Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-698/2023 06.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh "xxxx" MMMC-nin nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 iştirakı ilə, İlkin iddia üzrə iddiaçı cavabdeh İddiaçı ilkin iddia üzrə Cavabdeh MMMC-yə qarşı cavabdehə müəyyən hərəkətlərin qadağan edilməsi və pul tələbi barədə ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMMC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı xidmətlərə görə haqqın ödənilməsi tələbi barədə qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMMC-yə qarşı cavabdehə müəyyən hərəkətlərin qadağan edilməsi və pul tələbinə dair dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMMC tərəfindən ilk iddia üzra İddiaçı ünvan 4 4 otaqdan ibarət, ümumi sahəsi 186 kv.m, 34 saylı mənzildə mülkiyyət, istifadə, sahiblik hüquqlarını həyata keçirməsinə mane olan hərəkətlərə- həmin mənzilə xidmət edən elektrik, isitmə, su və qaz kimi komunal xidmətlərdən istifadə etməyə, liftdən digər mənzil mülkiyyətçiləri ilə bərabər qaydada və bərabər hüquqlarla isitfadə etməyə yönələn qanunsuz hərəkətlərə son qoyulması, "Yasamal 12” MMMC-nin qanunsuz hərəkətləri nəticəsində İddiaçı vurduğu maddi ziyan kirayə müqaviləsi bağlanması üçün 38 manat, həmin müqavilanin ləğv edilməsi üçün əlavə olaraq 50 manat, məhkəmə xərcləri üçün ödənilmiş 160 (yüz altmış) manat, vurduğu ziyanın əvəzi (əldən çıxmış fayda) aylıq kirayə haqqı olaraq 1400 (min dörd yüz) manatın məhkəmə qərarı icra olunana qədər hesablanaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 4də yerləşən 4 otaqdan ibarət, ümumi sahəsi 186 kv.m , 34 saylı mənzil mülkiyyət hüquqları ilə ona məxsusdur. Yasamal 12" MMMC tərəfindən həmin mənzilin kommunal haqqları yığılır. Mənzilin su və işıq təchizatı, sonradan isə istilik təchizatı "xxxx" MMMC-tərəfindən qanunsuz olaraq dayandırılmışdır. Məhkəmənin nəzərinə onu da çatdırmaq istəyir ki, həmin mənzilə görə İddiaçı ilə X2 arasında 13 oktyabr 2022-ci il tarixli kirayə müqaviləsi bağlanmışdır. Həmin kirayə müqaviləsinin məzmunundan bəlli olur ki, "Kirayəyə verən" İddiaçı ünvan 4 4 otaqdan ibarət, ümumi sahəsi 186 kv.m, 34 saylı mənzildə , yeni qaydalarla ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 186 kv\m olan mənzilin tam mülkiyyət üzrə "Kirayəçi" X1 verilir və X2 tərəfindən mənzilin kirayə haqqı olaraq hər ay 1400 (min dörd yüz) olmaqla ayın əvvəlində ödəməyə razılaşır. X2 tərəfindən İddiaçı ogluna 3 aylıq kirayə haqqı (1400 x 3=4200) 4200 manat olmaqla ödəyib. Lakin "xxxx" MMMC tərəfindən su və işığın verilməsi dayandırıldığına görə kirayə verən ilə kirayəçi arasında olan kirayə müqaviləsi ləğv edilmişdir. Bununla da "xxxx" MMMC-nin qanunsuz hərəkətləri nətucəsində ona xeyli miqdarda maddi ziyan vurulmuşdur. Məhkəməninn nəzərinə onu da çatdırır ki, kirayə müqaviləsi bağlanması üçün 38 manat, həmin müqavilənin ləğv edilməsi üçün əlavə olaraq 50 manat rüsum ödəmişdir. Buna görə hesab edir ki, kirayə müqaviləsi Cavabdeh MMMC-nin qanunsuz hərəkətləri nəticəsində ləğv edildiyinə görə ona maddi ziyan dəymişdir. Hesab edir ki, həmin ziyanı cavabdeh "Yasamal-12” MMMC ödəməlidir. Cavabdeh MMMC iddia ərizəsinə etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı "Yasamal-12” MMMC-yə qarşı "Cavabdehə müəyyən hərəkətlərin qadağan edilməsi və pul tələbinə dair” xx.xx.2022-ci il tarixdə elektron məhkəmə sistemi vasitəsi ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə daxil olmuş iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı ünvan 4 ünvanında yerləşən 34 saylı mənzilin onun mülkiyyətində olmasına, "Yasamal-12” MMMC tərəfindən həmin mənzilin kommunal haqlarının yığılmasına, sözügedən mənzilin su və işıq təchizatının, sonradan isə istilik təchizatının "Yasamal- 12” MMMC tərəfindən qanunsuz olaraq dayandırılmasına, həmin mənzilə dair onunla X2 arasında 13 oktyabr 2022-ci il tarixli kirayə müqaviləsinin bağlanmasına, həmin kirayə müqaviləsi əsasında yuxarıda sözügedən mənzilin aylıq kirayə haqqını 1.400 (bir min dörd yüz) manat məbləğində müəyyənləşdirməklə K.İ.Qurbanlıya kirayə verilməsinə, üç aylıq kirayə haqqının icarədar tərəfindən icarəverənə əvvəlcədən ödənilməsinin razılaşdırılmasına, lakin "Yasamal-12” MMMC tərəfindən su və işığın verilməsinin dayandırıldığına görə onunla kirayəçi arasında xx.xx.2022-ci il tarixli kirayə müqaviləsinin 3 (üç) gündən sonra, yəni xx.xx.2022-ci il tarixdə ləğv edilməsinə, bununla da "Yasamal-12” MMMC-nin qanunsuz hərəkətləri nəticəsində ona xeyli miqdarda ziyan vurulmasına, kirayə müqaviləsinin bağlanması üçün 38 manat, həmin müqavilənin ləğv edilməsi üçün isa əlavə olaraq 50 manat məbləğində rüsumun ödanilmasinə, bununla da ona maddi ziyan vurulduğuna istinad olunmuşdur. İddiaçı iddia talabinin hüquqi əsası kimi əsa Azarbaycan Respublikasının Konstitusiyasının 13-cü, 29-cu, 60.1-ci, 70.1-ci "İnsan hüquq va azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı və 17-ci maddələrinə, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci, 199.1 -ci, 146.1-ci, 165.1-ci maddələrinə istinad etmişdir. Nəzərə çatdırılması zəruridir ki, "Yasamal-12” MMMC Azərbaycan Respublikasının Mənzil Məcəlləsi və Mülki Məcəlləsinin müvafiq müddəalarının tələblərinə uyğun təsis olunmuş qeyri-kommersiya təşkilatı olmaqla, yuxarıda sözügedən Mənzil Məcəlləsinin tələblərinə əsasan ünvan 6 ünvanında yerləşən çoxmənzilli binanın idarə edilməsi fəaliyyətini həyata keçirir. Qeyd etməyi zəruri hesab edirlər ki, "Yasamal-12” MMMC-nin üzvlərinin ümumi yığıncağının xx.xx.2022ci il tarixli qərarı ilə çoxmənzilli binanın idarə edilməsi ilə əlaqədar kommunal xidmətlərin məbləğləri müəyyənləşdirilmişdir (01 saylı, xx.xx.2022-ci il tarixli protokolun surəti əlavə edilir). Hazırkı etiraz mülahizələrinə əlavə edilən Bəsti Bağırova küçəsi, ev 2, mənzil 34-ün sahə mülkiyyətçisi, hazırkı iş üzra İddiaçıla "Yasamal-12” MMMC-nin idarə heyətinin sədri Nazim Əkbarov arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilədən görünür ki, sahə mülkiyyətçisi ilə çoxmənzilli binanın idarəedici təşkilatı arasında yaranan Azərbaycan Respublikasının Mənzil Məcəlləsindən irəli gələn münasibətlər tənzimlənmişdir. Sözügedən müqavilənin 4-cü bəndində əks olunmuşdur ki, sahə mülkiyyətçisi ona məxsus mənzildə yaşayıb-yaşamamasından asılı olmayaraq kommunal xidmətlərin dəyərini ödəməlidir. İstinad olunan müqavilənin 5-ci bəndində isə göstərilmişdir ki, kommunal xidmətlərin xərclərini vaxtında ödəməyən mənzil və qaraj sahiblərinə heç bir xidmət göstərilməyəcək və ona qarşı müvafiq tədbirlər görüləcəkdir. Müqavilənin 6-cı bəndinə əsasən bu müqavilənin şərtləri mənzil icarəyə verildikdə də qüvvədə qalır. Nəzərə çatdırmağı zəruri hesab edirlər ki, İddiaçı onun mənzilinin istilik təchizatının dəyərini ödəmədiyindən onun mənzilinin istilik tahcizatı "Yasamal-12” MMMC tərəfindən dayandırılmışdır. İddiaçı mənzilinin digər işıq, qaz və s. təchizatının dayandırıldığına əsaslansa da bunları əsaslandıra bilmədiyindən əvvəlki iddia tələbindən imtina etmiş və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e- 2(004)-4903/2022 saylı qərardadı ilə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri götürmüşdür. Nəzərə alınmalıdır ki, qaz, su, işıq aidiyyəti qurumlarla bağlanmış abunə müqaviləsi ilə istehsalçıya təchiz edilir və istehlakçı tərəfindən sözügedən kommunal xidmətlərin dəyəri bilavasitə müvafiq qurumlara ("Azərişıq”, "Azərsu” və s.) ödənilir. Qeyd etməyi zəruri hesab edirlər ki, ünvan 7 ünvanında yerləşən çoxmənzilli binanın sahə mülkiyyətçisi İddiaçı yaşayış binasının saxlanması üçün qanunvericilikdə nəzərdə tutulan qaydada müəyyən olunan kommunal, o cümlədən istilik təchizatının təmin olunması üçün çəkilən xərclərdə onun ümumi mülkiyyətdə olan payına mütənasib olaraq iştirak etməyə borclu olduğu halda, kommunal xidmətlərdə, o cümlədən istilik təchizatının təmin edilməsi xərclərində iştirak etməmiş, bu səbəbdən onun "Yasamal-12” MMMC-yə 2020-ci il üzrə 1.750 manat, 2021-ci il üzrə 2.100 manat, 2022-ci il üzrə 2.340 manat, ümumilikdə isə 6190 manat məbləğində borcu yaranmış, İddiaçı "Yasamal-12” MMMC tərəfindən 23 noyabr 2022-ci il tarixdə 01/68 saylı xəbərdarlıq göndərilərək kommunal xərclərə görə borcun qısa zamanda ödənilməsinin təmin olunması xahiş edilsə də, hazırkı vaxtadak İddiaçı tərəfindən ödənilməli olan kommunal xərclər ödənilməmişdir (01/68 saylı, 23 noyabr 2022-ci il tarixli xəbərdarlığın surəti əlavə edilir). Yuxarıda sadalanan xüsusatlara, eləcə da istinad edilən hüquq normalarına əsasən hesab edirlər ki, İddiaçı məzilinin istilik təchizatının onun dəyərinin ödəməməsi səbəbindən dayandırılması qanuni və əsaslıdır. Məhkəmə nəzərə almalıdır ki, iddiaçının iddia ərizəsində "cavabdehin qanunsuz hərəkətlərinə son qoyulmasını" xahiş etmişdir. Bu mənada qeyd edirlər ki, İddiaçı mənzilinə gedən istiliyin müvəqqəti dayandırılması onun bu xidmətə görə "Yasamal- 12” MMMC-yə xidmət haqqı ödəməməsi və MMMC tərəfindən ona edilən xəbərdarlığa riayat etməməsidir. Belə ki, İddiaçı göndərilmiş xx.xx.2022-ci il tarixli xəbərdarlıqda onun MMMC-yə kommunal borclarının ödənilməsi üçün 7 gün vaxt verilmiş və onun diqqətinə çatdırılmışdır ki, bu müddət ərzində borcunu ödəmədiyi təqdirdə, mənzilə isti suyun və istiliyin verilməsi dayandırılacaqdır. İddia ərizəsində İddiaçı kommunal borcunun olmadığı qeyd edilməmiş, İ. Məmmədov borcunun olmadığına dair hər hansı təsdiqləyici sənəd əlavə etməmişdir. İ. Məmmədovun borcunu ödmədiyi halda MMMC tərəfindən verilən xidmətlərin dayandırılması isə MMMC-nin qanundan, eləcə də yuxarıda göstərilən müqavilə şərtindən irəli gələn hüququdur. Yuxarıda sadalanan xüsusatlara və istinad edilən hüquq normalarına əsaslanaraq məhkəmədən hazırkı iş üzrə iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Cavabdeh MMMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddia tələbinin təmin edilməməsi və qarşılıqlı iddianın təmin edilərək cavabdeh İddiaçı Cavabdeh MMMC-nin xeyrinə 6190 (altı min yüz doxsan) manat məbləğində pulun və ödənilmiş dövlət rüsumun əvəzi olaraq 81,90 manatın tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, "Yasamal-12” MMMC Azərbaycan Respublikasının Mənzil Məcəlləsi vəMülki Məcəlləsinin müvafiq müddəalarının tələblərinə uyğun təsis olunmuş qeyri-kommersiya təşkilatı olmaqla, yuxarıda sözügedən Mənzil Məcəlləsinin tələblərinə əsasan ünvan 7 ünvanında yerləşən çoxmənzilli binanın idarə edilməsi fəaliyyətini həyata keçirir. Qeyd etməyi zəruri hesab edirlər ki, "Yasamal-12” MMMC-nin üzvlərinin ümumi yığıncağının xx.xx.2022-ci il tarixli qərarı ilə çoxmənzilli binanın idarə edilməsi ilə əlaqədar kommunal xidmətlərin məbləğləri müəyyənləşdirilmişdir (01 saylı, xx.xx.2022-ci il tarixli protokolun surəti əlavə edilir). Hazırkı qarşılıqlı iddia ərizəsinə əlavə edilən Bəsti Bağırova küçəsi, ev 2, mənzil 34-ün sahə mülkiyyətçisi, hazırkı iş üzra İddiaçıla "Yasamal-12” MMMC-nin idarə heyətinin sədri Nazim Əkbarov arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilədən görünür ki, sahə mülkiyyətçisi ilə çoxmənzilli binanın idarəedici təşkilatı arasında yaranan Azərbaycan Respublikasının Mənzil Məcəlləsindən irəli gələn münasibətlər tənzimlənmişdir. Sözügedən müqavilənin 4-cü bəndində əks olunmuşdur ki, sahə mülkiyyətçisi ona məxsus mənzildə yaşayıbyaşamamasından asılı olmayaraq kommunal xidmətlərin dəyərini ödəməlidir. İstinad olunan müqavilənin 5-ci bəndində isə göstərilmişdir ki, kommunal xidmətlərin xərclərini vaxtında ödəməyən mənzil və qaraj sahiblərinə heç bir xidmət göstərilməyəcək və ona qarşı müvafiq tədbirlər görüləcəkdir. Müqavilənin 6-cı bəndinə əsasən bu müqavilənin şərtləri mənzil icarəyə verildikdə də qüvvədə qalır. Qeyd etməyi zəruri hesab edirlər ki, ünvan 7 ünvanında yerləşən çoxmənzilli binanın sahə mülkiyyətçisi İddiaçı yaşayış binasının saxlanması üçün qanunvericilikdə nəzərdə tutulan qaydada müəyyən olunan kommunal, o cümlədən istilik təchizatının təmin olunması üçün çəkilən xərclərdə onun ümumi mülkiyyətdə olan payına mütənasib olaraq iştirak etməyə borclu olduğu halda, kommunal xidmətlərdə, o cümlədən istilik təchizatının təmin edilməsi xərxlərində iştirak etməmiş, bu səbəbdən onun "Yasamal-12” MMMC-yə 2020-ci il üzrə 1.750 manat, 2021-ci il üzrə 2.100 manat, 2022-ci il üzrə 2.340 manat, ümumilikdə isə 6190 manat məbləğində borcu yaranmış, İddiaçı "Yasamal-12” MMMC tərəfindən 23 noyabr 2022-ci il tarixdə 01/68 saylı xəbərdarlıq göndərilərək kommunal xərlərə görə borcun qısa zamanda ödənilməsinin təmin olunması xahiş edilsə də, hazırkı vaxtadak İddiaçı tərəfindən ödənilməli olan kommunal xərclər ödənilməmişdir (01/68 saylı, 23 noyabr 2022-ci il tarixli xəbərdarlığın surəti əlavə edilir). Qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, iddia tələbi əsassız və qanunsuzdur. Belə ki, İddiaçı qanunsuz yerə kommunal və s. xərclərin ödənilməsi tələb olunur. Halbuki, İddiaçı ilə "xxxx"-12 MMMC arasında hər hansı müqavilə bağlanmamışdır, ümumi yığıncaq çağırılmamış, həmin yığıncaqda baxılmalı olan məsələlər razılaşdırılmamışdır. İddiaçı Cavabdeh MMMC ilə İddiaçı arasında Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova küçəsi. 615-ci məhəllə, 4 otaqdan ibarət, 34 saylı mənzilin komunal xidmətlərinin ödənilməsinə görə hər hansı müqavilə yoxdur. Belə olan halda iddiaçı Cavabdeh MMMC cavabdeh İddiaçı kommunal xərclərin ödənilməsini tələb edə bilməz, buna ilk iddia üzrə İddiaçı vadar etmək üçün mülkiyyətində olan mənzildən istifadə etmələrinə və s. işləri həyata keçirmələrinə qadağa qoya, maneələr yarada bilməz. Qanunvericliyin tələbini və işin faktiki hallarını nəzərə alaraq məhkəmədən iddiaçı "xxxx"-12 MMMC-nin cavabdeh İddiaçı qarşı iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsinin və etirazın məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, o, bu evi alandan orda özü yaşamamış və üzun illər kirayəyə verərək oradan qazanc götürmüş və həmin məbləgdən də həmişə aylıq kommunal xərcləri ödəmişdir. Onun 2020-ci il tarixədək heş bir borcu yoxdur. Hər ay 175 manat pulu ödəmişdir. Əvvəllər pulu "xxxx" MTK-ya sonraki illər isə hazırki cavabdehi ödəmişdir. Lakin pandemiya başladıqdan sonra o, evini müntəzəm olaraq kirayəyə verə bilməmiş və ev boş qalmışdır. Yəni evdə ümumiyyətlə yaşayış olmamışdır. Hesab edir ki, istifadə etmədiyi üçün həmin müddətdə kommunal xərcləri də ödəməməlidir. Lakin buna baxmayaraq o, cavabdehi ona güzəştli qiymət tədbiq olunmasını və ödənişinin ayda 100 manatdan hesablanmasını təklif etsə də, cavabdeh bundan da imtina edərək bütün pulu tam ödəməyini tələb etmiş, əks halsa işiğını, suyunu, qazını kəsəcəyini bildirmişdir. Daha sonra iddiaçı ona verilən suallara cavab olaraq hazırda evində su, qaz, işığın olduğunu, liftdən istifadə etdiyini və istilik sisteminində verildiyini bildirdi. Qeyd olunanlara əsaəsn məhkəmədən ilkin iddia tələbinin təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və eyni zamanda vəkili ilkin iddia üzrə iddiaçı ilə eyni məzmunlu izahat verərək ilkin iddianın təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili qarşılıqlı iddia ərizəsinin və ilkin iddia ərizəsinə etiraz və mülahizələrin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən qaz, su, işığın kəsilməsi ümumiyyətlə mümkün deyil. Bunlara nəzarəti müvafiq qurumlar həyata kecirir. Liftə gəlincə o da, sakinlərin ümümi istifadəsindədir və hansısa mərtəbəyə işləməsinin məhdudlaşdırılması mümkün deyil. Hətta mümkün olmuş olsa belə bu eyni mərtəbədə qalan digər sakinlərin də hüquqlarına toxunardı. İstilik sistemi isə o, mənzildə hər mövsum verilib. Bilindiyi kimi istilik sistemi mövsümlə əlaqədar olaraq noyabr ayının 15-dən sonra verilir. Həmin vaxtda binaya istilik buraxıldığı zaman təhlükəsizlik baxımından bütün sakinlərə bu barədə xəbərdarlıq olunur və vintillərin yoxlanılması tapşırılır. İddiaçı isə mənzildə yaşamadığı üçün bunu etmək mümkün olmadığından, hər hansısa problem, su axıntısı və s. halların qarşısını almaq üçün həmin mənzilin vintili bağlı saxlanıldı. İddiaçı müraciət etdikdən sonra isə verildi və hal-hazırda da, o mənzildə istilik var. Ümumiyyətlə isə əslində istilik sistemi ümumi qazanxanadan gəldiyindən və bunun su və qaz xərcini MMMC ödədiyindən, iddiaçı isə heç bir ödəniş etmədiyindən cavabdeh tərəfindən verilməyə də bilərdi. İddia ərizəsi tam əsassızdır. Odur ki, məhkəmədən qarşılıqlı iddianın təmin edilməsi, ilkin iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ilkin iddia tələbi rədd edilməli, qarşılıqlı iddia isə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX1001382 seriya nömrəli çıxarışdan görünür ki, ünvan 4 4 otaqdan ibarət, ümumi sahəsi 186 kv.m, 34 saylı mənzildə , yeni qaydalarla ünvan 1 İddiaçı mülkiyyətindədir. Mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. - Günəş MTK ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixdə bağlanmış Koorperativ binada ümumi təsərrüfat işlər haqqında müqavilədən görünür ki, tərəflər kommunal xidmətlərə görə xx.xx.2011-ci il tarixdən 4 otaqlı mənzil üçün aylıq 175 manat məbləğində vəsaitin ödənilməsi barədə razılığa gəlmişlər. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeyri-Kommersiya Qurumlarının və Təhsil Müəssisələrinin Dövlət Reyestrindən Çıxarışından görünür ki, Cavabdeh MMMC xx.xx.2017-ci il tarixdə qeydiyyatdan keçmiş, qeydiyyat nömrəsi: 1117-MM4-0048; təşkilatı-hüquqi forması: mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti; hüquqi ünvanı: ünvan 8 Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova küçəsi, ev 2, ev 2A və Məhəmməd ibn Hinduşah Naxçıvani küçəsi, ev 1; fəaliyyət predmeti və məqsədi: daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən ibarətdir. - Cavabdeh MMMC üzvlərinin ümumi yığıncağının xx.xx.2022-ci il tarixli 01 saylı saylı protokolundan çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdən 4 otaüqlı mənzil üçün aylıq 195 manat vəsait toplanılması qərara alınmışdır. - xx.xx.2022-ci il tarixli Kirayə müqaviləsindən görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 4 4 otaqdan ibarət, ümumi sahəsi 186 kv.m, 34 saylı mənzili, (yeni qaydalarla ünvan 1) X1 xx.xx.2023-cü il tarixədək aylıq 1400 manat ödənilməsi şərtilə kirayə vermişdir. xx.xx.2022-ci il tarixli müqvilənin ləğvinə dair müqavilədən görünür ki, tərəflər arasında bağlanmış müqaviləyə xitam verilmişdir. - xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki İddiaçı notariat hərəkətlərinə görə 38 manat, xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, kirayə müqaviləsinin imtiansına görə 50 manat məbləğində haqq ödəmişdir. - xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Yasamal 12 MMMC tərəfindən kommunal xidmətlərə görə borcun ödənilməsi barədə İddiaçı xəbərdarlıq edilmişdir və xidmət haqqı ödənilməzsə mənzilin qızdırılması üçün verilən suyun və isti suyun təchizatının dayandırılacağı bildirilmişdir. - xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı məxsus 34 saylı mənzilin Yasamal 12 MMMC-yə kommunal xidmətlər üzrə borcu 2020-ci il üzrə 1750 manat, 2021-ci il üzrə 2100 manat, 2022-ci il üzrə 2340 manat olmaqla ümumilikdə 6190 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü maddəsinə əsasən Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları, qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi, elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması, başqa şəxsə zərər vurulması, əsassız varlanma, Fiziki və hüquqi şəxslərin digər hərəkətləridir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə ilkin iddia tələbi ilə bağlı qeyd edir ki, ilkin iddia əsassız hesab edilərək rədd edilməlidir. Belə ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İlkin iddia üzrə iddiaçı Cavabdeh MMMC tərəfindən ilk iddia üzra İddiaçı ünvan 4 4 otaqdan ibarət, ümumi sahəsi 186 kv.m, 34 saylı mənzildə mülkiyyət, istifadə, sahiblik hüquqlarını həyata keçirməsinə mane olan hərəkətlərə yol verdiyini, həmin mənzilə xidmət edən elektrik, isitmə, su və qaz kimi komunal xidmətlərdən istifadə etməsinə qanunsuz olaraq manelər yaratdığını və həmin hərəkətlər nəticəsində Yasamal-12 MMMC tərəfindən ona maddi ziyan vurduğunu bildirsə də, iş materialları ilə belə hallar müəyyən edilməmiş, ilkin iddia üzrə iddiaçı tərəfindən həmin halları təsdiq edəcək mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İlkin iddia üzrə iddiaçı mülkiyyətində olan mənzilə su və işıq təchizatının Yasamal -12 MMMC tərəfindən dayandırıldığını bildirsə də, məhkəmə qeyd edir ki, mənzilə su, qaz və işıq təchizatı aidiyyəti qurumlarla bağlanmış abunə müqaviləsi ilə təmin edilir və istehlakçı tərəfindən sözügedən kommunal xidmətlərin dəyəri bilavasitə müvafiq qurumlara ("Azərişıq”, "Azərsu” və s.) ödənilir. Həmçinin ilkin iddia üzrə iddiaçı məhkəmə iclası zamanı da etiraf edici izahatı ilə hazırda onun mənzilinə su, qaz, lift və işiq verilməsinin dayandırılmadığnı, eləcədə mənzilin istiliklə təhciz olunduğunu bildirmişdir. Yəni mənzilə Yasamal-12 MMC tərəfindən elektrik və su verilməsinin dayandırılması barədə iddia əsassızdır. Mənzilə istilik təchizatının verilməsinin dayandırlmasının ilkin iddia üzrə cavabdeh tərəfindən təqdim edilmiş qarşılıqlı iddia ərizəsi, etiraz və mülahizələrdə qəbul edilməsini nəzərə alaraq məhkəmə ilkin iddia üzrə cavabdehin mülahizələrini əsaslı hesab edərək iddia tələbinin həmin hissədə də təmin edilməməsi qənaətinə gəlir. Belə ki, iş materiallarından da göründüyü kimi ilkin iddia üzrə iddiaçı tərəfindən kommunal xidmətlərə görə borcun ödənilməməsi səbəbindən mənzilə istilik verilməsi dayandırılmış və ilkin iddia üzrə iddiaçıya xəbərdarlıq edilməsinə baxmayaraq borcun ödənilməsi üçün İddiaçı tərəfindən hər hansı hərəkət edilməmişdir. Bundna başqa da, mənzildə istiliyin hazırda mövcud olmasıda müəyyən edilmişdir. İlkin iddia üzrə İddiaçı Cavabdeh MMMC-nin qanunsuz hərəkətləri nəticəsində İddiaçı vurduğu maddi ziyan-müqavilənin bağlanması üçün 38 manat və müqavilənin ləğvi üçün 50 manat məbləğin,vurduğu ziyanın əvəzi (əldən çıxmış fayda) aylıq kirayə haqqı olaraq 1400 (min dörd yüz) manatın məhkəmə qərarı icra olunana qədər hesablanaraq İddiaçı ödənilməsi tələbi ilə bağlı qeyd edir ki, ilkin iddia üzrə cavabdeh "xxxx" MMMC qanunsuz hərəkətlərinin olması iş materialları ilə müəyyən edilmədiyindən iddia tələbi həmin hissədə də əsassız hesab edilərək rədd edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, ilkin iddia üzrə iddiaçı iddia ərizəsində xx.xx.2022-ci il tarixli kirayə müqaviləsinin bağlanması üçün 38 manat, xx.xx.2022-ci il tarixli müqavilənin ləğvinə dair müqaviləyə görə 50 manat ödədiyini bildirsə də iddia ərizəsinə əlavə edilmiş qəbzlərdə qeyrimüəyyənlik mövcuddur. Belə ki, İddiaçı 50 manat məbləğində pul ödəməsi ilə bağlı olan qəbz xx.xx.2022-ci il tarixli qəbzdir və həmin qəbzdə qeyd olunan məbləğin müqavilədən imtinaya görə ödənildiyi qeyd olunmuş, halbuki müqavilənin ləğvi xx.xx.2022-ci il tarixdə olmuşdur. 38 manat ödəməsi ilə bağlı qəbz isə xx.xx.2022-ci il tarixə aiddir, kirayə müqavilə isə xx.xx.2022-ci il tarixdə bağlanmışdır. Bundan başqa iddiaçı bağlanılmış kirayə müqaviləsindən imtinanın məhz cavabdehin hərəkətləri səbəbindən baş verməsi ilə bağlı da, məhkəmyə heç bir sübut təqdim edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə ilkin iddia üzrə iddiaçı tərəfindən təqdim edilmiş sübutları mötəbər hesab etmir. Qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, qarşılıqlı iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, ünvan 4 4 otaqdan ibarət, ümumi sahəsi 186 kv.m, 34 saylı mənzilin İddiaçı mülkiyyətində olması işin mübahisəsiz halıdır. xx.xx.2017-ci il tarixli müqavilədən görünür ki, sahə mülkiyyətçisi ilə çoxmənzilli binanın idarəedici təşkilatı arasında yaranan Azərbaycan Respublikasının Mənzil Məcəlləsindən irəli gələn münasibətlər tənzimlənmişdir. Həmin müqaviləqə qeyd olunmuşdur ki, sahə mülkiyyətçisi ona məxsus mənzildə yaşayıb-yaşamamasından asılı olmayaraq kommunal xidmətlərin dəyərini ödəməlidir, kommunal xidmətlərin xərclərini vaxtında ödəməyən mənzil və qaraj sahiblərinə heç bir xidmət göstərilməyəcək və ona qarşı müvafiq tədbirlər görüləcəkdir, bu müqavilənin şərtləri mənzil icarəyə verildikdə də qüvvədə qalır. Məhkəmə qeyd edir ki, müvafiq müqavilə hazırki cavabdehlə deyil, "xxxx" MTK ilə bağlanılsa da, iş materialları ilə müəyyən edilir ki, Cavabdeh MMMC xx.xx.2017-ci il tarixdən dövlət qeydiyyatından keçməklə fəaliyyət göstərmiş, cavabdeh müqavilə üzrə nəzərdə tutulmuş 175 manat məbləğində kommunal xərcləri həmin tarixdən 2020-ci il tarixinədək mübahisələndirmədən cavabdeh MMMC-yə ödəmiş, daha sonra isə ödənişlərini dayandırmışdır. ünvan 7 ünvanında yerləşən çoxmənzilli binanın sahə mülkiyyətçisi İddiaçı yaşayış binasının saxlanması üçün qanunvericilikdə nəzərdə tutulan qaydada müəyyən olunan kommunal, o cümlədən istilik təchizatının təmin olunması üçün çəkilən xərclərdə onun ümumi mülkiyyətdə olan payına mütənasib olaraq iştirak etməyə borclu olduğu halda, kommunal xidmətlərdə, o cümlədən istilik təchizatının təmin edilməsi xərclərində iştirak etməmiş, bu səbəbdən onun "Yasamal-12” MMMC-yə ümumilikdə 6190 manat məbləğində borcu yaranmış, İddiaçı "Yasamal-12” MMMC tərəfindən xəbərdarlıq məktubu göndərilsə də qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərərfindən borcun ödənilməsi təmin edilməmişdir. Məhkəmə qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən verilmiş etirazın dəlilləri ilə bağlı qeyd edir ki, qarşılıqlı iddia üzrə Cavabdeh MMMC ilə İddiaçı arasında Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova küçəsi. 615-ci məhəllə, 4 otaqdan ibarət, 34 saylı mənzilin komunal xidmətlərinin ödənilməsinə görə hər hansı müqavilə olmadığını bildirsə də, məhkəmə qeyd etməyi zəruri hesb edir ki, çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması belə onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir. Qeyd olunan halllarla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22 sentyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, “Mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq şəkildə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü tələb etmir. Belə ki, Mənzil Məcəlləsinin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Bununla belə çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir.” Belə olan halda məhkəmə hesab edir ki, qarşılıqlı iddia ərizəsi təmin edilməli və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 6190 (altı min yüz doxsan) manat məbləğində xidmət haqqı borcu tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehnə ödənilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 6.0.10-cu maddəsinə əsasən mənzil qanunvericiliyi kommunal xidmətlərin göstərilməsi ilə bağlı münasibətləri tənzimləyir. 6.0.11-ci maddəsinə əsasən mənzil qanunvericiliyi yaşayış sahəsinə və kommunal xidmətlərə görə xidmət haqlarının müəyyən edilməsi və ödənilməsi ilə bağlı münasibətləri tənzimləyir. 29.3-cü maddəsinə əsasən qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır. 45.5-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir. 122.1.3-ci maddəsinə əsasən cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin hüquqlarından biridir. 122.3-cü maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: 135.2.1. yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan; 135.2.2. dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan; 135.2.3. mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; 135.2.4. yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan. 137.1-ci maddəsinə əsasən çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir. 137.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. Həmin Məcəllənin 137.6-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı halda, idarəedici təşkilat tərəfindən idarə olunan çoxmənzilli binanın sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları həmin idarəedici təşkilata ödəyirlər. 137.9-cu maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Bununla yanaşı nəzərə alınmalıdır ki, mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir (Mənzil Məcəlləsinin 137.10-cu maddəsi). Məhkəmə MPM-in 119-cu maddəsinə əsasən hesab edir ki, ilkin iddia tələbi rədd edildiyindən, məhkəmə xərcləri, yəni ilkin iddia üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməli, qarşılıqlı iddia təmin edildiyindən, 81,90 (səksən bir manat doxsan qəpik) manat dövlət rüsumu qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehnə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh MMMC-yə qarşı cavabdehə müəyyən hərəkətlərin qadağan edilməsi və pul tələbi barədə ilkin iddia tələbi rədd edilsin. İlkin iddia üzrə ödənilmiş 150 (yüz əlli) manat dövlət rüsumu ilkin iddia üzrə İddiaçı aid edilsin. Qarşılıqlı iddia təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 6190 (altı min yüz doxsan) manat məbləğində xidmət haqqı borcu tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehnə ödənilsin. İş üzrə ödənilmiş 81,90 (səksən bir manat doxsan qəpik) manat dövlət rüsumu qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehnə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-698/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-698/2023
06.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver