Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-685/2021 24.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi X23 oğlunun katibliyi Birinci iddia üzrə cavabdehin, ikinci iddia üzrə iddiaçı X5 vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı X2 cavabdehlər X10 və Cavabdeh qarşı mirasda payların müəyyən edilməsi tələbinə dair birinci iddia, İddiaçılar X10 və Cavabdeh X3 qarşı mirasda payların müəyyən edilməsi və cavabdeh X2 iddiaçılar X10 və Cavabdeh qarşı mirasda payların müəyyən edilməsi və miras əmlakın saxlanma xərclərinin bölünməsi tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı X4 cavabdehlər X9 və Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X6 mülkiyyətində olan 2006-cı il buraxılışlı «Nissan Altima» markalı 10VB197 dövlət qeydiyyat nişanlı avtomobildə tərəflərin hər birinin payının 1/3 hissədə müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı mərhum X11 ilə 01 dekabr 2018-ci il tarixdə nikaha daxil olmuş, Ə.Məmmədov 20 oktyabr 2019-cu ildə vəfat etmişdir. İddiaçı və cavabdehlər – mərhumun valideynləri birinci növbə vərəsə kimi həmin avtomobildə bərabər pay hüququna malikdirlər. Həmin miras əmlakla bağlı aralarında mübahisə vardır. İddiaçı X12 iddia ərizəsi ilə cavabdehlər X3 və Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum X6 mülkiyyətində olan “BMW X-5” markalı ** VS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində onun vərəsəlik hüququnun tanınması və tərəflərin hər birinin həmin avtomobildə payının 1/3 hissədə müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X12 iddia tələbini onunla əsaslandırmışdır ki, oğlu X11 mübahisəli avtomobili 2019-cu ilin aprel ayında X4 ilə nikaha daxil olanadək ona məxsus olmuş «Mercedes ML 500» markalı ** VS *** markalı avtomobilin satışından əldə etdiyi 12000 ABŞ dolları və "xxxx" ASC-dən götürdüyü 8000 manat kredit hesabına almışdır. Bankdan götürülmüş pul borc olmuş və İddiaçı ilə birgə nikah dövründə ödənilməmişdir. Odur ki, həmin avtomobil mərhum oğlunun cavabdeh İddiaçı ilə birgə nikah dövründə əldə edilmiş əmlak kimi qiymətləndirilə bilməz və bu səbəbdən tərəflərin həmin əmlakda payları bərabar müəyyən edilməlidir. X4 iddiaçı X7 iddiasına qarşı qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək “BMW X-5” markalı ** VS *** dövlət qeydiyyat nişanlı avtombildə onun payının 3/4, X12 və Cavabdeh isə paylarının hər birinin 1/8 hissədə müəyyən olunması, DİN-in BDYPİ «Siqnal» İLİ-nin 5 saylı cərimə meydançasına 19 iyun 2020-ci il tarixdə yerləşdirilmiş həmin avtomobilin saxlanma xərclərinin tərəflər arasında hər birinin payının 1/3 hissə olmaqla bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci iddia üzrə mülki işə 2(004)685/2021 sayı, ikinci iddia üzrə mülki işə 2- 1036/2021 sayı verilmişdir. X2 vəsatətinə əsasən Yasamal rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli 2(004)- 1036/2021 saylı qərardadı ilə 2-1036/2021 saylı mülki iş məhkəmənin icraatına ilkin olaraq daxil olmuş 2(004)685/2021 saylı işə birləşdirilmişdir. 16 aprel 2021-ci il tarixdə X7 ölümü ilə əlaqədar o, Mülki Prosessual Məcəllənin 58-ci maddəsinin tələblərinə əsasən ilk olaraq məhkəməyə məlum olan vərəsələri - arvadı Cavabdeh və oğlu X13 ilə əvəz edilmiş, lakin 08 dekabr 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən arvadı Cavabdeh və digər oğlu X10 ilə əvəz edilmişdir. X7 hüquq varisləri ilə əvəz edilməsi ilə əlaqədar X4 ilk və qarşılıqlı iddia tələblərinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək «Nissan Altima» markalı avtomobildə onun və X7 hüquqi varislərinin hər birinin payının 1/3 hissədə müəyyən olunması; “BMW X-5” markalı avtomobildə onun payının dörddə üç hissədə, qalan ¼ hissəsi üzərində isə X7 hüquqi varislərinin hər birinin payının 1/8 hissədə müəyyən edilməsi; “BMW X-5” markalı avtomobilinin cərimə meydançasında saxlanma xərclərinin vərəsələrin arasında hər birinin payının 1/3 hissədə müəyyən edilməklə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X10 da X7 iddiasının dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “BMW X-5” markalı avtomobildə X5 payının 1/6, Cavabdeh payının 3/6, İsgəndərova Fatimə Firdovsi qızının payının 1/3 hissədə müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh və İsgəndərova Fatimə Firdovsi qızı məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iclasında X5 nümayəndəsi məhkəmə iclasına gəlməmiş işdə iştirak edən digər şəxslərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Məhkəmə həmin şəxslərin iştirakı olmadan Mülki Prosessual Məcəllənin 185-ci maddəsinin tələblərinə əsasən işə mahiyyəti üzrə baxmışdır. Məhkəmə iclasında X5 nümayəndəsi Nümayəndə X7 iddiasının məzmununa uyğun izahat verərək və əlavə olaraq mübahisəli «Nissan Altima» markalı avtomobilin hələ mərhum X14 tərəfindən satıldığını bildirərək İddiaçı hər iki iddiasının rədd edilməsi və X7 hüquqi varislərinin iddialarının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə X5 nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı hər iki iddiası qismən təmin edilməli, X7 hüquqi varislərinin iddiaları təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1. -ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2.-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1.-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1.-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 225.2.-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. İş materiallarına əlavə edilmiş iddiaçı "xxxx" ASC-nin cavabdehlər İddiaçı və Cavabdeh qarşı borc tələbinin vərəsələrə yönəldilməsi tələbinə dair mülki iş üzrə Nərimanov rayon Məhkəməsinin 08.09.2021-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri 23 saylı notariat ofisi tərəfindən (notariat ofisinin 15.10.2020-ci il tarixli məktubuna əsasən) mərhum X8 adına vərəsəlik işi açılmış, vərəsələr atası X12, anası Cavabdeh və arvadı İddiaçı qızı müəyyən edilmişdir. Baş Dövlət Yol Polis İdarəsinin 07.09.2020-ci il tarxli 016-80530/220 saylı məktubuna əsasən mərhum X8 öldüyü anda mülkiyyətində «Nissan Altima» markalı 10VB197 dövlət qeydiyatlı nişanlı və “BMW X-5” markalı 90VS505 dövlət qeydiyyat nişanlı avtomaşınlar olmuşdur. Həmin avtomobillər müvafiq olaraq 07.06.2007-ci il tarixdə və 10.04.2019-cu il tarixdə əldə olunmuşlar. Göründüyü kimi, «Nissan Altima» markalı avtomobil X14 tərəfindən İddiaçı qızı ilə nikaha daxil olanadək alınmışdır və bu işin mübahisəsiz halıdır. X1 hüquqi varisləri həmin avtomobilin hələ mərhum Ə.Məmmədov tərəfindən satılmasını və onun harada olmasını bilmədiklərini bildirmişlər, lakin bu halı təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişlər. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “BMW X-5” markalı avtomobilin əldə olunmasına dair aşağıdakı sübutlar təqdim edilmişdir: Baş Dövlət Yol Polis İdarəsinin 07.09.2020-ci il tarxli 016-80530/220 saylı və 01.04.2020-ci il tarixli 016-29268-1220 saylı məktublarına əsasən 05.04.2019-cu il tarixdə mərhum Ə.Məmmədov 03.03.2007-ci il tarixdən mülkiyyətində olduğu “Mercedes Benz ML 350” minik markalı 90VS505 markalı avtomobili satmışdır. "xxxx" ASC-nin iddia ərizəsindən və Nərimanov rayon Məhkəməsinin yuxarıda istinad edilən qətnaməsindən görünür ki, mərhum Ə.Məmmədov 11 aprel 2019-cu il tarixdə bankdan 8000 manat kredit götürmüşdür. Həmin kreditdən yalnız 1061,55 manat ödəniş etmiş, qalan borc ödənilməmiş və bununla əlaqədar bank onun vərəsələri X12, anası Cavabdeh və arvadı İddiaçı qızına qarşı həmin borcun ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Həmin qətnaməyə əsasən məhkəmə vərəsələr İddiaçı və Cavabdeh (X12 vəfat etdiyindən) Ə.Məmmədovun 7021,73 manat kredit borclarının tutulması barədə qətnamə çıxarmışdır. Məhkəmə miras qoyan Ə.Məmmədovun nikaha daxil olanadak mülkiyyətində olmuş Mercedes markalı avtomobilin satışı tarixi ilə, bankdan kreditin götürülməsi tarixi və mübahisəli BMW markalı avtomobilin alınması tarixlərinin üst-üstə düşməsini, kreditin nikah dövründə ödənilməməsini və kredit borcunun mərhumun vərəsələrindən tutulmasını nəzərə alaraq X10 və Cavabdeh mübahisəli BMW markalı avtomobilin mərhumun İddiaçı ilə birgə nikah dövründə əldə etdikləri qazanc hesabına deyil, nikahdan əvvəl ona məxsus olmuş əmlakın satışından və borc hesabına əldə edilməsi barədə dəlillərini əsaslı hesab edir. Odur ki, məhkəmə hesab edir ki, hər iki avtomobil tam həcmdə miras əmlak kimi qəbul edilməli və miras qoyan Əlvan Məmmədovun öldüyü anda sağ olmuş birinci növbə vərəsələri atası X12, anası Cavabdeh və arvadı İddiaçı qızının hər birinin payı bərabər, yəni 1/3 hissədə müəyyən edilməlidir. Bundan əlavə atası X12 miras qəbul edilənədək öldüyündən ona çatası pay onun vərəsələri X10 və Cavabdeh arasında bərabər bölünməli və hər birinin payı 1/6 hissədə müəyyən edilməlidir. Beləliklə, hər iki miras əmlakda – avtomobillərdə İddiaçı qızının payı 1/3 hissədə, Cavabdeh payı 3/6 (1/3 + 1/6), X5 payı 1/6 hissədə müəyyən edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı X2 birinci iddia üzrə iddiası və ikinci iddia üzrə qarşılıqlı iddiası qismən təmin edilməli, iddiaçılar X10 və Cavabdeh iddiaları tam təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçılar dövlət rüsumunu tələb etmədiklərindən bütün iddialar üzrə ödənilmiş rüsumlar iddiaçıların özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı X2 cavabdehlər X10 və Cavabdeh qarşı mirasda payların müəyyən edilməsi tələbinə dair iddiası qismən təmin edilsin. «Nissan Altima» markalı 10VB197 dövlət qeydiyyat nişanlı avtomobildə İddiaçı qızının payı 1/3 hissədə, Cavabdeh payı 3/6, X5 payı 1/6 hissədə müəyyən edilsin. İddiaçılar X10 və Cavabdeh X3 qarşı mirasda payların müəyyən edilməsi tələbinə dair iddiası təmin edilsin. Həmin iddia üzrə cavabdeh X2 iddiaçılar X10 və Cavabdeh qarşı mirasda payların müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilsin. “BMW X-5” markalı 90VS505 dövlət qeydiyyat nişanlı avtomobildə İddiaçı qızının payı 1/3 hissədə, Cavabdeh payı 3/6, X5 payı 1/6 hissədə müəyyən edilsin. İddia ərizələri üzrə verilmiş dövlət rüsumları iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-685/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-685/2021
24.12.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver