Məhkəmə qərarları › İş №2(004)-7231/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-7231/2021

14.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-7231/2021 14.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24.05.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********12913 iPhone X markalı telefon üçün 561 (beş yüz altmış bir) manat ödənilməmiş hissə, 168 (yüz altmış səkkiz) manat dəbbə, 29.12.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********93133 Samsung Galaxy A80 markalı telefon üçün 1155 (min yüz əlli beş) manat ödənilməmiş hissə, 158 (yüz əlli səkkiz) manat dəbbə, 29.12.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********85220 iPhone 11 Pro Max markalı telefon, Samsung markalı soyuducu üçün 4832.7 (dörd min səkkiz yüz otuz iki manat, yetmiş qəpik) manat ödənilməmiş hissə, 1449.3 (min dörd yüz qırx doqquz manat, otuz qəpik) manat dəbbə olmaqla, ümumilikdə, 8324 manat borc və 103.24 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq “ABC TELECOM’’ Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 24.05.2019-cu il, “29.12.2019-cu İV 29.12.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********12913 iPhone X markalı telefon, İMEİ kodu **********93133 Samsung Galaxy A80 markalı telefon və İMEİ kodu **********85220 iPhone 11 Pro Max markalı telefon, Samsung markalı soyuducu almış və nəticədə 8324 (səkkiz min üç yüz iyirmi dörd) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 24.05.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2244 (iki min iki yüz qırx dörd) manat (12 ay x 187 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********12913 İPhone X markalı telefon üçün ümumilikdə, 729 (yeddi yüz iyirmi doqquz) olmaqla ondan, 561 (beş yüz altmı bir) manat ödənilməmiş hissə, 168 (yüz altmış səkkiz) manat dəbbə, 29.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1386 (min üç yüz səksən altı) (18 ay x 77 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********93133 Samsung Galaxy A80 markalı telefon üçün ümumilikdə, 1313 (min üç yüz on üç) manat olmaqla ondan, 1155 (min yüz əlli beş) manat ödənilməmiş hissə, 158 (yüz əlli səkkiz) manat dəbbə, 29.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 5437.8 (beş min dörd yüz otuz yeddi manat, səksən qəpik) manat (18 ay x 302.1 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********85220 İPhone 11 Pro Max markalı telefon, Samsung markalı soyuducu üçün ümumilikdə, 6282 (altı min iki yüz səksən iki) manat olmaqla ondan. 4832.7 (dörd min səkkiz yüz otuz iki manat, yetmiş qəpik) manat ödənilməmiş hissə, 1449.3 (min dörd yüz qırx doqquz manat, otuz qəpik) manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2519.1 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Məhkəmə iclasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, AZEMİS vasitəsilə ona məxsus telefon nömrəsinə SMS bildiriş göndərilsə də, cavabdeh şəxs heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdehnın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 24.05.2019cu il tarixli 00679815 nömrəli müqaviləyə əsasən, cavabdeh alqı-satqı qiyməti 2244 (iki min iki yüz qırx dörd) manat (12 ay x 187 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********12913 iPhone X markalı telefon almış, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 729 (yeddi yüz iyirmi doqquz) olmaqla ondan, 561 (beş yüz altmı bir) manat ödənilməmiş hissə, 168 (yüz altmış səkkiz) manat dəbbə borcu yaranmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 29.12.2019cu il tarixli 01171146 nömrəli müqaviləyə əsasən, cavabdeh alqı-satqı qiyməti 1386 (bir min üç yüz səksən altı) manat (18 ay x 77 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********93133 Samsung Galaxy A80 markalı telefon almış, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 1313 (min üç yüz on üç) manat olmaqla ondan, 1155 (min yüz əlli beş) manat ödənilməmiş hissə, 158 (yüz əlli səkkiz) manat dəbbə borcu yaranmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 29.12.2019cu il tarixli 01170125 nömrəli müqaviləyə əsasən, cavabdeh alqı-satqı qiyməti 5437,8 (beş min dörd yüz otuz yeddi manat səksən qəpik) manat (18 ay x 302,10 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********85220 İPhone 11 Pro Max markalı telefon, Samsung markalı soyuducu almış, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 6282 (altı min iki yüz səksən iki) manat olmaqla ondan. 4832.7 (dörd min səkkiz yüz otuz iki manat, yetmiş qəpik) manat ödənilməmiş hissə, 1449.3 (min dörd yüz qırx doqquz manat, otuz qəpik) manat dəbbə borcu yaranmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış 15 mart 2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, müqavilələr üzrə öhdəliklərin icrası gecikdirildiyindən, hesablanmış ödənilməmiş borcun və gecikdirilmiş günlər üçün hesablanmış cərimə borcunun qısa zaman ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə aidiyyatı dövlət qurumlarına müraciət olunacağı barədə xəbərdar edilmişdir. 21 oktyabr 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 103,64 (yüz üç manat altmış dörd qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 24.05.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********12913 iPhone X markalı telefon üçün 561 (beş yüz altmış bir) manat ödənilməmiş hissə, 168 (yüz altmış səkkiz) manat dəbbə borcu, 29.12.2019-cu il tarixli 01171146 nömrəli müqaviləyə əsasən İMEİ kodu **********93133 Samsung Galaxy A80 markalı telefon üçün 1155 (min yüz əlli beş) manat ödənilməmiş hissə, 158 (yüz əlli səkkiz) manat dəbbə borcu, 29.12.2019-cu il tarixli 01170125 nömrəli müqaviləyə əsasən İMEİ kodu **********85220 İPhone 11 Pro Max markalı telefon, Samsung markalı soyuducu üçün 4832.7 (dörd min səkkiz yüz otuz iki manat, yetmiş qəpik) manat ödənilməmiş hissə, 1449.3 (min dörd yüz qırx doqquz manat, otuz qəpik) manat dəbbə borcu, cəmi 8324 manat borc yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 425.1-ci maddəsinə əsasən: “Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir”. Bu iş üzrə isə cavabdehin öhdəliklərinin vaxtında və lazımi şəkildə icra edilmədiyi görünür; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiasının hər dörd müqavilə üzrə hesablanmış tənasübsüz surətdə yüksək dəbbə pulu azaldılmalı, 24.05.2019-cu il tarixli müqavilə üzrə 561 (beş yüz altmı bir) manat ödənilməmiş hissəyə hesablanmış 168 (yüz altmış səkkiz) manat dəbbə 50 manat, 29.12.2019-cu il tarixli 01171146 nömrəli müqavilə üzrə 1155 (min yüz əlli beş) manat ödənilməmiş hissəyə hesablanmış 158 (yüz əlli səkkiz) manat dəbbə 100 manat, 29.12.2019-cu il tarixli 01170125 nömrəli müqavilə üzrə 4832.7 (dörd min səkkiz yüz otuz iki manat, yetmiş qəpik) manat ödənilməmiş hissəyə hesablanmış 1449,30 (min dörd yüz qırx doqquz manat, otuz qəpik) manat dəbbə 100 manat müəyyən edilərək, Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Məhkəmə sübutlara məcmu halnda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 24.05.2019-cu il tarixli 00679815 saylı müqavilə üzrə 561 (beş yüz altmış bir) manat əsas, 50 (əlli) manat cərimə, 29.12.2019-cu il tarixli, 01171146 saylı müqavilə üzrə 1155 (bir min yüz əlli beş) manat əsas, 100 (yüz) manat cərimə, 29.12.2019-cu il tarixli, 01170125 saylı müqavilə üzrə 4832,70 (dörd min səkkiz yüz otuz iki manat, yetmiş qəpik) manat əsas, 100 (yüz) manat cərimə olmaqla, cəmi 6798,70 (altı min yeddi yüz doxsan səkkiz manat yetmiş qəpik) manat borc alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş və ödənilmiş 103,24 (yüz üç manat iyirmi dörd qəpik) manat dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 24.05.2019-cu il tarixli 00679815 saylı müqavilə üzrə 561 (beş yüz altmış bir) manat əsas, 50 (əlli) manat cərimə, 29.12.2019-cu il tarixli, 01171146 saylı müqavilə üzrə 1155 (bir min yüz əlli beş) manat əsas, 100 (yüz) manat cərimə, 29.12.2019-cu il tarixli, 01170125 saylı müqavilə üzrə 4832,70 (dörd min səkkiz yüz otuz iki manat, yetmiş qəpik) manat əsas, 100 (yüz) manat cərimə olmaqla, cəmi 6798,70 (altı min yeddi yüz doxsan səkkiz manat yetmiş qəpik) manat borc və 103,24 (yüz üç manat iyirmi dörd qəpik) manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar