Məhkəmə qərarları › İş №2(004)-7325/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-7325/2021

21.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-7325/2021 21.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25.02.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********15972 olan Sony Xperia XA1 Plus markalı telefon üçün 136,7 (yüz otuz altı manat, yetmiş qəpik) manat ödənilməmiş hissə, 41,4 manat dəbbə pulu Cavabdeh1 Elxan oğlundan və zamin Cavabdeh2 müştərək qaydada, 26.10.2019-cu il tarixli müqaviləsinə əsasən, HOFFMANN markalı televizor, Philips markalı tozsoran və Eurogold markalı paltarqurudan üçün 560 (beş yüz altmış) manat ödənilməmiş hissə, 162 manat dəbbə, ümumilikdə 900,1 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu cavabdeh Cavabdeh1 Elxan oğlundan və zamin Cavabdeh2 müştərək qaydada alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirmiş, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Dəbbə pulunun məbləği ilə bağlı sədrlik edənin sualına cavab olaraq dəbbə pulunun azaldılmasını hakimin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etməmişlər. Məhkəmə cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 26.10.2019cu il tarixli 01008568 №-li müqaviləyə əsasən müəyyən olunur ki, iddiaçı HOFFMANN markalı televizor, Philips markalı tozsoran və Eurogold markalı paltarqurudanı Cavabdeh1 verməyi öhdəsinə götürmüşdür. 26.10.2019-cu il tarixli müqaviləyə əlavəyə əsasən Cavabdeh1 ilkin ödəniş də daxil olmaqla 820 manat məbləğində pulu aylıq 60 manat olmaqla 12 ay müddətinə, 08.12.2019-cu il tarixdən 08.11.2020-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. 26.10.2019-cu il tarixli əşyaların təhvil-təslim aktına əsasən müəyyən olunur ki, HOFFMANN markalı televizor, Philips markalı tozsoran və Eurogold markalı paltarqurudan Cavabdeh1 tərəfindən təhvil alınmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 25.02.2019cu il tarixli 00532363 №-li müqaviləyə əsasən müəyyən olunur ki, iddiaçı İMEİ kodu **********15972 olan Sony Xperia XA1 Plus markalı telefonu Cavabdeh1 verməyi öhdəsinə götürmüşdür. 25.02.2019-cu il tarixli 00532363 №-li müqaviləyə əlavəyə əsasən Cavabdeh1 ilkin ödəniş də daxil olmaqla 556 manat məbləğində pulu aylıq 46 manat olmaqla 12 ay müddətinə 01.04.2019-cu il tarixdən 01.03.2020-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. 25.02.2019-cu il tarixli əşyaların təhvil-təslim aktına əsasən İMEİ kodu **********15972 olan Sony Xperia XA1 Plus markalı telefon Cavabdeh1 tərəfindən təhvil alınmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 25.02.2019cu il tarixli 00532363 №-li zaminlik müqaviləsinə əsasən müəyyən olunur ki, bu müqavilənin predmeti ABC MMC ilə alıcı Cavabdeh1 arasında bağlanmış 00532363 №-li müqavilənin zamin tərəfindən alıcı ilə birgə icrasının təminatıdır, zamin əsas müqavilə üzrə alıcının zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə ABC qarşısında alıcı ilə birgə məsuliyyət daşıyır. İş materiallarında olan "xxxx" MMC-nin cavabdehlərə ünvanladığı 29.10.2021-ci il tarixli xəbərdarlığa əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehlərə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 04.11 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, Cavabdeh1 696,7 manat əsas, 203,4 manat cərimə borcu olmaqla cəmi 900,1 manat borcu vardır. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh 25.02.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********15972 olan Sony Xperia XA1 Plus markalı telefon üçün 136,7 (yüz otuz altı manat, yetmiş qəpik) manat ödənilməmiş hissə, 26.10.2019-cu il tarixli müqaviləsinə əsasən, HOFFMANN markalı televizor, Philips markalı tozsoran və Eurogold markalı paltarqurudan üçün 560 (beş yüz altmış) manat ödənilməmiş hissə, cəmi 696,7 (altı yüz doxsan altı manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə, ümumilikdə 716,7 (yeddi yüz on altı manat, yetmiş qəpik) manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh1 alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Belə ki, iddiaçı müqavilə üzrə öhdəlikərini yerinə yetirmiş, lakin Cavabdeh1 üzərinə düşən öhdəliyi qismən yerinə yetirərək borcunu tam ödəməmişdir. Məhkəmə qeyd edir ki, cərimə məbləğinin miqdarı əsas borca mütənasib olmadığından azaldılmalı, 20 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin müqavilə üzrə yaranmış borcu müştərək qaydada zamin Cavabdeh2 tutulmasına dair hissəsi ilə razılaşmır. Məhkəmə qeyd edir ki, ABC Telekom MMC ilə Cavabdeh2 arasında bağlanmış 25.02.2019-cu il tarixli zaminlik müqaviləsi üzrə zaminlik müddət müəyyən edilmədən verilmişdir və buna görə də, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Bundan başqa "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 25.02.2019-cu il tarixli müqaviləyə əsasən alıcı Cavabdeh1 pulu 12 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanılmış müqavilənin şərtlərindən göründüyü kimi onlar pulun ən geci 01.03.2020-ci il tarixdə ödənilməsi barədə razılığa gəlmişlər. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı zaminə qarşı iddia qaldırmaq hüququndan istifadə etməmiş, zaminlik müqaviləsi üzrə öhdəliyin və eləcə də, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı həm 25.02.2019-cu il tarixli müqavilə, həm də 26.10.2019-cu il tarixli müqavilə üzrə ödənilməmiş əsas borcun və ona hesablanmış faizlərin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmasını tələb etsə də, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsi ilə 25.02.2019-cu il tarixli müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi nəzərdə tutulmuşdur. Beləliklə Cavabdeh2 26.10.2019-cu il tarixli müqavilə üzrə zaminliklə təmin edilmiş öhdəliyi mövcud deyildir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən Cavabdeh2 26.10.2019-cu il tarixli müqavilə üzrə zamin olmadığından, 25.02.2019-cu il tarixli müqavilə üzrə isə iddiaçı ABC Telecom MMC tərəfindən zamin Cavabdeh2 qarşı hər hansı iddia irəli sürülmədiyindən Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələbləri baxımından zaminin hazırki tələb üzrə məsuliyyəti istisna edilir və iddia tələbi zaminə aid hissədə rədd edilməlidir. Məhkəmə həmçinin Mülki Prosessual Məcəlllənin 119-cu maddəsinə əsasən hesab edir ki, ödənilmiş dövlət rüsumu Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəllənin 470.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 25.02.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********15972 olan Sony Xperia XA1 Plus markalı telefon üçün 136,7 (yüz otuz altı manat, yetmiş qəpik) manat ödənilməmiş hissə, 26.10.2019-cu il tarixli müqaviləsinə əsasən, HOFFMANN markalı televizor, Philips markalı tozsoran və Eurogold markalı paltarqurudan üçün 560 (beş yüz altmış) manat ödənilməmiş hissə, cəmi 696,7 (altı yüz doxsan altı manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə, ümumilikdə 716,7 (yeddi yüz on altı manat, yetmiş qəpik) manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh1 alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar