanmış cərimə borcunun qısa zaman ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə aidiyyatı dövlət qurumlarına müraciət olunacağı barədə xəbərdar edilmişdir. 16 sentyabr 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 18.11.2019-cu il tarixli 01060256 nömrəli müqaviləyə əsasən HOFFMANN Mini soba, SAMSUNG Tozsoran üçün 342 (üç yüz qırx iki) manat ödənilməmiş hissə, 102 (yüz iki) manat dəbbə borcu, 14.12.2019-cu il tarixli 01126556 nömrəli müqaviləyə əsasən İMEİ Kodu **********40755 Samsung Galaxy A20s markalı telefon üçün 407 (dörd yüz yeddi) manat ödənilməmiş hissə, 116 (yüz on altı) manat dəbbə borcu, 17.12.2019-cu il tarixli 01134300 nömrəli müqaviləyə əsasən Philips Trimmer, 2 ədəd Magic power Paltaryuyan maşın üçün antivibro şəffaf altlıq, Samsung Paltaryuyan üçün 1176 (min yüz yetmiş altı) manat ödənilməmiş hissə, 354 (üç yüz əlli dörd) manat dəbbə borcu, 23.02.2020-ci il tarixli 20123893 nömrəli müqaviləyə əsasən İMEİ Kodu **********65317 Samsung galaxy A10 markalı telefon üçün 308.4 (üç yüz səkkiz manat, qırx qəpik) manat ödənilməmiş hissə, 90 (doxsan) manat dəbbə borcu, cəmi 2895 manat 40 qəpik borc yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 425.1-ci maddəsinə əsasən: “Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir”. Bu iş üzrə isə cavabdehin öhdəliklərinin vaxtında və lazımi şəkildə icra edilmədiyi görünür; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiasının hər dörd müqavilə üzrə hesablanmış tənasübsüz surətdə yüksək dəbbə pulu azaldılmalı, 18.11.2019-cu il tarixli 01060256 nömrəli müqavilə üzrə 342 (üç yüz qırx iki) manat məbləğində ödənilməmiş hissəyə hesablanmış 102 (yüz iki) manat məbləğində dəbbə borcu 30 manat, 14.12.2019cu il tarixli 01126556 nömrəli müqavilə üzrə 407 (dörd yüz yeddi) manat məbləğində ödənilməmiş hissəyə hesablanmış 116 (yüz on altı) manat məbləğində dəbbə borcu 40 manat, 17.12.2019-cu il tarixli 01134300 nömrəli müqavilə üzrə 1176 (min yüz yetmiş altı) manat məbləğində ödənilməmiş hissəyə hesablanmış 354 (üç yüz əlli dörd) məbləğində dəbbə borcu 100 manat, 23.02.2020-ci il tarixli 20123893 nömrəli müqavilə üzrə 308.4 (üç yüz səkkiz manat məbləğində ödənilməmiş hissəyə hesablanmış 90 (doxsan) manat məbləğində dəbbə borcu 30 manat müəyyən edilərək, Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Məhkəmə sübutlara məcmu halnda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh hər dörd müqavilə üzrə 2233,40 (iki min iki yüz otuz üç manat qırx qəpik) manat əsas borc və 200 (iki yüz) manat cərimə olmaqla, cəmi 2433,40 (iki min dörd yüz otuz üç manat qırx qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2233,40 (iki min iki yüz otuz üç manat qırx qəpik) manat əsas borc və 200 (iki yüz) manat cərimə olmaqla, cəmi 2433,40 (iki min dörd yüz otuz üç manat qırx qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar