Məhkəmə qərarları › İş №2(004)-6944/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6944/2021

15.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6944/2021 15.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlu İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 07.12.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********39897 Xiaomi Redmi 8 markalı telefon, 2 ədəd aksesuar, Xiaomi Mi qulaqlıq üçün 82 (səksən iki) manat ödənilməmiş hissə, 8 (səkkiz) manat cərimə; 07.12.2019-cu il tarixli müqaviləsinə əsasən, Braun Ütü, EUROGOLD Ütü masası üçün 250 (iki yüz əlli) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat cərimə; 03.09.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********09503 X1 7 markalı telefon, aksesuar üçün 278 (iki yüz yetmiş səkkiz) ödənilməmiş hissə, 27 (iyirmi yeddi) manat cərimə, ümumilikdə, 670 manat borc, 30 manat ödənilmiş dövlət rüsumun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 07.12.2019-cu il , 07.12.2019-cu il , 03.09.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********39897 Xiaomi Redmi 8 markalı telefon, 3 ədəd aksesuar, Xiaomi Mi qulaqlıq, Braun Ütü, EUROGOLD Ütü masası, İMEİ Kodu **********09503 X1 7 markalı telefon almış və nəticədə 670 (altı yüz yetmiş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 07.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 501 (beş yüz bir) manat (9 ay x 47 manat + 78 manat ilkin ödəniş) İMEİ Kodu **********39897 Xiaomi Redmi 8 markalı telefon, 2 ədəd aksesuar, Xiaomi Mi qulaqlıq üçün ümumilikdə, 90 (doxsan) manat olmaqla ondan, 82 (səksən iki) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 8 (səkkiz) manat cərimə; 07.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 360 (üç yüz altmış) manat (12 ay x 30 manat + 0 manat ilkin ödəniş) Braun Ütü, EUROGOLD Ütü masası üçün ümumilikdə, 275 (iki yüz yetmiş beş) manat olmaqla ondan, 250 (iki yüz əlli) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 25 (iyirmi beş) manat cərimə; 03.09.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 882 (səkkiz yüz səksən iki) manat (18 ay x 49 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********09503 X1 7 markalı telefon, aksesuar üçün ümumilikdə, 305 (üç yüz beş) manat olmaqla ondan, 278 (iki yüz yetmiş səkkiz) ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 27 (iyirmi yeddi) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh 07.12.2019-cu il tarixli müqaviləsinə əsasən, 11.12.2020-ci tarixində İMEİ Kodu **********39897 Xiaomi Redmi 8 markalı telefondan imtina etmiş və məhsul 197 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin 07.12.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********39897 Xiaomi Redmi 8 markalı telefon, 2 ədəd aksesuar, Xiaomi Mi qulaqlıq üçün cəmi ödədiyi məbləğ 222 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 197 manat, ümumilikdə, 419 manat təşkil edir. Digər müqavilələr üzrə cəmi ödədiyi məbləğ 714 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehə rəsmi qaydada göndərilsə də o, iddiaçının tələbinə dair əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Belə ki, iddiaçı ilə Cavabdeh arasında 07.12.2019-cu il tarixdə ümumilikdə dəyəri 501 manat təşkil edən İMEİ Kodu **********39897 Xiaomi Redmi 8 markalı telefon, 2 ədəd aksesuar, Xiaomi Mi qulaqlıq, 07.12.2019-cu il tarixdə ümumilikdə dəyəri 360 manat təşkil edən Braun Ütü, EUROGOLD Ütü masası və 03.09.2019-cu il tarixdə ümumilikdə dəyəri 882 manat təşkil edən İMEİ Kodu **********09503 X1 7 markalı telefonun, aksesuarın alqısatqısına dair müqavilələr bağlanılmışdır. Tərəflər arasında bağlanmış 07.12.2019-ci il tarixli, 01107021 nömrəli, 07.12.2019-cu il tarixli 01107425 nömrəli və 03.09.2019-cu il tarixli 00885511 nömrəli əlavə ödəniş cədvəllərinin 2 bəndinə əsasən “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İddiaçının cərimə borcu üzrə tələb etdiyi məbləğ 07.12.2019-ci il tarixli 01107425 nömrəli müqavilə üzrə 8 manat, 07.12.2019-cu il tarixli 01107021 nömrəli müqavilə üzrə 25 manat və 03.09.2019-cu il tarixli 00885511 nömrəli müqavilə üzrə 27 manat təşkil edir. 07.12.2019-ci il tarixli təhvil-təslim aktına əsasən 01107425 nömrəli alqı-satqı müqaviləsi üzrə İMEİ Kodu **********3987 Xiaomi Redmi 8 markalı telefon, 2 ədəd aksesuar, Xiaomi Mi qulaqlıq tam qüsursuz halda təhvil verilmişdir. 07.12.2019-cu il tarixli təhvil-təslim aktına əsasən 01107021 nömrəli alqı-satqı müqaviləsi üzrə Braun Ütü, EUROGOLD Ütü masası alqı-satqı müqaviləsi üzrə tam qüsursuz halda təhvil verilmişdir. 03.09.2019-ci il tarixli təhvil-təslim aktına əsasən 00885511 nömrəli alqı-satqı müqaviləsi üzrə İMEİ Kodu **********09503 X1 7 markalı telefon və aksesuar tam qüsursuz halda təhvil verilmişdir. 15.09.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Ödəniş qəbzindən (№8********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, yuxarıda qeyd edilən malın alqı-satqısına dair müqavilələrə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə malın qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı malı alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin malı ödəmək üzrə vəzifəsini icra etməmiş və 08.10.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən onun tərəf olduğu 07.12.2019-cu il tarixli 01107425 nömrəli müqavilə üzrə cavabdehə 82 manat əsas borc, 8 manat cərimə borcu, cəmi 90 manat; 07.12.2019-cu il tarixli 01107021 nömrəli müqavilə üzrə 250 manat əsas borc, 25 manat cərimə borcu, cəmi 275 manat və 03.09.2019-cu il tarixli müqavilə üzrə 278 manat əsas borc, 27 manat cərimə borcu, cəmi 305 manat olmaqla, ümumilikdə 670 manat borcu yaranmışdır. Mülki Məcəllənin (bundan sonra - MM) 567-ci, 568.1-ci və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1-ci və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilələr üzrə iddiaçı cavabdehdən əşyaların ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. MM-nin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir və əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla, 07.12.2019-cu il tarixli 01107425 nömrəli müqavilə üzrə 8 manat; 07.12.2019-cu il tarixli 01107021 nömrəli müqavilə üzrə 25 manat və 03.09.2019-cu il tarixli 00885511 nömrəli müqavilə üzrə 27 manat məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 07.12.2019-cu il tarixli 01107425 nömrəli müqavilə əsasında əsas borc üzrə 82 manat, cərimə borcu üzrə 8 manat, 07.12.2019-cu il tarixli 01107021 nömrəli müqavilə əsasında əsas borc üzrə 250 manat, cərimə borcu üzrə 25 manat, 03.09.2019-cu il tarixli 00885511 nömrəli müqavilə əsasında əsas borc üzrə 278 manat, cərimə borcu üzrə 27 manat, olmaqla ümumilikdə hər üç müqavilə üzrə 670 manat borc dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 07.12.2019-cu il tarixli 01107425 nömrəli müqaviləyə əsasən əsas borc üzrə 82 (səksən iki) manat, cərimə borcu üzrə 8 (səkkiz) manat, 07.12.2019-cu il tarixli 01107021 nömrəli müqaviləyə əsasən əsas borc üzrə 250 (iki yüz əlli manat) manat, cərimə borcu üzrə 25 (iyirmi beş) manat, 03.09.2019-cu il tarixli 00885511 nömrəli müqaviləyə əsasən əsas borc üzrə 278 (iki yüz yetmiş səkkiz) manat, cərimə borcu üzrə 27 (iyirmi yeddi) manat olmaqla, cəmi 670 (altı yüz yetmiş) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar