Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-67/2022 03.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşviq qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh2 oğluna qarşı "mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması və yaradılmış maneənin aradan qaldırılması tələbinə dair" ilkin və iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı Bayram qızına qarşı “özbaşına tikilinin sökülməsi tələbinə dair” qarşılıqlı iddia ərizələri üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh2 qarşı "mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması və yaradılmış maneənin aradan qaldırılması tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, məhəllə 507/511, 12b saylı evin 32 saylı mənzilindən istifadə hüququna maneə yaradan hərəkətlərə son qoyulması, pəncərənin qarşısında tikilmiş qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi və 20 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Ələskər Ələkbərov küçəsi, məhəllə 507/511, 12b saylı evin 32 saylı mənzili Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14.09.2016-cı il tarixli, RX seriyalı ******* saylı çıxarışına əsasən mülkiyyətindədir. Həmin mənzilə dair reyestr nömrəsi **********48-05301-093014 olan daşınmaz əmlakın Texnik pasportundan görünür ki, mənzil ümumi sahəsi 30 kv.m olmaqla dəhliz, mətbəx, hamam-s/qovşağı və 17 kv.m-lik yaşayış otağından ibarətdir. Yaşayış otağı eni və uzunluğunda mövcud iki pəncərəlidir. Otağın en hissəsində mövcud pəncərə həyətə baxır və binaya bitişik olan 12b saylı ev istiqamətində açılır. Lakin artıq uzun müddətdir ki, cavabdeh tərəfindən pəncərənin qarşısına qanunsuz olaraq tualet quraşdırılmış və ona müraciət etməsinə baxmayarq tualet sökülməmişdir. Həmin tikili ilə pəncərəsı arasındakı məsafə 1-2 metrdir. Tikilidə olan nəfəsliyin açılması nəticəsində içəri pis qoxu gəlir. Eyni zamanda otağa düşən işığın qarşısı tamamilə kəsilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Proses gedişatında Cavabdeh2 cavabdeh İddiaçı Bayram qızına qarşı “özbaşına tikilinin sökülməsi tələbinə dair” qarşılıqlı iddia ərziəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh üzərinə Bakı şəhəri, Yasamal rayonu, 507- 511-ci məhəllə, Ələsgər Ələkbərov küçəsi, ev 12 B, 32 saylı mənzilin eyvanına bitişik inşa edilmiş özbaşına tikilinin sökülməsi vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, mənzili aldıqdan sonra onun üzərində heç bir dəyişiklik aparmamışdır. Həqiqətən də, Bakı şəhəri, Yasamal rayonu, 507-511-ci məhəllə, Ələsgər Ələkbərov küçəsi, ev 12 A, mənzil 71 onun mülkiyyətindədir və ona məxsus mənzilin divarı ilə cavabdehə məxsus mənzilin divarı arasındakı məsafə çox yaxındır. Lakin bu yaxınlıq heç də hər birinzə məxsus binanın ilkin texniki göstəricilərində nəzərdə tutulmamışdır. Bu hal cavabdehə məxsus mənzilin texniki pasportu ilə ona məxsus mənzilin texniki pasportundan açıq şəkildə görsənir. Qeyd olunan sənədlərə və onun mənzilinin faktiki vəziyyətinə diqqət yetirdikdə görmək olar ki, cavabdeh İddiaçı mənzilinin eyvanına özbaşına tikili əlavə edilmişdir və nəticədə qapalı eyvan yaranmışdır. İddiaçı iddiasına görə ona məxsus mənzilin sanitar qovşağı məhz onun özbaşına tikilisinə (qapalı qapalı eyvanın bir hissəsinə) düşən işığın qarşısını alır. Bu halda isə tam əminliklə deyə bilər ki, İddiaçı özbaşına tikilisi nəticəsində ona məxsus mənzilin eyvan hissəsinin qarşısı kəsilmiş və nəticədə mənzilinə düşən işığın və mənzilə daxil olan havanın qarşısı alınmışdır. Göstərilən hallardan tam aydın olur ki, İddiaçı ona məxsus tikili ilə onun mənzil hüquqlarının pozulduğu iddia edilən mənzil hissəsi məhz özbaşına tikilidir və ona məxsus mənzilin hissəsindən normal istifadə etməsinə maneə törədir. Bu halda onun həmin özbaşına tikilinin sökülməsini tələb etmək hüququ yaranır. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı üzrə iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia tələbinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini, ilkin iddia tələbinin isə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, məhəllə 507/511, 12b saylı evin 32 saylı mənzili ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mülkiyyətindədir. İilkin iddia üzrə iddiaçı iddia edir ki, onun mənzilinin pəncərənin qarşısına Cavabdeh2 tərəfindən qanunsuz olaraq tualet inşa edilməklə, onun mülkiyyət hüquqları pozulmuşdur. Habelə, Bakı şəhəri, Yasamal rayonu, 507-511-ci məhəllə, Ələsgər Ələkbərov küçəsi, ev 12 A, 71 saylı mənzilin ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 mülkiyyətində olduğu meəyyən edilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı iddia edir ki, onun mənzilinin qarşısına cavabdeh İddiaçı tərəfindən mənzilinin eyvanına özbaşına tikili əlavə edilməklə, onun mülkiyyət hüquqları pozulmuşdur. Məhkəmə tərəfindən təyin edilmiş mühəndis-texniki ekspertiza (iş materiallarındakı 10/3968 saylı, 05.11.2021-ci il tarixli ekspert rəyinə əsasən) nəticəsində İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, məhəllə 507/511, 12b saylı evin 32 saylı mənzilinin pəncərəsinin qarşısında Bakı şəhəri, Yasamal rayonu, 507-511-ci məhəllə, Ələsgər Ələkbərov küçəsi, ev 12 A, 71 saylı mənzilin mülkiyyətçisi Cavabdeh2 tərəfindən mənzilin texniki texniki pasportunda nəzərdə tutulmamış tikilinin (ayaqyolu tikilisi 2,40kv.m (1,5x1,70m) ölçüdə inşa etdtyi və həmin tikilinin İddiaçı mənzilinə düşən təbii işığının və havalandırmanın qarşısının qismən aldığı müəyyən edilmiş. X1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, məhəllə 507/511, 12b saylı evin 32 saylı mənzilinin genişləndirilməsi nəticəsində (texniki pasportun məlumatlarına əsasən 6,7kv m olmaqla uzunluğu 3,50m eni isə 1,90m təşkil etdiyi zamanı faktiki olaraq eyvan tikilisinin ümümi sahəsi 7,8kv.m olmaqla, uzunluğu 3,70m eni isə 2,10m ) təşkil etdiyini və həmin tikilinin Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, məhəllə 507/511, 12A saylı evin 71 saylı mənzilinin pəngərəsi ilə 1,25 m ara məsafəsi saxlanıldığından Cavabdeh2 mənzilinə düşən təbii işığının və havalandırmanın qarşısının qismən aldığı müəyyən edilmişdir. Beləliklə aparılmış tədqiqatla yuxarıda göstərilənləri nəzərə alaraq, X1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, məhəllə 507/511, 12b saylı evin 32 saylı mənzilinin pəncərəsinin (3,35m aralıqda) qarşısında Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, məhəllə 507/511,12A saylı evin 71 saylı mənzilinin mülkiyyətçisi Cavabdeh2 tərəfindən mənzilin texniki texniki pasportunda nəzərdə tutulmamış tikilinin (ayaqyolu tikilisi 2,40 kv.m (1,5x1,70m) ölçüdə inşa etdtyi müəyyən edilmişdir. X1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, məhəllə 507/511, 12b saylı evin 32 saylı mənzilinin texniki pasportunda göstərilən eyvan tikilisinin texniki pasportun məlumatlarına əsasən 6,7 kv m göstərilmiş lakin eyvan tikilisinin həmin sahədən 1,1 kv.m artıq olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və ya tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Göründüyü kimi, ilkin və qarşılıqlı iddialar üzrə iiddiaçılar haqlı olaraq, mülkiyyət hüququnun pozulmasını iddia etməklə, onun bərpa edilməsini xahiş etmişdirlər. Belə olduğu halda, məhkəmə hesab edir ki, hər iki iddia tələbi əsaslı və qanuni olduğundan qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzlərindən görünür ki, ilkin iddia ərizəsinə məhkəmədə baxılması üçün 20 manat məbləğində, qarşılıqlı iddia ərizəsinə baxılması üçün isə 10 manat dövlət rüsumu dövlət büdcəsinə ödənilmişdir. Habelə, iş materiallarındakı ekspert xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manatdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olduğu halda, məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu ilkin iddia üzrə cavabdehdən iddiaçının xeyrinə, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə cavabdehdən iddiaçının xeyrinə tutulmalı və ekspertiza tədqiqatının dəyərinin 50 manatı ilkin iddia üzrə cavabdehdən, 50 manatı isə qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstrilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İlkin iddia tələbi qismən təmin edilsin. İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, məhəllə 507/511, 12b saylı evin 32 saylı mənzilinin pəncərəsinin qarşısında Bakı şəhəri, Yasamal rayonu, 507-511-ci məhəllə, Ələsgər Ələkbərov küçəsi, ev 12 A, 71 saylı mənzilin mülkiyyətçisi Cavabdeh2 tərəfindən mənzilin texniki pasportunda nəzərdə tutulmamış tikili (ayaqyolu tikilisi 2,40 kv.metr (1,5 metr x 1,70 metr ölçüdə) Cavabdeh2 vəsaiti hesabına sökülsün. Ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. Cavabdeh X1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, məhəllə 507/511, 12b saylı evin 32 saylı mənzilin eyvan tikilisinin texniki pasportun məlumatlarında göstərilən 6,7 kv m göstərilmiş lakin eyvan tikilisinin həmin sahədən 1,1 kv.m artıq olan hissəsi cavabdeh İddiaçı vəsaiti hesabına sökülsün. Ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçı Cavabdeh2 özünə aid edilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manatın 50 (əlli) manatı İddiaçı, 50 (əlli) manatı isə Cavabdeh2 tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-67/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-67/2022
03.02.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver