Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-68/2021 28.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X21 qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” ilkin, iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh1nə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” qarşılıqlı iddia ərizələri üzrə mülki işə Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 15.08.2006-cı il tarixli qeyri-yaşayış sahəsinin alqı- satqısına dair müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2009-2010-cu illərdə daşınmaz əmlak almaq istəmiş, bu barədə bir çox şəxsə, o cümlədən yaxın tanışı olan Rasim Kərimova da demişdir. Rasim tanıdığı inşaat şirkəti olduğunu və şirkətin Yasamal rayonu ərazisində inşa etdiyi binadan sərfəli qiymətə və hissə-hissə ödəmək şərti ilə obyekt ala biləcəyini bildirmişdir. Ona etibar etdiyinə görə əvəzindən şirkətlə danışıqlar aparmasını xahiş etmişdir. Şrkətin təsisçisi Azadla danışıqlar aparıldıqdan sonra Bakı şəhəri, Yasamal rayonu, 558/566-cı məhəllə, Hüseyn Cavid prospekti ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 487 kv.m olan qeyriyaşayış sahəsinin 1.400.000 manata, onun altındakı zirzəminin isə 300.000 manata alqısatqısı ilə bağlı razılığa gəlmişdirlər. Müqavilə bağlananda dərhal 500.000 manat ilkin ödəniş etmiş, geri qalan vəsaiti isə hissə-hissə ödəməklə 2015-ci ilin iyun ayında tam bitirmişdie. Həmin əmlaklarla bağlı borcunun olmamasına dair maliyyə arayışları da verilmişdir. Elə həmin vaxtdan etibarən bu əmlaklar istifadəsinə verilmiş, o isə, obyekti Rasim Kərimova icarəyə vermişdir. Daha sonra 2018-ci ildə Rasim onunla əlaqə saxlayaraq Azad Nağıyevin təsisçisi olduğu "xxxx" MMC-dən Rasimin qardaşı Nizaminin adına alınan qeyri-yaşayış sahəsi ilə bağlı Azadın və Valehin qanunsuz əməlləri barədə ona məlumat vermişdir. Həmin vaxt ölkədə olmadığı üçün obyektin sənədləşmə işlərinin aparılmasını Rasimdən xahiş etmişdir. Rasim etibarnamə əsasında qeyri-yaşayış sahəsinə çıxarışın verilməsi barədə iddia ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, iddia təmin edilmiş və həmin qərar qanuni qüvvəyə minərək adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bundan sonra Rasimdən həmin obyekti satmasını xahiş etmiş, o da, 2019-cu ilin yanvar ayında obyekti satışa çıxarmış və 08.02.2019-cu il tarixdə 1.900.000 manata X1. Qeyri-yaşayış sahəsi satılan ərəfədə Rasim Azada aid olduğunu bildiyi əşyaları obyektdən çıxararkən sonradan adının Cavabdeh2 olduğunu öyrəndiyi şəxs 7-8 nəfərlə birlikdə gələrək Rasimə maneçilik yaratmış və aralarında mübahisə yaranmışdır. Məhəmməd bu obyektlə bağlı onda müqavilə olduğunu demişdir. Rasim isə orda dava-dalaş yaranacağını görmüş və ona görə də mübahisənin qanuni həlli üçün dərhal 27-ci Polis Bölməsinə şikayət etmişdir. Sonradan Rasim, Məhəmməd və Azad bu məsələ ilə bağlı söhbət aparmış və Azad obyekti ona satdığını, Məhəmmədə isə borcunun olduğunu demiş və Məhəmməddən vaxt istəmişdir. Daha sonra Cavabdeh2 şikayəti əsasında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanmış, bu epizodla bağlı X10 qarşı Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri, X11 isə CM-in 313-cü maddəsi ilə ittiham irəli sürülmüş və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə verilmişdir. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılarkən X17 izahat verərək göstərmişdir ki, qeyri-yaşayış sahəsi 2010-cu ildə Qalinaya satılmış, Məhəmmədə verdiyi 2006-cı il tarixli müqavilə sonradan 17.01.2019cu il tarixdə tərtib edilmiş və həmin müqaviləni müvəqqəti olaraq 600.000 ABŞ dollarının zəmanəti olaraq vermişdir. Həmçinin, 29.08.2019-cu il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsində X17 ifadə verərək bir daha həmin mənzilin ancaq ona satıldığını, Cavabdeh2 verilmiş müqavilə 17.01.2019-cu il tarixdə Azadın Məhəmmədə olan borcunun girovu məqsədi ilə tərtib edilib imzalanıldığını təsdiq etmişdir. Həmçinin bildirmişdir ki, 17.01.2019-cu il tarixdə Məhəmməd Azad ilə görüşmüş və İddiaçı adına olan çıxarışı Azada göstərərək obyekti satdığını, lakin nəyə görə onun borcunu qaytarmadığını deyərək ona hədə-qorxu gəlmiş, borcun təminatı olaraq ancaq obyektlə bağlı müqavilə bağlandığı təqdirdə borcu gözləyə biləcəyini və şikayət etməyəcəyini demişdir. Ona görə də Azad həmin müqaviləni bağlamaq məcburiyyətində qalmışdır. Bundan başqa, mübahisələndirilən müqavilədə alqı-satqının dəyəri olaraq 1.000.000 ABŞ dolları göstərilmişdir. Azad Nağıyev həmçinin ifadəsində onu da qeyd etmişdir ki, “payçılarla bağlanan bütün müqavilələrdə pulun valyutası manat olaraq göstərilmişdir. Məhəmmədə verilən müqavilədə dollar kimi göstərilməsinin səbəbi ona 600.000 ABŞ dollar borcunun olmasıdır və Məhəmməd israrla tələb etdiyi üçün valyuta ABŞ dolları kimi yazılıb.” Bundan başqa, 2010-cu ildə Cavabdeh1nə müraciət edəndə Azad Nağıyev bildirmişdi ki, qeyri-yaşayış sahəsi altındakı zirzəmi ilə birlikdə satılır və ayrı-ayrı şəxslərə satılması qeyri-mümkündür, birinci mərtəbənin satışları ancaq bu qaydada aparılır, çünki, heç kəs başqasının obyektinin altındakı zirzəmini almır. Ona görə qeyri-yaşayış sahəsini alarkən, zirzəmini almaq fikri olmasa da, onunla birlikdə eyni zamanda zirzəmini də almalı olmuşdur. Lakin, M.Çahangirzadənin adına ancaq qeyri-yaşayış sahəsi ilə əlaqədar müqavilə verilmiş və zirzəmi ilə əlaqədar hər hansı müqavilə bağlanılmamışdır. Qeyri-yaşayış sahəsinin ancaq altındakı zirzəmi ilə birlikdə satılması mümkün olduğu halda, Cavabdeh2 adına ancaq qeyri-yaşayış sahəsi ilə bağlı müqavilənin olması da həmin müqavilənin formal olmasına və real alqı-satqı olmadığına dəlalət edir. Bundan əlavə, bu günədək aparılmış araşdırmalar əsasında da təsdiq olunmuşdur ki, tərəflər arasında mübahisə yaranan günədək qeyri-yaşayış sahəsi onun sahibdiyində və istifadəsində olmuş və keçən müddət ərzində hər hansı şəxs onun bu sahibliyinə və istifadəsinə etiraz etməmiş, eləcə də iddiaçının həmin sahədən çıxarılmasını tələb etməmişdir. Halbuki, həqiqətən də Cavabdeh2 həmin əmlakı əldə etmiş olsaydı və 17.01.2019-cu il tarixədək bu əmlakla bağlı əlində müqaviləsi olsaydı, əmlaka sahiblik edər və ən pis halda başqa şəxslərin həmin əmlakdan istifadə etməsinin qarşısını alardı. Lakin, bunları etməmiş və aparılmış araşdırmalar zamanı bunun səbəblərini ağlabatan formada izah edə bilməmişdir. Bu hal da mübahisələndirilən müqavilənin sonradan tərtib edilməsini bir daha təsdiq edir. Göründüyü kimi, Cavabdeh1 ilə Cavabdeh2 arasında mübahisəli qeyri-yaşayış sahəsinə dair bağlanmış qeyri-yaşayış sahəsinin alqı-satqısı barədə müqavilənin 17.01.2019-cu il tarixdə tərtib edilməsinə və bu zaman onun razılığı alınmadan ona məxsus əmlak üzərində sərəncam verilməsinə, həm də tərəflər öz aralarında borc və ipoteka müqavilələri bağlamaq əvəzinə alqı-satqı müqaviləsini bağlamasına görə bu müqavilə etibarsız əqddir. Məhkəmə prosesinin gedişatında Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh1nə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər arasında 01.11.2010-cu il tarixdə saxta tərtib edilmiş qeyri-yaşayış sahəsinin alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi və müqavilədən irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsində göstərdikləri yalan və uydurmadan ibarətdir. Belə ki, X17 istintaq zamanı 12.03.2019-cu il tarixdə onunla üzləşmə zamanı və 30.04.2019-cu il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən, onun obyektini saxta sənədlə sataraq dələduzluq etdiyini etiraf etmiş və obyektin alqı- satqısısının onun göstərdiyi kimi baş verdiyini göstərmişdir. Belə ki, 2006-ci ildə Yasamal rayonu, H.Cavid prospektindəki 16 mərtəbəli 3-cü binanın 1-ci mərtəbəsində olan 485 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsini və onun altında olan zirzəmisini satmaq qərarına gəlmiş və 600.000 ABŞ dollarına ona satmışdır. Pulu hissəhissə ödəmiş və buna görə də onunla müqavilə bağlamışlar və maliyyə arayışı vermişlər. Külli miqdarda borcu olduğuna görə 2017-ci ilin may ayının sonlarında obyekti tanışı Rasimə 1.400.000 manata, zirzəmisini isə 300 min manata satmış və elə həmin tarixdə də Rasimin adına saxta alqı-satqı müqaviləsi tərtib etmişlər. Bu zaman obyektin ona məxsus olduğunu Rasimə demişdir. Lakin bir müddətdən sonra Rasim müqaviləni və maliyyə arayışını gətirib, xahiş etmişdir ki, müqaviləni və maliyyə arayışını 2010-cu il tarixə öz adına deyil, İddiaçı adına rəsmiləşdirsin. O da, 2018-ci ilin fevral ayında qardaşı N.Nağıyevlə müqaviləni və maliyyə arayışını dəyişərək İddiaçı adına 2010-cu il tarixə saxta tərtib etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki,mübahisələndirilən müqavilədə alqı-satqının dəyəri olaraq 1.000.000 ABŞ dolları göstərilmişdir. A.Nağıyev isə göstərmişdir ki, güya bütün payçılarla müqavilələrdə pulun valyutası manatla, Cavabdeh2 verilən müqavilədə isə onun təkidilə 600.000 ABŞ dolları kimi göstərilmişdir. Bu göstərilən də yalandır və heç bir sübuta əsaslanmır. Belə ki, Azaddan qeyri-yaşayış sahəsini alarkən onun altında olan zirzəmini də 400.000 ABŞ dollarına almasını razılaşmış və buna görə də müqavilədə obyektin dəyəri 1.000.000 ABŞ dolları göstərilmişdir. İddiaçı adına tərtib olunmuş alqı-satqı müqaviləsinin saxta olmasını yuxarıda sadaladığı sübutlardan əlavə, AR Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin 05.04.2019-cu il tarixli 8335 saylı rəyi ilə də tam sübut olunur. Həmin rəydə göstərilmişdir ki, ekspertizaya təqdim olunmuş “Mənzil tikintisi haqqında 01.11.2010-cu il tarixli müqavilənin sonunda “Payçı İddiaçı” yazılarından aşağıdakı imza X18 tərəfindən yox, X17 tərəfindən yox, X15 tərəfındən yox,başqa şəxs tərəfindən icra olunmuşdur.” İddiaçınm adına tərtib olunmuş 01.Xİ.2010-cu il tarixli müqavilədə -göstərilən ünvan, həmin binaya DƏDRX tərəfindən ancaq 2011-ci ildə verilmişdir. Bu xüsusat da həmin müqavilənin saxta olmasını təsdiq edir. Həmin müqavilə saxta olduğuna görə ərizəsinə əsasən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi özünün 23.10.2018-ci il tarixli qərarını ləğv etmiş, həmin qərarı Bakı Apelyasiya Məhkəməsi qüvvədə saxlamış və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi 16.09.2019-cu il tarixli qərarı ilə İddiaçı iddiasını rədd etmiş və həmin iddiadan irəli gələn bütün hüquqi nəticələri ləğv etmişdir. AR Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin 05.04.2019-cu il tarixli 8335 saylı rəyində göstərilir ki, ekspertizaya təqdim olunmuş Cavabdeh1 MTK tərəfindən tikilən yaşayış sahəsindəki qeyri-yaşayış sahəsinin alqı-satqısına dair 15.08.2006-cı il tarixli müqavilənin aşağı hissəsində “N.X.Nağıyev” yazılarının qarşısındakı imza, Cavabdeh2 adına olan 15.08.2006-cı il tarixli 01/08 nömrəli maliyyə arayışının sonunda “N.X.Nağıyev” yazılarının qarşısındakı imza, 01.11.2010-cu il tarixli müqavilənin sonunda "N.X.Nağıyev” yazılarının qarşısındakı imza X17 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş,”Super İnşaat” MTK tərəfindən tikilən yaşayış sahəsindəki qeyri-yaşayış sahəsinin alqı-satqısına dair 15.08.2006-cı il tarixli müqavilənin aşağı hissəsində “X2” yazılarından aşağıdakı imza-Cavabdeh2 tərəfindən icra dumuşdur. Ekspertiza Mərkəzinin 03.04.2019-cu il tarixli 8334 saylı rəyində göstərilir ki, təqdim edilmiş Cavabdeh1 MTK tərəfindən tikilən yaşayış binasındakı qeyri-yaşayış sahəsinin alqısatqısına dair 15.08.2006-cı il tarixli müqavilədə, 15.08.2006-cı il tarixli 01/08 nömrəli maliyyə arayışında olan möhür əksləri bir başa relyef klişe vasitəsilə vurulmuşdur. Tədqiq olunan möhür əksləri Cavabdeh1 MTK-yə məxsus “Azərbaycan Respublikası Bakı şəhəri- Cavabdeh1 MTK”məzmunlu möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil edir. Göründüyü kimi, ”Super İnşaat” MTK ilə İddiaçı arasında, ona məxsus qeyri-yaşayış sahəsinə dair müqavilə 2017- ci ilin may ayında saxta bağlanmışdır və buna görədə Q.X16 cinayət əlaqəsinə girərək, həmin saxta müqaviləni pərdələmək məqsədilə 28.02.2019-cu ildə obyekti formal olaraq, heç bir vəsaiti olmayan X1. Burada belə bir sual yaranır: İddiaçı həqiqətən də obyekti Ağayev Rəhmana satmışdırsa, onda niyə və hansı maraqlardan məhkəməyə Ağayev Rəhman deyil, İddiaçı iddia ərizəsilə müraciət edir? Buna görədə İddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış həmin alqısatqı müqaviləsi etibarsız əqddir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia ərizəsini müdafiə edərək məhkəmədən ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2, onun nümayəndəsi və vəkili Vəkil2 ilkin iddia tələbini qəbul etməyərək, rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış Cavabdeh1 MTK-nın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, Cavabdeh1 MTK-nın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi rədd edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iş materiallarından göründüyü kimi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-91/2020 saylı, 15.10.2020-ci il tarixli hökmü ilə X17 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə barəsində Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq olunmaqla 01 il 06 ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 il müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 01 il 06 ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən əsas və əlavə cəzalar ayrı-ayrılıqda qismən toplanılmış və əlavə cəza əsas cəzaya birləşdirilməklə ona qəti olaraq 02 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 12 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinə əsasən cəza təyin edilməmişdir. Məhkəmənin hökmünə əsasən, X17 19.07.1999-cu il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsində Ko-19 saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış, ********** nömrəli VÖEN-lə Vergilər Nazirliyində vergi uçotuna durmuş Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin 22.04.2005-ci il tarixli təsis müqaviləsinə əsasən 20% payla 5 nəfər təsisçilərdən biri olmaqla həmin kooperativə faktiki rəhbərliyi və idarəçiliyi həyata keçirən vəzifəli şəxs kimi faktiki olaraq direktor vəzifələrini icra edərək vəzifəli şəxs olmaqla, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə özünə olan inamdan aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək niyyəti ilə rəhbərlik etdiyi Kooperativ tərəfindən Bakı şəhəri, Yasamal rayonu, 558-566-cı məhəllə, H.Cavid prospektində tikintisinə başlanılmış çoxmərtəbəli, çoxmənzilli yaşayış kompleksinin 1 girişli, 16 mərtəbəli, 3-cü yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 485 m2 təşkil edən qeyri-yaşayış sahəsini Kooperativin təsisçilərinin 01.04.2004-cü il tarixli qərarı ilə və həmin tarixli 09 nömrəli əmrlə Kooperativin sədri təyin olunmuş qardaşı X18 ilə Cavabdeh2 arasında bağlanmış “qeyri-yaşayış sahəsinin alqı-satqısına dair” 15.08.2006-cı il tarixli müqavilə əsasında 1.000.000 ABŞ dolları məbləğ göstərilib sonuncuya faktiki olaraq 600.000 ABŞ dollarına sataraq Nağı Nağıyevlə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında həmin tarixdə Kooperativin Bakı şəhəri, Yasamal rayonu, 558-566-cı məhəllə, H.Cavid prospektində yerləşən mərkəzi ofisində, xidməti otağında rəsmi sənəd olan qeyd edilən müqavilənin məzmununa gələcəkdə həmin obyektlə bağla digər şəxslərlə əqdlər bağlayacağı halda Cavabdeh2 razılaşdırılan məbləği tam ödəməməsini əsas gətirərək tamah və şəxsi niyyətlə bilə-bilə yalan məlumatlar daxil edib vəzifə saxtakarlığı etmiş, həmin sahəni Cavabdeh2 satmasına və pulu şəxsən sonuncudan qəbul etməsinə baxmayaraq, 2017-ci ilin may ayının sonlarında qeyd olunan binadan qeyri-yaşayış sahəsi almaq üçün ona müraciət etmiş tanışı X8 həmin sahənin sonuncuya satılmasına dair Cavabdeh2 razılığını aldığını bildirərək aldatmaqla 1.400.000 manata Rasim Kərimova satmaqla bağlı razılığa gəlib həmin məbləğdə pulu sonuncudan 2017-ci ilin may ayında Kooperativin mərkəzi ofisində, xidməti otağında aldıqdan sonra sonuncunun tanışı İddiaçı adına 2018-ci ilin fevral ayından əvvəlki, yəni 02.11.2010-cu il tarixə xidməti otağında məzmununa tamah və törətdiyi dələduzluq cinayətini pərdələməkdən ibarət şəxsi niyyətlə guya obyektin 01.11.2010-cu il tarixdə İddiaçı 1.400.000 manat məbləğində pul müqabilində satılması barədə bilə-bilə yalan məlumatlar daxil etməklə hazırladığı rəsmi sənəd olan “mənzil tikintisi haqqında” 01.10.2010-cu il tarixli müqaviləni onun dələduzluq cinayətindən xəbərsiz olan Kooperativin sədri Nağı Nağıyev tərəfindən imzalanmasına və Kooperativin möhürünün vurulmasına nail olub Nağı Nağıyevlə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında təkrarən vəzifə saxtakarlığı etmiş, X7 1.400.000 manat məbləğində pulunu qulluq mövqeyindən istifadə etməklə ələ keçirib ona külli miqdarda ziyan vuraraq dələduzluq etmiş, həmin əməli ilə fiziki şəxs Cavabdeh2 öz qeyri-yaşayış sahəsinə normal sahiblik etmək və ondan sərbəst istifadə etməklə bağlı əmlak hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03.04.2019-cu il tarixli 8334 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş, Cavabdeh1 MTK tərəfindən tikilən yaşayış binasındakı qeyri-yaşayış sahəsinin alqı-satqısına dair 15.08.2006-cı il tarixli müqavilədə, 15.08.2006-cı il tarixli 01/08 nömrəli maliyyə arayışında və “Mənzil tikinti haqqında” 01.11.2010-cu il tarixli müqavilədə olan möhür əksləri birbaşa relyef klişe vasitəsilə vurulmuşdur. Tədqiq olunan möhür əksləri Cavabdeh1 MTK-nə məxsus “Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh1 MTK” məzmunlu möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəmə-xətşünaslıq ekspertinin 05.04.2019-cu il tarixli 8335 nömrəli rəyində qeyd edilmişdir ki, ekspertizaya təqdim olunmuş, Cavabdeh1 MTK tərəfindən tikilən yaşayış binasındakı qeyri-yaşayış sahəsinin alqı-satqısına dair 15.08.2006-cı il tarixli müqavilənin aşağı hissəsində “N.X.Nağıyev” yazılarının qarşısındakı imza; X3 adına olan 15.08.2006-cı il tarixli 01/08 nömrəli maliyyə arayışının sonunda “N.X.Nağıyev” yazılarının qarşısındakı imza; Mənzil tikintisi haqqında 01.11.2010-cu il tarixli müqavilənin sonunda“N.X.Nağıyev” yazılarının qarşısındakı imza X18 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, Cavabdeh1 MTK tərəfindən tikilən yaşayış binasındakı qeyri- yaşayış sahəsinin alqı-satqısına dair 15.08.2006-cı il tarixli müqavilənin aşağı hissəsində “X2” yazılarından aşağıdakı imza Cavabdeh2 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, Mənzil tikintisi haqqında 01.11.2010-cu il tarixli müqavilənin sonunda “Payçı İddiaçı” yazılarından aşağıdakı imza X18 tərəfindən yox, X17 tərəfindən yox, X15 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış 15.08.2006-cı il tarixli 01/08 nömrəli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 558-566-cı məhəllə, H.Cavid prospektindəki 1 girişli, 16 mərtəbəli, 3-cü yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 485 m2 təşkil edən qeyri-yaşayış sahəsinə görə X4 Cavabdeh1 MTK-ya maliyyə borcu yoxdur. Cavabdeh1 MTK tərəfindən tikilən yaşayış binasındakı qeyriyaşayış sahəsinin alqısatqısına dair 15.08.2006-cı il tarixli müqavilədən görünür ki, Kooperativin sədri X18 Bakı şəhəri, Yasamal rayonu, 558-566-cı məhəllə, H.Cavid prospektindəki 1 girişli, 16 mərtəbəli, 3-cü yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 485 m2 təşkil edən qeyri-yaşayış sahəsinin ümumi qiyməti 1.000.000 ABŞ dolları məbləğində müəyyən olunmuşdur. Mənzil tikinti haqqında 01.11.2010-cu il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 558-566-cı məhəllə, H.Cavid prospekti 54D ünvanında inşa edilən 1 girişli, 16 mərtəbəli, 3- cü yaşayış binasının 1 -ci mərtəbəsində yerləşən, ümumi sahəsi 487 m2 təşkil edən qeyri-yaşayış sahəsi üçün müqavilə qiyməti 1.400.000 manat müəyyən olunmuşdur. 02.11,2010-cu il tarixli 04/11 nömrəli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 558-566-cı məhəllə, H.Cavid prospekti 54 D saylı çoxmərtəbəli yaşayış binası Cavabdeh1 MTK- ya məxsusdur. Həmin binanın 1 -ci mərtəbəsində yerləşən, ümumi sahəsi 487 m2 olan qeyri- yaşayış sahəsinə görə İddiaçı Cavabdeh1 MTK-ya maliyyə borcu yoxdur. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23.10.2018-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 558566-cı məhəllə, H.Cavid prospekti 54D ünvanında inşa edilən 1 girişli, 16 mərtəbəli, 3-cü yaşayış binasının 1 -ci mərtəbəsində yerləşən, ümumi sahəsi 487 m2 təşkil edən qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınaraq, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 21.12. 2018-ci il tarixli, ******* nömrəli çıxarışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 558-566-cı məhəllə, H.Cavid prospekti 54D ünvanında inşa edilən 1 girişli, 16 mərtəbəli, 3-cü yaşayış binasının 1 -ci mərtəbəsində yerləşən, ümumi sahəsi 487 m 2 təşkil edən qeyri-yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. Daşınmaz əmlakın alqı-satqısı haqqında 08.02.2019-cu il tarixli, ******* nömrəli müqavilədən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 558-566-cı məhəllə, H.Cavid prospekti 54D ünvanında yerləşən, ümumi sahəsi 487 m 2 təşkil edən qeyri-yaşayış sahəsi İddiaçı tərəfindən X5 1.900.000 manata satılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 07.05.2021-ci il tarixli, 1(103)-300/2021 saylı qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-91/2020 saylı, 15.10.2020-ci il tarixli hökmündən zərərçəkmiş şəxs LPO "xxxx" KB ASC-nin vəkili X12, məhkum olunmuş X9 müdafiəçisi X19, məhkum edilmiş şəxslər X17 və X20 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri təmin edilməmişdir. Mülki prosessual qanunverciliyinə görə 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Odur ki, məhkəmə üçün qeyd edilən hökm preyudisial əhəmiyyət kəsb edir. Göründüyü kimi, mübahisəli qeyri-yaşayış sahəsi Cavabdeh1 MTK tərəfindən ilk öncə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 satılmış və sonuncu onun dəyərini tam ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli qərarından görünür ki, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Buna baxmayaraq, iddiaçı bu günə kimi mübahisəli qeyri-yaşayış sahəsinə dair hüquqlarını reallaşdıra bilmir. Belə ki, qeyd olunan qeyri-yaşayış sahəsi Cavabdeh1 MTK tərəfindən saxta sənədlər əsasında təkrarən qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı satılmışdır. AR Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Belə olduğu halda, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” ilkin iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia tələbi əsaslı olub təmin edilməli, Cavabdeh1 ilə İddiaçı arasında Mənzil tikinti haqqında 01.11.2010-cu il tarixli bağlanmış müqavilə etibarsız hesab edilməklə, həmin müqavilədən irəli gələn bütün hüquqi nəticələr ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu özünə aid edilməli, qarşılıqlı iddia tələbi təmin edildiyindən, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” ilkin iddia tələbi təmin edilməsin. İlkin iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu özünə aid edilsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. Cavabdehlər İddiaçı və Cavabdeh1 arasında bağlanmış 01.11.2010-cu il tarixli qeyri-yaşayış sahəsinin alqı-satqısına dair müqavilə etibarsız hesab edilsin və həmin müqavilədən irəli gələn bütün hüquqi nəticələr ləğv edilsin. Qarşılıqlı iddia tələbi təmin edildiyindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlər İddiaçı və Cavabdeh1 MTK-dan alınıb, iddiaçı Cavabdeh2 ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-68/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-68/2021
28.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver