Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-319/2025 09.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər “X3” MMC-yə və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi Açar söz: kredit, zaminlik müqaviləsi. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elmam qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər “X3” MMC-yə və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-4168/2024 nömrəli qətnaməsindən cavabdeh “X3” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İddiaçı ASC ilə “X3” MMC arasında xx.xx.2023-cü il tarixli, RB/XT-0005_REST saylı kredit verilməsinə dair Razılaşmasına əsasən illik 14 % faiz dərəcəsi olmaqla 36 ay müddətinə 580.000 manat məbləğində cavabdehə kredit verilmişdir.
2. . Kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 ilə İddiaçı ASC arasında xx.xx.2023-cü il tarixli RB/XT0005_REST saylı zaminlik müqaviləsi bağlanmış, 580.000 manat təşkil edən kredit məbləği, kredit üzrə 14 (on dörd) faizlə hesablanacaq məbləğ üzrə öhdəliklər təmin edilmişdir.
3. Kredit və zaminlik müqaviləsi tərəflərin imzaları, hüquqi şəxslərin möhürü ilə təsdiq olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər “X3” MMC-yə və Cavabdeh2 qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və “X3” MMC-dən 21 Dekabr 2023-cü il tarixli, RB/XT-0005_REST saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 580000 manat, faiz borcuna görə 62654,42 manat, cəmi 642.654,42 manat və həmiçinin dövlət rüsumu kimi ödənilmiş 933 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Xətai filialı ilə – “X3” MMC arasında bağlanmış 21 dekabr 2023-cü il tarixli, RB/XT0005_REST saylı kredit müqaviləsinə əsasən illik 14 % (on dörd) faiz dərəcəsi olmaqla 36 (otuz alti) ay müddətinə 580000 (beş yüz səksən min) manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 21 Dekabr 2023-cü il tarixdə İddiaçı ASC-nin Xətai filialı ilə digər cavabdeh(lər) Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin 21 Dekabr 2023-cü il tarixli, RB/XT-0005_REST saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. 21 Dekabr 2023-cü il tarixli, RB/XT0005_REST saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan “X3” MMC kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı vəşifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-4168/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2023-cü il tarixli, RB/XT- 0005_REST saylı müqaviləyə əsasən əsas borc üzrə 580.000 (beş yüz səksən min) manat, faiz borcu üzrə 26.860 (iyirmi altı min səkkiz yüz altmış) manat, 71 (yetmiş bir) qəpik olmaqla, cəmi 606.860 (altı yüz altı min səkkiz yüz altmış) manat, 71 (yetmiş bir) qəpik məbləğində pulun Cavabdeh1ndən və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, dövlət rüsumunun əvəzi olaraq 896 (səkkiz yüz doxsan altı) manat 86 (səksən altı) qəpik məbləğində pulun Cavabdeh1ndən və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir. X2 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Məhkəmə qeyd etmişdir ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış borc müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya borc müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, bankla cavabdeh “X3” MMC arasında müqavilə bağlanmış, Bank tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş 580.000 manat məbləğində pul “X3” MMC-nin hesabına köçürülmüşdür. Müqavilə üzrə borclu üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli arayışa əsasən 21 dekabr 2023-cü il tarixli, RB/XT-0005_REST saylı kredit müqaviləsi üzrə “X5” MMC-nin xx.xx.2024-cü il tarixə əsas borcu 580.000, faiz borcu 26.861,38 manat müəyyən olumuşdur. İş materiallarından görünür ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə xx.xx.2024cü il tarixinə 580.000 manat əsas borc, 26.861,38 manat faiz borcunun ödənilməsi ilə bağlı cavabdehə bildiriş göndərilmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi, kredit verilməsini, əsas borcu mübahisələndirməmiş, faiz borcunun yüksən olduğunu bildirmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 4168/2024 saylı qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə “X5” MMC arasında bağlanmış 21 dekabr 2023-cü il tarixli, RB/XT-0005_REST saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə (xx.xx.2024-cü il tarixli maliyyə arayışında borcun hesablandığı tarix) əsas və faiz borcun nə qədər təşkil etdiyinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15 oktyabr 2024-cü il tarixli, 9/6801 saylı ekspert rəyinə əsasən xx.xx.2024-cü il tarixədək Cavabdeh1 MMC-nin İddiaçı ASC-yə əsas borcu 580.000 manat, faiz borcu 26.860,71 manat müəyyən edilmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəf xx.xx.2024-cü il tarixdə cavabdedə borcun tam tələb edilməsi barədə pretenziya göndərməklə, müqavilənin ləğv edilməsi barədə iradə ifadəsini qarşı tərəfə bildirmişdir. Ona görə də, faiz borcu məhz həmin pretenziyada göstərilmiş xx.xx.2024-cü il tarixinədək hesablanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarındakı mövqedən görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Ona görə də, Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 21 dekabr 2023-cü il tarixli, RB/XT-0005_REST saylı kredit müqaviləsi üzrə əsas borc olaraq 580.000 manat, faiz borcu olaraq 26.860,71 manat məbləğində pul cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.
8. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1, 421.2, 421.3, 739.1, 740.1, 740.2, 740.5, 743.1, 743.2, 470.1, 472.1, 472.2-ci maddələrini tətbiq etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-4168/2024 nömrəli qətnaməsindən cavabdeh “X3” MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkəmə cavabdehlərdən 580.000 (beş yüz səksən min) manat, faiz borcu üzrə 26.860 (iyirmi altı min səkkiz yüz altmış) manat, 71 (yetmiş bir) qəpik olmaqla, cəmi 606.860 (altı yüz altı min səkkiz yüz altmış) manat, 71 (yetmiş bir) qəpik məbləğində pulun tutulmasını qərara almışdır. Məhkəmə bu məbləğləri ekspert rəyi əsasında müəyyən etmişdir. Halbuki, iş materiallarında olan ekspert rəyi yekun məhkəmə aktının qəbul edilməsi üçün mötəbər sübut deyil. Belə ki, rəy əsaslandırılmamışdır. Ekspert rəydə sadəcə bank tərəfindən cavabdehə hansı məbləğdə kredit verilməsi, cavabdeh tərəfindən hansı tarixlərdə ödənişlər edilməsi barədə məlumatları qeyd etmiş, silinmə ardıcıllığına bank tərəfindən riayət edilib-edilməməsini, mənfi halda bunun qalıq borca hansı formada təsir etdiyini yoxlamamışdır. Elə buna görə də ekspert qalıq borcunu iddia ərizəsində göstərilən məbləğlərə uyğun hesablamışdır. Ona görə də iş materiallarında olan ekspert rəyi əsasında gəlinən nəticə əsaslı və qanuni hesab edilə bilməz. Həmçinin nəzərə almaq lazımdır ki, cavabdeh tərəfindən borcun çox hissəsi geri qaytarılmışdır. Lakin iddiaçının təqdim etdiyi sənədlərdən belə nəticə çıxır ki, borcun yalnız çox az hissəsi üzrə ödəniş edilmişdir. Məhkəmə isə bu barədə heç bir araşdırma etməmişdir. Həmçinin ekspert rəyindəki bu nöqsanlara görə təkrar məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatətin verilməsi və bu məsələnin məhkəmə iclasında iştirak edərək müzakirə olunması üçün cavabdehə şərait yaradılmamışdır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsində qeyd edilmişdir ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Məhkəmə cavabdeh tərəfindən kreditə görə qaytarılan borcun bank tərəfindən ardıcıllığa əməl edərək silinib-silinməməsi, əməl edilmədiyi halda bunun qalıq borcuna hansı formada təsir etməsi və bu kimi iş üçün əhəmiyyətli olan halları araşdırmamış, ekspert rəyində bu məsələlərə aydınlıq gətirilmədiyi və rəy ekspert tərəfindən əsaslandırılmadığı halda həmin rəyə əsasən, təkrar məhkəmə-mühasibatlıq ekspertizası keçirmədən yekun məhkəmə aktı qəbul etmişdir. Cavabdehin bank tərəfindən tələb olunan məbləğdə qalıq borcunun olması ilə bağlı iş üçün əhəmiyyətli olan hal sübuta yetirilmir. Belə ki, cavabdeh tərəfindən borcun çox hissəsi geri qaytarıldığı halda bank hələ də onun barəsində yüksək məbləğlərdə qalıq borcu hesablamış, məhkəmə isə əsaslandırılmamış ekspert rəyinə istinad edərək qanunsuz qətnamə qəbul etmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İddiaçının nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin olmamasını xahiş etmişdir.
12. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin işirakını təmin etməmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. 740.5-ci maddəsinə əsasən Müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borc müqaviləsi üzrə faizlər və (və ya) haqlar müqavilənin qüvvədə olduğu hər bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, faizlər və (və ya) haqlar borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
17. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə Cavabdeh1 MMC tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
18. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024cü il tarixli, e-2-2(113)-4168/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
19. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ASC ilə “X3” MMC arasında xx.xx.2023-cü il tarixli, RB/XT-0005_REST saylı kredit verilməsinə dair Razılaşmasına əsasən illik 14 % faiz dərəcəsi olmaqla 36 ay müddətinə 580.000 manat məbləğində cavabdehə kredit verilmişdir. Kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 ilə İddiaçı ASC arasında xx.xx.2023-cü il tarixli RB/XT- 0005_REST saylı zaminlik müqaviləsi bağlanmış, 580.000 manat təşkil edən kredit məbləği, kredit üzrə 14 (on dörd) faizlə hesablanacaq məbləğ üzrə öhdəliklər təmin edilmişdir.
20. Hazırda cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş və apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarında olan ekspert rəyi yekun məhkəmə aktının qəbul edilməsi üçün mötəbər sübut deyil. Belə ki, rəy əsaslandırılmamışdır. Ekspert rəydə sadəcə bank tərəfindən cavabdehə hansı məbləğdə kredit verilməsi, cavabdeh tərəfindən hansı tarixlərdə ödənişlər edilməsi barədə məlumatları qeyd etmiş, silinmə ardıcıllığına bank tərəfindən riayət edilib-edilməməsini, mənfi halda bunun qalıq borca hansı formada təsir etdiyini yoxlamamışdır. Həmçinin nəzərə almaq lazımdır ki, cavabdeh tərəfindən borcun çox hissəsi geri qaytarılmışdır. Lakin iddiaçının təqdim etdiyi sənədlərdən belə nəticə çıxır ki, borcun yalnız çox az hissəsi üzrə ödəniş edilmişdir.
21. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.
22. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir. X2 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış borc müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya borc müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, bankla cavabdeh “X3” MMC arasında müqavilə bağlanmış, Bank tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş 580.000 manat məbləğində pul “X3” MMC-nin hesabına köçürülmüşdür. Müqavilə üzrə borclu üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli arayışa əsasən 21 dekabr 2023-cü il tarixli, RB/XT-0005_REST saylı kredit müqaviləsi üzrə “X5” MMC-nin xx.xx.2024-cü il tarixə əsas borcu 580.000, faiz borcu 26.861,38 manat müəyyən olumuşdur. İş materiallarından görünür ki, iddiaçı tərəfindən xx.xx.2024cü il tarixdə xx.xx.2024-cü il tarixinə 580.000 manat əsas borc, 26.861,38 manat faiz borcunun ödənilməsi ilə bağlı cavabdehə bildiriş göndərilmişdir. Birinci instansiya məhkəməsinin hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi, kredit verilməsini, əsas borcu mübahisələndirməmiş, faiz borcunun yüksən olduğunu bildirmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-4168/2024 saylı qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə “X5” MMC arasında bağlanmış 21 dekabr 2023-cü il tarixli, RB/XT-0005_REST saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə (xx.xx.2024cü il tarixli maliyyə arayışında borcun hesablandığı tarix) əsas və faiz borcun nə qədər təşkil etdiyinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15 oktyabr 2024-cü il tarixli, 9/6801 saylı ekspert rəyinə əsasən xx.xx.2024-cü il tarixədək Cavabdeh1 MMC-nin İddiaçı ASC-yə əsas borcu 580.000 manat, faiz borcu 26.860,71 manat müəyyən edilmişdir.
24. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəf xx.xx.2024-cü il tarixdə cavabdedə borcun tam tələb edilməsi barədə pretenziya göndərməklə, müqavilənin ləğv edilməsi barədə iradə ifadəsini qarşı tərəfə bildirmişdir. Ona görə də, faiz borcu məhz həmin pretenziyada göstərilmiş xx.xx.2024-cü il tarixinədək hesablanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarındakı mövqedən görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Ona görə də, məhkəmə haqlı olaraq hesab etmişdir ki, 21 dekabr 2023cü il tarixli, RB/XT-0005_REST saylı kredit müqaviləsi üzrə əsas borc olaraq 580.000 manat, faiz borcu olaraq 26.860,71 manat məbləğində pul cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.
25. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh apellyasiya şikayətinin dəlillərini əsaslandırmamış, borcun çox hissəsinin ödənilməsi ilə bağlı hər hansı bir rəsmi sənəd və ya sübut təqdim etməmişdir.
26. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
27. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,
QƏT ETDİ:
Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2361/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyator tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.