Məhkəmə qərarları › İş №2(004)-717/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-717/2021

08.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-717/2021 08.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı və Maraqlı şəxs iştirakı ilə, İddiaçı (ərizədə Maraqlı şəxs kimi yazılıb) cavabdeh “xxxx” MMC-yə qarşı “müqavilələrin ləğv edilməsi və etibarsız sayılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (ərizədə Maraqlı şəxs kimi yazılıb) cavabdeh “xxxx” MMC-yə qarşı “müqavilələrin ləğv edilməsi və etibarsız sayılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə müraciət edərək, cavabdeh “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli K00213238 nömrəli müqavilənin və xx.xx.2018-ci il tarixli 00346925 nömrəli müqavilənin ləğv edilməsi və etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmasını xx.xx.2021-ci il tarixə saat 10:40-a təxirə salmışdır. İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdi. Eyni zamanda, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(007)-1222/2020-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli müqavilələr üzrə ondan “xxxx” MMC-nin xeyrinə tutulmalı olan cəmi 1.446 manat vəsaitin bir hissəsini ödədiyini, bir neçə aya isə qalan hissəsini ödəyəcəyini bildirdi. İddia ərizəsində maraqlı şəxs kimi göstərilmiş Maraqlı şəxs məhkəmə iclasında İddiaçı iddia ərizəsinin geri qaytarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(007)-1222/2020-ci il tarixli qətnaməsinə əsasən tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli müqavilələr üzrə İddiaçı cəmi 1.446 manat pul tutularaq “xxxx” MMC-yə ödənilməsi qət edilmişdir. Məhkəmə iddiaçının və maraqlı şəxsin izahatını dinləyib, iddiaçının iddia ərizəsinin geri qaytarılmasına dair ərizəsini və iş materiallarında olan sənədləri nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinin tələbinə uyğun olaraq iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.11, 260, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı (ərizədə Maraqlı şəxs kimi yazılıb) cavabdeh “xxxx” MMC-yə qarşı “müqavilələrin ləğv edilməsi və etibarsız sayılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə müraciət edərək, cavabdeh “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli K00213238 nömrəli müqavilənin və xx.xx.2018-ci il tarixli 00346925 nömrəli müqavilənin ləğv edilməsi və etibarsız sayılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar