Məhkəmə qərarları › İş №2(004)-7084/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-7084/2021

29.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-7084/2021 29.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25.08.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung markalı paltaryuyan üçün 582 (beş yüz səksən iki) manat ödənilməmiş hissə, 176.4 (yüz yetmiş altı manat, qırx qəpik) manat dəbbə; 08.07.2019-cu il tarixli müqaviləsinə əsasən, SONY markalı PLAYSTATİON üçün 471 (dördyüz yetmiş bir) manat ödənilməmiş hissə, 149.7 (yüz qırx doqquz manat, yetmiş qəpik) manat dəbbə; 01.05.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung markalı televizor üçün 1536 (min beş yüz otuz altı) manat ödənilməmiş hissə, 481.8 (dörd yüz səksən bir manat, səksən qəpik) manat dəbbə; 12.07.2019-cu il tarixli müqaviləsinə əsasən, Gorenje markalı soyuducu üçün 816 (səkkiz yüz on altı) manat ödənilməmiş hissə, 258.3 (iki yüz əlli səkkiz manat, otuz qəpik) manat dəbbə; 28.08.2019-cu il tarixli müqaviləsinə əsasən, HP markalı notebook üçün 1338 (min üç yüz otuz səkkiz) manat ödənilməmiş hissə, 388.8 (üç yüz səksən səkkiz manat, səksən qəpik) manat dəbbə olmaqla ümumilikdə 6198 manat borc və 81.98 manat ödənilmiş dövlət rüsumu olmaqla, Cavabdeh alınaraq “ABC TELECOM'* Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnaməyə əsasən nümayəndəsi X2 iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək, iddia tələbini əsas borca dair hissədə qəbul etdiyini, lakin cərimənin yüksək hesablandığını bildirib, cərimə borcunun azaldılmasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə iddiaçının nümayəndəsi və cavabdehin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 25.08.2019-cu il tarixli 00869317 nömrəli, 08.07.2019-cu il tarixli 00769019 nömrəli, 01.05.2019-cu il tarixli 00638715 nömrəli, 12.07.2019-cu il tarixli 00776609 nömrəli və 28.08.2019-cu il tarixli 00874484 nömrəli müqavilələrə əsasən, Samsung markalı paltaryuyan, soyuducu, SONY markalı PLAYSTATİON, Gorenje markalı soyuducu və HP markalı notebook almış və nəticədə 6198 (altı min yüz doxsan səkkiz) manat borc yaranmışdır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 25.08.2019-cu il tarixli 00869317 nömrəli müqaviləyə əsasən cavabdeh Samsung markalı paltaryuyan almış və nəticədə 758,4 (yeddi yüz əlli səkkiz manat qırx qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 924 manat (11 ay x 84 manat + 0 manat ilkin ödəniş) Samsung markalı paltaryuyan üçün ümumilikdə, 758,4 (yeddi yüz əlli səkkiz manat qırx qəpik) manat olmaqla ondan, 582 (beş yüz səksən iki) manat ödənilməmiş hissə, 176,4 (yüz yetmiş altı manat qırx qəpik) manat dəbbə pulu borcu yaranmışdır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 08.07.2019-cu il tarixli 00769019 nömrəli müqaviləyə əsasən cavabdeh Sony markalı Playstation almış və nəticədə 620,7 (altı yüz iyirmi manat yetmiş qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 855 manat (12 ay x 71 manat + 3 manat ilkin ödəniş) Sony markalı Playstation üçün ümumilikdə 620,7 (altı yüz iyirmi manat yetmiş qəpik) manat olmaqla ondan, 471 (dörd yüz yetmiş bir) manat ödənilməmiş hissə, 149,7 (yüz qırx doqquz manat yetmiş qəpik) manat dəbbə pulu borcu yaranmışdır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 01.05.2019-cu il tarixli 00638715 nömrəli müqaviləyə əsasən cavabdeh Samsung markalı televizor almış və nəticədə 2017,8 (iki min on yeddi manat səksən qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 2805 manat (18 ay x 146 manat + 177 manat ilkin ödəniş) Samsung markalı televizor üçün ümumilikdə, 2017,8 (iki min on yeddi manat səksən qəpik) manat olmaqla ondan, 1536 (min beş yüz otuz altı) manat ödənilməmiş hissə, 481,8 (dörd yüz səksən bir manat səksən qəpik) manat dəbbə pulu borcu yaranmışdır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 12.07.2019-cu il tarixli 00776609 nömrəli müqaviləyə əsasən cavabdeh Gorenje markalı soyuducu almış və nəticədə 1074,3 (min yetmiş dörd manat otuz qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1360 manat (11 ay x 123 manat + 7 manat ilkin ödəniş) Gorenje markalı soyuducu üçün ümumilikdə, 1074,3 (min yetmiş dörd manat otuz qəpik) manat olmaqla ondan, 816 (səkkiz yüz on altı) manat ödənilməmiş hissə, 258,3 (iki yüz əlli səkkiz manat otuz qəpik) manat dəbbə pulu borcu yaranmışdır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 28.08.2019-cu il tarixli 00874484 nömrəli müqaviləyə əsasən cavabdeh HP markalı notebook almış və nəticədə 1726,8 (min yeddi yüz iyirmi altı manat səksən qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1729 manat (12 ay x 144 manat + 1 manat ilkin ödəniş) HP markalı notebook üçün ümumilikdə, 1726,8 (min yeddi yüz iyirmi altı manat səksən qəpik) manat olmaqla ondan, 1338 (min üç yüz otuz səkkiz) manat ödənilməmiş hissə, 388,8 (üç yüz səksən səkkiz manat səksən qəpik) manat dəbbə pulu borcu yaranmışdır. "xxxx" MMC-nin 15 oktyabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 25.08.2019-cu il tarixli 00869317 nömrəli müqavilə üzrə 582 (beş yüz səksən iki) manat ödənilməmiş hissə, 176,4 (yüz yetmiş altı manat qırx qəpik) manat dəbbə pulu olmaqla, cəmi 758,4 (yeddi yüz əlli səkkiz manat qırx qəpik) manat borcu; 08.07.2019- cu il tarixli 00769019 nömrəli müqavilə üzrə 471 (dörd yüz yetmiş bir) manat ödənilməmiş hissə, 149,7 (yüz qırx doqquz manat yetmiş qəpik) manat dəbbə pulu olmaqla, cəmi 620,7 (altı yüz iyirmi manat yetmiş qəpik) manat borcu; 01.05.2019- cu il tarixli 00638715 nömrəli müqavilə üzrə 1536 (min beş yüz otuz altı) manat ödənilməmiş hissə, 481,8 (dörd yüz səksən bir manat səksən qəpik) manat dəbbə pulu olmaqla, cəmi 2017,8 (iki min on yeddi manat səksən qəpik) manat borcu; 12.07.2019- cu il tarixli 00776609 nömrəli müqavilə üzrə 816 (səkkiz yüz on altı) manat ödənilməmiş hissə, 258,3 (iki yüz əlli səkkiz manat otuz qəpik) manat dəbbə pulu olmaqla, cəmi 1074,3 (min yetmiş dörd manat otuz qəpik) manat borcu; 28.08.2019-cu il tarixli 00874484 nömrəli müqavilə üzrə 1338 (min üç yüz otuz səkkiz) manat ödənilməmiş hissə, 388,8 (üç yüz səksən səkkiz manat səksən qəpik) manat dəbbə pulu olmaqla, cəmi 6198 (altı min yüz doxsan səkkiz) manat borcu yaranmışdır. 15.10.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 4743 manat ödənilməmiş əsas borc, 1455 manat dəbbə borcu olmaqla ümumilikdə 6198 manat borcu vardır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış 02 may 2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, müqavilə üzrə öhdəliklərin icrası gecikdirildiyindən, hesablanmış ödənilməmiş borcun və gecikdirilmiş günlər üçün hesablanmış cərimə borcunun qısa zaman ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə aidiyyatı dövlət qurumlarına müraciət olunacağı barədə xəbərdar edilmişdir. 18 oktyabr 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi tərəfindən 81,98 (səksən bir manat doxsan səkkiz qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 25.08.2019-cu il tarixli 00869317 nömrəli müqaviləyə əsasən 582 (beş yüz səksən iki) manat ödənilməmiş hissə, 176,4 (yüz yetmiş altı manat qırx qəpik) manat dəbbə pulu; 08.07.2019-cu il tarixli 00769019 nömrəli müqaviləyə əsasən 471 (dörd yüz yetmiş bir) manat ödənilməmiş hissə, 149,7 (yüz qırx doqquz manat yetmiş qəpik) manat dəbbə pulu; 01.05.2019-cu il tarixli 00638715 nömrəli müqaviləyə əsasən 1536 (min beş yüz otuz altı) manat ödənilməmiş hissə, 481,8 (dörd yüz səksən bir manat səksən qəpik) manat dəbbə pulu; 12.07.2019- cu il tarixli 00776609 nömrəli müqaviləyə əsasən 816 (səkkiz yüz on altı) manat ödənilməmiş hissə, 258,3 (iki yüz əlli səkkiz manat otuz qəpik) manat dəbbə pulu; 28.08.2019-cu il tarixli 00874484 nömrəli müqaviləyə əsasən 1338 (min üç yüz otuz səkkiz) manat ödənilməmiş hissə, 388,8 (üç yüz səksən səkkiz manat səksən qəpik) manat dəbbə pulu olmaqla, cəmi 6198 (altı min yüz doxsan səkkiz) manat borc yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 425.1-ci maddəsinə əsasən: “Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir”. Bu iş üzrə isə cavabdehin öhdəliklərinin vaxtında və lazımi şəkildə icra edilmədiyi görünür; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiasının müqavilə üzrə hesablanmış tənasübsüz surətdə yüksək dəbbə pulu azaldılmalı, 25.08.2019-cu il tarixli 00869317 nömrəli müqavilə üzrə 582 (beş yüz səksən iki) manat ödənilməmiş hissəyə hesablanmış 176,4 manat məbləğində dəbbə borcu 50 (əlli) manat; 08.07.2019- cu il tarixli 00769019 nömrəli müqavilə üzrə 471 (dörd yüz yetmiş bir) manat ödənilməmiş hissəyə hesablanmış 149,7 manat məbləğində dəbbə borcu 50 (əlli) manat; 01.05.2019- cu il tarixli 00638715 nömrəli müqavilə üzrə 1536 (min beş yüz otuz altı) manat ödənilməmiş hissəyə hesablanmış 481,8 manat məbləğində dəbbə borcu 100 (yüz) manat; 12.07.2019-cu il tarixli 00776609 nömrəli müqavilə üzrə 816 (səkkiz yüz on altı) manat ödənilməmiş hissəyə hesablanmış 258,3 manat məbləğində dəbbə borcu 80 (səksən) manat; 28.08.2019-cu il tarixli 00874484 nömrəli müqavilə üzrə 1338 (min üç yüz otuz səkkiz) manat ödənilməmiş hissəyə hesablanmış 388,8 manat məbləğində dəbbə borcu 100 (yüz) manat məbləğində müəyyən edilərək, Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Məhkəmə sübutlara məcmu halnda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 25.08.2019-cu il tarixli 00869317 nömrəli üzrə 582 (beş yüz səksən iki) manat manat ödənilməmiş hissə, 50 (əlli) manat cərimə; 08.07.2019-cu il tarixli 00769019 nömrəli müqavilə üzrə 471 (dörd yüz yetmiş bir) manat ödənilməmiş hissə və 50 (əlli) manat cərimə; 01.05.2019-cu il tarixli 00638715 nömrəli müqavilə üzrə 1536 (min beş yüz otuz altı) manat ödənilməmiş hissə, 100 (yüz) manat cərimə; 12.07.2019-cu il tarixli 00776609 nömrəli müqavilə üzrə 816 (səkkiz yüz on altı) manat ödənilməmiş hissə, 80 (səksən) manat cərimə; 28.08.2019-cu il tarixli 00874484 nömrəli müqavilə üzrə 1338 (min üç yüz otuz səkkiz) manat ödənilməmiş hissə, 100 (yüz) manat cərimə olmaqla, cəmi 5123 (beş min yüz iyirmi üç) manat borc və ödənilmiş 81,98 manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 81,98 (səksən bir manat doxsan səkkiz qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4743 (dörd min yeddi yüz qırx üç) manat ödənilməmiş hissə və 380 (üç yüz səksən) manat cərimə olmaqla, cəmi 5123 (beş min yüz iyirmi üç) manat borc və ödənilmiş 81,98 (səksən bir manat doxsan səkkiz qəpik) manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar