Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-7112/2021 29.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızı, İddiaçı cavabdeh “X1” Mərkəzi MMC-yə qarşı “hərracın nəticələri haqqında protokolun ləğvi tələbinə” dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək müəyyən etdi: İddiaçı cavabdeh “X1” Mərkəzi MMC-yə qarşı “hərracın nəticələri haqqında protokolun ləğvi tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 37200 manata qalib alıcı X2 satılmasına dair “X1” Mərkəzi MMC-nin 04 avqust 2021-ci il tarixli “hərracın nəticələri haqqında” YP №139 protokolunun ləğv edilməsinə haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, həmin ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İş materiallarından görünür ki, dövlət rüsumunun Yasamal Rayon Məhkəməsinə ödənilməsinə dair qəbz iddia ərizəsinə əlavə olunmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş 1056 və 803 nömrəli müvafiq olaraq 04.10.2021-ci il və 08.10.2021-ci il tarixli qəbzlər üzrə 100 manat dövlət rüsumu Bakı şəhəri Səbail Rayon Məhkəməsinə ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 152.1.5.-ci maddəsinə sasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddiaçının iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsini qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümümi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən geri qaytarılmalı və iddiaçıya adiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı cavabdeh “X1” Mərkəzi MMC-yə qarşı “hərracın nəticələri haqqında protokolun ləğvi tələbinə” dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(004)-7112/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-7112/2021
29.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver