Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6940/2021 12.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, 04.05.2020-ci il tarixli müqaviləyə əsasən Tikiş maşını Janome ArtStyle, Tikiş maşını Janome Smart üçün 745.2 manat ödənilməmiş hissə, 74.8 manat cərimə; 29.12.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********96075 Samsung Galaxy A10 markalı telefon üçün 32.1 manat ödənilməmiş hissə, 3.9 manat cərimə; 22.02.2020-ci il tarixli müqaviləyə əsasən LG markalı paltaryuyan üçün 320 manat ödənilməmiş hissə, 32 manat cərimə,ümumilikdə 1208 manat borcun və 32.08 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh məhkəmə tərəfindən rəsmi qaydada qeydiyyatda olduğu Yasamal rayon Polis İdarəsinin inzibati binası və faktiki ünvan üzrə bildiriş göndərilmiş, lakin bildirişin cavabdehə çatdırılması mümkün olmamışdır. Məhkəmə iş materillarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, Cavabdeh ilə "xxxx" MMC arasında 04.05.2020-ci il tarixdə bağlanmış müqaviləyə əsasən, iddiaçı cavabdehə ödəniş qrafikinə əsasən alqı-satqı qiyməti 1690.2 manata olan Tikiş maşını Janome ArtStyle, Tikiş maşını Janome Smart nisyə satmışdır. Alıcı həmin məbləği hər ay 135.1 manat ödəmək şərti ilə 12 ay müddətinə (ilkin ödəniş 69 manat olmaqla) ödəməyi öz üzərinə götürmüşdür; 29.12.2019-cu il tarixdə bağlanmış müqaviləyə əsasən, iddiaçı cavabdehə ödəniş qrafikinə əsasən alqı-satqı qiyməti 304.8 manata olan İMEİ kodu **********96075 olan Samsung Galaxy A10 markalı telefonu nisyə satmışdır. Alıcı həmin məbləği hər ay 25.4 manat ödəmək şərti ilə 12 ay müddətinə (ilkin ödəniş 0 manat olmaqla) ödəməyi öz üzərinə götürmüşdür; 22.02.2020-ci il tarixdə bağlanmış müqaviləyə əsasən, iddiaçı cavabdehə ödəniş qrafikinə əsasən alqı-satqı qiyməti 960 manata olan LG markalı paltaryuyanı nisyə satmışdır. Alıcı həmin məbləği hər ay 80 manat ödəmək şərti ilə 12 ay müddətinə (ilkin ödəniş 0 manat olmaqla) ödəməyi öz üzərinə götürmüşdür. Cavabdehin 04.05.2020-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 475 manat, məhsulun qaytarıldıqdan sonra qoyulan qiyməti 470 manat,ümumilikdə 945 manat təşkil edir. Digər müqavilələr üzrə cəmi ödədiyi məbləğ isə 912.7 manat təşkil edir. Cavabdehə borcun ödənilməsinə dair dəfələrlə şifahi xəbərdarlıq edilmiş, həmçinin poçt vasitəsi ilə ona rəsmi qaydada xəbərdarlıq məktubu göndərilmişdir. Lakin cavabdeh xəbərdarlıqlara məhəl qoymaraq müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınmışdır. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 567, 600.1, 601.1, 404.1, 386.1, 385.1, 600.4, 442, 445.1 və 462.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 04.05.2020-ci il tarixli müqaviləyə əsasən 745 (yeddi yüz qırx beş) manat 20 (iyirmi) qəpik əsas, 74 (yetmiş dörd) manat 80 (səksən) qəpik cərimə borcu; 29.12.2019cu il tarixli müqaviləyə əsasən 32 (otuz iki) manat 10 (on) qəpik əsas, 3 (üç) manat 90 (doxsan) qəpik cərimə borcu; 22.02.2020-cu il tarixli müqaviləyə əsasən 320 (üç yüz iyirmi) manat əsas, 32 (otuz iki) manat cərimə borcu, cəmi 1208 (bir min iki yüz səkkiz) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 32 (otuz iki) manat 08 (səkkiz) qəpik dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 04.05.2020-ci il tarixli müqaviləyə əsasən 745 (yeddi yüz qırx beş) manat 20 (iyirmi) qəpik əsas, 74 (yetmiş dörd) manat 80 (səksən) qəpik cərimə borcu; 29.12.2019-cu il tarixli müqaviləyə əsasən 32 (otuz iki) manat 10 (on) qəpik əsas, 3 (üç) manat 90 (doxsan) qəpik cərimə borcu; 22.02.2020-cu il tarixli müqaviləyə əsasən 320 (üç yüz iyirmi) manat əsas, 32 (otuz iki) manat cərimə borcu, cəmi 1208 (bir min iki yüz səkkiz) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İş üzrə ödənilmiş 32 (otuz iki) manat 08 (səkkiz) qəpik dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-6940/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6940/2021
12.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver