Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6489/2021 25.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yasamal rayonu, 9-cu keçid, ev 14 (Abonent kodu: **********40000) ünvanına 30 iyul 2010-cu il tarixinə hesablanmış 1945,65 (bir min doqquz yüz qırx beş manat altmış beş qəpik) manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ona məxsus Yasamal rayonu, 9-cu keçid, ev 14 (Abonent kodu: **********40000) ünvanında o, ailəsiylə yaşayır. Həmin ünvanda elektrik sayğacı olmayıb və elektrik enerjisindən mərhum babası, atası, hazırda isə istifadə edir. Azərişıq ASC-nin işçiləri 24 sentyabr 2021-ci il tarixində elektrik sayğacı quraşdırıb ondan 30 iyul 2010-cu il tarixinə hesablanmış borcu tələb edir və karta pul vurduqda 30 faiz köhnə borcdan silinəcəyini bildirmişlər. İddia müddətinin 3 il olduğunu nəzərə alaraq belə qərara gəlmişdir ki, məhkəməyə müraciət etsin və öz haqqını müdafiə etsin. Yasamal rayonu, 9-cu keçid, ev 14 (Abonent kodu: **********40000) ünvanına 30 iyul 2010-cu il tarixinə hesablanmış 1945,65 (bir min doqquz yüz qırx beş manat altmış beş qəpik) manat borcun silinməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək izahatında İddiaçı hazırki iddia tələbi üzrə subyektiv hüququnun olmadığını, eyni zamanda iddia ərizəsinin əsassız olduğuna görə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır və buna görə də təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Kodu **********40000 olan İddiaçı Baba oğlunun adına olan abonentin saldosundan görünür ki, ünvan 1 30.07.2010-cu il tarixinə 1945,65 (bir min doqquz yüz qırx beş manat altmış beş qəpik) manat borc məbləği hesablanmışdır. İş materiallarında olan İV-JQ 270150 saylı ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı Baba oğlu 16.12.1991-ci ildə vəfat etmişdir. İş materiallarında olan İİ-JQ 497545 saylı ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X3 30.10.1994-cü ildə vəfat etmişdir. İş materiallarında olan Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyi 64 saylı MKİS-in 64 saylı arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, 9-cu keçid, ev 14 ünvanında qeydiyyatdadır. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, İddiaçı babası İddiaçı Baba oğlu 16.12.1991-ci ildə, atası X3 30.10.1994-cü ildə vəfat etmişdir. İddiaçı Yasamal rayonu, 9-cu keçid, ev 14 (Abonent kodu: **********40000) ünvanında yaşayır və qeydiyyatdadır. ünvan 1 30.07.2010-cu il tarixinə 1945,65 (bir min doqquz yüz qırx beş manat altmış beş qəpik) manat borc məbləği hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 551.2-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Məhkəmə qeyd edir ki, iş materiallarından da göründüyü kimi iddiaçının silinməsini tələb etdiyi borc məbləği 30.07.2010-cu il tarixinə kimi olan borc olduğundan, Azərbaycan Respublikası Mülki Məcəllənin 551.2.1-ci maddəsinə göstərişlərinə əsasən, Yasamal rayonu, 9cu keçid, ev 14 (Abonent kodu: **********40000) ünvanı üzrə 30.07.2010-cu il tarixinə yazılmış 1945,65 (bir min doqquz yüz qırx beş manat altmış beş qəpik) manat borc məbləği silinməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “ Elektrik enerjisindən istifadə Qaydaları” nın 8.14-cü bəndinə əsasən, istehlakçi hesablaşma dövüründə ona buraxılmış elektrik enerjisinin haqqını enerji təchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “ Elektik enerjisindən istifadə Qaydaları”nın 8.14-cü bəndinə əsasən Dövlət elektroenergetika müəssisəsindən enerji təchizatı müəssisəsinə, enerji təchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “ Elektik enerjisindən istifadə Qaydaları”nın 8.3-cü bəndinə əsasən Dövlət elektroenergetika müəssisəsi ilə enerji təchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisinə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalları nəzərə alınmaqla) əsasən aparılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “ Elektik enerjisindən istifadə Qaydaları”nın 8.4-cü bəndinə əsasən 8.4. Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri, Yasamal rayonu, 9-cu keçid, ev 14 (Abonent kodu: **********40000) ünvanına 30 iyul 2010-cu il tarixinə hesablanmış 1945,65 (bir min doqquz yüz qırx beş manat altmış beş qəpik) manat borcun silinməsi cavabdeh "xxxx" ASC-yə həvalə edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İddia tələbi təmin edildiyindən, məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, 9-cu keçid, ev 14 (Abonent kodu: **********40000) ünvanına 30 iyul 2010-cu il tarixinə hesablanmış 1945,65 (bir min doqquz yüz qırx beş manat altmış beş qəpik) manat borcun silinməsi cavabdeh "xxxx" ASC-yə həvalə edilsin və 30 (otuz) manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinin xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-6489/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6489/2021
25.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver