Məhkəmə qərarları › İş №2(004)-7224/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-7224/2021

02.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-7224/2021 02.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbinə” dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14.03.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan 12.03.2021-ci il tarixli müqaviləsinə əsasən, Kenwood markalı kombayn üçün 344.9 (üç yüz qırx dörd manat, doxsan qəpik) manat ödənilməmiş hissə, 34.1 (otuz dörd manat, on qəpik) manat cərimə, 12.04.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan 12.03.2021-ci il tarixli müqaviləsinə əsasən, Samsung markalı paltaryuyan üçün 253.3 (iki yüz əlli üç manat, otuz qəpik) manat ödənilməmiş hissə, 25.7 (iyirmi beş manat, yetmiş qəpik) manat cərimə, 08.09.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan 12.03.2021-ci il tarixli müqaviləsinə əsasən, LG markalı paltaryuyan üçün 689.7 (altı yüz səksən doqquz manat, yetmiş qəpik) manat ödənilməmiş hissə. 68.3 (altmış səkkiz manat, otuz qəpik) manat cərimə, 29.05.2020-ci il tarixli müqaviləsinə əsasən, Delonghi markalı qəhvəbişirən üçün 544.6 (beş yüz qırx dörd manat, altmış qəpik) manat ödənilməmiş hissə, 54.4 (əlli dörd manat, qırx qəpik) manat cərimə, 31.05.2020-ci il tarixli müqaviləsinə əsasən, 2 ədəd Delonghi markalı qəhvəbişirən üçün 2298.6 (iki min iki yüz doxsan səkkiz manat, altmış qəpik) manat ödənilməmiş hissə, 229.4 (iki yüz iyirmi doqquz manat qırx qəpik) cərimə, cəmi 4543 manat borc və 65.43 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. İş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında 14.03.2019-cu il, 12.04.2019-cu il. 08.09.2019-cu il, 29.05.2020-ci il, 31.05.2020-ci il tarixlərdə müqavilələr bağlanmışdır. Müqavilələrə əsasən cavabdeh "xxxx" MMC –dən Kenwood markalı kombayn, Samsung markalı paltaryuyan, LG markalı paltaryuyan, Delonghi markalı qəhvəbişirən və 2 ədəd Delonghi markalı qəhvəbişirən almışdır. Cavabdehin 14.03.2019-cu il, 12.04.2019-cu il və 08.09.2019-cu il tarixli müqavilələri 12.03.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, restrukturizasiya edilmişdir. İş materiallarında olan 21 oktyabr 2021-ci il tarixli maliyyə arayışına əsasən, 14.03.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan 12.03.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 383.2 (üç yüz səksən üç manat, iyirmi qəpik) manat (9 ay x 38.32 manat + 38.32 manat ilkin ödəniş) olan Kenwood markalı kombayn üçün 379 (üç yüz yetmiş doqquz) manat olmaqla ondan, 344.9 (üç yüz qırx dörd manat, doxsan qəpik) manat ödənilməmiş hissə, 34.1 (otuz dörd manat, on qəpik) manat cərimə, 12.04.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan 12.03.2021-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 304.8 (üç yiiz dörd manat, səksən qəpik) manat (11 ay x 25.4 manat + 25.4 manat ilkin ödəniş) olan Samsung markalı paltaryuyan üçün 279 (iki yüz yetmiş doqquz) manat olmaqla ondan, 253.3 (iki yüz əlli üç manat, otuz qəpik) manat ödənilməmiş hissə, 25.7 (iyirmi beş manat, yetmiş qəpik) manat cərimə, 08.09.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan 12.03.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 726 (yeddi yüz iyirmi altı) manat (19 ay x 36.3 manat + 36.3 manat ilkin ödəniş) olan LG markalı paltaryuyan üçün 758 (yeddi yüz əlli səkkiz) manat olmaqla ondan 689.7 (altı yüz səksən doqquz manat, yetmiş qəpik) manat ödənilməmiş hissə, 68.3 (altmış səkkiz manat, otuz qəpik) manat cərimə, 29.05.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1736.6 (dmin yeddi yüz otıız altı manat, altmış qəpik) manat (2 ay x 587.3 manat + 562 manat ilkin ödəniş) olan Delonghi markalı qəhvəbişirən üçün 599 (beş yüz doxsan doqquz) manat olmaqla ondan 544.6 (beş yüz qırx dörd manat, altmış qəpik) manat ödənilməmiş hissə, 54.4 (əlli dörd manat, qırx qəpik) manat cərimə, 14.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3422.6 (üç min dörd yüz iyirmi iki manat, altmış qəpik) manat (2 ay x 1149.3 manat + 1124 manat ilkin ödəniş) olan 2 ədəd Delonghi markalı qəhvəbişirən üçün 2528 (iki min beş yüz iyirmi səkkiz) manat olmaqla ondan 2298.6 (iki min iki yüz doxsan səkkiz manat, altmış qəpik) manat ödənilməmiş hissə, 229.4 (iki yüz iyirmi doqquz manat, qırx qəpik) cərimə pulu olmaqla, cəmi 4543 (dörd min beş yüz qırx üç) manat borc yaranmışdır. "xxxx" MMC-nin Cavabdeh ünvanladığı xəbərdarlığa əsasən məlum olur ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının ərizəsinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 14.03.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan 12.03.2021-ci il tarixli müqaviləsinə əsasən, 344,90 manat ödənilməmiş hissə, 34,10 manat cərimə, 12.04.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan 12.03.2021-ci il tarixli müqaviləsinə əsasən, 253,30 manat ödənilməmiş hissə, 25,70 manat cərimə, 08.09.2019cu il tarixli müqaviləyə 01 saylı əlavə olan 12.03.2021-ci il tarixli müqaviləsinə əsasən 689,70 manat ödənilməmiş hissə. 68,30 manat cərimə, 29.05.2020-ci il tarixli müqaviləsinə əsasən, 544,60 manat ödənilməmiş hissə, 54,40 manat cərimə, 31.05.2020ci il tarixli müqaviləsinə əsasən, 2298,60 manat ödənilməmiş hissə, 229,40 cərimə, cəmi 4543 manat borc və 65,43 manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməlidir. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 284-4-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 14.03.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan 12.03.2021-ci il tarixli müqaviləyə əsasən, 344,90 manat ödənilməmiş hissə, 34,10 manat cərimə, 12.04.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan 12.03.2021-ci il tarixli müqaviləyə əsasən, 253,30 manat ödənilməmiş hissə, 25,70 manat cərimə, 08.09.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan 12.03.2021-ci il tarixli müqaviləyə əsasən 689,70 manat ödənilməmiş hissə, 68,30 manat cərimə, 29.05.2020-ci il tarixli müqaviləyə əsasən, 544,60 manat ödənilməmiş hissə, 54,40 manat cərimə, 31.05.2020-ci il tarixli müqaviləyə əsasən, 2298,60 manat ödənilməmiş hissə, 229,40 cərimə, cəmi 4543 (dörd min beş yüz qırx üç) manat borc və 65,43 (altmış beş manat qırx üç qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar