Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-659/2022 05.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun tutulması tələbinə dair” kiçik iddia ərizəsi üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında sadələşdirilmiş qaydada baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" MMC kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15.12.2019-cu il tarixli müqaviləyə əsasən Loft markalı çarpayı, dolab və Lili markalı matras üçün 637 manat ödənilməmiş hissə, 63 manat cərimə, 07.03.2020-ci il tarixli müqaviləyə əsasən Acer markalı notebook, Panasonic markalı qulaqlıq, Mouse və Huaweı markalı fitnes qolbaq üçün 556,20 manat ödənilməmiş hissə, 55 manat cərimə, 07.03.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********73939 olan iPhone 11 Pro markalı telefon üçün 786,90 manat ödənilməmiş hissə, 78 manat cərimə, 28.12.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********40803 olan Samsung Galaxy planşet və İMEİ Kodu **********88182 olan Blackview BV1000 markalı telefonlar üçün 141,40 manat ödənilməmiş hissə. 14,50 manat cərimə olmaqla, cəmi 2332 manat borcun və ödənilmiş 43,32 manat dövlət rüsumunun alınaraq, iddiaçıya ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verldikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh lazimi qaydada bildiriş göndərilmiş, lakin onun tərəfindən iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 445, 468, 741-ci maddələrini, MPM 119.1-ci maddəsini nəzərə alaraq, məhkəmə araşdırılmasında müəyyən edildi ki, tərəflər arasında bağlanmış 15.12.2019-cu, 07.03.2020-ci, 07.03.2020-ci və 28.12.2019-cu il tarixli müqavilələrə əsasən Loft markalı çarpayı, dolab, Lili markalı matras, Acer markalı notebook, Panasonic markalı qulaqlıq, Mouse, HLAWEİ markalı fıtnes qolbaq, İMEİ Kodları **********73939 olan iPhone 11 Pro, **********40803 olan Samsung Galaxy planşet və **********88182 olan Blackview BV1000 markalı telefonlar almış və nəticədə 2332 manat borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3660,70 manat təşkil edir. Göründüyü kimi, cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir.Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır.Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Ona görə də, məhkəmə belə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, cavabdehdən 15.12.2019-cu il tarixli müqaviləyə əsasən Loft markalı çarpayı, dolab və Lili markalı matras üçün 637 manat ödənilməmiş hissə, 63 manat cərimə, 07.03.2020-ci il tarixli müqaviləyə əsasən Acer markalı notebook, Panasonic markalı qulaqlıq, Mouse və Huaweı markalı fitnes qolbaq üçün 556,20 manat ödənilməmiş hissə, 55 manat cərimə, 07.03.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********73939 olan iPhone 11 Pro markalı telefon üçün 786,90 manat ödənilməmiş hissə, 78 manat cərimə, 28.12.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********40803 olan Samsung Galaxy planşet və İMEİ Kodu **********88182 olan Blackview BV1000 markalı telefonlar üçün 141,40 manat ödənilməmiş hissə. 14,50 manat cərimə olmaqla, cəmi 2332 manat borc və ödənilmiş 43,32 manat dövlət rüsumu alınaraq, iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi təmin edilsin. Cavabdeh 15.12.2019-cu il tarixli müqaviləyə əsasən Loft markalı çarpayı, dolab və Lili markalı matras üçün 637 manat ödənilməmiş hissə, 63 manat cərimə, 07.03.2020-ci il tarixli müqaviləyə əsasən Acer markalı notebook, Panasonic markalı qulaqlıq, Mouse və Huaweı markalı fitnes qolbaq üçün 556,20 manat ödənilməmiş hissə, 55 manat cərimə, 07.03.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********73939 olan iPhone 11 Pro markalı telefon üçün 786,90 manat ödənilməmiş hissə, 78 manat cərimə, 28.12.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********40803 olan Samsung Galaxy planşet və İMEİ Kodu **********88182 olan Blackview BV1000 markalı telefonlar üçün 141,40 manat ödənilməmiş hissə. 14,50 manat cərimə olmaqla, cəmi 2332 (iki min üç yüz otuz iki) manat borc və ödənilmiş 43,32 (qırx üç manat 32 qəpik) manat dövlət rüsumu alınaraq, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-659/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-659/2022
05.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver