Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-711/2021 22.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı “xxxx” MMC Cavabdeh qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, xx/xx/0298 saylı, x xxxxxxxx 2018-ci il tarixli Daxili maliyyə lizinqi müqaviləsi üzrə ödənilməmiş cərimə üzrə 500 manat məbləğində borcun, dövlət rüsumu qismində ödənilmiş 30 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və lizinq obyekti sayılan, ümumi müqavilə dəyəri 2,968.00 manat olan iddiaçıya məxsus 1 ədəd 2017-ci il buraxılışı olan Comfort markalı divardan asılan məişət qaz qazanı,1 ədəd məişət qaz qazanı asqi seti, 2 ədəd polobarot vintil, 1 ədəd qaz requlyatoru,1 ədəd qaz şlanqı, 1 ədəd qaz vintili, 1 ədəd stabilizator, 77 ədəd radiator, 8 ədəd radiator asqı seti, 16 ədəd radiator vintili köşə, 1 ədəd tangit ip, 80 ədəd boru kompozit 25-mmlik 40 ədəd boru kompozit 20-mmlik,8 ədəd rekor 90*20mm-lik, 8 ədəd rekor 20 mm düz, 8 ədəd mufta 25 mm-lik, 4 ədəd mufta 20 mm-lik, 10 ədəd keçid 25-20lik, 40 ədəd dirsek 90*25 mm-lik, 25 ədəd dirsek 90*20 mm-lik, 16 ədəd troynik 25-20 mmlik, 10 ədəd troynik 25 mm-lik, zəruri sənədləri və ləvazimatları ilə birlikdə Cavabdehnun qanunsuz sahibliyindən geri alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı “xxxx” MMC xx.xx.2021-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək, xx/xx/0298 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə lizinq ödənişləri üzrə 1192,33 manat, cərimə üzrə 50 manat və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «İddiaçı MMC ilə Cavabdeh arasında xx xxxxxxxx 2018-ci il tarixdə xx/xx/0298 saylı Daxili maliyyə lizinqi müqaviləsi bağlanmışdır. Lizinq müqaviləsinə əsasən iddiaçı 2.968.00 manat ödəyərək mülkiyyətinə əldə etdiyi və müqavilə üzrə lizinq obyekti sayılan 1 ədəd 2017-ci il buraxılışı olan Comfort markalı divardan asılan məişət qaz qazanı, 1 ədəd divardan asılan məişət qaz qazanı asqi seti, 2 ədəd polobarot vintil, 1 ədəd qaz requlyalor, 1 ədəd qaz shlanqi, 1 ədəd qaz vinti, 1 ədəd stabilizator, 77 ədəd radialor, 1 ədəd tangil ip, 16 ədəd radiator vintil köşə, 8 ədəd radiator asqı seti, 80 ədəd boru kompozit 25 mm-lik, 40 ədəd boru kompozil 20 mm-lik, 8 ədəd rekor 90*20 mm-lik, 8 ədəd rekor 20 mm düz, 8 ədəd mufta 25 mm-lik, 4 ədəd mufta 20 mm-lik, 10 ədəd keçid 25-20-lik, 40 ədəd dirsək 90*25 mm-lik, 25 ədəd dirsək 90*20 mmlik, 16 ədəd troynik 25-20 mm-lik, 10 ədəd troynik 25 mm-lik, cavabdehin istifadəsinə və sahibliyinə vermişdir. Hazırda cavabdeh tərəfindən həmin müqaviləyə əlavə olan lizinq ödənişlərinin qrafıkinə əsasən 06.10.20 larixinədək lizinq ödənişləri üzrə 1192.33 manat, cərimə üzrə 939.44 manat olmaqla, cəmi 2.131.77 manat məbləğində borcu yaranmışdır. Lizinq müqaviləsindən irəli gələn qeyd olunan ödənişlərin həyata keçirilməsi barədə cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən lizinq müqaviləsi üzrə ödənişlər edilməmiş və beləliklə də, müqavilədən irəli gələn öhdəliklər icra edilməmişdir. Lizinq müqaviləsinin müddəti 07.03.20 tarixində bitib. Hazırda Lizinq obyekti cavabdehin qanunsuz sahibliyindədir. Belə ki, cavabdehlə lizinq şirkəti arasında bağlanmış lizinq müqaviləsi cavabdehin müqavilədən irəli gələn öhdəliklərini icra etməməsi səbəbindən öz hüquqi qüvvəsini itirmiş sayılır. Buna müvafiq olaraq, cavabdehin müqavilənin predmetini əks etdirən lizinq obyekti üzərində olan mülkiyyətçi tərəfindən verilmiş müvəqqəti istifadə və sahiblik hüquqları da həmçinin əhəmiyyətsiz sayılmalıdır. Lakin bütün bunlara baxmayaraq, cavabdeh bu günə qədər lizinq obyektindən qanunsuz olaraq istifadə elməkdədir. Belə ki, cavabdeh lizinq obyektinin mülkiyyətçisi olan İddiaçı MMC-nin lizinq obyektinin geri qaytarılmasının təmin edilməsi barədə tələblərinə məhəl qoymur və lizinq obyektini geri qaytarmaqdan imtina edir. Cavabdeh tərəfindən yol verilən bu hüquqazidd əməl nəticəsində iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan “xxxx” MMC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə bağlanmış xx/xx/0298 saylı daxili maliyyə lizinqi müqaviləsinə əsasən, lizinq verən – “xxxx” MMC lizinq alan – Cavabdeh tərəfindən seçilmiş ümumi dəyəri 2968 manat olan 1 ədəd 2017-ci il buraxılışlı divardan asılan məişət qaz qazanını öz mülkiyyətinə əldə etməyi və lizinq obyeki qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən lizinq ödənişlərinin ümumi məbləği 3939,33 manat (2968 manat əsas borc və 971,33 manat cərimə) təşkil edir. İş materillarında olan xx/xx/0298 saylı, xx.xx.2018-ci il tarixli daxili maliyyə lizinqi müqaviləsinə 1 saylı əlavəyə əsasən, lizinq obyektinin – 1 ədəd 2017-ci il buraxılışı olan Comfort markalı divardan asılan məişət qaz qazanı, 1 ədəd məişət qaz qazanı asqi seti, 2 ədəd polobarot vintil, 1 ədəd qaz requlyatoru, 1 ədəd qaz borusu, 1 ədəd qaz vintili, 1 ədəd stabilizator, 77 ədəd radiator, 8 ədəd radiator asqı seti, 16 ədəd radiator vintili köşə, 1 ədəd tangit ip, 80 ədəd 25 mm-lik boru kompozit, 40 ədəd 20 mm-lik boru kompozit, 8 ədəd 90*20mm-lik rekor, 8 ədəd 20 mm-lik düz rekor, 8 ədəd 25 mm-lik mufta, 4 ədəd 20 mm-lik mufta, 10 ədəd 25-20-lik keçid, 40 ədəd 90*25 mm-lik dirsək, 25 ədəd 90*20 mmlik dirsək, 16 ədəd 25-20 mm-lik troynik, 10 ədəd 25 mm-lik troynik təşkil edir. İş materiallarında olan xx/xx/0298 saylı, xx.xx.2018-ci il tarixli daxili maliyyə lizinqi müqaviləsinə 2 saylı əlavəyə əsasən, lizinq obyektinin dəyəri 2,968 manat, lizinq verənin mükafatı 971,33 manat, lizinq ödənişlərinin ümumi dəyəri isə 3939,33 manat təşkil edir. İş materiallarında olan “xxxx” MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2018-ci il tarixli, 711 saylı xəbərdarlıq məktubuna əsasən, lizinq müqaviləsi üzrə yaranmış borcun ödənilməsi, əks təqdirdə isə 7 gün ərzində borcun ödənilmədiyi təqdirdə borcu tələb etmək və birtərəfli qaydada müqaviləni ləğv etmək barədə xəbərdar qeyd edilmişdir. İş materiallarında olan “xxxx” MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli, 121 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə öhdəliklərin icra edilməsi barədə tələb məktubuna əsasən, lizinq müqaviləsi üzrə yaranmış borcun ödənilməsi, əks təqdirdə isə 7 gün ərzində borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət edilməsi qeyd edilmişdir. İş materiallarında olan “xxxx” MMC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdehnun xx/xx/0298 saylı, xx.xx.2018-ci il tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə 2020-ci ilin mart ayına qədər 1192,33 manat məbləğində əsas, 939,44 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 2131,77 manat məbləğində borcu vardır. Məhkəmə qeyd edir ki, Cavabdeh lizinq müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında icra etmədiyindən, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən: Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli. xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Lizinq müqaviləsinin 12.1-ci bəndinə əsasən lizinq obyektinin sahiblik və istifadəyə verilməsinə görə lizinq alan lizinq müqaviləsi və lizinq ödənişlərinin qrafiki ilə müəyyən edilmiş qaydada və müddətlərdə lizinq verənə lizinq və digər ödənişləri ödəməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh lizinq ödənişləri üzrə 1192,33 (bir min yüz doxsan iki manat , otuz üç qəpik) manat məbləğində əsas, 50 (əlli) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 1242,33 (bir min iki yüz qırx iki manat, otuz üç qəpik) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx/xx/0298 saylı, xx.xx.2018-ci il tarixli lizinq müqaviləsi üzrə 1192,33 manat məbləğində əsas, 50 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 1242,33 (bir min iki yüz qırx iki manat, otuz üç qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı “xxxx” MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-711/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-711/2021
22.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver