Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-6533/2022 20.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızı İddiaçı Cavabdeh ASC-yə qarşı kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək Müəyyən etdim: İddiaçı cavabdehə qarşı kredit müqaviləsinin ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-421/2022 saylı qətnaməsi ilə Cavabdeh ASC-nin İddiaçı və digərlərinə qarşı iddiası qismən təmin edilərək, cavabdehlərdən iddiaçının xeyrinə borc məbləği tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 02/22 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən məhkəmənin icraatında əqdə əsaslanan iddialar olduğu halda, işdə iştirak edən şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin ləğv edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: Belə olan halda hesab edirəm ki, Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə tərəflər arasında kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə iddiaya qiymət verildiyindən iddiaçı cavabdehə qarşı həmin kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etməkdə haqlı olmamışdır. Qeyd olunanlara əsasən və MPM-nin 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq Qərara aldım: İddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi verildiyi gündən 10 gün müddətində şikayət vermək olar. Hakim Təhminə Xəlilova İş № 2(004)-6533/2022 Məhkəmə iclasından kənar hərəkət barədə Protokol Yasamal Rayon Məhkəməsinin hakimi Xəlilova Təhminə Cəmil qızı İddiaçı Cavabdeh ASC-yə qarşı kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri yazılı icraat qaydasında nəzərdən keçirərək iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərardad qəbul etdim. Prosessual hərəkət 15.40-da başladı. Prosessual hərəkət 16:00-da başa çatdı. Protokol xx.xx.2022-ci il tarixdə olunmuşdur. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-6533/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-6533/2022
20.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver