Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6992/2021 30.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “qanunsuz tərtib edilmiş aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh ASC-yə və Suraxanı rayon Sukanal idarəsinə qarşı “qanunsuz tərtib edilmiş aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin tabeliyində olan Suraxanı rayon Sukanal idarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 11.05.2021-ci il tarixli 007019 nömrəli aktın ləğv edilməsi və qanunsuz olaraq hesablanmış 4104 manat borcun silinməsi və ödənilmiş 61 manat dövlət rüsumunun və Suraxanı Rayon Məhkəməsinə yol xərci kimi xərclədiyi 20 manat pulun Cavabdeh ASC-dən onun xeyrinə tutulması barədə qətnamə qəbul etməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh ASC tərəfindən tərtib edilmiş 11.05.2021-ci il tarixli, 007019 nömrəli aktın etibarsız hesab edilməsi, qanunsuz olaraq hesablanmış 4104 manat borcun abonent hesabından silinməsi və ödənilmiş 61 manat dövlət rüsumunun Cavabdeh ASC-dən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddianı müdafiə etdi və izahatında bildirdi ki, “Azərsu “ ASC-nin tabeliyində olan Suraxanı rayon Sukanal idarəsinin əməkdaşları qanunsuz olaraq iddiaçının mülkiyyətində olan icarəyə verdiyi ünvan 1 ünvanda yerləşən məişət obyektindəki mebel təmiri emalatxanasında qanunsuz akt tərtib edərək 4104 manat borc hesablamış və ödənilməsini 14.09.2021-ci il tarixdə iddiaçıdan tələb etmişdir. İcarəçilərin də xəbəri olmadan, onların iştirakı olmadan “Azərsu “ ASC-nin tabeliyində olan Suraxanı rayon Sukanal idarəsinin 2 əməkdaşı 11.05.2021-ci il tarixdə 007019 saylı qanunsuz akt tərtib edərək, ********* nömrəli fakturaya əsasən 4104 manat borc hesablayıblar və həmin borcu iddiaçının 021084 kodlu kartıma yükləyiblər. Həmin aktda iddiaçıya məxsus mebel təmiri sexində sayğacdan kənar qanunsuz sudan istifadə halı aşkarlanması qeyd edilmişdir. Həmin akt 11.05.2021-ci ildə tərtib edildiyi halda, onlara 14.09.2021-ci il tarixdə Suraxanı rayon Sukanal idarəsində verilmişdir. O, baş verən özbaşnalıq barədə 15.09.2021-ci il tarixdə Suraxanı rayon Sukanal idarəsinə və “Azərsu “ ASC-yə ərizə ilə mürciət etmişdir. Suraxanı rayon Sukanal idarəsindən onlara akt artıq tərtib edildiyindən və hesablanmış borc “Azərsu “ ASC tərəfindən karta dxail edildiyindən heç bir şey edə bilməyəcəklərini bildirmişlər. Suyun verilməsi də ancaq “Azərsu “ ASC tərəfindən bərpa edilə bilər. Odur ki, “Azərsu “ ASC-yə müraciət etmişlər. Cavabdeh “Azərsu“ ASC isə iddiaçıya verdiyi 30.09.2021-ci il tarixli,01/4/01-7/6/15373 saylı cavab məktubunda göstərmişdir ki, müqavilə nömrəsi 021084 olan obyektə baxış keçirilən zaman su-kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadəyə görə idarənin nümayəndələri tərəfindən 11.05.2021-ci il tarixli 007019 saylı akt tərtib olunmuş, 4104 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Sayğac 2019-cu ildə iddiaçının vəsaiti hesabına dəyişdirilmişdir. Ola bilər ki, sayğacda nasazlıq səbəbindən xəttdən su axıb, bu o demək deyildir ki, obyektdə sayğacdan kənar xətt vardır. O, bu barədə cavabdeh "xxxx" ASC-dən komissiya tələb etsə də, onlar heç bir yoxlama aparmadan, Suraxanı rayon Sukanal idarəsi tərəfindən tərtib olunmuş qanunsuz akta bəraət qazandırmışlar. Hesab edir ki, akt qanunsuzsur. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, Suraxanı rayon Sukanal idarəsinin əməkdaşları tərəfindən obyektə baxış keçirilən zaman sudan qeyri-qanuni istifadə halı aşkar olunmuş və onlar tərəfindən müvafiq akt tərtib edilmişdir. Bu hal video görüntüdə də öz əksini tapmışdır. Video görüntüdən də görünür ki, sayğacın xəttinin bağlanıldığı halda sayğacdan kənar xəttlə kranddan su axır. Hesab edir ki, iddia tələbi əsassızdır. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan DƏDRX tərəfindən verilmiş RX ******* saylı Çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “ D” yaşayış sahəsi, S.Cəfərov küçəsi 26 A nömrəli qeyri-yaşayış binası İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh ASC-nin Suraxanı rayon Sukanalı İdarəsinin əməkdaşları – mühəndis Filman Məhərrəmov və Razim İsmayılov tərəfindən tərtib edilmiş 11.05.2021-ci il tarixli 007019 nömrəli aktda göstərilmişdir ki, Cavabdeh ASC-nin Suraxanı rayon Sukanalı İdarəsinin nümayəndələri iddiaçıya məxsus Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi 26 nömrəli evin həyətində iddiaçıya məxsus mebel sexində sayğacdan kənar qanunsuz sudan istifadə halı aşkarlanmışdır. 15.07.2021-ci il tarixli qanunsuz istifadə fakturasına əsasən 15.07.2021-ci 7019 saylı akta əsasən su təchizatı və kanalzasiya xidmətlərindən qanunsuz istifadə üçün 4104 manat borc hesablanmışdır. Cavabdeh ASC 30.09.2021-ci il tarixli 01/4/01-7/6/15373 nömrəli məktubla İddiaçı müraciətinə cavab verərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 8.6-cı bəndinə əsasən su təchizatı sisteminə özbaşına qoşulma halları aşkar edildikdə STKM qanunsuz xətti dərhal su təchizatı sistemindən ayırmaqla suyun verilməsini dayandırmalı və dəymiş ziyanın ödənilməsini həmin şəxsdən tələb etməlidir. Suraxanı rayon Sukanal İdarəsinin xidməti ərazisində yerləşən müqavilə nömrəsi 021084 olan obyektə baxış keçirilən zaman su təchizatı və kanalzasiya xidmətlərindən qeyri-qanuni istifadəyə görə idarənin nümayəndələri tərəfindən 11.05.2021-ci il tarixli 007019 saylı akt tərtib edilmiş, 4104 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Hazırda sayğac göstəricisi 20m3 olmaqla, su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə abonent hesabında 4104 manat borc vardır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Su Məcəlləsinin 98-ci maddəsinə əsasən xüsusi mülkiyyətdə olan su obyektlərinə sudan istifadə haqqı mülkiyyətçilərlə su istehlakçıları arasında bağlanmış müqavilə əsasında müəyyən olunur. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Su təchizatı və tullantı suları” haqqında qanunun 59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna və müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. “Sudan istifadə Qaydaları”nın 5.1.5-ci bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarındandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.07.2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan İstifadə qaydaları”nın 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Məhkəmə hesab edir ki, mübahisəli borc Cavabdeh ASC-nin tərəfindən hesablanıldığından göstərilən halların həqiqətə uyğun olmasının sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh tərəfindən Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mebel təmiri emalatxanası üzrə İddiaçı hesablanılmış 4104 manat məbləğində borcun qanuni əsaslarla yazılmasına və sudan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsinə dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Həmçinin, cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş video yazıya məhkəmə tərəfindən baxış keçirilərkən, video yazıda iddiaçıya məxsus mebel sexində sayğacdan kənar xəttin olması və sudan qanunsuz istifadə halı aydın şəkildə öz əksini tapmadığı müəyyən edilmişdir. Odur ki, iddiaçının abonent hesabına 4104 manat borcun yazılması əsassız və qanunsuz olmuşdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 61 manat dövlət rüsumu cavabdehə aid edilərək, İddiaçı xeyrinə Cavabdeh ASC-dən tutulmalıdır. Beləliklə, məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Cavabdeh ASC tərəfindən qanunsuz tərtib edilmiş 11.05.2021-ci il tarixli, 007019 nömrəli akt tərtib edildiyi andan etibarsız hesab edilməli, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən mebel təmiri emalatxanasında sərf edilmiş suya görə 11.05.2021-ci il tarixli, 007019 nömrəli akt əsasında əsassız hesablanmış 4104 (dörd min yüz dörd) manat borc iddiaçının abunə hesabından (cavabdehə aid elektron məlumat bazasından) silinməli, dövlət rüsumu kimi ödənilmiş 61 (altmış bir) manat məbləğində pul Cavabdeh ASC-dən tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ASC tərəfindən qanunsuz tərtib edilmiş 11.05.2021-ci il tarixli, 007019 nömrəli akt tərtib edildiyi andan etibarsız hesab edilsin. İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən mebel təmiri emalatxanasında sərf edilmiş suya görə 11.05.2021-ci il tarixli, 007019 nömrəli akt əsasında əsassız hesablanmış 4104 (dörd min yüz dörd) manat borc iddiaçının abunə hesabından (cavabdehə aid elektron məlumat bazasından) silinsin. Dövlət rüsumu kimi ödənilmiş 61 (altmış bir) manat məbləğində pul Cavabdeh ASCdən tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-6992/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6992/2021
30.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver