Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6644/2021 17.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05.08.2019-cu il tarixli müqaviləsinə əsasən, LG markalı mikrodalğalı soba üçün 57.2 (əlli yeddi manat, iyirmi qəpik ) manat ödənilməmiş hissə, 62.7 (altmış iki manat, yetmiş qəpik) manat dəbbə; 03.02.2020-ci il tarixli müqaviləsinə əsasən, 2 ədəd LG markalı televizor üçün 2948.4 (iki min doqquz yüz qırx səkkiz manat, qırx qəpik) manat ödənilməmiş hissə, 880.2 (səkkizyüz səksən manat, iyirmi qəpik) manat dəbbə; 13.12.20İ9-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********08813 olan Samsung galaxy A10 markalı telefon üçün 280 (iki yüz səksən) manat ödənilməmiş hissə, 84 (səksən dörd) manat dəbbə; ümumilikdə 4312,5 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdeh Əbilova (Abdullayeva) Şəbinə Yaşar qızından alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirmiş, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5, 147-ci maddələrinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 05.08.2019-cu il tarixli 00825255 saylı müqaviləyə əsasən müəyyən olunur ki, iddiaçı LG markalı mikrodalğalı sobanı cavabdehə verməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 05.08.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, cavabdeh ilkin ödəniş də daxil olmaqla 264 manat pulu 24 ay müddətinə aylıq 11 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 05.08.2019-cu il tarixli təhvil-təslim aktına əsasən müəyyən olunur ki, sözügedən əşya cavabdeh tərəfindən təhvil alınmışdır. İş materiallarında olan ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 03.02.2020-ci il tarixli 20077367 saylı müqaviləyə əsasən müəyyən olunur ki, iddiaçı 2 ədəd LG markalı televizoru cavabdehə verməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 03.02.2020-ci il tarixli ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, cavabdeh ilkin ödəniş də daxil olmaqla 2984,4 manat pulu 18 ay müddətinə hər ay 163,8 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 03.02.2020-ci il tarixli təhvil-təslim aktına əsasən müəyyən olunur ki, sözügedən əşyalar cavabdeh tərəfindən təhvil alınmışdır. İş materiallarında olan ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 13.12.2019-cu il tarixli 01122994 saylı müqaviləyə əsasən müəyyən olunur ki, iddiaçı İMEİ Kodu **********08813 olan Samsung galaxy A10 markalı telefonu cavabdehə verməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 13.12.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, cavabdeh ilkin ödəniş də daxil olmaqla 336 manat pulu 12 ay müddətinə hər ay 28 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 13.12.2019-cu il tarixli təhvil-təslim aktına əsasən müəyyən olunur ki, sözügedən əşya cavabdeh tərəfindən təhvil alınmışdır. İş materiallarında olan 30.09.2020-ci il tarixli xəbərdarlıq məktubuna əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 21.09.2021-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin 3285,6 manat məbləğində əsas, 1026,9 manat dəbbə borcu olmaqla cəmi 4312,5 manat məbləğində borcu vardır. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 05.08.2019-cu il tarixli müqaviləsinə əsasən, LG markalı mikrodalğalı soba üçün 57.2 (əlli yeddi manat, iyirmi qəpik ) manat ödənilməmiş hissə, 03.02.2020-ci il tarixli müqaviləsinə əsasən, 2 ədəd LG markalı televizor üçün 2948.4 (iki min doqquz yüz qırx səkkiz manat, qırx qəpik) manat ödənilməmiş hissə, 13.12.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********08813 olan Samsung galaxy A10 markalı telefon üçün 280 (iki yüz səksən) manat ödənilməmiş hissə, ümumilikdə 3285,60 manat ödənilməmiş hissə, 50 manat cərimə, cəmi 3335,60 (üç min üç yüz otuz beş manat altmış qəpik) borc və 30 manat ödənilmiş dövlət rüsumu cavabdeh Əbilova (Abdullayeva) Səbinə Yaşar qızından alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Belə ki, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, cavabdeh öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə eqyd edir ki, iddia tələbi əsas borca münasibətdə əsaslı olsa da, dəbbə pulu hissəsində əsaslı deyildir. Belə ki, dəbbənin məbləği əsas borca mütənasib deyildir. Ona görə də məhkəmə hesab edir ki, dəbbə borcu tənasübsüz olduğu üçün azaldılmalıdır. Məhkəmə həmçinin Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 05.08.2019-cu il tarixli müqaviləsinə əsasən, LG markalı mikrodalğalı soba üçün 57.2 (əlli yeddi manat, iyirmi qəpik ) manat ödənilməmiş hissə, 03.02.2020-ci il tarixli müqaviləsinə əsasən, 2 ədəd LG markalı televizor üçün 2948.4 (iki min doqquz yüz qırx səkkiz manat, qırx qəpik) manat ödənilməmiş hissə, 13.12.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********08813 olan Samsung galaxy A10 markalı telefon üçün 280 (iki yüz səksən) manat ödənilməmiş hissə, ümumilikdə 3285,60 manat ödənilməmiş hissə, 50 manat cərimə, cəmi 3335,60 (üç min üç yüz otuz beş manat altmış qəpik) borc və 30 manat ödənilmiş dövlət rüsumu cavabdeh Əbilova (Abdullayeva) Səbinə Yaşar qızından alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-6644/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6644/2021
17.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver