Məhkəmə qərarları › İş №2(004)-6922/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6922/2025

18.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6922/2025 18.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Abdullayev Vüsal Ramiz oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi barədə ərizə, daha sonra ərizə tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-272H nömrəli, 30800118 kodlu şəhadətnamənin Rəhimov Qasım İsa oğluna və onun ailə üzvləri X4, X7, Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi izahat verərək bildirdi ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-272H nömrəli, 30800118 kodlu şəhadətnaməyə əsasən, Novxanı bağ massivində 0,12 ha ölçüdə 1123 saylı bağ sahəsi atası Rəhimov Qasım İsa oğluna, qardaşları X4, X7 və ona, yəni Ərizəçi verilmişdir. Lakin şəhadətnamədə səhvən onun adı Elşən kimi yazılmışdır, həmin vaxt ona diqqət yetirən olmamışdır. Halbuki, bütün sənədlərdə onun adı Elman kimi qeyd edilib və adını heç vaxt dəyişməyib. Həmin bağ sahəsi indiyə kimi onların istifadəsindədir. Bir müddət əvvəl kommunal xidmətlə bağlı müqavilə bağlamaq üçün yeni çıxarışın alınması məqsədilə maraqlı şəxsə müraciət edən zaman, maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən həmin adlar arasında olan uyğunsuzluğun aradan qaldırılması üçün məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPMnin 185-ci maddəsinə əsaslanaraq mülki işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirdi ki, o, ərizəçinin qonşusudur və onu 1995-ci ildən tanıyır. Ərizəçinin atasının adı Qasım, qardaşlarının adları Mehman və İlhamdır. Ərizəçi heç vaxt adını dəyişməyib, onların Elşən adlı qardaşları olmayıb. Novxanıdaki bağ sahəsinin sənədində Elmanın adı səhvən Elşən kimi qeyd edilib. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadə verərək bildirdi ki, o, ərizəçi ilə 1995-ci ildə futbol məşqi zamanı tanış olmuş, həmin vaxtdan onu və ailəsini tanımışdır. Ərizəçinin atası Qasım müəllimi, eləcə də qardaşları Mehman və İlhamı da tanıyır. Onların ailəsində Elşən adlı şəxs olmamışdır. Elman heç vaxt adını dəyişməmişdir, hamı onu öz adı ilə tanıyır. Məhkəmə, izahatları və şahidlərin ifadələrini dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, ərizə aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan “Torpağın mülkiyyətə verilməsinə dair” JN-272H nömrəli, 30800118 kodlu şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri İK-nin bağ sahələri verilməsi üzrə komissiyasının xx.xx.1996-cı il tarixli 11 saylı qərarı və xx.xx.1996-cı il tarixli 5501 saylı icarə müqaviləsi ilə 0.12 ha sahəsi olan Novxanı bağ massivindəki 1123 saylı bağ sahəsi Rəhimov Qasım İsa oğlunun və ailə üzvləri X2, X5, X6 mülkiyyətinə verilmişdir. İş materiallarında olan xx.xx.1984-cü il tarixdə verilmiş JG seriyalı, 270449 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1984-cü il tarixdə Naxçıvan şəhərində anadan olmuşdur. Onun atası Rəhimov Qasım İsa oğlu, anası X3r. İş materiallarında olan AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1984-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı 15634399 nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Rəhimov Qasım İsa oğlu xx.xx.1952-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olmuşdur və ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı 17378001 nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 xx.xx.1981-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuşdur və ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı 16601769 nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 xx.xx.1980-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuşdur və ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Sumqayıt şəhər Bələdiyyəsi Saray və Novxanı Bağlar massivi üzrə 1 saylı Məhəllə Komitəsinin xx.xx.2025-ci il tarixli, 22 nömrəli arayışından görünür ki, Ərizəçi Sumqayıt şəhəri 1123 nömrəli Novxanı bağ evində qeydiyyatsız yaşayır. İş materiallarında olan 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli arayışdan görünür ki, Rəhimov Qasım İsa oğlu xx.xx.1952-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Şahbuz rayonu, Keçili kəndində anadan olmuşdur. Onun ailə tərkibi arvadı xx.xx.1958-ci il təvəllüdlü X8, oğlu xx.xx.1978-ci il təvəllüdlü X11, oğlu xx.xx.1980-ci il təvəllüdlü X9, oğlu xx.xx.1981-ci il təvəllüdlü X10 və oğlu xx.xx.1984-cü il təvəllüdlü Ərizəçi ibarətdir. İş materiallarında olan BB-İ seriyalı, 016667 nömrəli diplomın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi 2007-ci ildə Bakı Dövlət Universitetinə daxil olmuş və 2010-cu ildə həmin universitetin hüquq fakültəsini hüquqşünaslıq ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət attestasiya komissiyasının xx.xx.2010-cu il tarixli qərarı ilə ona “hüquqşünas” ixtisası verilmişdir. İş materiallarında olan Rəhimov Qasım İsa oğlu, X9, X10 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, Rəhimov Qasım İsa oğlu, X9, X10 “Torpağın mülkiyyətə verilməsinə dair” JN-272H nömrəli, 30800118 kodlu şəhadətnamədə Ərizəçi adının səhvən X1 qeyd edildiyini bildirmiş və imzaları ilə bunu təsdiq etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin Ərizəçi ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-21- 3-31/2-4656/2025 nömrəli bildirişdən görünür ki, JN-272H nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə 4-cü sırada mülkiyyətçinin adı “X12” kimi qeyd edilsə də, şəxsiyyət vəsiqəsində “Ərizəçi” kimi qeyd edildiyi müəyyən olunmuş, bu səbəbdən bildirilmişdir ki, adlar arasındaki uyğunsuzluq və sənədin şəxsə məxsus olması faktı məhkəmə qaydasında həll olunmalıdır. Beləliklə, mülki iş üzrə sübutlara hüquqi qiymət verərək məhkəmə müəyyən edir ki, izahatlarda, şahidlərin ifadələrində, iş materiallarında olan yazılı sübutlarda, o cümlədən ərizəçinin doğum haqqında şəhadətnaməsində, şəxsiyyət vəsiqəsində, diplomunda, yaşayış yeri və ailə tərkibi barədə arayışlarda, şəhadətnamədə adları göstərilən digər şəxslərin ərizəsində qeyd olunan məlumatlar nəzərə alınaraq, ərizə təmin edilməli, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-272H nömrəli, 30800118 kodlu şəhadətnamənin Rəhimov Qasım İsa oğluna və onun ailə üzvləri X4, X7, Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, məhkəmə, hüquqi əhəmiyyəti olan faktları müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Beləliklə, məhkəmə mülki iş üzrə sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq müəyyən edir ki, ərizə əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-272H nömrəli, 30800118 kodlu şəhadətnamənin Rəhimov Qasım İsa oğluna və onun ailə üzvləri X4, X7, Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlı̇ k edən: F. Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar