Məhkəmə qərarları › İş №2(047)-193/2025

Laçın Rayon Məhkəməsi Qərardad — İş №2(047)-193/2025

14.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Laçın rayonu İş № 2(047)-193/2025 14.01.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Mən, Laçın Rayon Məhkəməsinin hakimi İbrahimov Cavad Cavanşir oğlu, iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borcun ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borcun ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı "xxxx" KB ASC-nin etibarnamə üzrə nümayəndəsi Nübar Hüseynli xx.xx.2025-ci il tarixdə eyni zamanda məhkəməyə ərizə ilə müraciət edərək "xxxx" KB ASC-nin Cavabdeh qarşı mülki iş üzrə iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə və dövlət rüsumu ilə birlikdə "xxxx" KB ASC-yə geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş materiallarını və iddiaçının nümayəndəsinin ərizəsini nəzərdən keçirib hesab edirəm ki, hazırkı iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3.5-ci maddəsinin tələblərinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə məhkəmə qeyd olunan hüquq normalarını nəzərdən keçirib belə qənaətə gəlir ki, Azərbaycan Respublikası MPM-in 152.1.9-cu və 284-3.5-ci maddələrinin tələbləri nəzərə alınmaqla, həmçinin iddiaçı "xxxx" KB ASC-nin etibarnamə üzrə nümayəndəsi Nübar Hüseynlinin ərizəsinə əsasən iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçı "xxxx" KB ASC-yə geri qaytarılmalıdır. Bundan başqa Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı "xxxx" KB ASC tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçı "xxxx" KB ASC-yə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-3, 263-264 və 266- 268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borcun ödənilməsi tələbinə dair mülki iş üzrə iddiaçı "xxxx" KB ASC-nin etibarnamə üzrə nümayəndəsi Nübar Hüseynlinin ərizəsinə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçı "xxxx" KB ASC-yə geri qaytarılsın. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçı "xxxx" KB ASCyə geri qaytarılsın. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Laçın Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar