Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6936/2021 15.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlu İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 30.04.2020-ci il tarixli müqaviləsinə əsasən HOFFMANN markalı paltaryuyan üçün 477,2 (dörd yüz yetmiş yeddi manat, iyirmi qəpik) ödənilməmiş hissə, 47,8 (qırx yeddi manat,səksən qəpik) cərimə; 25.05.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********18409 olan Huawei Y9 Prime markalı telefon üçün 464,6 (dörd yüz altmış dörd manat, altmış qəpik) manat ödənilməmiş hissə, 46 (qırx altı) manat cərimə; 24.07.2020-ci il tarixli müqaviləsinə əsasən, GORENJE markalı tozsoran üçün 190 (yüz doxsan) manat ödənilməmiş hissə, 19 (on doqquz) manat cərimə, 26.09.2020-ci il tarixli müqaviləsinə əsasən, HOFFMANN markalı blender, mini soba və CANALİ markalı qazan dəsti üçün 585 (beş yüz səksən beş) manat ödənilməmiş hissə, 58 (əlli səkkiz) manat cərimə, 14.09.2020-ci il tarixli müqaviləsinə əsasən, Dect Gigaset markalı ev telefonu üçün 53.4 (əlli üç manat, qırx qəpik ) ödənilməmiş hissə, 5 (beş ) manat cərimə ümumilikdə, 1946 manat borc, 39,46 manat ödənilmiş dövlət rüsumun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 30.04.2020-ci il, 25.05.2020-ci il, 24.07.2020-ci il, 26.09.2020-ci il və 14.09.2020-ci il tarixli müqavilələrinə əsasən, HOFFMANN markalı paltaryuyan, blender, mini soba, İMEİ Kodu **********18409 olan Huawei Y9 Prime markalı telefon, GORENJE markalı tozsoran, CANALİ markalı qazan dəsti və Dect Gigaset markalı ev telefonu almış və nəticədə 1946 (min doqquz yüz qırx altı) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 30.04.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 795 (yeddi yüz doxsan beş) manat (24 ay x 31 manat + 51 manat ilkin ödəniş) HOFFMANN markalı paltaryuyan maşın üçün ümumilikdə, 525 (beş yüz iyirmi beş ) manat olmaqla ondan, 477.2 (dörd yüz yetmiş yeddi manat, iyirmi qəpik) ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 47,8 (qırx yeddi manat, səksən qəpik) cərimə; 25.05.2020-ci il tarixli müqaviləsinə əsasən , alqı-satqı qiyməti 640,6 (altı yüz qırx manat, altmış qəpik) manat (18 ay x 33.2 manat + 43 manat ilkin ödəniş) İMEİ Kodu **********18409 olan Huawei Y9 Prime markalı telefon üçün ümumilikdə, 510,6 (beş yüz on manat, altmış qəpik) manat olmaqla ondan, 464.6 (dörd yüz altmış dörd manat,altmış qəpik) ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 46 (qırx altı) manat cərimə; 24.07.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 231 (iki yüz otuz bir) manat (12 ay x 19 manat + 3 manat ilkin ödəniş) GORENJE markalı tozsoran üçün ümumilikdə, 209 (iki yüz doqquz) manat olmaqla ondan, 190 (yüz doxsan) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 19 (on doqquz) manat cərimə; 26.09.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 590 (beş yüz doxsan) manat (18 ay x 32.5 manat + 5 manat ilkin ödəniş) olan HOFFMANN markalı blender, mini soba və CANALİ markalı qazan dəsti üçün ümumilikdə, 643 (altı yüz qırx üç) manat olmaqla ondan, 585 (beş yüz səksən beş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 58 (əlli səkkiz) manat cərimə; 14.09.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 53.4 (əlli üç manat, qırx qəpik) manat (6 ay x 8.9 manat + 0 manat ilkin ödəniş) Dect Gigaset markalı ev telefonu üçün ümumilikdə, 58.4 (əlli səkkiz manat, qırx qəpik ) olmaqla ondan, 53.4 (əlli üç manat, qırx qəpik ) ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 5 (beş) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 539,8 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehə rəsmi qaydada göndərilsə də o, iddiaçının tələbinə dair əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284- 1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Belə ki, iddiaçı ilə Cavabdeh arasında 30.04.2020-ci il tarixdə ümumilikdə dəyəri 795 manat təşkil edən HOFFMANN markalı palaryuyan, 25.05.2020-ci il tarixdə ümumilikdə dəyəri 640,6 manat təşkil edən İMEİ Kodu **********18409 olan Huawei Y9 Prime markalı telefon, 24.07.2020-ci il tarixdə ümumilikdə dəyəri 231 manat təşkil edən GORENJE markalı tozsoran, 26.09.2020-ci il tarixdə ümumilikdə dəyəri 590 manat təşkil edən HOFFMANN markalı blender, mini soba və CANALİ markalı qazan dəsti və 14.09.2020-ci il tarixdə ümumilikdə dəyəri 53,4 manat təşkil edən Dect Gigaset markalı ev telefonunun alqısatqısına dair müqavilələr bağlanılmışdır. Tərəflər arasında bağlanmış 30.04.2020-ci il tarixli, 20250091 nömrəli, 25.05.2020-ci il tarixli 20305958 nömrəli, 24.07.2020-ci il tarixli, 21037088 nömrəli və 26.09.2020-ci il tarixli 21206822 nömrəli əlavə ödəniş cədvəllərinin 2 bəndinə əsasən “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İddiaçının cərimə borcu üzrə tələb etdiyi məbləğ 30.04.2020-ci il tarixli müqavilə üzrə 47,8 manat, 25.05.2020-ci il tarixli müqavilə üzrə 46 manat, 24.07.2020-ci il tarixli müqavilə üzrə 19 manat, 26.09.2020-ci il tarixli müqavilə üzrə 58 manat və 14.09.2020-ci il tarixli müqavilə üzrə 5 manat təşkil edir. 30.04.2020-ci il tarixli təhvil-təslim aktına əsasən 20250091 nömrəli alqı-satqı müqaviləsi üzrə HOFFMANN markalı paltaryuyan tam qüsursuz halda təhvil verilmişdir. 25.05.2020-ci il tarixli təhvil-təslim aktına əsasən 20305958 nömrəli alqı-satqı müqaviləsi üzrə Huawei Y9 Prime markalı telefon tam qüsursuz halda təhvil verilmişdir. 24.07.2020-ci il tarixli təhvil-təslim aktına əsasən 21037088 nömrəli alqı-satqı müqaviləsi üzrə GORENJE markalı tozsoran tam qüsursuz halda təhvil verilmişdir. 26.09.2020-ci il tarixli təhvil-təslim aktına əsasən 21206822 nömrəli alqı-satqı müqaviləsi üzrə HOFFMANN markalı blender, mini soba və CANALİ markalı qazan dəsti tam qüsursuz halda təhvil verilmişdir. 14.09.2020-ci il tarixli təhvil-təslim aktına əsasən 21168024 nömrəli alqı-satqı müqaviləsi üzrə Dect Gigaset markalı ev telefonu tam qüsursuz halda təhvil verilmişdir. 11.08.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Ödəniş qəbzlərindən (№8********) və (№8********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 9.46 manat və 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, yuxarıda qeyd edilən malın alqı-satqısına dair müqavilələrə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə malın qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı malı alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin malı ödəmək üzrə vəzifəsini icra etməmiş və 08.10.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən onun tərəf olduğu 30.04.2020-ci il tarixli müqavilə üzrə cavabdehə 477,2 manat əsas borc, 47,8 manat cərimə borcu, cəmi 525 manat; 25.05.2020-ci il tarixli müqavilə üzrə 464,6 manat əsas borc, 46 manat cərimə borcu, cəmi 510,6 manat; 24.07.2020-ci il tarixli müqavilə üzrə cavabdehə 190 manat əsas borc, 19 manat cərimə borcu; 26.09.2020-ci il tarixli müqavilə üzrə cavabdehə 585 manat əsas borc, 58 manat cərimə borcu və 14.09.2020-ci il tarixli müqavilə üzrə 53,4 manat əsas borc, 5 manat cərimə borcu, cəmi 584 manat olmaqla, ümumilikdə 1946 manat borcu yaranmışdır. Mülki Məcəllənin (bundan sonra - MM) 567-ci, 568.1-ci və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1-ci və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilələr üzrə iddiaçı cavabdehdən əşyaların ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. MM-nin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir və əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla, 30.04.2020-ci il tarixli 20250091 nömrəli müqavilə üzrə 47.8 manat; 25.05.2020-ci il tarixli 20305958 nömrəli müqavilə üzrə 46 manat; 24.07.2020-ci il tarixli 21037088 nömrəli müqavilə üzrə 19 manat; 26.09.2020-ci il tarixli 21206822 nömrəli müqavilə üzrə 58 manat və 14.09.2020-ci il tarixli 21168024 nömrəli müqavilə üzrə 5 manat məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 30.04.2020-ci il tarixli 20250091 nömrəli müqavilə əsasında əsas borc üzrə 477,2 manat, cərimə borcu üzrə 47,8 manat, 25.05.2020-ci il tarixli 20305958 nömrəli müqavilə əsasında əsas borc üzrə 464,6 manat, cərimə borcu üzrə 46 manat, 24.07.2020-ci il tarixli 21037088 nömrəli müqavilə əsasında əsas borc üzrə 190 manat, cərimə borcu üzrə 9 manat, 26.09.2020-ci il tarixli 21206822 nömrəli müqavilə əsasında əsas borc üzrə 585 manat, cərimə borcu üzrə 58 manat və 14.09.2020-ci il tarixli 21168024 nömrəli müqavilə əsasında əsas borc üzrə 53.4 manat, cərimə borcu üzrə 5 manat olmaqla ümumilikdə hər beş müqavilə üzrə 1946 manat borc dövlət rüsumu kimi ödənilmiş 39.46 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 30.04.2020-ci il tarixli 20250091 nömrəli müqaviləyə əsasən əsas borc üzrə 477,2 (dörd yüz yetmiş yeddi manat iyirmi qəpik), cərimə borcu üzrə 47.8 (qırx yeddi manat səksən qəpik) manat, 25.05.2020-ci il tarixli 20305958 nömrəli müqaviləyə əsasən əsas borc üzrə 464,6 (dörd yüz altmış dörd manat altmış qəpik), cərimə borcu üzrə 46 (qırx altı) manat, 24.07.2020-ci il tarixli 21037088 nömrəli müqaviləyə əsasən əsas borc üzrə 190 (bir yüz doxsan) manat, cərimə borcu üzrə 19 (on doqquz) manat, 26.09.2020-ci il tarixli 21206822 nömrəli müqaviləyə əsasən əsas borc üzrə 585 (beş yüz səksən beş) manat, cərimə borcu üzrə 58 (əlli səkkiz) manat, 14.09.2020-ci il tarixli 21168024 nömrəli müqaviləyə əsasən əsas borc üzrə 53,4 (əlli üç manat qırx qəpik) manat, cərimə borcu üzrə 5 manat olmaqla, cəmi 1946 (bir min doqquz yüz qırx altı) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 39.46 (otuz doqquz manat qırx altı qəpik) pul tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-6936/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6936/2021
15.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver