Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-65/2022 03.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyinin, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti cəlb edilməklə “əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iyun, iyul və avqust ayları üçün müəyyən olan ümumilikdə 4200 manat məbləğində ödənilməmiş əmək haqqının, istifadə edilməyən əmək məzuniyyəti günlərinə görə ümumilikdə 2450 manat məbləğində kompensasiyanın, vurulmuş mənəvi zərərə görə 4000 manat məbləğində kompensasiyanın, ilk 5 ay gecikdirilmiş əmək haqqının müqabilində ümumilikdə 6420 manat məbləğində kompensasiyanın, iyun, iyul, avqust ayları üçün müəyyən olunan əmək haqqının gecikdirilməsinə görə kompensasiyanın hesablanaraq cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o Cavabdeh MMC-də layihə meneceri vəzifəsində çalışmışdır. xx.xx.2020-ci il tarixində onun əmək müqaviləsinə xitam verilmişdir. Hesab edir ki, əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən təzyiqlərə məruz qaldığından və son haqq-hesab düzgün aparılmadığından, əmək qanunvericiliyi ilə müəyyən olunan hüquqları pozulmuşdur. Buna görə də, ona dəyən maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Onun əmək müqaviləsi üzrə əmək haqqı 1500 manat təşkil edir. 2020-ci ilin yanvar ayından etibarən, işəgötürəni olan Cavabdeh MMC onun əməkhaqqının ödənilməsini müəyyən intervallarla gecikdirmişdir. Bank hesabından çıxarışdan da göründüyü kimi, onun maaşı 2020-ci il ərzində hər ayın tamamında bütöv şəkildə ödənilməmişdir. Bundan əlavə olaraq, cavabdeh müəyyən aylarda onun maaşını tam ödəməmişdir və ona borclu qalmışdır. Əmək müqaviləsinə xitam verilən zaman aparılan son haqq-hesab işləri zamanı ona ödənilməli olan məbləğ düzgün hesablanmamış, cavabdehin ona ödəməli olduğu məbləğdən dəfələrlə az olan ödəniş edilmişdir. “COVİD-19” virusunun ölkə ərazisində yayılması ilə əlaqədar olaraq ölkədə elan edilən karantin rejimi onun işləməsinə mane olmamışdır. Belə ki, gördüyü işin mahiyyəti onun iş yerində iştirak etmədən də əmək funksiyalarını tam icra etməsinə imkan vermişdir. Beləliklə, o fiziki olaraq iş yerində olmasa belə, bütün vəzifə öhdəliklərini icra etmiş və iş günü buraxmamışdır. Həmçinin, işlədiyi son iki il ərzində o öz əmək məzuniyyəti hüququndan istifadə etməmişdir. Belə ki, son iki iş ilində o cəmi 10 gün məzuniyyət götürmüşdür. Müqaviləsinə xitam verilərkən isə istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi ona ödənilməmişdir. O işə götürənin təzyiqi altında əmək müqaviləsinin xitam olunması barədə ərizə ilə müraciət etmişdir. Belə ki, cavabdeh əmək müqaviləsi üzrə maaşını azaltmağı, rəsmi sənədlərdə maaşının 250 manat olaraq göstərilməsini və qalan məbləği ona əlbəəl verməyi təklif etmişdir. Bundan başqa, ondan ərizə yazaraq öz hesabına 6 aylıq məzuniyyət götürməsi tələb olunmuşdur. O bu təkliflərlə razılaşmadıqda cavabdeh qurumun rəhbərliyi ərizə yazaraq ondan işdən çıxmağını tələb etmişidir. Bu səbəbdən də o xx.xx.2020-ci il tarixində əmək şəraitinin dəyişdirilməsi əsası ilə əmək müqaviləsinə xitam verilməsinə dair ərizəni yazıb cavabdeh qurumun rəhbərliyinə təqdim etmişdir. Əmək müqaviləsinə xx.xx.2020-ci il tarixində xitam verilmiş, son haqq-hesab işləri də həmin tarixdə görülmüşdür. Ona həmin tarixdə cəmi 1100 manat məbləğində pul ödənilmişdir. Onun 1 aylıq əməkhaqqı 1500 manat təşkil edir. 01 yanvar 2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinə qədər ona ümumilikdə 11800 manat məbləğində pul ödənilməli idi. Bank hesabından çıxarışdan da göründüyü kimi, 2020-ci il ərzində ona cəmi 7600 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdir ildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələrlə bölməsində nəzərdə tutulan qaydada həll edilir. Belə ki, cavabdeh əmək haqqını uzun müddət gecikdirməklə ödəmişdir. Odur ki, Cavabdeh MMC ona hər gecikdirilən gün üçün maaşının 1%-i məbləğində olmaqla, yəni - 15 manat məbləğində pul ödəməlidir. Onun əmək haqqı hər ayın sonuncu günü ödənilməli olduğu halda aşağıda göstərilən tarixlərdə tam olaraq ödənilmişdir: Yanvar ayının ödənişi 17 gün gecikdirilməklə xx.xx.2020-ci il tarixində; Fevral ayının ödənişi 94 gün gecikdirilməklə xx.xx.2020-ci il tarixində; Mart ayının ödənişi 118 gün gecikdirilməklə xx.xx.2020-ci il tarixində; Aprel ayının ödənişi 110 gün gecikdirilməklə xx.xx.2020-ci il tarixində; May ayının ödənişi 89 gün gecikdirilməklə xx.xx.2020-ci il tarixində. Bank hesabından çıxarışdan da göründüyü kimi, ilk 5 ayın əmək haqqısı ümumilikdə 428 gün gecikdirilmişdir. İyun, iyul və avqust ayının ödənişləri bu günə qədər ödənilməmişdir. Odur ki, ilk 5 ay üçün, hər gün üçün 15 manat olmaqla, ümumilikdə 6420 manat məbləğində kompensasiya ödənilməlidir. İyun, iyul və avqust aylarının kompensasiyası hələ də ödənilmədiyindən, gecikdirilən günlərin sayı hər keçən gün daha da artır. Bu səbəbdən də əmək haqqının ödənilmədiyi aylar üçün isə gecikdirilməyə görə müəyyən olunan ödənc məhkəmə tərəfindən hesablanılmalı və cavabdehdən tutulmalıdır. Onun öz işindən ayrılmaq istəyi heç zaman olmamışdır. Ərizə yazaraq işdən çıxma səbəbi yalnız cavabdehin ona təzyiq etməsi, şərtlərin onun iradəsinə zidd olaraq dəyişdirilməsi olmuşdur. Hesab edirəm ki, cavabdeh qanunsuz olaraq ona təzyiq edərək əmək qanunvericiliyi ilə müəyyən olunan hüquqlarını pozmuşdur. Qanunsuz olaraq işdən çıxarılmağına görə isə ona iki aylıq əmək haqqı - 3000 manat məbləğində kompensasiya ödənilməlidir. Əmək Məcəlləsinin 83.2-ci maddəsinin tələblərindən də göründüyü kimi, ona istifadə etmədiyi əmək məzuniyyətinin müqabilində kompensasiya ödənilməli idi. O, son iki iş ili ərzində ümumilikdə 10 gün əmək məzuniyyəti hüququmdan istifadə etmişdir. Beləliklə, onun 50 gün istifadə edilməmiş əmək məzuniyyəti günü qalmışdır. Son haqq-hesab işləri görülərkən onun həmin istifadə edilməyən əmək məzuniyyəti günlərinə görə ümumilikdə 2450 manat məbləğində pulu ödənilməli idi. Bəllidir ki, cavabdeh ona əmək haqqını hissəhissə ödəmiş və bu ödəmələri vaxtından 90 gün artıq müddətdə etmişdir. Bu isə onun və himayəsində olan ailəsinin maddi tələbatlarını ödəməsinə imkan verməmişdir. Əmək haqqının cavabdehin təqsirinə görə və üzrsüz səbəbdən gecikdirilməsi onun həm maddi, həm də mənəvi ziyan görməyilə nəticələnmişdir. Belə ki, yeganə gəlir mənbəyi olan maaşının qeyri-müəyyən müddətə qədər verilməməsi onun aylıq büdcəsinin səmərəli idarə ediməsini mümkünsüz etmişdir. Hər gün maaşın ödəniləcəyini gözlədiyi halda, ödənilməli olandan dəfələrlə az məbləğin alınması onun stress keçirməsinə, o cümlədən başqa şəxslər qarşısında borclanmağına səbəb olmuşdur. Xüsusilə ölkə ərazisində elan edilən şərtləşdirilmiş karantin dövründə bir sıra yerlərin fəaliyyətinin qadağan olunması əlavə gəlir əldə etməyini mümkünsüz etmişdir. O aylarla bütün vəzifə öhdəliklərini dəqiqliklə yerinə yetirməsinə baxmayaraq, əməyinin qarşılığını layiqincə almamışdır. Cavabdeh ona iyun, iyul və avqust ayları boyunca iş gördürmüş, lakin onların pulunu ödəməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, qarşı tərəf öz səhvi nəticəsində onun əmək haqqını ödəməmişdir. Ümumi olaraq 2020-ci ilin yanvar ayından etibarən bütün əməkdaşların əmək haqlarının ödənilməsində gecikmələr yaranmışdır. Rəhbərlik onlara bir az səbrli olmağı, əmək haqlarının ödəniləcəyini bildirsə də, aprel ayından başlayaraq ödənişlər tamamilə dayanmışdır. O vaxta qədər aylıq 200-300 manat ödəniş etmişlər. Həmin dövrdə o məhsul rəhbəri vəzifəsində çalışmış və öhdəliyimdə İT məhsulları olmuşdur. Onların xidmət göstərdikləri müştərilərdən əldə etdikləri gəlirlər komandalarının əmək haqlarını qarşılamağa imkan vermişdir. Lakin işəgötürən onun əmək haqını ümumiyyətlə verməmişdir. Hal-hazırda iddia tələbi ondan ibarətdir ki, qarşı tərəf onun verilməyən əmək haqqını, məzuniyyət haqqını, gecikdirilmiş hər günə görə 1 faiz hesablanmaqla pul kompensasiyanı ona ödəsin. Onun bir neçə bankda kreditləri var. Qarşı tərəfin onun əmək haqqını ödəməməsi səbəbindən artıq həmin kreditlər problemli kreditlərə çevrilmiş və onun adı demək olar ki, banklarda “qara siyahı”ya düşmüşdür. Hazırkı işindəki əmək haqqı həmin kreditləri ödəməyinə imkan vermir, çünki, kiçik mütəxəssis vəzifəsində çalışır və əmək haqqı da aşağıdır. Cavabdeh tərəf onu işdən çıxararkən də müəyyən təzyiqlər göstərmiş və o bu səbəbdən işdən çıxma haqqında ərizə yazmışdır. Həmin vaxt ona təklif etmişlər ki, rəsmi əmək haqqını azaltsınlar və 300 manat etsinlər. Qalan hissəni isə paket şəklində verəcəklərini bildirmişlər. O buna razı olmadıqda isə ərizə yazıb işdən çıxarılmağını istəmişlər. Qarşı tərəf onun işə gəlmədiyini və bu səbəbdən də ona əmək haqqının ödənilmədiyini bildirmişdir. Bunu da onunla əsaslandırmışlar ki, guya onun ofisə daxil olmağı ilə bağlı proqram sistemində barmaq izləri yoxdur. Lakin o qeyd etmək istəyir ki, həmin proqram sisteminə şirkətin istənilən işçisinin daxil olub müdaxilə etmək imkanı vardır. Bunu orada işlədiyi müddətdə özü də edə bilərdi. Yəni ki, istənilən vaxt həmin sistemə daxil olub, oradakı məlumatları silmək mümkündür. Bunu istənilən bir mütəxəssis cəlb edib yoxlamaq olar. Bundan başqa qarşı tərəf ən azından onun ünvanını bilir. Əgər o işə gəlməsəydi bununla bağlı ona hər hansı bir müraciət ünvanlayardılar. Lakin belə bir şey olmamışdır. Həmçinin uzun müddət karantin dövrü olduğu üçün müəyyən sahələr üzrə fəaliyyətə də icazə verilməmişdir. Düzdür, onların karantin vaxtı portalda icazələri olmuş, lakin həmin icazə kritik görüşlər üçün nəzərdə tutulmuşdur. Məsələn onlar “113” xidməti ilə də fəaliyyət göstərmişlər və bununla bağlı təcili problemlər ortaya çıxa bilirdi ki, bu zaman da onlar yerində xidmət göstərməli olmuşlar. Həmçinin həmin dövrdə onların bütün təhvil-təslim aktlarında onun imzaları var. Ən son təhvil verdikləri məhsulun təhvil-təslim aktında da onun imzası var. Əgər o işə çıxmamış olsaydı, həmin məhsullar necə hazırlana bilərdi və ya həmin aktlarda onun imzası necə ola bilərdi. İkinci tələb məzuniyyət kompensasiyası ilə bağlıdır. Məbləği öz hesablamalarına əsasən müəyyən etmişdir, çünki əks tərəfdən Əmək Müfəttişliyi də məzuniyyət cədvəllərini istəmiş, lakin onlar həmin sənədləri təqdim etməmişlər. Son on iki ayda almalı olduğu orta aylıq əmək haqqını hesablamış, sonra isə istifadə etmədiyi məzuniyyət günlərinin bir gününə düşən məbləği hesablayıb istifadə etmədiyi 54 məzuniyyət günü üçün kompensasiyanın məbləğini müəyyən etmişdir. Yanvar ayından başlayaraq əmək haqqının ödənilməsində gecikmələr olmuşdur. İlk beş ayın ödənişlərini avqust ayında bağlamışlar. Bu səbəbdən də onun banklara olan kredit borclarında gecikmələr olmuş və üzərlərinə faiz gəlmişdir. O da gecikdirilmiş hər ay üçün 1 faiz hesablayaraq 6420 manat məbləğində kompensasiyanın mənə ödənilməsini tələb edir. Proses hələ davam etdiyi üçün digər ayların konkret məbləğini iddia tələbində göstərməmişdir. Ümumilikdə hesablanaraq ona ödənilməsini tələb etmişdir. Həmçinin iddiaçı qeyd etmişdir ki, qarşı tərəfin təqdim etdiyi iş vaxtının uçotu cədvəli mötəbər deyil. Oncə də qeyd etdiyi kimi, həmin sistemə istənilən şəxs daxil olub həmin məlumatları silə bilər. Qarşı tərəfin təqdim etdiyi sənədlər neytral bir mütəxəssis tərəfindən yoxlanılıb, ondan sonra iş materiallarına sübut kimi əlavə edilməlidir. O, cədvəldə göstərilən aylar üzrə bütün iş günləri üzrə işləmişdir. Həmçinin onun işi informasiya texniologiyaları sahəsində olduğu üçün işləmək üçün iş yerinə gəlməyə də ehtiyac yoxdur. Pandemiya dövrü ilə əlaqədar onlayn formatda da biz fəalliyyət göstərmişlər. Bundan əlavə gecikdirmələrə görə bir faizlik ödəmələrin edilməsinə münasibətdə qeyd edir ki, o hələ işdən çıxmamışdan qabaq işəgötürənlə aralarında əmək mübahisəsi yaranmış və o bu tələbini artıq irəli sürmüşdür. Digər tərəfdən Əmək Məcəlləsinə əsasən orada işəgötürənin bu kompensasiyanı verməsi vəzifəsi müəyyən olunmuşdur. Orada qeyd edilməmişdir ki, işçi tələb etdikdə bu kompensasiya verilsin. Qarşı tərəfin qeyd etdiyi işə çıxmadığı günlərlə bağlı onu qeyd edir ki, həmin dövrlər pandemiya dönəminə təsadüf etmiş və o həmin vaxt evdən distant formada işləmişdir. Əmək Məcəlləsinə əsasən orada nəzərdə tutulur ki, iş yeri işçinin öz peşə vəzifəsi üzrə əmək müqaviləsində nəzərdə tutulmuş işləri yerinə yetirdiyi yerdir. Yəni o evdən də həmin işləri yerinə yetirsə bu artıq iş yeri sayılır. O bu müddət ərzində 3 tərəfdaşa məhsul təhvil vermişdir. Bunlar "xxxx" ASC, “İrşad Elekrtoniks” və “Azercard”dır. Həmçinin bu müddət ərzində şirkətin direktorunun ona ünvanladığı sorğuları-sualları email vasitəsi ilə ünvanlamış və o onlara cavablar hazırlayıb göndərmişdir. Bu da o deməkdir ki, həmin müddətdə iş dayanmamışdır. Həmçinin onlarda əmək haqqı vaxta muzd olmamışdır. Əmək haqqı əmək müqaviləsində nəzərdə tutulan məbləğdə ödənilməli idi. O cümlədən, yanvar ayında onların bir əməkdaşla müqaviləsinə xitam verilmiş və o öz işindən əlavə həmin şəxsin də vəzifələrini yerinə yetirmişdir. Qanuna əsasən ya həmin şəxsin yerinə başqa işçi götürülməli idi, yaxud da onun əmək haqqı ona ödənilməli idi. Lakin bu da edilməmişdir. Həmçinin onlar pandemiya dövründə “Paşa Sığorta” ilə də iş görmüşlər. Əgər qarşılıqlı işlədiyi müəssisələrə sorğu verilərsə, birmənalı şəkildə hamısı qeyd edəcəklər ki, onlarla o işləmişdir, onlara məhsulu o təqdim etmiş, zənglərinə o özü cavab vermişdir. Onların fəaliyyətində pandemiya vaxtı işçilərin 30 faizinə işə çıxmağa icazə verilirdi, həmin dövrdə onun da portalda icazəsi olmuşdur. Lakin bu icazə yalnız təxirəsalınmaz görüşlərə problem olmadan gedə bilmək üçün omuşdur. Məsələn onlar 113 xidmətinə də xidmət göstərmişlər və həmin vaxtlarda onlara təcili İT xidmətlərinin göstərilməsi lazım ola bilərdi. Həmçinin hazırkı nümayəndədən əvvəlki şəxs də mənim həmin dövrdə işlədiyini bilirdi. Əlavə olaraq iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X2 izahatında bildirmişdir ki, işçiyə ödənilməmiş əmək haqları ödənilməlidir. 1 faiz məsələsinə gəldikdə isə Əmək Məcəlləsində qeyd olunmuşdur ki, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Buradan da belə bir nəticə çıxır ki, işçi ilə işəgötürən arasında əmək mübahisəsi yarandığından 1 faiz məbləğində ödəncin ödənilməsi məsələsini məhkəmə öz mülahizəsinə əsasən həll edə bilər. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 izahatında bildirmişdir ki, iddia tələbini əsassız hesab edir. İddiaçı əmək haqqının və gecikdirilməyə görə Əmək Məcəlləsinin 172-ci maddəsinə əsasən kompensasiyanın ödənilməsini əsas tələb kimi irəli sürmüşdür. Əmək qanunvericiliyinə əsasən bu məsələdə 1 faizlik kompensasiyanın ödənilməsi məsələsi əsassızdır. Belə ki, həmin kompensasiya işəgötürən tərəfindən yalnız işçiyə ödənilir. Qarşı tərəflə əmək müqaviləsinə xitam verildiyi üçün o işçi statusunu itirmiş olur. Həmçinin müqaviləyə xitam verildikdən sonra isə əmək haqqı anlayışı aradan qalxmış olur və son haqq-hesab anlayışı ortaya çıxır. Buna görə də bu tələbi əsassız sayır. Belə ki, qanunvericiliyə əsasən işəgötürənin hüququ vardır ki, kağız daşıyıcıda və ya elektron formada iş vaxtının uçotunu aparsın. Onlarda iş vaxtının uçotu elektron formada aparılır. Elektron sistemdən çıxarışı da məhkəməyə təqdim etmişlər. Belə ki, yanvar ayından bəri hər ay üzrə iş günlərinin sayı və iddiaçının işə çıxdığı günlər cədvəldə qeyd olunmuşdur və işçinin işə çıxdığı günlərə uyğun olaraq da əmək haqqı ödənilmişdir. Yanvar ayında maddi məsələlərlə əlaqədar gecikmələr olmuş, qalıq hissə fevral ayı ərzində ödənilmişdir. İddiaçıya edilən son haqq-hesaba dair arayışın 4-cü qrafasında iddiaçının iddia etdiyi 2020-ci ilin yanvar ayından sonrakı dövrdə müqaviləsinə xitam verilənədək iddiaçı tərəfin aylar üzrə faktiki işdə olduğu iş günlərinin sayı göstərilmişdir. Birinci qrafada sıra sayı, ikincidə aylar, üçüncüdə işçinin vəzifə maaşı (hansı ki yanvar ayında 1270 manat olmuş, yanvarın sonunda müqaviləyə dəyişiklik edilib və vəzifə maaşı 1661 manat olmuşdur), beşinci qrafada Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilmiş həmin ay üçün norma iş günlərinin sayıdır, növbəti qrafada hər ay üzrə həmin ayın bir gününə düşən vəzifə maaşının miqdarı qeyd edilmişdir. Bundan sonra növbəti qrafada iddiaçıya həmin ay üzrə faktiki olaraq ödənilmiş məbləğlər öz əksini tapmışdır. Belə ki, yanvar ayında iddiaçıya 1150,60 manat ödənilməli idi. Faktiki olaraq 600 manat ödənilmiş, 550,60 manat kəsr qalmışdır. Fevral ayında 1277.60 manat ödənilməli idi, 900 manat ödənilmiş, 377,60 manat qalıq qalmışdır. Mart ayında 943 manat ödənilməli idi, 500 manat ödənilmiş, 543 manat qalıq qalmış. Aprel ayında 67,50 manat ödənilməli idi, 700 manat ödənilmişdir. Göründüyü kimi 632 manat artıq ödənilmə vardır. Bu hesablamalarla şirkətləri iyun ayına olan nəticəyə görə iddiaçıya 19,50 manat artıq pul ödəmişdir. Yəni bütün kəsrlər bağlanmış və artıq ödəmə də edilmişdir. İddiaçı iddia tələbində əmək haqqının gecikdirildiyi hər günə görə bir faizlik ödəniş tələb etmişdir ki, hansı ki, iddia tələbinin əsasını təşkil edir. Onlar bu hissəni ümumiyyətlə qəbul etmirlər. Çünki işçi işdən çıxdıqdan sonra işçi və işəgötürən statusu itmiş olur. Məcəllədə də qeyd olunmuşdur ki, əmək haqqının gecikdirildiyinə görə işçi bir faizlik haqq tələb edə bilər. Əmək müqaviləsinə xitam verildiyinə görə artıq iddiaçı işçi statusunu itirmişdir. Digər tərəfdən artıq iddiaçının ala biləcəyi məbləğlər də əmək haqqı deyil, son haqq-hesabdır. Təqdim etdiyim arayışın son nəticəsi odur ki, şirkətin iddiaçıya 180,93 manat borcu qalmışdır. İddiaçı işdən çıxarkən ona son ay üzrə 624 manat artıq pul ödənilmişdir. Lakin tərəfə istifadə etmədiyi məzuniyyətə görə 805,46 manat kompensasiya ödənilməli idi. Artıq ödədikləri məbləği kompensasiya məbləğindən çıxmış və həmin məbləği almışlar. İşçinin işə gəlməməsi ilə bağlı intizam tədbirinin tətbiq edilməsi məsələsinə gəldikdə isə intizam tədbirinin tətbiq edilməsi Əmək Məcəlləsində işəgötürənin hüququ kimi nəzərdə tutulub, bu işəgötürənin vəzifəsi deyildir. Həmçinin pandemiya dövründə bəzi işçilərin virusa yoluxmaqdan qorxduğu üçün işə gəlməməsi halları olmuşdur. ƏƏSMN də işəgötürənlərə tövsiyə etmişdir ki, bu dönəm nəzərə alınaraq işçilərin işdən çıxarılması hallarına yol verilməsin. Bu halları nəzərə alaraq işçinin barəsində hər hansı bir tədbir görülməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi qismən qanuni və əsaslı olduğundan qismən təmin edilməməlidir. İş materiallarında olan layihə meneceri İddiaçı Cavabdeh MMC-yə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizəsinin surətinə əsasən o əmək şəraitinin şərtləri dəyişdirildiyindən (əməkhaqqı gecikdirilməsi) onu xx.xx.2020-ci il tarixindən etibarən işdən azad etməklərini xahiş etmişdir. İş materiallarında olan ******* nömrəli Əmək kitabçasının surətinə əsasən İddiaçı 02.10.17-ci il tarixdə Cavabdeh MMC-də Xidmət və Proqram təminatlarının tətbiqi üzrə menecer vəzifəsinə qəbul edilmiş (Əmr №36), 17.04.19-cu il tarixdə AR Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən layihə meneceri vəzifəsinə keçirilmiş (Əmr №4) və xx.xx.2020-ci il tarixdə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə (öz xahişi ilə) əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 26-08/20 nömrəli Əmək müqaviləsinə xitam verilmə haqqında Əmrə əsasən Cavabdeh MMC-də layihə meneceri vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə (öz xahişi ilə) uyğun olaraq xx.xx.2020-ci il tarixdən xitam verilmişdir. İş materiallarında olan 15 aprel 2019-cu il tarixli 4 nömrəli Əmrə əsasən İddiaçı Cavabdeh MMC-də 17 aprel 2019-cu il tarixindən “Xidmət və PTT üzrə menecer” vəzifəsindən “Layihə meneceri” vəzifəsinə təyin olunmuş və əmək haqqının ştat cədvəlinə əsasən ödənilməsi müəyyən olunmuşdur. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildiriş məlumatlarından göründüyü kimi xx.xx.2019-cu il tarixdən 544 manat, xx.xx.2019-cu il tarixdən əmək haqqı 1102 manat, xx.xx.2019-cu il tarixdən 1270 manat, xx.xx.2020-ci il tarixdən 1661 manat müəyyən edilmişdir. İş materiallarında olan 02 oktyabr 2017-ci il tarixli 36 nömrəli Əmrə əsasən Cavabdeh MMC-də 02 oktyabr 2017-ci il tarixdən “Xidmət və proqram təminatlarının tətbiqi üzrə menecer” vəzifəsinə qəbul edilmişdir. Əmək müaviləsinə əsasən ayda bir dəfə (30 gün) 251 manat məbləğində əmək haqqının ödənilməsi nəzərə tutulmuşdur. Əmək məzuniyyətinin ümüumi müddəti 30 təqvim günü müəyyən edilmişdir. İş materiallarında olan 549 nömrəli Epikrizdən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə ginekomastiyanın ləğvi, lokal liposaksiya əməliyyatı olmuş və xx.xx.2020-ci il tarixdə evə yazılmışdır. İş materiallarında olan İddiaçı son haqq-hesabının hesablanmasına dair Arayışda qeyd edilmişdir ki, İddiaçı 2020-ci ildə yanvar ayında 18 gün, fevral ayında 17 gün, mart ayında 10 gün, aprel ayında 1 gün, may ayında 2 gün, iyun ayında 1 gün, iyul ayında 7 gün yekun olaraq 56 gün işə gəlmişdir. İddiaçı əmək müqaviləsinə xitam verilən vaxtı 624,53 manat artıq əmək haqqı ödənişi olmuşdur. İstifadə edilməmiş məzuniyyət günlərinə görə hesablanan kompensasiya məbləği 805,46 manat müəyyən olunmuşdur. İddiaçı əmək müqaviləsinə xitam verilərkən son haqq-hesab qalıq borcu 180,93 manat olmuşdur. (İstifadə edilməmiş məzuniyyət günlərinə görə 805,46-624,53=180,93). İş materiallarında olan 18 oktyabr 2021-ci il tarixli 9/5996 nömrəli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən İddiaçı İqbal oğlunun Cavabdeh MMC-də işlədiyi xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddətdə (əmək müqaviləsi qüvvədə olduğu dövrdə) istifadə edilməmiş məzuniyyət günlərinə görə ödənilməli olan kompensasiya məbləğinin 1616,96 manat təşkil etdiyi, o cümlədən ona əmək müqviləsinə xitam verilən vaxtadək müəssisə tərəfindən ümumilikdə 3424,53 manat (7600 manat-4175 manat) artıq vəsait ödənildiyi müəyyən olunmuşdur. İş materiallarında olan "xxxx" MMC-nin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2021-ci il tarixli, 08-01/386 saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı 2020-ci il ərzində aralarında olan mövcud müqavilə üzrə öhdəliklərin icrası ilə əlaqədar xx.xx.2020-ci il tarixində saat 10:00-dan 12:40-dək, xx.xx.2020-ci il tarixində saat 14:00dan 15:20-dək, xx.xx.2020-ci il tarixində saat 11:07-dən 12:15-dək, xx.xx.2020-ci il tarixində saat 11:00-dan 12:25-dək "xxxx" MMC-nin inzibati binasında olmuşdur. Eyni zamanda İddiaçı 2020-ci il ərzində Şirkətlər arasında onlayn qaydada keçirilən görüşlərdə iştirak etmiş, lakin həmin görüşlərin reyestri aparılmadığı səbəbilə tarix və vaxt barədə məlumatı təqdim etmək mümkün deyildir. İş materiallarında olan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2021-ci il tarixli, 16/1-38 saylı məktubunda qeyd edilmişdir ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC ilə “PROLİNE" MMC arasında bağlanmış müqavilə əsasında 2020-ci ilin avqust-sentyabr aylarında “PROLİNE" MMC tərəfindən Cəmiyyətin çağrı mərkəzi yaradılmışdır. Həmin işlərin görülməsinə “PROLİNE" MMC tərəfindən hansı işçilərinin cəlb edilməsi barədə dəqiq məlumatları yoxdur. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin yerləşdiyi Hökumət evinin inzibati binasına daxil olan (işçi olmayan) kənar şəxslər barədə məlumatlar uzun müddət saxlanılmadığından İddiaçı şirkətin fəaliyyəti ilə bağlı binaya daxil olub-çıxması barədə sorğuya konkret cavab vermək mümkün oolmamışdır. İş materiallarında olan email yazışmalarından görünür ki, mailto:amrah.hasanov@pronet.azElektron ünvan iş email ünvanından müxtəlif email ünvanları arasında xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020 09,06.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020 və s. tarixlərdə iş fəaliyyəti ilə bağlı xidməti məktublar göndərmişdir. İş materiallarında olan 13 iyun 2022-ci il tarixli 9/987 nömrəli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən qeyd edilir ki, məhkəmə-mühasibat ekspertizası, məhkəmə-mühasibat ekspertizasının metodikasına görə tədqiqat (hesablamalar) ilkin sənədlər əsasında aparılan tədqiqatdır. Bu səbəbdən hazirki ekspertiza tədqiqatı - İddiaçı ilə “PROLİNE" MMC arasında bağlanmış əmək müqaviləsində və əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi məlumatları, iş vaxtının elektron qeydiyyatı cədvəlləri əsasında, həmin məlumatda qeyd edilən əmək haqqı məbləği əsas götürülməklə işçiyə əmək haqqı, məzuniyyət haqqı və son haqq-hesab hesablanmışdır. Hesablama ilə İddiaçı İqbal oğlunun “PROLİNE" MMCdə işlədiyi xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddətdə (əmək müqaviləsi qüvvədə olduğu dövrdə) istifadə edilməmiş məzuniyyət günlərinə görə ödənilməli olan kompensasiya məbləğinin 1617,33 manat təşkil etdiyi, o cümlədən ona əmək müqaviləsinə xitam verilən vaxtadək müəssisə tərəfindən ümumilikdə 3424,73 manat (7601,2 manat - 4175,47 manat) artıq vəsait ödənildiyi müəyyən edildi. İddiaçı Cavabdeh MMC-də xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək işlədiyi dövr ərzində iş vaxtının elektron qeydiyyatı cədvəlləri nəzərə alınmamaqla, İddiaçı Cavabdeh MMC-də xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddətdə faktiki iş günləri üzrə davamiyyəti aylıq iş vaxtı normasına uyğun nəzərə alınmaqla hesablanmalı olduğu məhkəmə tərəfindən əsaslı hesab olunduğu təqdirdə, almadığı əmək haqqı məbləğinin 3830,59 manat (11431,79- 7601,2) və məzuniyyət günlərinə görə ödənilməli olan kompensasiya məbləğinin 2373,3 (906,25+522,25 + 944,8) manat təşkil etdiyi müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərildiyi kimi İddiaçı cavabdeh "Proline” MMC-də xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək işlədiyi dövrdə ona ödənilməmiş və gecikdirilmiş əmək haqqının 1% məbləğində ödəncin hesablanıb-hesablanmamasının müəyyən edilməsi hüquqi xarakterli olduğundan məhkəmə tərəfindən nəzərə alınmalıdır. İddiaçı Cavabdeh MMC-də xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək işlədiyi dövrdə ona ödənilməmiş və gecikdirilmiş əmək haqqının 1% faiz məbləğində ödəncin hesablanmalı olduğu məhkəmə tərəfindən əsaslı hesab olunduğu təqdirdə hazirki ekspertiza zamanı hesablanmış 1% məbləğində ödəncin məbləği 6200,45 manat müəyyən edilir. Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 1-ci hissəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Əmək Məcəlləsinin 178-ci maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, xx.xx.2020-ci il tarixli, 26- 08/20 nömrəli Əmək müqaviləsinə xitam verilmə haqqında Əmrə əsasən Cavabdeh MMCdə layihə meneceri vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə (öz xahişi ilə) uyğun olaraq xx.xx.2020-ci il tarixdən xitam verilmişdir. Hazırda İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iyun, iyul və avqust ayları üçün müəyyən olan ümumilikdə 4200 manat məbləğində ödənilməmiş əmək haqqının, istifadə edilməyən əmək məzuniyyəti günlərinə görə ümumilikdə 2450 manat məbləğində kompensasiyanın, vurulmuş mənəvi zərərə görə 4000 manat məbləğində kompensasiyanın, ilk 5 ay gecikdirilmiş əmək haqqının müqabilində ümumilikdə 6420 manat məbləğində kompensasiyanın, iyun, iyul, avqust ayları üçün müəyyən olunan əmək haqqının gecikdirilməsinə görə kompensasiyanın hesablanaraq cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan 18 oktyabr 2021-ci il tarixli 9/5996 nömrəli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən İddiaçı İqbal oğlunun Cavabdeh MMC-də işlədiyi xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddətdə (əmək müqaviləsi qüvvədə olduğu dövrdə) istifadə edilməmiş məzuniyyət günlərinə görə ödənilməli olan kompensasiya məbləğinin 1616,96 manat təşkil etdiyi, o cümlədən ona əmək müqviləsinə xitam verilən vaxtadək müəssisə tərəfindən ümumilikdə 3424,53 manat (7600 manat-4175 manat) artıq vəsait ödənildiyi müəyyən olunmuşdur. Belə ki sözügedən ekspertiza tədqiqatı cavabdehin məhkəməyə təqdim etdiyi İddiaçı son haqq-hesabının hesablanmasına dair Arayış nəzərə alınmaqla aparılmışdır. Həmin arayışda qeyd olunmuşdur ki, İddiaçı 2020-ci ildə yanvar ayında 18 gün, fevral ayında 17 gün, mart ayında 10 gün, aprel ayında 1 gün, may ayında 2 gün, iyun ayında 1 gün, iyul ayında 7 gün yekun olaraq 56 gün işə gəlmişdir. Lakin daha sonra İddiaçı həmin tarixlərdə də əmək müqaviləsi üzrə əmək funksiyalarına icra etməsinə dair məhkəməyə mötəbər sübutlar təqdim etmişdir. Belə ki, iş materiallarında olan e-mail yazışmalarından görünür ki, İddiaçı aid mailto:amrah.hasanov@pronet.azElektron ünvan adlı xidməti email ünvanı ilə müxtəlif email ünvanları arasında xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020 09,06.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020 və s. tarixlərdə iş fəaliyyəti ilə bağlı xidməti məktublar göndərilmişdir. Habelə "xxxx" MMC-nin Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2021-ci il tarixli, 08-01/386 saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı 2020-ci il ərzində aralarında olan mövcud müqavilə üzrə öhdəliklərin icrası ilə əlaqədar xx.xx.2020-ci il tarixində saat 10:00-dan 12:40-dək, xx.xx.2020-ci il tarixində saat 14:00dan 15:20-dək, xx.xx.2020-ci il tarixində saat 11:07-dən 12:15-dək, xx.xx.2020-ci il tarixində saat 11:00-dan 12:25-dək "xxxx" MMC-nin inzibati binasında olmuşdur. Eyni zamanda İddiaçı 2020-ci il ərzində Şirkətlər arasında onlayn qaydada keçirilən görüşlərdə iştirak etmiş, lakin həmin görüşlərin reyestri aparılmadığı səbəbilə tarix və vaxt barədə məlumatı təqdim etmək mümkün deyildir. Belə ki, cavabdeh təqdim etdiyi arayışda iddiaçının 2020-ci ildə yanvar ayından avqust ayınadək cəmi 56 gün işdə olduğunu göstərmiş son haqq-hesabı da onu nəzərə almaqla etmişdir. AR Əmək Məcəlləsinin 72-ci maddəsinin a bəndinə əsasən işçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Bu da işçi barəsində intizam tənbehinin tətbiq edilməsi və hal-hazırki vəziyyətdə yəni işçinin 2020-ci ilin yanvar ayından avqust ayınadək 56 günü çıxmaqla qalan günlər işə çıxmamasını nəzərə alaraq işçi ilə əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 72-ci maddəsinin ç bəndi ilə yəni işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsi üçün əsasdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, işəgötürən iddia etdiyi bu pozuntularla bağlı heç bir tədbir görməmişdir. Bunun tam əksi olaraq iddiaçı həmin günlərdə də öz əmək funksiyalarını icra edərək xidməti emailindən iş fəaliyyəti ilə bağlı xidməti məktublar göndərmişdir. Bu baxımdan məhkəmə ilkin olaraq aparılmış ekspertiza tədqiqatının nəticəsi ilə razılaşmayaraq əlavə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsinə dair qərardad qəbul etmişdir. İş materiallarında olan 13 iyun 2022-ci il tarixli 9/987 nömrəli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyinə əsasən İddiaçı Cavabdeh MMC-də xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək işlədiyi dövr ərzində iş vaxtının elektron qeydiyyatı cədvəlləri nəzərə alınmamaqla, İddiaçı Cavabdeh MMC-də xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddətdə faktiki iş günləri üzrə davamiyyəti aylıq iş vaxtı normasına uyğun nəzərə alınmaqla hesablanmalı olduğu məhkəmə tərəfindən əsaslı hesab olunduğu təqdirdə, almadığı əmək haqqı məbləğinin 3830,59 manat (11431,79- 7601,2) və məzuniyyət günlərinə görə ödənilməli olan kompensasiya məbləğinin 2373,3 (906,25+522,25 + 944,8) manat təşkil etdiyi müəyyən edilmiş, İddiaçı Cavabdeh MMC-də xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək işlədiyi dövrdə ona ödənilməmiş və gecikdirilmiş əmək haqqının 1% məbləğində ödəncin hesablanmalı olduğu məhkəmə tərəfindən əsaslı hesab olunduğu təqdirdə hazırki ekspertiza zamanı hesablanmış 1% məbləğində ödəncin məbləği 6200,45 manat müəyyən edilir. Qanunvericiliyin müddəlarını, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı işdən azad olunduğu xx.xx.2020-ci ilədək hesablanmış 3.830,59 (üç min səkkiz yüz otuz manat əlli doqquz qəpik) manat əmək haqqı və istifadə edilməyən əmək məzuniyyəti günlərinə görə 2.373,3 (iki min üç yüz yetmiş üç manat otuz qəpik) manat kompensasiya, əmək haqqının gecikdirilməsinə görə gündəlik 1 faiz ödəncin verilməsi qismində 6.200,45 (altı min iki yüz manat qırx beş qəpik) manat olmaqla, cəmi 12.404,34 (on iki min dörd yüz dörd manat otuz dörd qəpik) manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.... Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli qərarının 8-ci bəndində Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarınımüəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədəifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddia tələbi “vurulmuş mənəvi zərərə görə 4000 manat məbləğində kompensasiyanın Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi” hissəsində rədd edilməlidir. Çünki, iddiaçıya cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində mənəvi zərər vurulması məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli ekspertiza tədqiqatının və xx.xx.2022ci il tarixli əlavə ekspertiza tədqiqatının ümumi dəyəri olaraq 300 (üç yüz) manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı işdən azad olunduğu xx.xx.2020-ci ilədək hesablanmış 3.830,59 (üç min səkkiz yüz otuz manat əlli doqquz qəpik) manat əmək haqqı və istifadə edilməyən əmək məzuniyyəti günlərinə görə 2.373,3 (iki min üç yüz yetmiş üç manat otuz qəpik) manat kompensasiya, əmək haqqının gecikdirilməsinə görə gündəlik 1 faiz ödəncin verilməsi qismində 6.200,45 (altı min iki yüz manat qırx beş qəpik) manat olmaqla, cəmi 12.404,34 (on iki min dörd yüz dörd manat otuz dörd qəpik) manat məbləğində pul Cavabdeh MMCdən tutularaq ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 300 (üç yüz) manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-65/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-65/2022
03.08.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver