Məhkəmə qərarları › İş №2-2(103)-434/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-434/2025

03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-434/2025 03.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Şirinovun sədrliyi və məruzəsi ilə, X2 və X4 ibarət tərkibdə, Aytac Rafael qızı Eyvazlının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehlər Cavabdeh4 və Cavabdeh1, onların nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdеhlər Cavabdeh2nə, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5nə və Cavabdeh1 qarşı “borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s.” tələblərinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(113)-184/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdеhlər Cavabdeh2nə, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5nə və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh2 MMC-dən, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 İstehsalKommersiya Müəssisəsindən və Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 999R********** saylı krеdit razılaşması üzrə 139.452.59 manat krеdit bоrcu, 9.640.71 manat faiz bоrcu və 3.848.88 manat cərimə olmaqla, ümumilikdə cəmi 152.942 (yüz əlli iki min doqquz yüz qırx iki) manat 18 qəpik məbləğində borcun, mediasiya xərci olaraq ödənilmiş 410 manat, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 33 manat dövlət rüsumu, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 manat rüsum və 30 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh1 məxsus Abşeron rayonu Xırdalan şəhəri Z.Əliyeva küçəsi 3 saylı evin 172 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən ümumilikdə cəmi 152.942 (yüz əlli iki min doqquz yüz qırx iki) manat 18 qəpik məbləğində borcun, mediasiya xərci olaraq ödənilmiş 410 manat, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 33 manat dövlət rüsumu, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 manat rüsum və 30 manat xidmət haqqının Bankın xeyrinə ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2 MMC, Cavabdeh3, Cavabdeh4,Cavabdeh5ndən və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-184/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, xx.xx.2022-ci il tarixli 999R********** saylı kredit müqaviləsi üzrə Cavabdeh2ndən, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5ndən müştərək qaydada əsas borc üzrə 139.452 (bir yüz otuz doqquz min dörd yüz əlli iki) manat, 50 (əlli) qəpik, faiz bоrcu üzrə 9.640 (doqquz min altı yüz qırx) manat, 71 (yetmiş bir) qəpik cərimə borcu üzrə 3.848 (üç min səkkiz yüz qırx səkkiz) manat, 88 (səksən səkkiz) qəpik olmaqla, cəmi 152.942 (bir yüz əlli iki min doqquz yüz qırx iki) manat, 09 (doqquz) qəpik məbləğində pulun tutularaq "xxxx" QSC-yə ödənilməsi, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə tutma lkin satış qiyməti 160.000 (bir yüz altmış min) manat müəyyən edilməklə Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri Z.Əliyeva küçəsi 3 saylı evin 172 saylı mənzilinə yönəldilərək açıq hərracda satılması və satışdan əldə olunacaq vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 33 (otuz üç) manat, mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 410 (dörd yüz on) manat olmaqla, cəmi 443 (dörd yüz qırx üç) manat məbləğində pulun Cavabdeh2ndən, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5ndən müştərək qaydada tutularaq "xxxx" QSC-yə ödənilməsi, poteka predmeti olan əmlaka tutmanın yönəldilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15 (on beş) manat və ödənilmiş xidmət haqqının əvəzi olaraq 30 manat məbləğində pulun Cavabdeh2ndən, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5ndən müştərək qaydada tutularaq "xxxx" QSC-yə ödənilməsi, Məhkəməmühasibatlıq ekspertizasının keçirilməsi xərcinin əvəzi olaraq 200 manat məbləğində pulun Cavabdeh2ndən, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5ndən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəsinin hesabına ödənilməsi qət edilmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-184/2024 nömrəli qərardadı ilə yanlışlıq düzəldilərək qətnamənin nəticə hissəsinin 2, 4, 5, 6-cı abzaslarına Cavabdeh1 adı əlavə edilmişdir.

4. Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(113)-184/2024 nömrəli qətnaməsinin qismən ləğv edilməsini, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə “Lider QROUP” Məhdud Məsuiliyyətli Cəmiyyətinin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsi ləğv edilməklə mülkiyyətində olan Xırdalan şəhəri, Zərifə Əliyeva küçəsindəki 3 saylı evin 172 saylı mənzilin ipoteka yüklülüyünün dəyişdirilərək zamin Cavabdeh5 İKM-nin 4 348 699 (dörd milyon üçyüz qırx səkkiz min altı yüz doxsan doqquz) manat, 83 (səksən üç) qəpik təşkil edən əmlakının üzərinə yönəldilib həmin əmlakın açıq hərracdan satılması və satışdan əldə olunacaq vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi, əlavə təqdim edilmiş sübutlar əsasında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

5. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, İddiaçı QSC ilə kredit müqaviləsi bağlanılmasının kredit müqaviləsinin iştirakçısı və təsisçi olmayan Cavabdeh1 heç bir aidiyyəti yoxdur. Sonuncu kredit müqaviləsinin bağlanılmasinda tərəf kimi iştirak etməmiş və nəticəsi ilə maraqlı olmamışdır. Sadəcə təsisçi Cavabdeh3 mənfəət əldə etmək vədi ilə aldanılaraq mülkiyyətində olan mənzilinin İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsinə razılaşdırılmışdır. İşin hallarından görünür ki, təsisçi Cavabdeh3 mənfəət əldə etmək vədi ilə həmin vaxtı Cavabdeh5 20% payına sahib olan təsisçisi və direktoru Cavabdeh4 kredit müqaviləsinin bağlanmasında iştirak etməyən və təsisçi olmayan həyat yoldaşı Cavabdeh1 aldanılaraq mülkiyyətində olan Xırdalan şəhəri, Zərifə Əliyeva küçəsindəki 3 saylı evin 172 saylı mənzilinin İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsinə dair ipoteka müqaviləsi bağlamışdır. Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)- 184/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh5 İKM-nin 4 348 699 (dörd milyon üç yüz qırx səkkiz min altı yüz doxsan doqquz) manat, 83 (səksən üç) qəpik təşkil edən əmlakına deyil, təsisçi Cavabdeh3 mənfəət əldə etmək vədi ilə təsisçi olmayan Cavabdeh1 aldanılaraq mülkiyyətində olan mənzilinin İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi müəyyən edilməmişdir. Bakı Kommersiya Məhkəməsi tərəfindən Cavabdeh1 və Cavabdeh4 proses iştirakçıları kimi cəlb olunmaları təmin edilmədən araşdırma aparıldığından yuxarıda qeyd olunan maddi hüquq pozuntuları ilə bağlı hallar müəyyən edilməmiş, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməmişdir. Bakı Kommersiya Məhkəməsi tərəfindən Cavabdeh1 və Cavabdeh4 işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinin və onların proses iştirakçıları kimi cəlb olunmaları təmin edilmədən araşdırma aparıldığından hüquqları pozulmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

6. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

7. Məhkəmə iclasına cavabdehlər Cavabdeh4, Cavabdeh1 və onların nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişlər.

8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz etmiş və şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir.

9. Digər cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

11. Həmin Məcəllənin 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır

12. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

13. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

14. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

15. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

16. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

17. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

18. Həmin Məcəllənin 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur.

19. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

20. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən (xx.xx.2023-cü il tarixədək olan redaksiyada) borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı yalnız tələbin ipotekaya yönəldilməsi hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi baxılan hissədə mahiyyəti üzrə düzgündür.

24. Belə ki, işin müəyyən olunmuş halları ondan ibarətdir ki, "xxxx" QSC ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli, 056L**********89 saylı uzunmüddətli kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh2nə 120 ay müddətinə 1 milyon manat məbləğində krеdit хətti açılmışdır. Bundan sonra, uzunmüddətli kredit müqaviləsi əsasında "xxxx" QSC ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli 999R********** saylı kredit razılaşması imzalanmış, həmin razılaşma əsasında Cavabdeh2nə 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.3333% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 150.000 (yüz əlli min) manat məbləğində krеdit verilmişdir.

25. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixli 999M**********01 saylı ipoteka müqaviləsi bağlamış, müqavilə əsasında Abşeron rayonu Xırdalan şəhəri Z.Əliyeva küçəsi 3 saylı evin 122.5 m ümumi sahədən ibarət 172 saylı mənzil İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

26. Məhkəmə qeyd etmişdir ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış borc müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya borc müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

27. Ona görə də, məhkəmə hesab etmişdir ki, əsas borc üzrə 139.452,59 manat, faiz bоrcu üzrə 9.640,71 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

28. İşdə olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 999M**********01 saylı ipotеka müqaviləsindən görünür ki, ipoteka predmetini Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri Z.Əliyeva küçəsi 3 saylı evin 122.5 m ümumi sahədən ibarət 172 saylı mənzil təşkil edir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən ipoteka predmetinin dəyəri 101.600 manat müəyyən edilir.

29. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-184/2024 saylı qərardadı ilə əsasında "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəyə əsasən ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri Z.Əliyeva küçəsi 3 saylı evin 122.5 m ümumi sahədən ibarət 172 saylı mənzilin likvid dəyəri 160.000 manat, bazar dəyəri 175.000 manat müəyyən edilmişdir.

30. Məhkəmə hesab etmişdir ki, ipoteka predmetinin ilkin satış qiyməti məhz "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəyə əsasən 160.000 manat müəyyən edilməlidir.

31. Məhkəmə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə tutmanı ikin satış qiyməti 160.000 (bir yüz altmış min) manat müəyyən edilməklə Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri Z.Əliyeva küçəsi 3 saylı evin 172 saylı mənzilinə yönəldilərək açıq hərracda satılması və satışdan əldə olunacaq vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi barədə qətnamə qəbul etmiş və apellyator qətnamənin yalnız bu hissəsini mübahisələndirmişdir.

32. Belə ki, cavabdeh apellyator ipoteka müqaviləsini bağlayarkən əsas borclunun direktorunun onu aldatmasını və tələbin zamin olan hüquqi şəxsin əmlakına yönəldilməli olmasını əsas gətirərək mənzilinin ipoteka yüklülüyündən azad olmasını xahiş etmişdir.

33. Cavabdehin bu dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd edir.

34. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 MMC-nin öhdəliklərinin icrasını təmin еtmək məqsədilə bankla cavabdеh Cavabdeh5 X1 arasında xx.xx.2022-ci il tarixli, 999S**********02 nömrəli, Cavabdeh1 ilə 999S**********03 nömrəli, Cavabdeh4 ilə xx.xx.2021-ci il tarixli, 056S**********02 nömrəli, Cavabdeh3 ilə xx.xx.2021-ci il tarixli, 056S**********03 nömrəli zaminlik müqavilələri imzalanmışdır.

35. İşdən görünür ki, zaminlərlə bank arasında əsas borcu təmin edən ipoteka müqavilələri bağlanmamışdır. İpoteka müqaviləsi yalnız apellyator tərəfindən bağlanmışdır. Ona görə zaminin əmlakına tələb yönələ bilməz. Yalnız qətnamənin icrası mərhələsində ipoteka predmeti kifayət etməsə İcra haqqında qanuna əsasən tələb zaminin əmlakına yönələ bilər.

36. Əsas borclu bankla apellyatorun arasında bağlanan ipoteka müqaviləsinin tərəfi olmamışdır. Ona görə onun cavabdehi aldatması barədə dəlil müqavilənin etibarlılığına təsir etmir. Cavabdehin gətirdiyi dəlillər ipoteka müqaviləsinin ləğv edilməsi və ya etibarsız hesab edilməsi üçün əsas deyil.

37. Apellyatora izah edilməlidir ki, tələb ipoteka predmetinə yönəldikdən sonra onun əsas borcluya qarşı reqress qaydada tələb irəli sürmək hüququ vardır.

38. Ona görə də, məhkəmə əsaslı olaraq hesab etmişdir ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə tutma ikin satış qiyməti 160.000 (bir yüz altmış min) manat müəyyən edilməklə Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri Z.Əliyeva küçəsi 3 saylı evin 172 saylı mənzilinə yönəldilərək açıq hərracda satılmalı, satışdan əldə olunan məbləğ kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönəldilməlidir.

39. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iş üzrə maddi və prosessual hüquq normalarını da düzgün tətbiq edərək, iş üzrə mövcud olan bütün mötəbər sübutları araşdırmış və düzgün nəticəyə gəlmişdir.

40. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

41. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(113)-184/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar