Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-7081/2021 25.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20.02.2020-ci il tarixli müqaviləsinə əsasən, SONY markalı PLAYSTATİON üçün 40.3 (qırx manat, otuz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 4 (dörd) manat cərimə, 04.09.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung markalı paltaryuyan üçün 426.9 (dörd yüz iyirmi altı manat, doxsan qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 42 (qırx iki) manat cərimə, 04.03.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********05448 olan Samsung Galaxy A30s markalı telefon üçün 248 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 24,8 manat cərimə, 28.11.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********19050 olan XİOMİ Mi 9T Pro markalı telefon üçün 388 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 38 manat cərimə, ümumilikdə 1212 manat borcun və 32,12 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. İş materiallarına əsasən müəyyən edilmişdir ki, ABC Telecom” MMC ilə Cavabdeh arasında 20.02.2020-ci il tarixdə 20117048 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən ABC Telecom MMC SONY markalı PLAYSTATİON-u cavabdehə verməyi öz öhdəsinə götürmüşdür. 20.02.2020-ci il tarixli 20117048 saylı müqaviləyə əlavəyə əsasən müəyyən olunur ki, Cavabdeh 12 ay müddətinə, hər ay 65 manat olmaqla, ümumlikdə ilkin ödəniş də daxil olmaqla 787 manat məbləğində pulu ödəməyi öz öhdəsinə götürmüşdür. 20.02.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, sözügedən əşya cavabdeh tərəfindən təhvil alınmışdır. İş materiallarına əsasən müəyyən edilmişdir ki, ABC Telecom” MMC ilə Cavabdeh arasında 04.09.2019-cu il tarixdə 00887971 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən ABC Telecom MMC Samsung markalı paltaryuyanı cavabdehə verməyi öz öhdəsinə götürmüşdür. 04.09.2019-cu il tarixli 00887971 saylı müqaviləyə əlavəyə əsasən müəyyən olunur ki, Cavabdeh 24 ay müddətinə, hər ay 64 manat olmaqla, ümumlikdə ilkin ödəniş də daxil olmaqla 1488 manat məbləğində pulu ödəməyi öz öhdəsinə götürmüşdür. 04.09.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, sözügedən əşya cavabdeh tərəfindən təhvil alınmışdır. İş materiallarına əsasən müəyyən edilmişdir ki, ABC Telecom” MMC ilə Cavabdeh arasında 04.03.2020-ci il tarixdə 20144102 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən ABC Telecom MMC İMEİ Kodu **********05448 olan Samsung Galaxy A30s markalı telefonu cavabdehə verməyi öz öhdəsinə götürmüşdür. 04.03.2020-ci il tarixli ********* saylı müqaviləyə əlavəyə əsasən müəyyən olunur ki, Cavabdeh 12 ay müddətinə, hər ay 48 manat olmaqla, ümumlikdə ilkin ödəniş də daxil olmaqla 576 manat məbləğində pulu ödəməyi öz öhdəsinə götürmüşdür. 04.03.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, sözügedən əşya cavabdeh tərəfindən təhvil alınmışdır. İş materiallarına əsasən müəyyən edilmişdir ki, "ABC Telecom” MMC ilə Cavabdeh arasında 28.11.2019-cu il tarixdə 01081651 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən ABC Telecom MMC İMEİ Kodu **********19050 olan XİOMİ Mi 9T Pro markalı telefonu cavabdehə verməyi öz öhdəsinə götürmüşdür. 28.11.2019-cu il tarixli 01081651 saylı müqaviləyə əlavəyə əsasən müəyyən olunur ki, Cavabdeh 6 ay müddətinə, hər ay 194 manat olmaqla, ümumlikdə ilkin ödəniş də daxli olmaqla 1164 manat məbləğində pulu ödəməyi öz öhdəsinə götürmüşdür. 28.11.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, sözügedən əşya cavabdeh tərəfindən təhvil alınmışdır. İş materiallarında olan "xxxx" MMC-nin Cavabdeh ünvanladığı 17.02.2021-ci il tarixli xəbərdarlığa əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 15.10.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin 1103,2 manat əsas, 108,8 manat cərimə, ümumilikdə 1212 manat borcu vardır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 20.02.2020-ci il tarixli müqaviləsinə əsasən, SONY markalı PLAYSTATİON üçün 40.3 (qırx manat, otuz qəpik) manat ödənilməmiş hissə, 4 (dörd) manat cərimə, 04.09.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung markalı paltaryuyan üçün 426.9 (dörd yüz iyirmi altı manat, doxsan qəpik) manat ödənilməmiş hissə, 42 (qırx iki) manat cərimə, 04.03.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********05448 olan Samsung Galaxy A30s markalı telefon üçün 248 manat ödənilməmiş hissə, 24,8 manat cərimə, 28.11.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********19050 olan XİOMİ Mi 9T Pro markalı telefon üçün 388 manat ödənilməmiş hissə, 38 manat cərimə, ümumilikdə 1212 manat borcun və 32,12 manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Belə ki, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, cavabdeh öz öhdəliklərini yerinə yetirməyərək borcunu tam ödəməmişdir. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 20.02.2020-ci il tarixli müqaviləsinə əsasən, SONY markalı PLAYSTATİON üçün 40.3 (qırx manat, otuz qəpik) manat ödənilməmiş hissə, 4 (dörd) manat cərimə, 04.09.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung markalı paltaryuyan üçün 426.9 (dörd yüz iyirmi altı manat, doxsan qəpik) manat ödənilməmiş hissə, 42 (qırx iki) manat cərimə, 04.03.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********05448 olan Samsung Galaxy A30s markalı telefon üçün 248 manat ödənilməmiş hissə, 24,8 manat cərimə, 28.11.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********19050 olan XİOMİ Mi 9T Pro markalı telefon üçün 388 manat ödənilməmiş hissə, 38 manat cərimə, ümumilikdə 1212 manat borc və 32,12 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-7081/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-7081/2021
25.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver