Məhkəmə qərarları › İş №2(004)-669/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-669/2020

26.10.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-669/2020 26.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi İddiaçı nümayəndəsi və vəkili X2, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı şəhəri 19, 38 və 53 saylı notariat ofislərinə qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, qeydiyyatın ləğvi və əmlaka dair pozulmuş hüquqlarının bərpa edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı nümayəndəsi və vəkili X5 Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “alqı-satqı müqavilələrin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və hüquqların bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olmuş Bakı şəhəri Xətai rayonu Həsən Salmani küçəsindəki 23 nömrəli evin 11 nömrəli mənzilinin Cavabdeh3 satılması barədə Bakı şəhəri 53 saylı notariat kotorunun xx.xx.2016-cı il tarixli 4Ə-164 reyestr qeydli, İP-AS 016 AİF nömrəli “ipoteka ilə yüklü edilmiş əmlakın alqısatqısı” müqaviləsinin; Cavabdeh3 adından Cavabdeh1 satılması barədə Bakı şəhəri 19 saylı notariat kotorunun xx.xx.2017-ci il tarixli 4Ə-117 reyestr qeydli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin və mənzilin Cavabdeh2 adına özgəninkiləşdirilməsi barədə 38 saylı notariat kontorunda xx.xx.2018-ci il tarixli 4Ə-225 reyestr qeydli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; Cavabdeh1 adına qeydə alınmış Bakı şəhəri Nəsimi rayonu Ə.Hüseynov küçəsindəki 7 nömrəli evin 502 nömrəli mənzilinə və Bakı şəhəri Yasamal rayonu General A.Abbasov küçəsindəki 1 nömrəli evin 50 nömrəli mənzilinə İddiaçı hüquqlarının tanınması, cavabdehin adına verilmiş çıxarış üzrə qeydinin ləğv edilməsi və İddiaçı əmlaka dair hüquqlarının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan, İddiaçı nümayəndəsi və vəkili X5 iddia ərizəsinə əlavə ərizə ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 cavabdehlər kimi, Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsini, Bakı şəhəri 19, 38 və 53 saylı notariat ofislərini mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər kimi göstərərək, Bakı şəhəri Xətai rayonu Həsən Salmani küçəsindəki 23 nömrəli evin 11 nömrəli mənzilinin İddiaçı adından Cavabdeh3 satılması barədə Bakı şəhəri 53 saylı notariat ofisinin xx.xx.2016-cı il tarixli 4Ə-164 reyestr qeydli, İP-AS 016 AİF nömrəli “ipoteka ilə yüklü edilmiş əmlakın alqı-satqısı” müqaviləsinin; həmin mənzilin Cavabdeh3 adından Cavabdeh1 satılması barədə Bakı şəhəri 19 saylı notariat ofisinin xx.xx.2017-ci il tarixli 4Ə-117 reyestr qeydli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin və həmin mənzilin Cavabdeh2 adına özgəninkiləşdirilməsi barədə Bakı şəhəri 38 saylı notariat ofisinin xx.xx.2018-ci il tarixli 4Ə-225 reyestr qeydli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; cavabdehlərin adına verilmiş və Cavabdeh2 adına DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış üzrə qeydin ləğv edilməsi və İddiaçı əmlaka dair hüquqlarının bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X5 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, xx.xx.2011-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri Xətai rayonu Həsən Salmani küçəsi 23 nömrəli evin 11 nömrəli mənzili İddiaçı mülkiyyətində olmuşdur. Cavabdeh1 İddiaçı qaynanasıdır. İddiaçı işində problemləri olduğuna görə bir müddət Azərbaycandan kənara getmişdir. Dubayda yaşayarkən İddiaçı ilə arvadı X7 münasibətləri korlanmış və X12 Bakıya qayıtmışdır. Bu müddət arzində əmlakını idarə etmək üçün tanışı X3 etibarnamə vermişdir. İddiaçı ölkədə olmadığı zaman X4 onun səlahiyyətlərini xx.xx.2014-cü il tarixli etibarnamə ilə Cavabdeh1 vermişdir. Bundan istifadə edən Cavabdeh1 İddiaçı məxsus olan Bakı şəhəri Xətai rayonu Həsən Salmani küçəsi 23 nömrəli evin 11 nömrəli mənzilini Bakı şəhəri 53 saylı notariat ofisində bağlanmış xx.xx.2016-cı il tarixli 4Ə-164 reyestr nömrəli İP-AS 016 AİF nömrəli “ipoteka ilə yüklü edilmiş əmlakın alqı-satqısı” müqaviləsinə əsasən 100.000 manata Cavabdeh3 satmışdır. Daha sonra Cavabdeh3 həmin mənzili Bakı şəhəri 19 saylı notariat ofisində bağlanmış xx.xx.2017-ci il tarixli 4Ə-117 reyestr nömrəli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən 100.000 manata Cavabdeh1 satmışdır. Bundan sonra Cavabdeh1 həmin mənzili Bakı şəhəri 38 saylı notariat ofisində bağlanmış xx.xx.2018-ci il tarixli 4Ə-225 reyestr nömrəli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən 285.000 manata Cavabdeh2 satmışdır. xx.xx.2018-ci il tarixdə Cavabdeh2 adına çıxarış verilmişdir. İddiaçı məxsus olan mənzin real dəyəri 350.000 manat olduğu halda, həmin mənzil son olaraq 285.000 manata satılmaqla, İddiaçı 350.000 manat zərər vurulmuşdur. Cavabdeh1 mənzilin satışından əldə etdiyi vəsaiti İddiaçı verməmiş, özü mənimsəmişdir. Mənzilin satılması barədə İddiaçı Cavabdeh1 heç bir tapşırıq verməmiş və mənzilin satılmasından xəbəri olmamışdır. 2019-cu ilin yayında İddiaçı Azərbaycana qayıdıb və həbs olunub. Bundan sonra mənzilinin satılmasından xəbər tutaraq məhkəmədə iddia qaldırıb. Hesab edir ki, mənzil iddiaçının iradəsinə zidd olaraq qanunsuz satılıb. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, xx.xx.2011-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri Xətai rayonu Həsən Salmani küçəsi 23 nömrəli evin 11 nömrəli mənzili İddiaçı mülkiyyətində olmuşdur. İddiaçı arvadı X12 ilə birlikdə Dubayda yaşamışlar. İddiaçı xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə “xxxxxxxxx” ASC-yə borcu olmuş və mülkiyətində olan Bakı şəhəri Xətai rayonu Həsən Salmani küçəsi 23 nömrəli evin 11 nömrəli mənzili xx.xx.2011-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən “xxxxxxxxx” ASC-nin qarşısında ipoteka ilə yüklü olmuşdur. Banka olan borcunu ödəmək üçün İddiaçı mənzilini satmaq qərarına gəlmiş və bu məqsədlə arvadı X8 Bakıya göndərmişdir. İddiaçı axtarışda olduğuna görə mənzilin satılması üçün arvadı X9 Dubaydakı konsullaqda etibarnamə verə bilməmişdir. Sonradan Bakıda olarkən dostu X3 etibarnamə verdiyini xatırlamış və onun tapşırığına əsasən X4 İddiaçı adından qaynanası Cavabdeh1 mənzilin satılması və banka olan borcun ödənilməsi məqsədilə etibarnamə vermişdir. Bundan sonra, kreditor-ipoteka saxlayan “xxxxxxxxx” ASC, satıcı İddiaçı və alıcı Cavabdeh3 arasında İddiaçı ilə “xxxxxxxxx” ASC arasında bağlanmış xx.xx.2011-ci il tarixli kredit müqaviləsi və xx.xx.2011-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsi üzrə öhdəliklərin verilməsinə dair xx.xx.2016-cı il tarixli 016AİF nömrəli müqavilə bağlanmışdır, müqaviləni İddiaçı əvəzindən Bakı şəhəri 13 saylı DNK-də verilmiş xx.xx.2014-ci il tarixli 7E-7403 reyestr nömrəli etibarnamə əsasında Cavabdeh1 imzalamışdır. Müqaviləyə əsasən İddiaçı müqavilə imzalanan ana qrafik üzrə banka olan 4.400 manat borcu “xxxxxxxxx” ASC-yə ödənilmiş, qalan 45.600 manat borc və əsas borca hesablanacaq faizləri isə alıcı Cavabdeh3 “xxxxxxxxx” ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda İddiaçı mülkiyətində olan Bakı şəhəri Xətai rayonu Həsən Salmani küçəsi 23 nömrəli evin 11 nömrəli mənzilinin 100.000 manata Cavabdeh3 satılmasına dair satıcı İddiaçı və alıcı Cavabdeh3 arasında “ipoteka ilə yüklü edilmiş əmlakın alqı-satqısı”na dair xx.xx.2016-cı il tarixli İP-AS 016 AİF nömrəli müqavilə bağlanmış, həmin müqavilə xx.xx.2016-cı il tarixdə 4Ə-/64 reyestr nömrəsi ilə Bakı şəhəri 53 saylı notariat ofisində təsdiq edilmişdir. Müqaviləni İddiaçı əvəzindən Bakı şəhəri 13 saylı DNK-də verilmiş xx.xx.2014-ci il tarixli 7E-7403 reyestr nömrəli etibarnamə əsasında Cavabdeh1 imzalamışdır. Cavabdeh1 mənzilin satışından əldə olunan vəsaitin bir hissəsi ilə iddiaçının banka olan borcunu ödəmiş, qalan pulu isə iddiaçının arvadı X9 vermiş və X12 aldığı pulu iddiaçı ilə öz ehtiyaclarına xərcləmişdir. Sonradan evi su basmış və parket zay olmuş və Cavabdeh3 mənzili satmaq istədiyini bildirmişdir. Cavabdeh1 mənzili Cavabdeh3 almağa razılaşmış və Bakı şəhəri 19 saylı notariat ofisində bağlanmış xx.xx.2017-ci il tarixli 4Ə-117 reyestr nömrəli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 həmin mənzili 100.000 manata Cavabdeh1 satmışdır. Cavabdeh1 mənzili aldıqdan sonra əsaslı təmir etdirmiş, mənzilin təmirinə 50.000 manata yaxın vəsait xərcləmişdir. Bundan sonra isə Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu Həsən Salmani küçəsi 23 nömrəli evin 11 nömrəli mənzilini Bakı şəhəri 38 saylı notariat ofisində bağlanmış xx.xx.2018-ci il tarixli 4Ə-225 reyestr nömrəli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən 285.000 manata Cavabdeh2 satmışdır. Hesab edir ki, alqı-satqı müqavilələri qanunvericiliyin tələbinə uyğun bağlanmışdır, iddiaçının tapşırığı ilə X4 İddiaçı adından xx.xx.2014-cü il tarixdə Cavabdeh1 etibarnamə vermiş və mənzilin satılmasından iddiaçının məlumatı olmuşdur. Həmçinin iddiaçı müqavilənin etibarsız hesab edilməsi üçün iddia qaldırmaq üçün qanunla müəyyən edilmiş bir illik müddəti də buraxmışdır. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı şəhəri 19, 38 və 53 saylı notariat ofislərinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin cavabdehlər və üçüncü şəxslərin nümayəndələri məhkəməyə gəlməmişlər. Bakı şəhəri 38 və 53 saylı notariat ofisləri məktubla məhkəməyə müraciət edərək, işə notariat ofisinin nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə icoasına gəlməyən şəxslərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri Xətai rayonu Həsən Salmani küçəsi 23 nömrəli evin 11 nömrəli mənzili İddiaçı mülkiyyətində olmuşdur. İddiaçı xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə “xxxxxxxxx” ASC-yə borcu olmuş və mülkiyətində olan Bakı şəhəri Xətai rayonu Həsən Salmani küçəsi 23 nömrəli evin 11 nömrəli mənzili xx.xx.2011-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən “xxxxxxxxx” ASC-nin qarşısında ipoteka ilə yüklü olmuşdur. Mülki Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsi ilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Mülki Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Mülki Məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Mülki Məcəllənin 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Mülki Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. Hazırkı işdə isə əqdin həqiqi olmaması üçün Mülki Məcəllənin 140-cı maddəsində müəyyən edilən hallar yuxarıda qeyd edildiyi kimi mövcud deyildir. Notariat işlərinin təsdiq edilmiş surətlərindən və işin məhkəmə tərəfindən müəyyən edilmiş həqiqi halları ilə təsdiq edilir ki, İddiaçı xx.xx.2013-cü il tarixdə X3 bütün əmlakının üzərində sərəncam verilməsinə dair xx.xx.2016-cı ilə kimi qüvvədə olan baş etibarnamə vermişdir. X1 İddiaçı adından xx.xx.2013-cü il tarixli etibarnamə əsasında xx.xx.2014-cü il tarixdə Cavabdeh1 xx.xx.2016-cı ilə kimi qüvvədə olan baş etibarnamə vermişdir. Bundan sonra, kreditor-ipoteka saxlayan “xxxxxxxxx” ASC, satıcı İddiaçı və alıcı Cavabdeh3 arasında İddiaçı ilə “xxxxxxxxx” ASC arasında bağlanmış xx.xx.2011-ci il tarixli kredit müqaviləsi və xx.xx.2011-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsi üzrə öhdəliklərin verilməsinə dair xx.xx.2016-cı il tarixli 016AİF nömrəli müqavilə bağlanmışdır, müqaviləni İddiaçı əvəzindən Bakı şəhəri 13 saylı DNK-də verilmiş xx.xx.2014-ci il tarixli 7E-7403 reyestr nömrəli etibarnamə əsasında Cavabdeh1 imzalamışdır. Müqaviləyə əsasən İddiaçı müqavilə imzalanan ana qrafik üzrə banka olan 4.400 manat borcu “xxxxxxxxx” ASC-yə ödənilmiş, qalan 45.600 manat borc və əsas borca hesablanacaq faizləri isə alıcı Cavabdeh3 “xxxxxxxxx” ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda İddiaçı mülkiyətində olan Bakı şəhəri Xətai rayonu Həsən Salmani küçəsi 23 nömrəli evin 11 nömrəli mənzilinin 100.000 manata Cavabdeh3 satılmasına dair satıcı İddiaçı və alıcı Cavabdeh3 arasında “ipoteka ilə yüklü edilmiş əmlakın alqı-satqısı”na dair xx.xx.2016-cı il tarixli İP-AS 016 AİF nömrəli müqavilə bağlanmış, həmin müqavilə xx.xx.2016-cı il tarixdə 4Ə-/64 reyestr nömrəsi ilə Bakı şəhəri 53 saylı notariat ofisində təsdiq edilmişdir. Müqaviləni İddiaçı əvəzindən Bakı şəhəri 13 saylı DNK-də verilmiş xx.xx.2014-ci il tarixli 7E-7403 reyestr nömrəli etibarnamə əsasında Cavabdeh1 imzalamışdır. Öhdəliklərin verilməsinə dair və mənzilin satılmasına dair müqavilələri Cavabdeh1 imzalayarkən səlahiyyətli olmuşdur. Bakı şəhəri Xətai rayonu Həsən Salmani küçəsi 23 nömrəli evin 11 nömrəli mənzili xx.xx.2016-cı il tarixli çıxarışa əsasən Cavabdeh3 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Bakı şəhəri 19 saylı notariat ofisində bağlanmış xx.xx.2017-ci il tarixli 4Ə-117 reyestr nömrəli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 həmin mənzili 100.000 manata Cavabdeh1 satmışdır. xx.xx.2017-ci il tarixli çıxarışa əsasən mənzil Cavabdeh1 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu Həsən Salmani küçəsi 23 nömrəli evin 11 nömrəli mənzilini Bakı şəhəri 38 saylı notariat ofisində bağlanmış xx.xx.2018-ci il tarixli 4Ə- 225 reyestr nömrəli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən 285.000 manata Cavabdeh2 satmışdır. Mənzil xx.xx.2018-ci il tarixli çıxarışa əsasən Cavabdeh2 adına mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Cavabdeh2 vicdanlı alıcı kimi mənzilin dəyərini ödəyərək əldə etmişdir. Məhkəmə qeyd edir ki, alqı-satqı müqavilələri qanunvericiliyin tələbinə uyğun bağlanmışdır, iddiaçının tapşırığı ilə X4 İddiaçı adından xx.xx.2014-cü il tarixdə Cavabdeh1 etibarnamə vermiş və mənzilin satılmasından iddiaçının məlumatı olmuşdur. Həmçinin iddiaçı müqavilənin etibarsız hesab edilməsi üçün iddia qaldırmaq üçün qanunla müəyyən edilmiş bir illik müddəti də buraxmışdır. xx.xx.2016-cı il tarixdə bağlanmış müqaviləni xx.xx.2019-cu il tarixdə mübahisələndirmişdir. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmçinin, məhkəmə qeyd edir ki, əqdin etibarsız sayılması üçün mövcud olan hallar əqdin bütün tərəflərinə münasibətdə mövcud olmalıdır. Yəni, əqdin etibarsızlığı halını əqdin bütün tərəfləri əvvəlcədən bilməli və buna baxmayaraq, onlar əqdi bağlamalıdırlar. Hazırki halda isə yuxarıda qeyd olunduğu kimi Cavabdeh2 bağladığı əqdə münasibətdə vicdanlı olmuş, əqdin legitimsizliyi barədə onda hər hansı şübhə olmamış və əqd üzrə üzərinə düşənləri edərək, mənzil əldə etmiş, həmin mənzili icbari sığorta etdirməklə, mənzilə dair hüquqlarını daşınmaz əmlakın dövlət reystrində qeydə aldırmışdır. Bununla da vicdanlı əldə edən kimi Cavabdeh2 iddiaçıya nisbətdə daha üstün hüquqi mövqeyə çıxmışdır. Alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsi və mənzilin iddiaçının mülkiyyətinə qaytarılması üçün qanuni əsaslar mövcud deyildir. Cavabdeh2 mənzili üzərindəki mülkiyyət hüququ toxunulmaz hüquq olmaqla, dövlət tərəfindən müdafiə olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı şəhəri 19, 38 və 53 saylı notariat ofislərinə qarşı “İddiaçı mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu Həsən Salmani küçəsindəki 23 nömrəli evin 11 nömrəli mənzilinin İddiaçı adından Cavabdeh3 satılması barədə Bakı şəhəri 53 saylı notariat ofisinin xx.xx.2016-cı il tarixli 4Ə-164 reyestr qeydli, İP-AS 016 AİF nömrəli “ipoteka ilə yüklü edilmiş əmlakın alqı-satqısı” müqaviləsinin; həmin mənzilin Cavabdeh3 adından Cavabdeh1 satılması barədə Bakı şəhəri 19 saylı notariat ofisinin xx.xx.2017-ci il tarixli 4Ə-117 reyestr qeydli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin və həmin mənzilin Cavabdeh2 adına özgəninkiləşdirilməsi barədə Bakı şəhəri 38 saylı notariat ofisinin xx.xx.2018-ci il tarixli 4Ə-225 reyestr qeydli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; cavabdehlərin adına verilmiş və Cavabdeh2 adına DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış üzrə qeydin ləğv edilməsi və İddiaçı əmlaka dair hüquqlarının bərpa edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar