Məhkəmə qərarları › İş №2(004)-6613/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-6613/2025

18.11.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-6613/2025 18.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Xudayev Kərim Bahəddin oğlu, İddiaçı cavabdehlər Cavabdeh və qeyrilərinə qarşı “kommunal xərclərin ödənilməsi” tələbinə dair ərizəsinin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh və qeyrilərinə qarşı “kommunal xərclərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər: Mənzil mülkiyyətçiləri: Cavabdeh 359,94, X29 292,32, X125 539,91, X3, 842,22, X30 290,46, X31 145,23, X66 294,90. X32 343,32, X59 342,30, X33 291,48, X62 295,68, X34 339,60, X54 726,15, X35 420,35, X102 Oğlundan 323,40, X55 319,80, X119 297,18 oğlundan, X20 518,46, X14 438,48, X56 577,10,X120 292,08,X36 540,09, X37 1325,06, Tağıyev Mirkamildən 444,33,X103 408,38, X4 217, X9 344,02, X10 619,71, X7 1 143,34, X38 1266,54, 1 lümbətova Nərminə Əli qızından 1266,54 , X39 233,80, X21 389,76 Abdullayev Eİdar İnşallah oğlundan 189,84, X44 287 X45 141,09, X15 435,15 , X46 313,84, Həsənov Aslan ismayıl oğlundan 202,50, X60 290,22, X22 350,64, X8 199,08, X2 286,02, X40 352,53, X5 248,27, X49 485,10, X23 306,88, X41 210,06, Seyidzadə Nigar səyad qızından 851,76, X50 333,45, X11 618,54, X24 343,89, X16 292,32, X42 257,25, X1 190,96. X17 425,25, X61 279,79. X12 209,96, X57 420,84. X6 479,57, X25 294,84, X26 607,88, X27 509,99, X18 253,33, X51 657,30, X52 359,73, X53 398,96, X72ən 421,19, X13 208, X28 384,00, X47 280,92 manat və qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri: X19 (Referans Klinik) 24500, Musayev Elçindən (“Sony” mağazası) 2293,90, Məmmədova Gülnarədən ( müyvə-tərəvəz mağazası və dərzi) 3248, Muradov Əlidən (“Sindrclla” gözəllik salonu) 2293,90. Sadıqov Ənvərdən (Səsyazma studiyası) və X113 (Sulu Market) 1044 manat kommunal xərclərin tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsinin qanunla müəyyən olunmuş məzmununa riayət edilmədiyindən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci və 149.2.3cü maddəsinə əsasən, ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Göründüyü kimi, iddia ərizəsi tərtib edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə riayət edilməmişdir. Belə ki, iddia ərizəsində tələb irəli sürülən bütün cavabdehlərin soyadı, adı, atasının adı, şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı ərizədə öz əksini tapmamışdır. İddiaçı iş üzrə cavabdehlərin adı, soyadı, ata adları, telefon nömrələri və borclarının məbləğini özündə əks etdirən Siyahını iddia ərizəsinə əlavə etsə də, həmin məlumatlar qanunvericiliyin müddəalarına uyğun olaraq iddia ərizəsinin giriş hissəsində qeyd edilməmişdir. Həmçinin iddia ərizəsində cavabdehlərin ünvanları ayrı-ayrılıqda göstərilməmişdir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.2-ci maddəsinə əsasən təsbit olunmuşdur ki, bir neçə iddiaçı iddia verərsə və ya bir neçə cavabdehə qarşı iddia verilərsə, hakim tələblərə ayrıca baxılmasını məqsədə müvafiq hesab edərsə, bir və ya bir neçə tələbi ayrıca icraata ayırmağa haqlıdır. Həmin Məcəllənin 172.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin sayının çoxluğu və ya baxışın təşkilinin xüsusilə mürəkkəb olması ilə əlaqədar bu Məcəllənin 172.1.3-cü maddəsində nəzərdə tutulmuş müddət məhkəmənin əsaslandırılmış qərardadı ilə 2 aydan artıq olmayan müddətə uzadıla bilər. Belə ki, hazırki mülki iş üzrə iddia ərizəsinə əlavə edilmiş siyahıda cavabdehlər qismində 78 şəxs göstərildiyindən məhkəmə hesab edir ki, işə bir icraatda baxılması məqsədəmüvafiq deyildir. Çünki bu zaman işdə iştirak edən şəxslərin sayının çoxluğu ilə əlaqədar işə baxılma prosesi mürəkkəbləşəcək və işə baxılmasının qanunvericilikdə nəzərdə tutulmuş müddəti uzadılacaq. Beləliklə iddia tələbi forma və məzmun tələbinə riayət edilməklə verilmədiyindən icraata qəbul edilməməlidir. Belə ki, ərizədə cavabdehlər barədə məlumatlar qeyd edilməmişdir (şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı və.s). Bununla da məhkəmə bildirişinin çatdırılması mümkün deyildir. Poçt ünvanı elə bir şəkildə göstərilməlidir ki, xüsusi vasitələrdən istifadə edilmədən tərəflərin yaşadığı yeri müəyyən etmək, məhkəmə sənədlərini onlara çatdırmaq mümkün olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsi 152.4-cü maddə). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qanunvericiliyin yuxarıda qeyd edilən normalarına riayət edilmədiyi İddiaçı cavabdehlər Cavabdeh və qeyrilərinə qarşı “kommunal xərclərin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, ona qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263, 264- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə R A R A A L D İ: İddiaçı cavabdehlər Cavabdeh və qeyrilərinə qarşı “kommunal xərclərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərarın təsviri hissəsində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar