Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6952/2021 15.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlu İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 20.01.2019-cu il tarixli müqaviləsinə əsasən HP komputer üçün 87 (səksən yeddi) manat ödənilməmiş hissə, 8 (səkkiz) manat cərimə; 12.08.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********68560 olan X3 markalı telefon, qehveüyüdən Delonghi, şirəçəkən Gorenje, blender Redmond, mikrodalğalı soba LG üçün 158 (yüz əlli səkkiz) manat ödənilməmiş hissə, 15 (on beş) manat cərimə pulu; 12.09.2019-cu il tarixli müqaviləsinə əsasən, X1, qaz kalonkası Demir Döküm üçün 195 (yüz doxsan beş) manat ödənilməmiş hissə, 19 (on doqquz ) manat cərimə pulu, 24.12.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********51944 olan X2 8 markalı telefon üçün 515 (beş yüz on beş) manat ödənilməmiş hissə,51 (əlli bir) manat cərimə; 08.02.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********29850 iPhone 11 markalı telefon, Apple Airpods 2 üçün 1541 (min beş yüz qırx bir) manat ödənilməmiş hissə, 154 (yüz əlli dörd) manat cərimə; 08.03.2020-ci il tarixli müqaviləsinə əsasən, Blender Gorenje, Mikser Hoffmann üçün 208 (iki yüz səkkiz ) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə pulu; 13.05.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********10681 olan İPhone SE markalı telefon üçün 1171 (min yüz yetmiş bir ) manat ödənilməmiş hissə, 117 (yüz on yeddi ) manat cərimə pulu; 23.05.2020-ci il tarixli müqaviləsinə əsasən, Casio saat üçün 53 (əlli üç) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə pulu, ümumilikdə, 4317 manat borc, 63,17 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 20.01.2019-cu il, 12.08.2019-cu il, 12.09.2019-cu il, 24.12.2019-cu il, 08.02.2020-ci il, 13.05.2020-ci il, 23.05.2020-ci il tarixli müqavilələrinə əsasən, HP komputer, İMEİ Kodu **********68560, **********51944, **********29850, **********10681 olan X3, X2 8, iPhone 11, iPhone SE markalı telefon, Qehveuyuden Delonghi, Şirəçəkən Gorenje, Blender Redmond, Mikrodalğalı soba LG, X1, Qaz kalonkası Demir Dokum, Apple Airpods 2, Blender Gorenje, Mikser Hoffmann və Casıo saat almış və nəticədə 4317 (dörd min üç yüz on yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 20.01.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 795 (yeddi yüz doxsan beş ) manat (18 ay x 44 manat + 3 manat ilkin ödəniş) HP komputer üçün ümumilikdə, 95 (doxsan beş) manat olmaqla ondan, 87 (səksən yeddi) manat ödənilməmiş hissə, 8 (səkkiz) manat cərimə pulu; 12.08.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 869 (səkkiz yüz altmış doqquz) manat (11 ay x 79 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********68560 olan X3 markalı telefon, Qehveuyuden Delonghi, Şirəçəkən Gorenje, Blender Redmond, Mikrodalğalı soba LG üçün ümumilikdə, 173 (yüz yetmiş üç) manat olmaqla ondan, 158 (yüz əlli səkkiz ) manat ödənilməmiş hissə, 15 (on beş) manat cərimə pulu; 12.09.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 684 (altı yüz səksən dörd ) manat (12 ay x 57 manat + 0 manat ilkin ödəniş) X1, Qaz kalonkası Demir Dokum üçün ümumilikdə, 214 (iki yüz on dörd) manat olmaqla ondan, 195 (yüz doxsan beş) manat ödənilməmiş hissə, 19 (on doqquz) manat cərimə pulu; 24.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 690 (altı yüz doxsan ) manat (20 ay x 34,5 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********51944 olan X2 8 markalı telefon üçün ümumilikdə, 566 (beş yüz altmış altı) manat olmaqla ondan, 515 (beş yüz on beş) ödənilməmiş hissə, 51 (əlli bir) manat cərimə pulu; 08.02.2020-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2699.2 (iki min altı yüz doxsan doqquz manat iyirmi qəpik) manat (14 ay x 192,8 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********29850 iPhone 11 markalı telefon, Apple Airpods 2 üçün ümumilikdə, 1695 (min altı yüz doxsan beş ) manat olmaqla ondan, 1541 (min beş yüz qırx bir) ödənilməmiş hissə, 154 (yüz əlli dörd) manat cərimə pulu; 08.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 250,2 (iki yüz əlli manat iyirmi qəpik) manat (6 ay x 41,7 manat + 0 manat ilkin ödəniş) Blender Gorenje, Mikser Hoffmann üçün ümumilikdə, 228 (iki yüz iyirmi səkkiz) manat olmaqla ondan, 208 (iki yüz səkkiz) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə pulu; 13.05.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1503 (min beş yüz üç) manat (18 ay x 83,5 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********10681 olan iPhone SE markalı telefon üçün ümumilikdə, 1288 (min iki yüz səksən səkkiz) manat olmaqla ondan, 1171 (min yüz yetmiş bir) ödənilməmiş hissə, 117 (yüz on yeddi) manat cərimə pulu; 23.05.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 94,8 (doxsan dörd manat, səksən qəpik) manat (12 ay x 7,9 manat + 0 manat ilkin ödəniş) Casıo saat üçün ümumilikdə, 58 (əlli səkkiz ) manat olmaqla ondan, 53 (əlli üç ) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3657,2 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehə rəsmi qaydada göndərilsə də o, iddiaçının tələbinə dair əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284- 1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Belə ki, iddiaçı ilə Cavabdeh arasında 20.01.2019-cu il tarixdə ümumilikdə dəyəri 795 manat təşkil edən HP komputer, 12.08.2019-cu il tarixdə ümumilikdə dəyəri 869 manat təşkil edən İMEİ Kodu **********68560 olan X3 markalı telefon, Qehveuyuden Delonghi, Şirəçəkən Gorenje, Blender Redmond, Mikrodalğalı soba LG, 12.09.2019-cu il tarixdə ümumilikdə dəyəri 684 manat təşkil edən X1, Qaz kalonkası Demir Dokum, 24.12.2019-cu il tarixdə ümumilikdə dəyəri 690 manat təşkil edən İMEİ Kodu **********51944 olan X2 8 markalı telefon, 08.02.2020-cu il tarixdə ümumilikdə dəyəri 2699,2 manat təşkil edən İMEİ Kodu **********29850 iPhone 11 markalı telefon, Apple Airpods 2, 08.03.2020-ci il tarixdə ümumilikdə dəyəri 250,2 manat təşkil edən Blender Gorenje, Mikser Hoffmann, 13.05.2020ci il tarixdə ümumilikdə dəyəri 1503 manat təşkil edən İMEİ Kodu **********10681 olan iPhone SE markalı telefon və 23.05.2020-ci il tarixdə ümumilikdə dəyəri 94,8 manat təşkil edən Casio saatın alqı-satqısına dair müqavilələr bağlanılmışdır. Tərəflər arasında bağlanmış 20.01.2019-cu il tarixli, 00477463 nömrəli, 12.08.2019-cu il tarixli 00840935 nömrəli, 12.09.2019-cu il tarixli 00906564 nömrəli, 24.12.2019-cu il tarixli 01153065 nömrəli, 08.02.2020-ci il tarixli 20086263 nömrəli, 08.03.2020-ci il tarixli 20155832 nömrəli, 13.05.2020-ci il tarixli 20279023 nömrəli və 23.05.2020-ci il tarixli 20300902 nömrəli əlavə ödəniş cədvəllərinin 2 bəndinə əsasən “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İddiaçının cərimə borcu üzrə tələb etdiyi məbləğ 20.01.2019-cu il tarixli müqavilə üzrə 8 manat, 12.08.2019-cu il tarixli müqavilə üzrə 15 manat, 12.09.2019-cu il tarixli müqavilə üzrə 19 manat , 24.12.2019-cu il tarixli müqavilə üzrə 51 manat, 08.02.2020-ci il tarixli müqavilə üzrə 154 manat, 08.03.2020-ci il tarixli müqavilə üzrə 20 manat, 13.05.2020-ci il tarixli müqavilə üzrə 117 manat, və 23.05.2020-ci il tarixli müqavilə üzrə 5 manat təşkil edir. 20.01.2019-cu il tarixli təhvil-təslim aktına əsasən 00477463 nömrəli alqı-satqı müqaviləsi üzrə HP komputer tam qüsursuz halda təhvil verilmişdir. 12.09.2019-cu il tarixli təhvil-təslim aktına əsasən 00906564 nömrəli alqı-satqı müqaviləsi üzrə X1, Qaz kalonkası Demir Dokum tam qüsursuz halda təhvil verilmişdir. 12.08.2019-cu il tarixli təhvil-təslim aktına əsasən 00840935 nömrəli alqı-satqı müqaviləsi üzrə X3 markalı telefon, Qehveuyuden Delonghi, Şirəçəkən Gorenje, Blender Redmond, Mikrodalğalı soba LG tam qüsursuz halda təhvil verilmişdir. 24.12.2019-cu il tarixli təhvil-təslim aktına əsasən 01153065 nömrəli alqı-satqı müqaviləsi üzrə X2 8 markalı telefon tam qüsursuz halda təhvil verilmişdir. 08.02.2020-ci il tarixli təhvil-təslim aktına əsasən 20086263 nömrəli alqı-satqı müqaviləsi üzrə iPhone 11 markalı telefon və Apple Airpods 2 tam qüsursuz halda təhvil verilmişdir. 08.03.2020-ci il tarixli təhvil-təslim aktına əsasən 20155832 nömrəli alqı-satqı müqaviləsi üzrə Blender Gorenje və Mikser Hoffmann tam qüsursuz halda təhvil verilmişdir. 13.05.2020-ci il tarixli təhvil-təslim aktına əsasən 20279023 nömrəli alqı-satqı müqaviləsi üzrə iPhone SE markalı telefon tam qüsursuz halda təhvil verilmişdir. 23.05.2020-ci il tarixli təhvil-təslim aktına əsasən 20300902 nömrəli alqı-satqı müqaviləsi üzrə Casıo saat tam qüsursuz halda təhvil verilmişdir. 08.06.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Ödəniş qəbzindən (№ 8********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, yuxarıda qeyd edilən malın alqı-satqısına dair müqavilələrə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə malın qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı malı alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin malı ödəmək üzrə vəzifəsini icra etməmiş və 08.10.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən onun tərəf olduğu 20.01.2019-cu il tarixli müqavilə üzrə cavabdehə 87 manat əsas borc, 8 manat cərimə borcu, cəmi 95 manat; 12.08.2019-cu il tarixli müqavilə üzrə 158 manat əsas borc, 15 manat cərimə borcu, cəmi 173 manat; 12.09.2019-cu il tarixli müqavilə üzrə 195 manat əsas borc, 19 manat cərimə borcu, cəmi 214 manat; 24.12.2019-cu il tarixli müqavilə üzrə 515 manat əsas borc, 51 manat cərimə borcu, cəmi 566 manat; 08.02.2020-ci il tarixli müqavilə üzrə 1541 manat əsas borc, 154 manat cərimə borcu, cəmi 1695 manat; 08.03.2020-ci il tarixli müqavilə üzrə 208 manat əsas borc, 20 manat cərimə borcu, cəmi 228 manat; 13.05.2020-ci il tarixli müqavilə üzrə 1171 manat əsas borc, 117 manat cərimə borcu, cəmi 1288 manat və 23.05.2020-ci il tarixli müqavilə üzrə 53 manat əsas borc, 5 manat cərimə borcu, cəmi 58 manat olmaqla, ümumilikdə 4317 manat borcu yaranmışdır. Mülki Məcəllənin (bundan sonra - MM) 567-ci, 568.1-ci və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1-ci və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilələr üzrə iddiaçı cavabdehdən əşyaların ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. MM-nin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir və əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla, 20.01.2019-cu il tarixli, 00477463 nömrəli müqavilə üzrə 8 manat; 12.08.2019-cu il tarixli 00840935 nömrəli müqavilə üzrə 15 manat; 12.09.2019-cu il tarixli 00906564 nömrəli müqavilə üzrə 19 manat; 24.12.2019-cu il tarixli 01153065 nömrəli müqavilə üzrə 51 manat; 08.02.2020-ci il tarixli 20086263 nömrəli müqavilə üzrə 154 manat; 08.03.2020-ci il tarixli 20155832 nömrəli müqavilə üzrə 20 manat; 13.05.2020-ci il tarixli 20279023 nömrəli müqavilə üzrə 117 manat və 23.05.2020-ci il tarixli 20300902 nömrəli müqavilə üzrə 5 manat məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 20.01.2019-cu il tarixli, 00477463 nömrəli müqavilə əsasında əsas borc üzrə 87 manat, cərimə borcu üzrə 8 manat, 12.08.2019-cu il tarixli 00840935 nömrəli müqavilə əsasında əsas borc üzrə 158 manat, cərimə borcu üzrə 15 manat, 12.09.2019-cu il tarixli 00906564 nömrəli müqavilə əsasında əsas borc üzrə 195 manat, cərimə borcu üzrə 19 manat, 24.12.2019-cu il tarixli 01153065 nömrəli müqavilə əsasında əsas borc üzrə 515 manat, cərimə borcu üzrə 51 manat, 08.02.2020-ci il tarixli 20086263 nömrəli müqavilə əsasında əsas borc üzrə 1541 manat, cərimə borcu üzrə 154 manat, 08.03.2020-ci il tarixli 20155832 nömrəli müqavilə əsasında əsas borc üzrə 208 manat, cərimə borcu üzrə 20 manat, 13.05.2020-ci il tarixli 20279023 nömrəli müqavilə əsasında əsas borc üzrə 1171 manat, cərimə borcu üzrə 117 manat , 23.05.2020-ci il tarixli 20300902 nömrəli müqavilə əsasında əsas borc üzrə 53 manat, cərimə borcu üzrə 5 manat olmaqla, ümumilikdə hər səkkiz müqavilə üzrə 4317 manat borc və dövlət rüsumu kimi ödənilmiş 63.17 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 20.01.2019-cu il tarixli, 00477463 nömrəli müqaviləyə əsasən əsas borc üzrə 87 (səksən yeddi) manat, cərimə borcu üzrə 8 (səkkiz) manat, 12.08.2019-cu il tarixli 00840935 nömrəli müqaviləyə əsasən əsas borc üzrə 158 (bir yüz əlli səkkiz) manat, cərimə borcu üzrə 15 (on beş) manat, 12.09.2019-cu il tarixli 00906564 nömrəli müqaviləyə əsasən əsas borc üzrə 195 (bir yüz doxsan beş) manat, cərimə borcu üzrə 19 (on doqquz) manat, 24.12.2019-cu il tarixli 01153065 nömrəli müqaviləyə əsasən əsas borc üzrə 515 (beş yüz on beş) manat, cərimə borcu üzrə 51 (əlli bir) manat, 08.02.2020-ci il tarixli 20086263 nömrəli müqaviləyə əsasən əsas borc üzrə 1541 (bir min beş yüz qırx bir) manat, cərimə borcu üzrə 154 (bir yüz əlli dörd) manat, 08.03.2020-ci il tarixli 20155832 nömrəli müqaviləyə əsasən əsas borc üzrə 208 (iki yüz səkkiz) manat, cərimə borcu üzrə 20 (iyirmi) manat, 13.05.2020-ci il tarixli 20279023 nömrəli müqaviləyə əsasən əsas borc üzrə 1171 (bir min yüz yetmiş bir) manat, cərimə borcu üzrə 117 (bir yüz on yeddi) manat, 23.05.2020-ci il tarixli 20300902 nömrəli müqaviləyə əsasən əsas borc üzrə 53 (əlli üç) manat, cərimə borcu üzrə 5 (beş) manat olmaqla, cəmi 4317 (dörd min üç yüz on yeddi) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 63.17 (altmış üç manat on yeddi qəpik) manat pul tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-6952/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6952/2021
15.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver