Məhkəmə qərarları › İş №2(004)-666/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-666/2024

14.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-666/2024 14.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 5 saylı Notaraiat Ofisində qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi, vəsiyyət üzrə vərəsəlik haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 5 saylı Notaraiat Ofisində qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi, vəsiyyət üzrə vərəsəlik haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri 5 saylı Notaraiat Ofisinin xüsusi notariusu X14 tərəfindən təsdiq edilmiş 01566 saylı notariat hərəkətlərinin qeyd edilməsi üçün reyestrdə xx.xx.2021-ci il tarixdə 2V-140 nömrə ilə qeyd edilmiş vəsaiyyətnamənin etibarsız hesab edilnməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 5 saylı Notaraiat Ofisinin xüsusi notariusu X14 tərəfindən təsdiq edilmiş 01566 saylı notariat hərəkətlərinin qeyd edilməsi üçün reyestrdə xx.xx.2021-ci il tarixdə 2V-140 nömrə ilə qeyd edilmiş vəsaiyyətnamənin etibarsız hesab edilnməsi, Bakı şəhəri 5 saylı Notaraiat Ofisi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş reyestrdə 2V 189 nömrəsi ilə qeyd edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Azərbaycan Respublikası ƏMDX yanında DƏDRX tərəfindən xx.xx.2023-cü il tarixində verilmiş daşınmaz əmlakın reyestr nömrəsi **********38-05***-******* və ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsi, ev 104, 4 saylı mənzil xx.xx.1996- cı il tarixdə anaları X10 mülkiyyəti kimi qeydiyyatdan keçmiş, xx.xx.2021-ci ildə İradə Əliyeva vəfat etmişdir. Bundan sonra xalaları Cavabdeh1 88 yaşlı “alzheimer” xəstəsi olan, nənələri Şövkət Əliyevadan 5 saylı DNK-da baş etibarnamə almış, sonra 12 saylı DNK-ya Şövkət Əliyevanın adından müraciət edərək onun adına xx.xx.2021-ci il tarixdə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Vərəsəlik şəhadətnaməsinin alınmasından sonra isə Cavabdeh1 Şövkət Əliyeva tərəfindən verilmiş etibarnamə ilə mübahisə edilən mənzilin 1/3 hissəsinə çıxarış almışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında ona məlum olmuşdur ki, Bakı şəhəri 5 saylı Notariat Ofisinin xüsusi notariusu X14 tərəfindən X11 və Nəcəf-zadə X15 iştirakı ilə X5 özünəməxsus bütün daşınar və daşınmaz əmlakını xx.xx.2021-ci il tarixdə xalası Cavabdeh1 vəsiyyət etmişdir. X5 xx.xx.2022-ci ildə vəfat etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında Bakı şəhəri 5 saylı Notariat Ofisinin xüsusi notariusu X3 Şövkət Əhməd qızının Cavabdeh1 verdiyi vəsiyyətnaməni məhkəmə heyətinə təqdim etmişdir. Həmin vəsiyyətnaməyə nəzər saldıqda orada qanun pozuntularını aşkar etmək mümkündür. Belə ki, İlham Məmmədov məhkəmədə ifadəsində şəxsin imzasına baxan zaman görünür ki, adam savadsızdır cümləsini işlətmişdir. Həmçinin vəsiyyətnamədə iki ayrı-ayrı imza çəkilmiş, nə ad nədə ki soyad qeyd edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 65-ci bəndində qeyd olunmuşdur ki, şəxs savadsız olarsa vəsiyyət edən vəsiyyətnaməni notariusda 3 şahidin yanında tərtib etməlidir. Lakin bu vəsiyyətnamə 2 şahidin yanında tərtib edilmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 etirazın məzmununa uyğun izahat verərək, iddia tələbini qəbul etmədi və əlavə olaraq bildirdi ki, X19 onun anasıdır, sağlığında uzun müddət onunla yaşamışdır. O, evləndikdən sonra da birlikdə yaşamışlar. Ancaq iddiaçı tərəf isə nənəsi olduğu halda X8 yanında heç vaxt qalmamış və dəfnində belə iştirak etməmişdir. İddiaçı əsas arqument kimi X1 olması düşüncəsinə əsaslansa da, bu doğru deyil. Mərhum anasının, yəni X8 atası tanınmış həkim olmuşdur, yəni o, ziyalı ailədə yetişmişdir. Oxumağı və yazmağı əlbəttə ki bilirdi, sadəcə ali təhsili yox idi. Savadsız olsa idi, etibarnamədə, vəsiyyətnamədə imza da çəkə bilməzdi. O, Nardaranda yaşayırdı, həmin dövrdə təbii ki, məktəb var idi və anası həmin məktəbə getmişdi. Anası sağlığında iddiaçıya da çoxlu yardımlar etmişdir, ancaq bunlara baxmayaraq iddiaçı hazırda belə iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil etirazın məzmununa uyğun izahat verərək, iddia tələbini qəbul etmədi və əlavə olaraq bildirdi ki, Bakı şəhəri 5 saylı Notariat Ofisinin xüsusi notariusu X14 tərəfindən X11 və Nəcəf-zadə X15 iştirakı ilə cavabdehin anası X19 özünə məxsus bütün daşınar və daşınmaz əmlakını xx.xx.2021-ci il tarixdə xalası Cavabdeh1 vəsiyyət etmişdir. Cavabdehin anası X19 xx.xx.2022-ci ildə vəfat etmişdir. cavabdehin anası- X19 ömür boyu onunla yaşamışdır. İddiaçı neçə ildir ki, öz nənəsini görməyibdir. Cavabdehin anasının heç bir xəstəliyi olmamışdır. Sadəcə noyabr ayında koronavirus xəstəliyi vaxtı cavabdehin anasının ayağında qanqrena xəstəliyi yaranıb, həmin qanqrenadan da ürəyində tənginəfəslik yaranmışdır. Həmçinin onu da qeyd edir ki, ümumiyyətlə savadsızlığın özü hüquqi baxımdan mübahisəli mövzudur. Şəxsin savadlı olub-olmaması məsələsi qanunla tənzimlənən məsələ deyildir. Şəxsin savadsız olması təhsilin mövcud olub-olmaması ilə əlaqədar deyildir. Cavabdehin anası savadsız olmamış, oxuyub yazmağı, yazdığını və oxuduğunu anlamaq iqtidarında olmuşdur. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri 5 saylı Notariat Ofisinin notariusu X14 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, həmin vəsiyyətnaməni o təsdiq etmişdir. xx.xx.2021-ci il tarixində Əliyeva Şövkət kontora şəxsən müraciət etmişdir. X19 özü müraciət edərək vəsiyyətnamə tərtib etmək istədiyini bildirmiş, fəaliyyət qabiliyyətli olmuşdur. Hüquq və vəzifələri ona izah edilmişdir. Öncəliklə bunu bildirmək istəyir ki, savadsız sözünün izahlı lüğətdə açıqlaması belədir ki, oxuma və yazma bilməyən şəxs savadsız adlandırılır. X19 notariata gəldiyində onda Şövkət xanımın savadlı olması barədə hər hansı şübhə olmamışdır. Özü sənədə imza atmışdır. Uzun müddət ərzində işlədiyi dövrdə savadsız insanlar da notariata müraciət etmişlər, ancaq X4 idi. Sadəcə olaraq o yaşlı idi. O, özü vəsiyyətnaməyə imza çəkmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirir ki, Bakı Apellyasiya Məhkəməsində izahatında X1 olması barədə ifadə yer alsa da, bu ifadəni o, həqiqi mənada işlətməmişdir. Burada demək istədiyi X8 yaşına görə ən azından savadlılıq qabiliyyətinin yüksək olmaması, ali savadlı olmaması idi. Yəni burada onun yaza bilməməsi, oxuya bilməməsindən və s. söhbət getmirdi. İmza etməmişdən əvvəl o özü də ona vəsiyyətnamənin məzmununu izah etmişdir. Vəsiyyətnamə 2 şahidinin iştirakı ilə tərtib edilmişdir. Mərhum vəsiyyətnaməni özü də oxumuşdur. Mərhum X2 deyildi. Məhkəmə tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: -Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinin verdiyi AZ-İİ 164277 nömrəli 16 fevral 2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X20 xx.xx.2021-ci il tarixdə süd vəzisinin yuxarı-bayır kvadratının. səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 356 nömrəsi ilə qeyd edilmişdir. -Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsində yerləşən 104 saylı evin 4 nömrəli mənzili paylı mülkiyyət hüquqi ilə 1/3 hissə İddiaçı, 1/3 hissə X7 və 1/3 hissə X8 mülkiyyətindədir. -10 sentyabr 2021-ci il tarixli 2V-140 reyestr nömrəli vəsiyyətnamənin surətindən müəyyən edilir ki, ünvan 1 ünvanında qeydiyyatda olan X19 ölən günədək ona məxsus olan harada yerləşməsindən nədən ibarət olmasından asılı olmayaraq bütün daşınar və daşınmaz əmlakını ünvan 1 ünvanında qeydiyyatda olan qızı-Cavabdeh1 vəsiyyət edir. Vəsiyyətnamə üzrə ünvan 2 ünvanında qeydiyyatda olan X11 və ünvan 3 ünvanında qeydiyyatda olan Nəcəf-zadə X21 şahid olmuşdur. -xx.xx.2021-ci il tarixli 2 v-131 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X10 vərəsələri: övladlaları-ünvan 4 ünvanında qeydiyyatda olan İddiaçı və ünvan 4 ünvanında qeydiyyatda olan X16 və onları hər biri miras əmlakdan 1/3 irs almalıdır. Şəhadətnamə verilən miras əmlak: ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2021-ci il tarixdə X17 verilmiş **********38-05101-093046 reyestr nömrəli,********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 30 kv/m olan mənzildən ibarətdir. -Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-837/2022 saylı 15 fevral 2022-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, iddiaçılar İddiaçı və X7 cavabdehlər Bakı şəhəri 5 saylı Notarisat Ofisinə, Bakı şəhəri 12 saylı Notarist Ofisinə,X12 və Cavabdeh1 qarşı Bakı şəhəri 5 saylı Notariat Ofisində xx.xx.2021-ci il tarixdə X19 tərəfindən Cavabdeh1 verilmiş 7E reyestrində 3806 sıra nömrəsi ilə qeydə alınmış etibarnamənin və həmin etibarnamə əsasında Bakı şəhəri 12 saylı Notariat Ofisi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması və həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın ləğv edilməsi barədə iddia tələbi rədd edilmişdir. -Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1338/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən müəyyən edilir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-837/2022 saylı 15 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. -Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-3200/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından müəyəyn edilir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1338/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. -Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinin verdiyi AZ-İİ 254185 nömrəli 13 aprel 2022-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X19 xx.xx.2022-ci il tarixdə süd kəskin ağciyər ürəyi olması göst. ağciyər emb. səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 623 nömrəsi ilə qeyd edilmişdir. -xx.xx.2023-cü il tarixli 2V-189 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, xx.xx.2021-ci il tarixdə təsdiq edilən və reyestrdə 140 nömrəsi ilə qeyd edilən vəsiyyətnaməyə əsasən xx.xx.2022-ci il tarixdə vəfat etmiş X8 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan qızı-Cavabdeh1dır və miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2021-ci il tarixdə X12 verilmiş **********38-05101-093046 reyestr nömrəli,********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 30 kv/m olan mənzildən paylı mülkiyyət hüququ üzrə 1/3 hissə paydan ibarətdir. - Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, X8 təhsili barədə məlumatlar Bakı şəhəri Sabunçu rayon məktəblərinin arxiv sənədlərində aşkar olunmamışdır. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsi, ev 104, 4 saylı mənzil X13 mülkiyyətində olmuşdur. O, xx.xx.2021-ci ildə vəfat etmişdir. X13 qanun üzrə birinci növbə vərəsələri olaraq övladları – İddiaçı, X16 və anası - X19 qalmışdır. X9 miras qalmış əmlakı qəbul etməsi və əmlakdan paya dair vərəsəlik şəhadətnaməsi verilməsi barədə notariat kontoruna İddiaçı, X16, X19 isə müraciət etmişdir. Onlara qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Həmin vərəsəlik şəhadətnaməsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsi, ev 104, 4 saylı mənzil üzərində İddiaçı, X16 və X8 hər birinin payı 1/3 hissə olmaqla paylı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alnmışdır. X19 isə xx.xx.2022-ci il tarixdə ölmüşdür. ünvan 1 ünvanında qeydiyyatda olan X19 ölən günədək ona məxsus olan harada yerləşməsindən nədən ibarət olmasından asılı olmayaraq bütün daşınar və daşınmaz əmlakını 10 sentyabr 2021-ci il tarixli 2V-140 reyestr nömrəli vəsiyyətnaməyə əsasən ünvan 1 ünvanında qeydiyyatda olan qızı-Cavabdeh1 vəsiyyət etmişdir. Vəsiyyətnamə üzrə ünvan 2 ünvanında qeydiyyatda olan X11 və ünvan 3 ünvanında qeydiyyatda olan Nəcəf-zadə X21 şahid olmuşdur. X19 vəsiyyətnaməsi texniki vasitənin (kompüterin) köməyi ilə tərtib etmiş, notarius tərəfindən təsdiq edilmişdir. Vəsiyyətnamə tərtib edilərkən notarius tərəfindən Mülki Məcəllənin 1168-1178 və 1193-cü maddələrinin tələbləri Şövkət Əliyevaya izah edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 346.1-ci maddəsinə əsasən, fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 346.2-ci maddəsinə əsasən, sonradan fəaliyyət qabiliyyətli sayılmış fiziki şəxsin bağladığı əqd, əgər əqdin bağlandığı zaman fiziki şəxsin öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi sübuta yetirilərsə, onun qəyyumunun iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 362.2-ci maddəsinə əsasən, notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Mülki Məcəllənin 1168-ci maddəsinə əsasən vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir. Mülki Məcəllənin 1178-ci maddəsinə əsasən əgər vəsiyyətnamədə bütün miras əmlak vəsiyyət üzrə vərəsələr arasında bölüşdürülmüşdürsə, lakin mirasın açıldığı vaxt vərəsələrdən biri sağ deyildirsə, qanun üzrə vərəsəlik əmələ gəlmir və onun əmlak payını vəsiyyət üzrə digər vərəsələr paylarına mütənasib surətdə alırlar. Mülki Məcəllənin 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Mülki Məcəllənin 1179.2-ci maddəsinə əsasən notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. Mülki Məcəllənin 1180.1-ci maddəsinə əsasən vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. Həmin Məcəllənin 1180.2-ci maddəsinə əsasən, vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır. Həmin Məcəllənin 1183.1-ci maddəsinə əsasən, əgər vəsiyyət edən nitq-eşitmə qabiliyyəti tam məhdud olan şəxsdirsə və ya nitq-eşitmə qabiliyyəti tam məhdud və savadsızdırsa, vəsiyyət sərəncamını o, notariusda iki şahidin və işin məğzini ona izah edə bilən və vəsiyyətnamənin məzmununun vəsiyyət edənin iradəsinə uyğunluğunu öz imzası ilə təsdiqləyə bilən bir nəfər şəxsin yanında tərtib etməlidir.[794] Həmin Məcəllənin 1183.2-ci maddəsinə əsasən, görmə qabiliyyəti tam məhdud və ya savadsız olan vəsiyyət edən vəsiyyət sərəncamını notariusda üç şahidin yanında tərtib etməlidir. Bu barədə müvafiq qeyd yazılıb ona oxunmalıdır. Məhkəmə qeyd edir ki, qanunvericilikdə ümumən əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Nəzərə alınmalıdır ki, etibarsız hesab edilməsi tələb olunan vəsiyyətnamə birtərəfli əqddir. Vəsiyyətnamə tərtib edilən zaman qanunvericilikdə ümumən əqdin etibarlı olması üçün nəzərdə tutulmuş şərtlərə əməl edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 65-ci bəndində əsasən əgər vəsiyyət edən şəxs lal-kardırsa və ya lal-kar və savadsızdırsa, vəsiyyətnaməni o, notariusda və iki şahidin və işin məğzini ona izah edə bilən və vəsiyyətnamənin məzmununun vəsiyyət edənin idarəsinə uyğunluğunu öz imzası ilə təsdiqləyə bilən bir nəfər şəxsin yanında tərtib etməlidir. Kor və ya savadsız olan vəsiyyət edən vəsiyyətnaməni notariusda üç şahidin yanında tərtib etməlidir. Bu barədə müvafiq qeyd yazılır və ona oxunur. savadsız olan vəsiyyət edən vəsiyyətnaməni notariusda üç şahidin yanında tərtib etməlidir. Bu barədə müvafiq qeyd yazılır və ona oxunur. Notarius lal-kar və ya lal-kar-kor və savadsız şəxsin vəsiyyətnaməsini dörd şahidin və işin məğzini ona izah edə bilən və vəsiyyətnamənin məzmununun vəsiyyət edənin iradəsinə uyğunluğunu öz imzası ilə təsdiqləyən bir şəxsin yanında tərtib etməlidir. Vəsiyyətnaməni şahidlər yaza və oxuya bilərlər, lakin vəsiyyətnaməni onu yazan oxumamalıdır. Bu barədə vəsiyyətnamədə qeyd edilir. Qeyddə vəsiyyətnamənin kim tərəfindən yazıldığı və kim tərəfindən oxunduğu göstərilməlidir. Qeyd şahidlər tərəfindən imzalanır və notarius tərəfindən təsdiq edilir. Həmin Təlimantın 66-cı bəndində əsasən vəsiyyətin mətni hamılıqla qəbul olunmuş texniki vasitənin köməyi ilə ifadə edilə bilər, lakin imzanı vəsiyyət edən qoymalıdır. Bu halda vəsiyyət edən vəsiyyəti iki şahidin yanında tərtib etməli və imzalamalıdır. Həmin şahidlər təsdiq etməlidirlər ki, vəsiyyət onların yanında texniki vasitədən istifadə etməklə tərtib olunmuşdur. Vəsiyyət edən vəsiyyəti imzaladıqdan dərhal sonra şahidlər vəsiyyətdə öz adlarını, soyadlarını və yaşayış yerlərini göstərməklə müvafiq qeyd vasitəsi ilə vəsiyyəti təsdiqləməlidirlər. Beləliklə, vəsiyyətnamə tərtib edilən zaman Təlimatın 66-cı bəndində göstərilən hallara əməl edilmişdir. Belə ki, vəsiyyətin mətni hamılıqla qəbul olunmuş texniki vasitənin köməyi ilə ifadə edilmiş, vəsiyyətnaməni vəsiyyət edən, yəni X19 imzalamış, vəsiyyətnamə iki şahidin yanında tərtib edilmiş və imzalanmışdır. Həmçinin şahidlər vəsiyyətnaməni öz adlarını, soyadlarını və yaşayış yerlərini göstərməklə təsdiqləmişlər. Məhkəmə hesab edir ki, vəsiyyətnamənin təsdiq edilməsi zamanı qanunvericiliyin tələblərinə əməl edilmişdir. Vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün qanuni əsaslar mövcud deyildir. İddiaçı X1 olduğunu qeyd edir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 65-ci bəndində əsasən savadsız olan vəsiyyət edən vəsiyyətnaməni notariusda üç şahidin yanında tərtib etməli olduğuna istinad edir, lakin iddiaçı şəxsin savadsız olmağını əsaslandıran hallara dair məhkəməyə hər-hansı bir tutarlı sübut təqdim etməmişdir. Belə ki, Azərbaycan dilinin izahlı lüğətində “savadsız” sözünün mənası yazıb-oxumağı bacarmayan, biliksiz mənalarında və digər məcazi mənalarda (bacarıqsız, qabiliyyətsiz) işlədilir. Bu anlamda şəxsin oxuyub-yazma bacarmamasına dair mötəbər, təqzibolunmaz sübutlar məhkəmədə təqdim edilməmişdir. Mərhumun adının Sabunçu rayonu ərazisində yerləşən təhsil müəssisələrinin arxiv sənədlərində həmin ərazidə təhsil alanların siyahısında tapılmaması, hələ onun yazıb-oxuma bacarığının olmaması kimi qiymətləndirilə bilməz. Bundan əlavə məhkəmə qeyd edir ki, Təlimatın 66-cı bəndinə əsasən texniki vasitənin köməyi ilə tərtib edilmiş vəsiyyətnamə 2 şahidin iştirakı ilə təsdiq edilmişdir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi hər hansı bir faktlar deyil, ehtimallar əsasında qurulduğundan, iddia ərizəsində göstərilən hallar isə məhkəmə iclasında öz əksini tapmadığından, iddia tələbi əsassız olduğuna görə rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 5 saylı Notaraiat Ofisində qarşı Bakı şəhəri 5 saylı Notariat Ofisinin xüsusi notariusu X14 tərəfindən təsdiq edilmiş 01566 saylı notariat hərəkətlərinin qeyd edilməsi üçün reyestrdə xx.xx.2021-ci il tarixdə 2V-140 nömrə ilə qeyd edilmiş vəsaiyyətnamənin etibarsız hesab edilnməsi, Bakı şəhəri 5 saylı Notaraiat Ofisi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş reyestrdə 2V 189 nömrəsi ilə qeyd edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Azərbaycan Respublikası ƏMDX yanında DƏDRX tərəfindən xx.xx.2023-cü il tarixində verilmiş daşınmaz əmlakın reyestr nömrəsi **********38-05***-******* və ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi dair iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 5 saylı Notariat Ofisində qarşı Bakı şəhəri 5 saylı Notaraiat Ofisinin xüsusi notariusu X14 tərəfindən təsdiq edilmiş 01566 saylı notariat hərəkətlərinin qeyd edilməsi üçün reyestrdə xx.xx.2021-ci il tarixdə 2V-140 nömrə ilə qeyd edilmiş vəsaiyyətnamənin etibarsız hesab edilnməsi, Bakı şəhəri 5 saylı Notaraiat Ofisi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş reyestrdə 2V 189 nömrəsi ilə qeyd edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Azərbaycan Respublikası ƏMDX yanında DƏDRX tərəfindən xx.xx.2023-cü il tarixində verilmiş daşınmaz əmlakın reyestr nömrəsi **********38-05***-******* və ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi dair iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar