Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6943/2021 12.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında sadələşdirilmiş qaydada baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27.12.2019-cu il tarixli müqaviləyə əsasən, Apple Airpods markalı qulaqlıq üçün 437,6 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 43 manat cərimə, 08.02.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********80001 olan Elari NanoPhone markalı telefon üçün 80,4 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olaraq 8 manat cərimə, 02.11.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********68207 olan X1 8 markalı telefon üçün 496,2 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 49,8 manat cərimə, ümumilikdə 1115 manat borc, 31,15 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verldikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3, 442, 445, 600-ci maddələrini, MPM 119.1-ci maddəsini nəzərə alaraq müəyyən etdi: Belə ki, məhkəmə araşdırmasında müəyyən edilmişdir ki, 27.12.2019-cu il tarixli alğısatqı müqaviləsinə əsasən, iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh ilkin ödənişsiz və 18 ay müddətinə aylıq 27,4 manat ödəmək şərti ilə ümumi məbləği 493,2 manat olan Apple Airpods markalı qulaqlıq, 08.02.2020-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən, ilkin ödənişsiz və 6 ay müddətinə aylıq 13,4 manat ödəmək şərti ilə ümümi məbləği 80,4 manat olan İMEİ kodu **********80001 olan Elari NanoPhone markalı telefon, 02.11.2019-cu il alğı-satqı müqaviləsinə əsasən, ilkin ödənişsiz və 20 ay müddətinə aylıq 31 manata ödəmək şərti ilə ümumi məbləği 620 manata olan İMEİ kodu **********68207 olan X1 8 markalı telefon verilmişdir. 07.10.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 27.12.2019-cu il tarixli alğı-satqı müqaviləsi üzrə 437,6 manat məbləğində ödənilməmiş hissə, 43 manat cərimə borcu, 08.02.2020-ci il tarixli müqaviləsi üzrə 80,4 manat ödənilməmiş hissə, 8 manat cərimə, 02.11.2019-cu il tarixli alğı-satqı müqaviləsi üzrə 496,2 manat ödənilməmiş hissə, 49,8 manat cərimə, cəmi 1115 manat borcu vardır. Cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Ona görə də məhkəmə belə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, Cavabdeh 27.12.2019-cu il tarixli müqaviləyə əsasən, Apple Airpods markalı qulaqlıq üçün 437,6 manat ödənilməmiş hissə, 43 manat cərimə, 08.02.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********80001 olan Elari NanoPhone markalı telefon üçün 80,4 manat ödənilməmiş hissə, 8 manat cərimə, 02.11.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********68207 olan X1 8 markalı telefon üçün 496,2 manat ödənilməmiş hissə, 49,8 manat cərimə olmaqla, ümumilikdə 1115 manat borc alınaraq "xxxx" MMC-nə ödənilməlidir. İddiaçı "xxxx" MMC tərəfindən ödənilmiş 31,15 manat dövlət rüsumu cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidi. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh 27.12.2019-cu il tarixli müqaviləyə əsasən, Apple Airpods markalı qulaqlıq üçün 437,6 (dörd yüz otuz yeddi manat altmış qəpik) manat ödənilməmiş hissə, 43 (qırx üç) manat cərimə, 08.02.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********80001 olan Elari NanoPhone markalı telefon üçün 80,4 (səksən manat qırx qəpik) manat ödənilməmiş hissə, 8 (səkkiz) manat cərimə, 02.11.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********68207 olan X1 8 markalı telefon üçün 496,2 (dörd yüz doxsan altı manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 49,8 (qırx doqquz manat səksən qəpik) manat, ümumilikdə 1115 (min yüz on beş) manat borc və 31,15 (otuz bir manat on beş qəpik) manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-6943/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6943/2021
12.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver