Məhkəmə qərarları › İş №2(004)-6479/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6479/2021

26.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6479/2021 26.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbinə” dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04.01.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********95168 olan X2 8 markalı telefon, Power Bank, Xiaomi Mİ Security Camera üçün 498.8 (dörd yüz doxsan səkkiz manat səksən qəpik) manat ödənilməmiş hissə, 49 (qırx doqquz) manat cərimə, 18.01.2020-ci il tarixli müqaviləsinə əsasən, Kinoteatr LG üçün 641,8 (altı yüz qırx bir manat səksən qəpik) manat ödənilməmiş hissə, 64 (altmış dörd) manat cərimə, 18.01.2020-ci il tarixli müqaviləyə əsasən, X1 aksesuar, Power Bank Mİ üçün 76 (yetmiş altı) manat ödənilməmiş hissə, 7 (yeddi) manat cərimə, ümumilikdə 1336.6 manat borc, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" MMC kiçik iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 04.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 760.8 (yeddi yüz altmış manat səksən qəpik) manat (12 ay x 63.4 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********95168 olan X2 8 markalı telefon, Power Bank, Xiaomi Mİ Security Camera üçün - ümumilikdə 547.8 (beş yüz qırx yeddi manat səksən qəpik) manat olmaqla ondan 498.8 (dörd yüz doxsan səkkiz manat səksən qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 49 (qırx doqquz) manat cərimə; 18.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 850.8 (səkkiz yüz əlli manat səksən qəpik) manat (12 ay x 70.9 manat + 0 manat ilkin ödəniş) Kinoteatr LG üçün ümumilikdə 705.8 (yeddi yüz beş manat səksən qəpik) manat olmaqla ondan 641.8 (altı yüz qırx bir manat səksən qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 64 (altmış dörd) manat cərimə; 18.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 216.6 (iki yüz on altı manat altmış qəpik) manat (6 ay x 36.1 manat + 0 manat ilkin ödəniş) X1 aksesuar, Power Bank Mİ üçün ümumilikdə 83 (səksən üç) manat olmaqla ondan 76 (yetmiş altı) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 7 (yeddi) manat cərimə borcu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 611.6 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının ərizəsinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 04.01.2020-ci il tarixli 20011036 nömrəli müqavilədən görünür ki, müqavilə əsasında Cavabdeh "xxxx" MMC-dən İMEİ Kodu **********95168 olan X2 8 markalı telefon, Power Bank, Xiaomi Mİ Security Camera almış və nəticədə 547.8 (beş yüz qırx yeddi manat səksən qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 04.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 760.8 (yeddi yüz altmış manat səksən qəpik) manat (12 ay x 63.4 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********95168 olan X2 8 markalı telefon, Power Bank, Xiaomi Mİ Security Camera üçün - ümumilikdə 547.8 (beş yüz qırx yeddi manat səksən qəpik) manat olmaqla ondan 498.8 (dörd yüz doxsan səkkiz manat səksən qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 49 (qırx doqquz) manat cərimə borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş 18.01.2020-ci il tarixli 20046123 nömrəli müqavilədən görünür ki, müqavilə əsasında Cavabdeh "xxxx" MMC-dən Kinoteatr LG almış və nəticədə 705,8 (yeddi yüz beş manat səksən qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 18.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 850,8 (səkkiz yüz əlli manat səksən qəpik) manat (12 ay x 70.9 manat + 0 manat ilkin ödəniş) Kinoteatr LG üçün ümumilikdə 705.8 (yeddi yüz beş manat səksən qəpik) manat olmaqla ondan 641.8 (altı yüz qırx bir manat səksən qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 64 (altmış dörd) manat cərimə borcu hesablanmışdır. İş materiallarına əlavə olunmuş 18.01.2020-ci il tarixli 20046099 nömrəli müqavilədən görünür ki, müqavilə əsasında Cavabdeh "xxxx" MMC-dən X1 aksesuar, Power Bank Mİ almış və nəticədə 83 (səksən üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 18.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 216.6 (iki yüz on altı manat altmış qəpik) manat (6 ay x 36.1 manat + 0 manat ilkin ödəniş) X1 aksesuar, Power Bank Mİ üçün ümumilikdə 83 (səksən üç) manat olmaqla ondan 76 (yetmiş altı) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 7 (yeddi) manat cərimə borcu hesablanmışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC tərəfindən cavabdehə ünvanlanmış 05.02.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, qısa zaman ərzində ödəniş etməyəcəyi təqdirdə iddiaçı məhkəmədə mülki iddia qaldıracağı barədə Cavabdeh xəbərdar etmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən təqdim olunmuş 17 sentyabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, 04.01.2020-ci il tarixli müqavilə üzrə Cavabdeh 498.8 (dörd yüz doxsan səkkiz manat səksən qəpik) manat əsas borc, 49 (qırx doqquz) manat hesablanmış cərimə, 18.01.2020-ci il tarixli müqavilə üzrə 641.8 (altı yüz qırx bir manat səksən qəpik) manat əsas borc və 64 (altmış dörd) manat hesablanmış cərimə, 18.01.2020-ci il tarixli müqavilə üzrə 76 (yetmiş altı) manat əsas borc və 7 (yeddi) manat hesablanmış cərimə, ümumilikdə 1336,60 (bir min üç yüz otuz altı manat altmış qəpik) manat borcu vardır. Cavabdehin cəmi ödədiyi məbləğ 611,6 (altı yüz on bir manat altmış qəpik) manat təşkil edir. İş materiallarına əlavə olunmuş 20.09.2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçının nümayəndəsi tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, müəyyən olundu ki, "xxxx" MMC ilə Cavabdeharasında bağlanmış 04.01.2020-ci il tarixli müqavilə üzrə İMEİ Kodu **********95168 olan X2 8 markalı telefon, Power Bank, Xiaomi Mİ Security Camera üçün 498.8 (dörd yüz doxsan səkkiz manat səksən qəpik) manat ödənilməmiş hissə və 49 (qırx doqquz) manat məbləğində cərimə, 18.01.2020-ci il tarixli müqavilə üzrə Kinoteatr LG üçün 641.8 (altı yüz qırx bir manat səksən qəpik) manat ödənilməmiş hissə və 64 (altmış dörd) manat cərimə, 18.01.2020-ci il tarixli müqavilə üzrə X1 aksesuar, Power Bank Mİ üçün 76 (yetmiş altı) manat ödənilməmiş hissə və 7 (yeddi) manat cərimə olmaqla, ümumilikdə 1336,6 (bir min üç yüz otuz altı manat altmış qəpik) manat borc yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 04.01.2020-ci il tarixli 20011036 nömrəli müqavilə üzrə 498,8 manat ödənilməmiş hissə və 49 manat cərimə, 18.01.2020-ci il tarixli 20046123 nömrəli müqavilə üzrə üzrə 641,8 manat ödənilməmiş hissə və 64 manat cərimə, 18.01.2020-ci il tarixli 20046099 nömrəli müqavilə üzrə 76 manat ödənilməmiş hissə və 07 manat cərimə olmaqla, cəmi 1336,6 (bir min üç yüz otuz altı manat altmış qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-nə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar