Məhkəmə qərarları › İş №2(004)-6956/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6956/2025

05.03.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6956/2025 05.03.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız hesablanmış 1507.77 manat borcun 040001200D2003A saylı abonent kodundan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, abonent kodu öz adına qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixində mənzilinə sayğac quraşdırılmışdır. xx.xx.2024-cü il tarixində isə cavabdeh təşkilat tərəfindən sayğac quraşdırılandan 10 gün sonra ona əsassız olaraq 1507,77 manat borc yazılıb. Bundan əlavə onu da qeyd edir ki, qardaşımnın istifadəsində olan mənzilədə eynən onunki kimi eyni tarixdə və məbləğdə cərimə yazılıb. Hesab edir ki, cavabdehin bu hərəkətləri qanunsuz və əsassızdır. Qeyd etdiyi ünvana dair elektrik enerjisindən istifadəyə görə aylıq sərf etdiyi elektrik enerjisinə görə ödənişləri də yaşadığı müddətdə tam şəkildə ödəmişdir. Dəfələrlə borcun silinməsini tələb etsə də bu borcun yalnız məhkəmə qaydasında silinə biləcəyi bildirilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İzahatında bildirmişdir ki, sayğacda borc olduğuna görə ödədiyi məbləğ borcdan silinir. Elektrik enerjisindən yalnız o, istifadə edirdi, qardaşımın ayrı sayğacı var. Verilən suallara cavab olaraq bildirmişdir ki, aylıq ödəniş təxminən 50-60 manat məbləğində olurdu. Sayğac mexaniki idi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək bildirmişdir ki, sayğac olmadığına görə əvvəlki borcu müəyyənləşdirmək olmur. 2024-cü ilin fevral ayınadək başqa sayğac olub və iddiaçı tərəf abonent kodunun dəyişdirilməsi üçün müraciət edib. Abonent kodu dəyişdiriləndə əvvəlki sayğac üzrə borc yeni sayğaca keçir. Həmçinin, razılaşma protokolu mövcuddur. 3 abunəçi 1 sayğacdan istifadə etmişdir. 1 abunəçi borcu ödəmiş, digər iki nəfər borcu ödəməmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, borc 3 nəfərin arasında bölünüb. Ödənişlər az edildiyinə görə boclar yaranmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 23 yanvar 2023-cü il tarixli 038172 nömrəli aktdan görünür ki, ünvan 1 ünvanının istehlakçıları İddiaçı və X2 məxsus fərdi yaşayış evinə baxış keçirilmiş və fərdi yaşayış evində sayğac quraşdırılması zərurəti olması qeyd olunmuşdur. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli xidməti məlumatdan görünür ki, borcun bir kod altında və elektrik sayğacında olan ümumi borcun qardaşlara məxsus mənzillərə bölünməsini nəzərə alaraq sayğac bədəlinin vurulmamasını xahiş edilmiş, mövcud borcun 4368 manat olduğu və bölünmə qaydasının İddiaçı nisbətdə - 1456 + 51,83 manat, Qurbanov Şahinə nisbətdə - 1456 + 51,83 manat olmaqla müəyyən edilməsi göstərilmişdir. Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən Müştəri Xidmətləri İdarəsinə ünvanlanmış xidməti məlumatdan görünür ki, ünvan 3 (abunə kodu 040001200D20003; X3) ünvanında bir həyətdə yaşayan problemli 3 (üç) abonent elektrik enerjisindən bir sayğacdan istifadə edirdilər. Ümumilikdə 4523,49 manat dəyərində debitor borc yaratmışlar. Abonentlərlə danışıq nəticəsində debitor borcdan hissə-hissə ödəniş olunması razılaşdırıldı. Abonentlərin razılığı ilə (şəxsiyyət vəsiqələri) 4523,49 manat debitor borcun hər 3 abonent arasında bölünməsi üçün Abonentlərə Nəzarət İdarəsi tərəfindən akt tərtib edilərək yeni kodlar açılmışdır. Aşağıda qeyd olunan (ərizə, şəxsiyyət vəsiqəsi, xidməti məlumat, aktların surəti əlavə olunur) abonentlərə müəyyən edilmiş məbləğləri müvafiq abunə koduna köçürülməsinə və sayğac bədəlinin tətbiq olunmamasına müvafiq göstəriş verilməsi xahiş edilmişdir və Mövcud abonent: 040001200D20003 - X3 - 1507,83 manat, Yeni abonentlər isə 1. İddiaçı - 1507,83 manat - 040001200D2003A,2. X4 - 1507,83 manat - 040001200D2003B qeyd edilmişdir. "xxxx" ASC-nin Müştəri Xidmətləri İdarəsinin 15 fevral 2024-cü il tarixli, MXİ 0064-Ə nömrəli razılaşma protokolundan görünür ki, Abonentlərin "xxxx" ASC-yə daxil olmuş xx.xx.2024-cü il tarixli 13-13/3-8-3201/2024 saylı ərizəsinə əsasən Yasamal RETSİ-i tərəfindən 040001200D20003 saylı abunə kodu üzrə kompüter məlumatlar bazasına enerji sərfiyyatına görə daxil edilmiş 41.123 kvts (4523,53 manat) debitor borc ilə əlaqədar baxılmışdır. Abunə haqqında bildiriş vərəqinin təhlilini və Yasamal RETSİ-nin rəisinin Müştəri Xidmətləri İdarəsinin rəisinə ünvanladığı Xidməti Məlumatını (qeyd olunan abonentlərə müəyyən edilmiş məbləğin müvafiq abunə koduna köçürülməsinə və sayğac bədəlinin tətbiq olunmamasına göstəriş verməyinizi Sizdən xahiş edirəm. (ərizə, şəxsiyyət vəsiqəsi, xidməti məlumat, aktların surəti əlavə olunur), həmçinin Yasamal RETSİ-nin aparıcı mühəndisinin Xidməti Məlumatını nəzərə alaraq abonentlərin debitor borcuna yenidən baxılmışdır. Qeyd olunmuşdur ki, 040 001 200 D20 003 saylı abunə kodundan 27 414 kvts x 0.11 manat = 3015,54 manat azaldılsın, 040 001 200 D20 03A saylı abunə koduna 13 707 kvts x 0.11 manat = 1507,77 manat daxil edilsin, 040 001 200 D20 03B saylı abunə koduna 13 707 kvts x 0.11 manat = 1507,77 manat daxil edilsin. Protokol idarə rəisi M.Abdullayev, Şöbə rəisi R.Əlizadə, Baş müxətəssislər Ə.İsmayılov, C.Kərimov və tərtib edən N.Qasımova tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Abonentin nümayəndələri İddiaçı, Ş.Qurbanov isə protokolu imzalamamışdır. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Yasamal rayon Mənzil-Kommunal Birliyinin 32 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 707 nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı D.Bünyadzadə küçəsi, dalan 2, ev 3 ünvanında qeydiyyatsız yaşayır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı, 2 fevral 2005-ci il tarixli qərarının 7.9-cu bəndinə əsasən, məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Elektrik enerjisinin qiymətləri (tariflər) “Elektroenergetika haqqında”, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər normativ sənədlərə uyğun olaraq dövlət tərəfindən tənzimlənir. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 8.14-cü bəndinə əsasən, İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Həmin Qaydaların 8.18-ci maddəsinə əsasən, istehlakçı, o cümlədən məişət abonenti tutduğu ərazidən, binadan köçdükdə, öz fəaliyyətini dayandırdıqda və ya ləğv edildikdə o, on gün əvvəl enerjitəchizatı müəssisəsinə elektrik enerjisinin alqı-satqı müqaviləsinin ləğv olunması barədə müraciət etməli və sonuncu günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqını ödəməlidir. Yeni istehlakçının, o cümlə-dən məişət abonentinin elektrik şəbəkəsinə qoşulması və sənədləşdirilməsi bu Qaydalara uyğun aparılır. Həmin Qaydaların 8.21-ci maddəsinə əsasən elektrik enerjisinin alqı-satqı müqaviləsini, şəxsi hesabın digər məişət abonentinin adına keçirilməsi onların müraciətlərinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən beş gün ərzində baxılır və həll edilir. Elektrik şəbəkəsinə əvvəllər qoşulmuş yaşayış binasındakı mənzilə yeni kirayəçi, yaxud mülkiyyətçi və ya yaşayış evinə yeni mülkiyyətçi köçdükdə, həmin məişət abonenti ilə enerjitəchizatı müəssisəsi arasında beş gün müddətində elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılmalıdır və enerjitəchizatı müəssisəsi onun adına şəxsi hesab açmalıdır. Həmin Qaydaların 8.22-ci bəndinə əsasən, məişət abonenti mənzildən və ya xüsusi yaşayış evindən köçərkən, həmin mənzilin və ya xüsusi yaşayış evinin yeni mülkiyyətçisi, yaxud kirayəçisi ondan köçdüyü günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqının ödənilməsi və elektrik enerjisi sərfinə görə borcunun olmaması barədə enerjitəchizatı müəssisəsinin arayışını tələb etməlidir Həmin Qaydaların 8.26-cı bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar özünəxidmət üsuluna, əvvəlcədən ödəmə üsuluna və ya enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən yazılmış ödəmə sənədlərinə əsasən aparılır. Həmin Qaydaların 9.1-ci bəndinə görə İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Həmin Qaydaların 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Məhkəmə elektrik enerjisindən istifadə Qaydalarının və qanunvericiliyin müddəalarını, habelə işin hallarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı 2024-cü ilin yanvar ayınadək qardaşları Yasəf Qurbanov və Şahin Qurbanovla birlikdə ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evləri üzrə bir abunə kodu (040001200D20003 saylı abunə kodu) altında ilə elektrik enerjisindən istifadə etmiş, heç birinin evində ayrı-ayrılıqda elektrik sayğacı mövcud olmamışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 23 yanvar 2023cü il tarixli 038172 nömrəli akt tərtib edilərək, ünvan 1 ünvanının istehlakçıları İddiaçı və X2 məxsus fərdi yaşayış evində sayğac quraşdırılması zərurəti olması qeyd edilmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçının yaşadığı fərdi yaşayış evinə sayğac qurardırılmış və abunəçi 040001200D2003A saylı abonent koduna keçirilmişdir. "xxxx" ASC tərəfindən 040001200D20003 saylı abunə koduna 4523,49 manat məbləğində ümumi debitor borc hesablanmış və 15 fevral 2024-cü il tarixli, MXİ 0064-Ə nömrəli razılaşma protokolu ilə həmin ümumi borc üç bərabər hissəyə (hər birinə münasibətdə 1507,83 manat) bölünərək, yeni açılmış abonent kodlarına, o cümlədən İddiaçı 040001200D2003A saylı abonent koduna keçirilmişdir. İddiaçı, Ş.Qurbanov razılaşma protokolu isə razılaşmayaraq, onu imzalamamışdırlar. İddiaçı məhkəmə iclasında verdiyi izahatlarında qeyd etmişdir ki, onun mənzilinə yalnız xx.xx.2024-cü il tarixində fərdi sayğac quraşdırılmışdır. O, əvvəlki dövrlərdə ödənişləri etmişdir və borcun bölünməsi protokolunu imzalamamamışdır. Cavabdehin nümayəndəsi isə iddianı qəbul etməyərək bildirmişdir ki, abonent kodu dəyişdiriləndə əvvəlki sayğac üzrə borc yeni sayğaca keçir. Sayğac olmadığına görə əvvəlki borcu müəyyənləşdirmək olmur. Hazırda iddiaçı mənzilinə əsassız hesablanmış və ona aid olmayan 1507,77 manat borcun silinməsi məqsədilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, "Elektrik enerjisindən istifadə Qaydaları"na əsasən, hər bir istehlakçı yalnız öz istifadə etdiyi enerjinin dəyərini ödəməlidir. Ümumi borcun mexaniki olaraq üç yerə bölünməsi (iddiaçının razılığı olmadan) qanunsuzdur. Lakin iddiaçı həmin dövrdə enerji istifadə etdiyini və aylıq 50-60 manat ödədiyini etiraf etdiyi üçün, hesablanmış borcun tam silinməsi "əsassız varlanmaya" yol aça bilər. Məhkəmə hesab edir ki, iddiaçının fərdi sayğacı quraşdırılanadək olan dövr üçün borcun tam məbləği (1507 manat) texniki baxımdan düzgün və dəqiq əsaslandırılmamışdır, çünki ayrı sayğac olmamışdır. Cavabdeh tərəf iddiaçının məhz bu qədər həcmdə və məbləğdə elektrik enerjisindən istifadə etdiyini sübut edən sənəd təqdim edə bilməmişdir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, "xxxx" ASC-nin tərtib etdiyi borc bölgüsü protokolu iddiaçı tərəfindən imzalanmamışdır, yəni borcun bu şəkildə tanınması barədə tərəflər arasında qarşılıqlı iradə bəyanı (müqavilə və ya razılaşma) olmamışdır. İş materiallarında olan "Abunə haqqında məlumat"dan müəyyən edilir ki, iddiaçıya elektrik enerjisindən istifadə edilməsinə görə xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixinədək, yəni 1 il müddətində 279,16 manat məbləğində borc hesablanmışdır. Məhkəmə hesab edir ki, iddiaçı sayğacsız dövrdə elektrik enerjisindən faktiki olaraq istifadə etdiyi üçün onun ən azı bir illik ortalama istehlak həcmində, yəni 270 manat məbləğində borclu olması ağlabatandır. Bu məbləğ iddiaçının sayğac olmadığından həmin dövrə aid heç nə ödəməli olmamasına dair mövqeyini təkzib edir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı mənzilinə hesablanmış məhz 1237 manat (1507 manat – 270 manat = 1237 manat) məbləğində borcun silinməsini tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının MPM-nin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, ünvan 6 ünvanına (abonent kodu: 040001200D2003A) elektrik enerjisindən istifadəyə görə hesablanmış 1237 (bir min iki yüz otuz yeddi) manat məbləğində borcun silinməsi cavabdeh "xxxx" ASC-yə həvalə edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. ünvan 6 ünvanına (abonent kodu: 040001200D2003A) elektrik enerjisindən istifadəyə görə hesablanmış 1237 (bir min iki yüz otuz yeddi) manat məbləğində borcun silinməsi cavabdeh "xxxx" ASC-yə həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar