Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6478/2025 06.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh1 qarşı "borcun silinməsi və abonent kodunun iddiaçının adına rəsmiləşdirilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh1 qarşı "borcun silinməsi və abonent kodunun iddiaçının adına rəsmiləşdirilməsi" tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanı **********40205 nömrəli abonent kodu üzrə ödənilməmiş 11,34 (on bir manat otuz dörd qəpik) manat borcun silinməsinə və həmin abonent kodunun mənzilin sahibi İddiaçı adına rəsmiləşdirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus Bakı şəhəri, Yeni Yasamal 1, ev 14, 205 saylı mənzil 1993-cü ildə Şuşadan olan məcburi köçkün X5 ailəsi ilə birlikdə zəbt edilmişdir. Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 2-3015/06 saylı 20 noyabr 2007-ci il tarixli qətnaməsinə əsasən X5 ailəsi ilə birlikdə Yeni Yasamal 1, ev.14, 205-ci mənzildən çıxarılması qət edilməsinə baxmayaraq icra edilməmişdir. 2006-ci ildə X5 qeyriqanuni olaraq Yeni ünvan 2 ünvanında yerləşən 205-ci mənzili ünvan 3ının 60 nömrəli mənzilində məskunlaşmış Cavabdeh1 Nurəli oğlunu ailəsi ilə həmin ünvana yerləşdirmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-954/2008 saylı, xx.xx.2008-ci il tarixli sərəncamına əsasən Cavabdeh1 Nurəli oğlu ailə üzvləri ilə birlikdə Bakı şəhəri Yasamal rayonu Yeni Yasaml-1, 14 saylı evin 205-ci mənzilindən çıxarılmaları qət edilmişdi. 01 avqust 2025-ci il tarixində Cavabdeh1 Nurali oğlu ailəsi ilə birlikdə mənzili Bakı şəhəri, Yasamal rayon icra şöbəsinin icra məmurlarının iştirakı ilə boşaldıraraq sahibinə təhvil verilmişdir. xx.xx.2008-ci il tarixində Sumqayıt şəhəri 10 saylı mənzil istismar sahəsinindən aldıqları arayışda X3 2005-ci ildən 12 mkr, ev 36, 35 saylı mənzildə yaşadıqları qeyd edilib. Bakı şəhəri, Yeni Yasamal 1, ev 14, 205 saylı mənzilin yeganə və qanuni mülkiyyətçisi olduğu halda "Azərişıq” ASC onun hüquqlarını pozaraq qeyd edilən ünvana dair heç bir hüquqi sənədi olmayan X3 adına sayğac quraşdıraraq onun adına **********40205 abonent kodunu rəsmiləşdirmişdir. **********40205 nömrəli abonent kodunu İddiaçı adına rəsmiləşdirilməsi üçün həmin abonent kodunu üzrə hesablanmış 11.34 (on bir manat otuz dörd qəpik) manat borc ödənilməlidir. Bu borc xx.xx.2025-ci il tarixinə hesablanmışdır və həmin tarixə kimi qeyd edilən ünvanda Cavabdeh1 Nurəli oğlu öz ailəsi ilə məskunlaşmışdı. 32 il ərzində iddiaçıya məxsus mənzil iki dəfə fərqli ailələr tərəfdən zəbt edilərək tam yararsız hala salınmışdır və ona maddi və mənəvi zərər vurulmuşdur. Məhkəmənin nəzərinizə çatdırır ki, əri İddiaçı uzun illər məhkəmə yollarında qaldığı və ədalətsizliklə qarşılaşdığı üçün insult keçirilmiş və nəticədə nitq və əmək fəaliyyəti qabiliyyətini itirmişdir, həmçinin təqaüçüdür. Özü Nümayəndə1 həmçinin təqaüdçüdür. Onlara təqdim edilən borcu ödəmək imkanında deyillər. Məhkəmə prosesinin gedişində iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, ünvan 1 ünvanı **********40205 nömrəli abonent kodu üzrə ödənilməmiş 513,08 (beş yüz on üç manat səkkiz qəpik) manat borcun silinməsinə və həmin abonent kodunun mənzilin sahibi İddiaçı adına rəsmiləşdirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmunua uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, atası 1-ci qrup əlildir. Evləri 1993-cü ildə məcburi köçkün tərəfindən zəbt olunmuşdur, daha sonra məhkəmə ilə qeydiyyatdan çıxarılmışdır. Evləri də pis vəziyyətə salınmışdır. O, həmin şəxslə əlaqə saxlamışdı, telefonda ona məcburi köçkün olduğunu, ödəniş etməyəcəyini bildirmişdi. Hal-hazırda mənzildə işıq yoxdur və təmirə başlaya bilmirlər. Əgər işıq enerjisi vaxtında kəsilsə idi, borc məcburi köçkün tərəfindən ödənilərdi. Borclar 2005-ci ilə aiddir. Mənzil 2025-ci ildə onlara təhvil verilmişdir. Onlar mənzildə yaşamamışlar. İki dəfə sayğac dəyişdirilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə3 iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, 2005-ci ildə "xxxx" ASC fəaliyyət göstərmirdi. Abonent kodu iddiaçının adınadır. Borc isə mənzilinə yazılıb və dövlətindir. Borcun qismən silinməsi ilə bağlı iddiaçı ilə barışıq sazişi bağlamağa razıdırlar. Verilən suallara cavab olaraq bildirmişdir ki, iddiaçı ilə barışıq sazişi bağlanmalı, yaxud borc ödənilməlidir ki, sayğacın abonent kodu başqa şəxsin adına dəyişdirilə bilsin. Digər cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Xətai Rayon Xalq Deputatları Soveti tərəfindən İddiaçı verilmiş 016650 nömrəli, xx.xx.1993-cü il tarixli orderin surətindən görünür ki, Bakı şəhəri, Yeni Yasamal-1, ev 14 ünvanında 12 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən 4 otaqlı, ümumi sahəsi 58,99 kv.m olan 205 nömrəli mənzildə 5 nəfərdən ibarət ailə üzvləri (arvadı 1960-ci il təvəllüdlü Qarayeva A.X, oğlanları 1978-ci il təvəllüdlü Qarayev M.N. və 1981-ci il təvəllüdlü Qarayev R.N. və qızı 1980-ci il təvəllüdlü Nümayəndə1N.) ilə birlikdə yaşamaq icazəsi verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-954/08 nömrəli, xx.xx.2008-ci il tarixli icra vərəqəsinə əsasən, Apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2-3015/06 saylı mülki iş üzrə 20 noyabr 2007-ci il tarixli qətnaməsi dəyişdirilməsi, X1 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yeni Yasamal-1, 14 saylı evin 205-ci mənzilindən çıxarılması hissəsinin ləğv edilməsi, iddianın təmin edilməsi, Cavabdeh1 Nurəli oğlunun ailə üzvləri ilə birlikdə Bakı şəhəri Yeni Yasamal-1,14 saylı evin 205-ci mənzilindən çıxarılmaları qət edilmişdir. İcra vərəqəsi xx.xx.2008-ci il tarixində verilmişdir. Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru X6, iş üzrə borclu Cavabdeh1 Nurəli oğlu, iş üsrə tələbkarın nümayəndəsi X10, hal şahidləri X7 və X9 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci tarixli aktdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 954/08 nömrəli, xx.xx.2008-ci il tarixli icra sənədinin icrası ilə bağlı İcra sənədində qeyd olunan Bakı şəhəri Yeni Yasamal-1,14 saylı evin 205 nömrəli mənzilinə gəldilər. Mənzildə məskunlaşan Cavabdeh1 və ailəsi mənzili könüllü boşaldaraq, mənzil mülkiyyətçisinin sahibliyinə verildi. Prosesdə mülkiyyətçinin etibarnamə üzrə nümayəndəsi X10 mənzilin açarını təhvil aldı. Mənzildə məcburi köçkün ailəsinə məxsus heç bir dəyərli əmlak qalmamışdır. Mənzil boş vəziyyətdə təhvil alınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyetrindən **********32-05101-093092 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, AZ 1012, ünvan 5 ünvan: ünvan 6n ümumi sahəsi 83,50 kv.m olan mənzil xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2025-ci il tarixində İddiaçı adına qeydiyyata alınmışdır. “Azərişıq’ ASC tərəfindən verilmiş Abunə haqqında məlumatdan görünür ki, ünvan 7 ünvanda yerləşən mənzilin abunəçisi Mətləb Babışovun (abunə kodu: **********40205) adında “Barmek Azərbaycan Elektrik Şəbəkəsi MMC-dən qalan 501,74 manat məbləğində dondurulmuş borc və abunəçi tərəfindən ödənilməmiş 11,34 manat borc qalmışdır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı, 2 fevral 2005-ci il tarixli qərarının 7.9-cu bəndinə əsasən, məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Elektrik enerjisinin qiymətləri (tariflər) “Elektroenergetika haqqında”, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər normativ sənədlərə uyğun olaraq dövlət tərəfindən tənzimlənir. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 8.14-cü bəndinə əsasən, İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Həmin Qaydaların 8.18-ci maddəsinə əsasən, istehlakçı, o cümlədən məişət abonenti tutduğu ərazidən, binadan köçdükdə, öz fəaliyyətini dayandırdıqda və ya ləğv edildikdə o, on gün əvvəl enerjitəchizatı müəssisəsinə elektrik enerjisinin alqı-satqı müqaviləsinin ləğv olunması barədə müraciət etməli və sonuncu günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqını ödəməlidir. Yeni istehlakçının, o cümlə-dən məişət abonentinin elektrik şəbəkəsinə qoşulması və sənədləşdirilməsi bu Qaydalara uyğun aparılır. Həmin Qaydaların 8.21-ci maddəsinə əsasən elektrik enerjisinin alqı-satqı müqaviləsini, şəxsi hesabın digər məişət abonentinin adına keçirilməsi onların müraciətlərinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən beş gün ərzində baxılır və həll edilir. Elektrik şəbəkəsinə əvvəllər qoşulmuş yaşayış binasındakı mənzilə yeni kirayəçi, yaxud mülkiyyətçi və ya yaşayış evinə yeni mülkiyyətçi köçdükdə, həmin məişət abonenti ilə enerjitəchizatı müəssisəsi arasında beş gün müddətində elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılmalıdır və enerjitəchizatı müəssisəsi onun adına şəxsi hesab açmalıdır. Həmin Qaydaların 8.22-ci bəndinə əsasən, məişət abonenti mənzildən və ya xüsusi yaşayış evindən köçərkən, həmin mənzilin və ya xüsusi yaşayış evinin yeni mülkiyyətçisi, yaxud kirayəçisi ondan köçdüyü günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqının ödənilməsi və elektrik enerjisi sərfinə görə borcunun olmaması barədə enerjitəchizatı müəssisəsinin arayışını tələb etməlidir Həmin Qaydaların 8.26-cı bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar özünəxidmət üsuluna, əvvəlcədən ödəmə üsuluna və ya enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən yazılmış ödəmə sənədlərinə əsasən aparılır. Həmin Qaydaların 9.1-ci bəndinə görə İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X2 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Həmin Qaydaların 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı, 2 fevral 2005-ci il tarixli qərarının 8.21-ci maddəsinə əsasən elektrik enerjisinin alqı-satqı müqaviləsini, şəxsi hesabın digər məişət abonentinin adına keçirilməsi onların müraciətlərinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən beş gün ərzində baxılır və həll edilir. Elektrik şəbəkəsinə əvvəllər qoşulmuş yaşayış binasındakı mənzilə yeni kirayəçi, yaxud mülkiyyətçi və ya yaşayış evinə yeni mülkiyyətçi köçdükdə, həmin məişət abonenti ilə enerjitəchizatı müəssisəsi arasında beş gün müddətində elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılmalıdır və enerjitəchizatı müəssisəsi onun adına şəxsi hesab açmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə elektrik enerjisindən istifadə Qaydalarının və qanunvericiliyin müddəalarını, habelə işin hallarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Xalq Deputatları Soveti tərəfindən İddiaçı verilmiş 016650 nömrəli, xx.xx.1993-cü il tarixli orderə əsasən, Bakı şəhəri, Yeni Yasamal-1, ev 14 ünvanında 12 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən 4 otaqlı, ümumi sahəsi 58,99 kv.m olan 205 nömrəli mənzildə 5 nəfərdən ibarət ailə üzvləri (arvadı 1960-ci il təvəllüdlü Qarayeva A.X, oğlanları 1978-ci il təvəllüdlü Qarayev M.N. və 1981-ci il təvəllüdlü Qarayev R.N. və qızı 1980-ci il təvəllüdlü Nümayəndə1N.) ilə birlikdə yaşamaq icazəsi verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-954/08 nömrəli, xx.xx.2008-ci il tarixli icra vərəqəsinə əsasən, apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2-3015/06 saylı mülki iş üzrə 20 noyabr 2007-ci il tarixli qətnaməsi dəyişdirilməsi, X1 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yeni Yasamal-1, 14 saylı evin 205-ci mənzilindən çıxarılması hissəsinin ləğv edilməsi, iddianın təmin edilməsi, Cavabdeh1 Nurəli oğlunun ailə üzvləri ilə birlikdə Bakı şəhəri Yeni Yasamal-1,14 saylı evin 205-ci mənzilindən çıxarılmaları qət edilmişdir. Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru X6, iş üzrə borclu Cavabdeh1 Nurəli oğlu, iş üsrə tələbkarın nümayəndəsi X10, hal şahidləri X7 və X9 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci tarixli aktdan görünür ki, mənzildə məskunlaşan Cavabdeh1 və ailəsi mənzili könüllü boşaldaraq, mənzil mülkiyyətçisinin sahibliyinə vermişlər. Daşınmaz Əmlakın Dövlət Reyestri Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2025-ci il tarixində İddiaçı adına Çıxarış verilmişdir. "xxxx" ASC tərəfindən iddiaçının mülkiyyətində olan, ünvan 7 (yeni qaydalarla: ünvan 8 ünvanda yerləşən mənzil üzrə **********40205 nömrəli abonent kodunun iddiaçının adına rəsmiləşdirilməsindən imtina edilmişdir və ondan əvvəl həmin yaşayış sahəsində məcburi köçkün olaraq yaşamış olan şəxsə məxsus borcun iddiaçı tərəfindən ödənilməsi tələb edilmişdir. Hazırda iddiaçı mülkiyyətində olan mənzil üzrə ödənilməmiş 513,08 manat borcun silinməsi və həmin abonent kodunun iddiaçının adına rəsmiləşdirilməsi məqsədilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, 513,08 manat məbləğində yaranmış borc iddiaçıdan əvvəl onun mənzilində məskunlaşmış məcburi köçkün Mətləb Babışova aid olduğundan, ondan qalan borc məbləği yeni mülkiyyətçidən, yəni iddiaçıdan tələb edilə bilməz. Yaşayış evinə yeni mülkiyyətçi köçdükdə, həmin məişət abonenti ilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılmalıdır və enerjitəchizatı müəssisəsi onun adına şəxsi hesab açmalıdır. Lakin işin hallarından görünür ki, cavabdeh "xxxx" ASC tərəfindən abonent kodu mənzilin mülkiyyətçisi olan ifdiaçının adına rəsmiləşdirilməmiş və rəsmiləşdirmə üçün əvvəlki borcların ödənilməsi tələb olunmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçı mülkiyyətində olan mənzil üzrə abonent kodunun iddiaçının adına rəsmiləşdirilməsi barədə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə iddia tələbinin “borcun silinməsi” hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, "xxxx" ASCnin təqdim etdiyi abonent haqqında məlumatdan müəyyən edilmişdi ki, 513,08 manat borcun 501,74 manat hissəsi "xxxx" MMC-nin dövründən qalan dondurulmuş borcdur. Bu borc mülkiyyətçinin deyil, həmin dövrdə enerjini faktiki istehlak edən şəxslərin (məcburi köçkünlərin) adına qeyd olunub. Borc dövlət vəsaiti hesab olunur və onun əsassız silinməsi xidmət göstərən qurumun maliyyə maraqlarına ziddir. Məhkəmə qeyd edir ki, borc İddiaçı tərəfindən deyil, enerjini faktiki istifadə etmiş Mətləb Babışev tərəfindən ödənilməlidir. Borcun iddiaçının üzərində qalması onun silinməsi üçün əsas deyil. iddiaçı bu borcu ödəməyə məcbur edilməməli, lakin borc "xxxx" ASC tərəfindən real borcludan (faktiki istifadəçidən) tələb edilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, ünvan 7 (yeni qaydalarla: ünvan 8 ünvanda yerləşən mənzil üzrə **********40205 nömrəli abonent kodunun İddiaçı adına rəsmiləşdirilməsi vəzifəsi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulnalı, iddia tələbi qalan hissədə təmin edilməməlidiir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 284.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. ünvan 7 (yeni qaydalarla: ünvan 8 ünvanda yerləşən mənzil üzrə **********40205 nömrəli abonent kodunun İddiaçı adına rəsmiləşdirilməsi vəzifəsi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-6478/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6478/2025
06.01.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver