Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6587/2021 02.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 cavabdeh "xxxx" MMC-yə qarşı öhdəliyin yerinə yetirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı X3 cavabdeh "xxxx" MMC-yə qarşı öhdəliyin yerinə yetirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İnşaat Konstruksiyaları” MMC-yə ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış evinin 2-ci blok, ümumi sahəsi 94 kv.m olan 143№-li izolə edilmiş, 2 otaqdan ibarət mənzilin, həmçinin, ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış evinin 3-cü blok, ümumi sahəsi 79,5 kv.m olan 220 №-li izolə edilmiş 2 otaqdan ibarət mənzilin iddiaçı X2 təhvil verilməsi həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X3 məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinə cavabdehin iştirakı olmadan qiyabi qaydada baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair yazılı razılığını nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə uyğun olaraq, işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab edilmişdir. İş materiallarında olan "xxxx" MMC ilə X3 arasında bağlanmış 11 mart 2019-cu il tarixli 143002 №-li müqaviləyə əsasən müəyyən olunur ki, icraçı Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanda inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbə, ümumi sahəsi 94 kv.m olan 143№-li mənzil izolə olunmuş 2 otaqdan ibarət olub bir pay kimi verir. Müqavilə üzrə mənzilin dəyəri 1 kv.m sahəsi üçün 800 AZN təyin edilir. Cəmi 94 kv.m sahəsi üçün 75200 AZN təşkil edir. Bu müqavilənin ödənişi yalnız kassa mədaxil qəbzi ilə əsas sayılır. Bu müqavilə ilə müəyyən olunmuş, yuxarıda göstərilən mənzilin qiymətinin 1 hissəsi müqavilə qiymətindən 100% miqdarında, yəni 75200 AZN məbləğində ödənilib. İş materillarında olan 11.03.2019-cu il tarixli arayışa əsasən müəyyən olunur ki, Cavabdeh MMC-nin Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbədə, ümumi sahəsi 94 kv.m olan, 2 otaqlı, 143 saylı mənzilin dəyəri X3 tərəfindən tam ödənilmişdir. İş materiallarında olan İnşaat Konstruksiyaları” MMC ilə X3 arasında bağlanmış 15 iyun 2019-cu il tarixli ******* №-li müqaviləyə əsasən müəyyən olunur ki, icraçı Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanda inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 11-ci mərtəbə, ümumi sahəsi 79,5 kv.m olan 220 №-li mənzil izolə olunmuş 2 otaqdan ibarət olub bir pay kimi verir. Müqavilə üzrə mənzilin dəyəri 1 kv.m sahəsi üçün 730 AZN təyin edilir. Cəmi 79,5 kv.m sahəsi üçün 58035 AZN təşkil edir. Bu müqavilənin ödənişi yalnız kassa mədaxil qəbzi ilə əsas sayılır. Bu müqavilə ilə müəyyən olunmuş, yuxarıda göstərilən mənzilin qiymətinin 1 hissəsi müqavilə qiymətindən 100% miqdarında, yəni 58035 AZN məbləğində ödənilib. İş materillarında olan 15.06.2019-cu il tarixli arayışa əsasən müəyyən olunur ki, Cavabdeh MMC-nin Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 11-ci mərtəbədə, ümumi sahəsi 79,5 kv.m olan, 2 otaqlı, 220 saylı mənzilin dəyəri X3 tərəfindən tam ödənilmişdir. İş materiallarında olan 23.09.2021-ci tarixli pretenziya məktubuna əsasən müəyyən olunur ki,iddiaçı tərəfindən müavilə üzrə öhdəlikləlrin yerinə yetirilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq, sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əsasən müəyyən edilir ki, mübahisə predmeti olan ünvan 3 ünvanında inşa edilmiş, hündür mərtəbəli yaşayış binasının 3-cü blok, 11-ci mərtəbədə, ümumi sahəsi 79,5 kv.m olan, 2 otaqlı, 220 saylı mənzilin və 2-ci blok, 15-ci mərtəbədə, ümumi sahəsi 94 kv.m olan, 2 otaqlı, 143 saylı mənzilin dəyəri iddiaçı X3 tərəfindən tam ödənilmiş, lakin cavabeh tərəf öz özhəliyini yerinə yetirməmiş, qeyd edilən mənzilləri iddiaçıya təhvil verməmişdir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Həmin Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə görə iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə görə qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77,216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh İnşaat Konstruksiyaları” MMC-yə ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış evinin 2-ci blok, ümumi sahəsi 94 kv.m olan 143№-li izolə edilmiş, 2 otaqdan ibarət mənzilin, həmçinin, ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış evinin 3-cü blok, ümumi sahəsi 79,5 kv.m olan 220 №-li izolə edilmiş 2 otaqdan ibarət mənzilin iddiaçı X2 təhvil verilməsi həvalə edilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-6587/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(004)-6587/2021
02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver