Məhkəmə qərarları › İş №2(004)-6972/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6972/2021

01.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6972/2021 01.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Yasamal rayonu qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyət olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Yasamal rayonu qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyət olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum babası X5 adının bir sıra sənədlərində “Eldar” və “İldar” kimi yazılmış, bu adların eyni şəxsə, yəni X9 aid olduğu faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, ona mərhum atasından və babasından Bakı şəhəri Suraxanı rayonu Hovsan qəsəbəsi Dənizkənarı küçəsi 64 nömrəli ev 34 kv.m tikilidən və 40 sot torpaqdan ibarət mülk miras qalmışdır. Həmçinin mərhum atası X14 və mərhum babası X15 ilə Suraxanı rayonu, Hövsan kəndi Dzümçülülc küçəsi ev 26, ev 27 saylı mülklərdə ölənə qədər birlikdə yaşamışdır. Onların ölümündən sonra mirası o, faktiki qəbul etmiş və idarə edir. Mərhum babası X5 adı bir sıra sənədlərdə “Eldar’' və “İldar” kimi yazılmışdır. Mərhum babası X5 ölüm haqqında Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən 03 avqust 2019-cu il tarixdə təkrar verilmiş şəhadətnaməsində “Cəfərov İldar ------ 13.09.1985-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 1986-cı ilin noyabrın 21 günündə 32-B nömrə ilə qeyd edilmişdir”. Mərhum X1 doğum haqqında Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivindən 02 avqust 2019-cu il tarixdə verilmiş C-21 nömrəli arxiv arayışında yazılmışdır ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1929-1930-cu illərə dair Bakı şəhəri Orconikidze (Suraxanı) rayonu Hövsan qəsəbəsi üzrə doğum haqqında qeydiyyat kitablarında 08 fevral (sənəddə olduğu kimi) 1930-cu ildə doğulan X22 (sənəddə olduğu kimi) oğlunun təvəllüdü qeyd olunur. Atası: İsrafilov (sənəddə olduğu kimi) İldar (sənəddə olduğu kimi) Cəfər qulu (sənəddə olduğu kimi) oğlu, Anası: İsrafılova (sənəddə olduğu kimi) Rübaba Əlibəndə qızı.” X1 ölümü haqqında şəhadətnamədə X3 yazılmışdır. Bu sənədlərdə yazılan Eldar və İldar adlarının eyni şəxsə, yəni X9 aid olduğu müəyyən edilməlidir. Mərhum babası Cəfərov Eldar (İldar) Sabir oğlu 13 sentyabr 1985-ci il tarixdə vəfat etmişdir. Onun Bakı şəhəri Suraxanı rayonu Qeydiyyat şöbəsi tərəfindən 03 avqust 2019-cu il tarixdə təkrar verilmiş ölüm haqqında şəhadətnaməsində soyadı Cəfərov adı İldar ata adı ----- kimi yazılmışdır. Onun ölümündən sonra ondan miras qalmış Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Dənizkənarı küçəsi 64 nömrəli ev 34 kv.m tikilidən və 40 sot torpaqdan ibarət miras mülk, həmçinin mərhum babası X9 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan kəndi Üzümçülük küçəsi 26 nömrəli evi atası X14 faktiki qəbul edərək idarə etmişdir. Atasından miras qalan, həmin mirası faktiki qəbul edərək idarə etdiyi miras əmlaka dair sənədlər toplayaraq vərəsəlik haqqında şəhadətnamə almağa çalışsa da, vaxtsız zamansız ölüm atasına vərəsəlik şəhadətnaməsi almağa imkan verməmişdir. Belə ki, mülklərin sənədlərini düzəldərək öz adına rəsmiləşdirmək istəyirdi, lakin ömür vəfa etməmiş, atası X14 30 may 2019-cu il tarixdə vəfat etmişdir. Mərhum atası X14 30 may 2019-cu il tarixdə vəfa etdikdən sonra mən miras mülkü faktiki qəbul etmiş və idarə edir. Mülkiyyət kimi qeydiyyatdan keçməmiş həmin mirası faktiki qəbul edərək idarə etmişdir. Bu gün o, atasından və babasından miras qalmış əmlakı faktiki qəbul edərək idarə edir, istifadəsində olan mülklərə dair torpaq və əmlak vergisini Bakı şəhəri Suraxanı rayonu Hövsan Bələdiyyəsinə ödəmiş, borcu yoxdur. O, atasından və babasından miras qalmış əmlakı vərəsəlik qaydasında qəbul etmək istəyir, lakin babasının adındakı uyğunsuzluq mirası qəbul etməyə imkan verməmişdir, çətinliklər yaratmışdır. Bununla əlaqədar olaraq o maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxsndən 05 oktyabr 2021-ci il tarixli 05/76 995/15 nömrəli imtina verilmişdir; “Sizin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, Səbail rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 27.01.1970-ci il tarixli, 161 saylı doğum haqqında akt qeydinin ata bəndində ata adı “Eldar”, 1930-cu ildə doğulan Sabirin doğum akt qeydində ata adı “İldar”, ölüm və nikah akt qeydlərində “Eldar” yazılmışdır. Cəfərov İldara məxsus ölüm akt qeydində isə ad “İldar” qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri tərəfindən həyata keçirilir. Qeydiyyat şöbəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişiklər edilməsindən imtina edir. Göstərilənlərə əsasən Cəfərov İldarın ölüm haqqında akt qeydində adın və Cəfərov Sabirin doğum haqqında akt qeydində ata adının “İldar”dan “Eldar”a düzəliş edilməsi imkanları xaricindədir. Maraqlı şəxs aidiyyatı üzrə məhkəməyə müraciət etməyii tövsiyə edir.” Buna görə də mərhum babası X5 adı bir sıra sənədlərdə “Eldar” və “İldar” kimi yazılmışdır. Bu adlar eyni şəxsə, yəni X9 aid olduğu faktının müəyyən edilməsi barədə bu ərizə ilə məhkəməyə müraciət edir. İşə məhkəmə baxılan zaman ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, mərhum babası Cəfərov İldarın ölüm haqqında Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən 03 avqust 2019-cu il tarixdə təkrar verilmiş AZ-İİ № 021076 şəhadətnaməsində Cəfərov İldar 13.09.1985-ci ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 1986-cı ilin noyabrın 21-i günündə 32-B nömrə ilə qeydə alınmış sənəddə İldar adının Eldar olması, mərhum atası X7 doğum haqqında Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivindən 02 avqust 2019-cu il tarixdə verilmiş C-21 nömrəli arxiv arayışında yazılmış 08 fevral 1930-cu ildə doğulan X7 ata adının Eldar olması və mərhum X1 ölüm haqqında 1 saylı Bakı “ASAN xidmət”mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 31 iyul 2019-cu il tarixdə verilmiş AZ-İİ № 035672 şəhadətnaməsində X6 30 may 2019-cu ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2019-cu ilin iyunun 01-i günündə 1026 nömrə ilə qeydə alınmış sənəddə Eldar adı, yəni Cəfərov Eldara aid olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra ərizəçi yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Suraxanı rayonu Qeydiyyat şöbəsi tərəfindən təkrar verilmiş 03.08.2019-cu il tarixli AZ-İİ seriyalı, 021076 nömrəli Ölüm Haqqında şəhadətnamənin Cəfərov Eldara; Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət Arxivi tərəfindən X10 münasibətdə verilmiş 02.08.2019-cu il tarixli, C-21 nömrəli arxiv arayışının X11 aid olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Sabir onun atası, Eldar isə baba olmuşdur. Onun babasının adı sənədlərdə səhvən İldar kimi yazılsa da, əslində isə Eldar olmuşdur. Babasının adı səhv yazıldığı üçün atası Sabirin müvafiq sənədlərdə ata adı da İldar kimi yazılmışdır. Bundan başqa onların soyadları əvvəllər İsrafilov olmuş, sonradan isə atası Sabirin babası olan Cəfərqulunun adı atası və babası tərəfindən soyad kimi götürülmüş və Cəfərov soyadına dəyişdirilmişdir. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə Maraqlı şəxs məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki, o, ərizəçini və ailəsini 30 ildən artıqdır ki, tanıyır. Ərizəçinin atasının adı Sabir, babasının adı isə Eldar idi. Hətta Sabir öz nəvəsinə atasının adını, yəni Eldar adını qoymuşdur. Ərizəçinin babası Eldar 1985-ci il tarixdə, atası Sabir isə nir neçə il bundan qabaq vəfat etmişdir. O, həm Eldarın, həm də Sabirin yas mərasimində iştirak etmişdir. O vaxtlar onların soyadları İsrafilov olmuş, sonradan isə Sabir babasının, yəni Eldarın atası Cəfərqulunun adını soyad götürərək, soyadlarını Cəfərova dəyişdirmişlər. Odur ki, “İldar”ın Eldar olması və Sabirin ata adının da Eldar olması faktını təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 bildirmişdir ki, o, ərizəçi ilə faktiki nikah münasibətlərindədir və həmin münasibətdən bir qız övladları vardır. 20 ildən çoxdur ki, ərizəçi və onun ailəsini tanıyır. Bildiyinə görə ərizəçinin atası Sabirin atasının adı Eldar olmuşdur. Onlar tanış olduqları zaman ərizəçinin babası Eldar artıq rəhmətə getmişdir. Bundan başqa ərizəçinin atasının məzar daşında X21 yazılmışdır. Hətta Sabirin qardaşının qəbir daşında da ata adı Eldar olaraq qeyd edilmişdir. Ərizəçinin ailəsinin əvvəlki soyadları İsrafilov olmuş, ancaq atası Sabir tərəfindən, öz babasının, yəni Eldarın qardaşı olan Cəfərqulunun adını soyad seçərək, soyadlarını İsrafilovdan Cəfərova dəyişmişlər. Odur ki, “İldar”ın Eldar olması və Sabirin ata adının da Eldar olması faktını təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirmişdir ki, o, Ərizəçi rəfiqəsidir və onun ailəsini uzun müddətdir ki, tanıyır. Belə ki, o daima ərizəçinin evinə gedib-gələn adamdır. O, ərizəçinin ata və anasının yasında iştirak etmiş, lakin babası Eldarın yas mərasimində olmamışdır. Eşitdiyinə görə ərizəçinin babasının adı Eldar olmuşdur. Ərizəçinin atası Sabirin məzar daşında ata adı Eldar kimi qeyd edilmişdir. Bildiyinə görə ərizəçinin atası öz soyadlarını İsrafilovdan Cəfərova dəyişdirmişdir. Belə ki, Cəfərqulu ərizəçinin babası olmuş Eldarın atası, atası Sabirin isə babası olmuşdur. Bu səbəbdən də, ərizəçinin atası Sabir həmin şəxsin adını özlərini soyad seçmişdir. Odur ki, “İldar”ın Eldar olması və Sabirin ata adının da Eldar olması faktını təsdiq edir. İş materiallarında olan: AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1970-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. AZ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1970-ci il tarixdə Bakı şəhərində doğulmuş, doğum haqqında şəhadətnamənin ata qrafasında X14, ana qrafasında X19 qeyd edilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin 02.08.2019-cu il tarixli, C-21 nömrəli arxiv arayşından görünür ki, Bakı 2 saylı “Asan Xidmət” Mərkəzindən daxil olan 26 iyul 2019-cu il tarixli ərizəyə cavab olaraq bildirilmişdir ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1929-1930-cı illərə dair Bakı şəhəri Orconikidze (Suraxanı) rayonu Hovsan qəsəbəsi üzrə doğum haqqında qeydiyyat kitablarında 08 fevral (sənəddə olduğu kimi) 1930-cı ildə doğulan X22 (sənəddə olduğu kimi) oğlunun təvəllüdü qeyd olunur. Atası: İsrafılov (sənəddə olduğu kimi) İldar (sənəddə olduğu kimi) Cəfər qulu (sənəddə olduğu kimi) oğlu; Anası: İsrafılova (sənəddə olduğu kimi) Rübaba Əlibəndə qızı. AZ-İİ seriyalı, 035672 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 30.05.2019-cu il tarixdə Bakı şəhərində vəfat etmişdir. AZ-İİ seriyalı, 021076 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cəfərov İldar ------ 13.09.1985-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bakı şəhəri Maraqlı şəxs 05.10.2021-ci il tarixli, 05/76 995/15 saylı məktubundan görünür ki, Cəfərov İldarın ölüm haqqında akt qeydində adın və Cəfərov Sabirin doğum haqqında akt qeydində ata adının “İldar”dan “Eldar”a düzəliş edilməsi imkan xaricindədir. İş materialları və işin araşdırılmış halları ilə ərizəçi X2 atasının soyadı, adı və ata adının X14, Babasının isə Eldar Cəfərov olduğu müəyyən edilmişdir. İşin bu halı şahid ifadələri ilə də öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası MPM-nin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməli, Suraxanı rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş 03.08.2019-cu il tarixli, AZ-İİ seriyalı, 021076 nömrəli Ölüm haqqında şəhadətnamənin Cəfərov Eldara, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət Arxivi tərəfindən X10 münasibətdə verilmiş 02.08.2019-cu il tarixli, C-21 nömrəli arxiv arayışının X11 aid olması müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 307-311-ci və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. Suraxanı rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş 03.08.2019-cu il tarixli, AZ-İİ seriyalı, 021076 nömrəli Ölüm haqqında şəhadətnamənin Cəfərov Eldara, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət Arxivi tərəfindən X10 münasibətdə verilmiş 02.08.2019-cu il tarixli, C-21 nömrəli arxiv arayışının X11 aid olması müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar