Məhkəmə qərarları › İş №2(004)-7326/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-7326/2021

23.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-7326/2021 23.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29.12.2018-ci il tarixli müqaviləsinə əsasən, Samsung televizor üçün 396 (üç yüz doxsan altı) manat ödənilməmiş hissə, 118 (yüz on səkkiz) manat dəbbə pulu; 27.09.2019-cu il tarixli müqaviləsinə əsasən, Apple saat üçün 758 (yeddi yüz əlli səkkiz) manat ödənilməmiş hissə, 227 (iki yüz iyirmi yeddi) manat dəbbə; 15.10.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********53335 Samsung Galaxy A70 markalı telefon üçün 375 (üç yüz yetmiş beş) manat ödənilməmiş hissə, 112 (yüz on iki) manat dəbbə; 22.10.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********13903 iPhone 11 Pro markalı telefon üçün 1200 (min iki yüz) manat ödənilməmiş hissə, 360 (üç yüz altmış) manat dəbbə; 27.10.2019-cu il müqaviləsinə əsasən, Alyans-Paris dolab, DOSHEK URETAN, Matras üçün 1188 (min yüz səksən səkkiz) manat ödənilməmiş hissə, 369 (üç yüz altmış doqquz) manat dəbbə; 27.02.2020-ci il tarixli müqaviləsinə əsasən, Samsung soyuducu üçün 1920,2 (min doqquz yüz iyirmi manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 443,8 dörd yüz qırx üç manat səksən qəpik) manat dəbbə pulu olmaqla ümumilikdə, 7467 manat borc, 94,67 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı “"xxxx" MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 29.12.2018-ci il, 27.09.2019-cu il, 15.10.2019-cu il, 22.10.2019-cu il, 27.10.2019-cu il, 27.02.2020-ci il tarixlərindəki müqavilələrinə əsasən, Samsung televizor, Apple saat, Samsung Galaxy A70, iPhone 11 Pro markalı telefon, Alyans-Paris dolab, DOSHEK URETAN, Matras, Samsung soyuducu almış və nəticədə 7467 (yeddi min dörd yüz altmış yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 29.12.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2508 (iki min beş yüz səkkiz) manat (19 ay x 132 manat + 0 manat ilkin ödəniş) olan Samsung televizor üçün ümumilikdə 514 (beş yüz on dörd) manat olmaqla ondan 396 (üç yüz doxsan altı) manat ödənilməmiş hissə, 118 (yüz on səkkiz) manat dəbbə pulu; 27.09.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1248 (min iki yüz qırx səkkiz) manat (18 ay x 69 manat + 6 manat ilkin ödəniş) olan Apple saat üçün ümumilikdə 985 (doqquz yüz səksən beş) manat olmaqla ondan 758 (yeddi yüz əlli səkkiz) manat ödənilməmiş hissə, 227 (iki yüz iyirmi yeddi) manat dəbbə pulu; 15.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 900 (doqquz yüz) manat (12 ay x 75 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********53335 Samsung Galaxy A70 markalı telefon üçün ümumilikdə 487 (dörd yüz səksən yeddi) manat olmaqla ondan 375 (üç yüz yetmiş beş) manat ödənilməmiş hissə, 112 (yüz on iki) manat dəbbə pulu; 22.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3780 (üç min yeddi yüz səksən) manat (18 ay x 200 manat + 180 manat ilkin ödəniş) olan İMEİ Kodu **********13903 iPhone 11 Pro markalı telefon üçün ümumilikdə 1560 (min beş yüz altmış) manat olmaqla ondan 1200 (min iki yüz) manat ödənilməmiş hissə, 360 (üç yüz altmış) manat dəbbə pulu; 27.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 2036 (iki min otuz altı) manat (24 ay x 66 manat + 452 manat ilkin ödəniş) olan Alyans-Paris dolab, DOSHEK URETAN, Matras üçün ümumilikdə 1557 (min beş yüz əlli yeddi) manat olmaqla ondan 1188 (min yüz səksən səkkiz) manat ödənilməmiş hissə, 369 (üç yüz altmış doqquz) manat dəbbə pulu; 27.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2168,2 (iki min yüz altmış səkkiz manat iyirmi qəpik) manat (24 ay x 87,3 manat + 73 manat ilkin ödəniş) olan Samsung soyuducu üçün ümumilikdə 2364 (iki min üç yüz altmış dörd) manat olmaqla ondan 1920 (min doqquz yüz iyirmi) manat ödənilməmiş hissə, 443,8 (dörd yüz qırx üç manat səksən qəpik) manat dəbbə pulu hesablanmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 6803 manat təşkil edir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X3 iddia tələbinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. (Cavabdeh xəbərnaməyə imza etməklə bildirişi qəbul etmişdir) Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında 29.12.2018-ci il tarixli, 00444451 №-li alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı özünə məxsus 2508 (iki min beş yüz səkkiz) manat (19 ay x 132 manat + 0 manat ilkin ödəniş) dəyərində əşyanı (Samsung televizor) hər ay 132 manat olmaqla 19 ay müddətinə ödəmək şərti ilə Cavabdeh satmışdır. Müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlində nəzərdə tutulmuşdur ki, alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 (bir) faizi həcmində penya ödəyir. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən cavabdeh 19 ay ərzində hər ay 132 manat ödəniş edilməlidir. İş materiallarından görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında 27.09.2019-cu il tarixli, 00942660 №-li alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı özünə məxsus 1248 (min iki yüz qırx səkkiz) manat (18 ay x 69 manat + 6 manat ilkin ödəniş) dəyərində əşyanı (Apple saat) hər ay 69 manat olmaqla 18 ay müddətinə ödəmək şərti ilə Cavabdeh satmışdır. Müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlində nəzərdə tutulmuşdur ki, alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 (bir) faizi həcmində penya ödəyir. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən cavabdeh 18 ay ərzində hər ay 69 manat ödəniş edilməlidir. İş materiallarından görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında 15.10.2019-cu il tarixli, 00983985 №-li alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı özünə məxsus 900 (doqquz yüz) manat (12 ay x 75 manat + 0 manat ilkin ödəniş) dəyərində əşyanı (Samsung Galaxy A70) hər ay 75 manat olmaqla 12 ay müddətinə ödəmək şərti ilə Cavabdeh satmışdır. Müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlində nəzərdə tutulmuşdur ki, alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 (bir) faizi həcmində penya ödəyir. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən cavabdeh 12 ay ərzində hər ay 75 manat ödəniş edilməlidir. İş materiallarından görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında 22.10.2019-cu il tarixli, 00998238 №-li alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı özünə məxsus 3780 (üç min yeddi yüz səksən) manat (18 ay x 200 manat + 180 manat ilkin ödəniş) dəyərində əşyanı (iPhone 11 Pro markalı telefon) hər ay 200 manat olmaqla 18 ay müddətinə ödəmək şərti ilə Cavabdeh satmışdır. Müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlində nəzərdə tutulmuşdur ki, alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 (bir) faizi həcmində penya ödəyir. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən cavabdeh 18 ay ərzində hər ay 200 manat ödəniş edilməlidir. İş materiallarından görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında 27.10.2019-cu il tarixli, 01009983 №-li alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı özünə məxsus 2036 (iki min otuz altı) manat (24 ay x 66 manat + 452 manat ilkin ödəniş) dəyərində əşyanı (Alyans-Paris dolab, DOSHEK URETAN, Matras) hər ay 66 manat olmaqla 24 ay müddətinə ödəmək şərti ilə Cavabdeh satmışdır. Müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlində nəzərdə tutulmuşdur ki, alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 (bir) faizi həcmində penya ödəyir. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən cavabdeh 24 ay ərzində hər ay 66 manat ödəniş edilməlidir. İş materiallarından görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında 27.02.2020-ci il tarixli, 20129973 №-li alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı özünə məxsus 2168,2 (iki min yüz altmış səkkiz manat iyirmi qəpik) manat (24 ay x 87,3 manat + 73 manat ilkin ödəniş) dəyərində əşyanı (Samsung soyuducu) hər ay 87,3 manat olmaqla 24 ay müddətinə ödəmək şərti ilə Cavabdeh satmışdır. Müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlində nəzərdə tutulmuşdur ki, alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 (bir) faizi həcmində penya ödəyir. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən cavabdeh 24 ay ərzində hər ay 87,3 manat ödəniş edilməlidir. İş materiallarında olan 29.12.2018-ci il tarixli təhvil-təslim aktına əsasən 29.12.2018-ci il tarixli, 00444451 nömrəli alqı-satqı müqaviləsi üzrə Samsung televizor tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan 27.09.2019-cu il tarixli təhvil-təslim aktına əsasən 27.09.2019-cu il tarixli, 00942660 nömrəli alqı-satqı müqaviləsi üzrə Apple saat tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan 15.10.2019-cu il tarixli təhvil-təslim aktına əsasən 15.10.2019-cu il tarixli, 00983985 nömrəli alqı-satqı müqaviləsi üzrə Samsung Galaxy A70 tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan 22.10.2019-cu il tarixli təhvil-təslim aktına əsasən 22.10.2019-cu il tarixli, 00998238 nömrəli alqı-satqı müqaviləsi üzrə iPhone 11 Pro markalı telefon tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan 27.10.2019-cu il tarixli təhvil-təslim aktına əsasən 27.10.2019-cu il tarixli, 01009983 nömrəli alqı-satqı müqaviləsi üzrə Alyans-Paris dolab, DOSHEK URETAN, Matras tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan 27.02.2020-ci il tarixli təhvil-təslim aktına əsasən 27.02.2020-ci il tarixli, 20129973 nömrəli alqı-satqı müqaviləsi üzrə Samsung soyuducu tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan ödəniş qəbzindən (№8********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 94,67 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan 22 oktyabr 2021-ci il tarixli X2 əsasən Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 29.12.2018-ci il tarixli müqavilə üzrə alıcı Cavabdeh həmin müqavilə üzrə 396 manat ödənilməmiş borcu qalmış və ödənişləri gecikdirdiyinə görə ona 118 manat cərimə hesablanmışdır. Cəmi ödənilmiş məbləğ 2112 manat olmuşdur, ödənilməmiş məbləğ isə 396 manat, dəbbə pulu 118 manat; 27.09.2019-cu il tarixli müqavilə üzrə alıcı Cavabdeh həmin müqavilə üzrə 758 manat ödənilməmiş borcu qalmış və ödənişləri gecikdirdiyinə görə ona 227 manat cərimə hesablanmışdır. Cəmi ödənilmiş məbləğ 490 manat olmuşdur, ödənilməmiş məbləğ isə 758 manat, dəbbə pulu 227 manat; 15.10.2019-cu il tarixli müqavilə üzrə alıcı Cavabdeh həmin müqavilə üzrə 375 manat ödənilməmiş borcu qalmış və ödənişləri gecikdirdiyinə görə ona 112 manat cərimə hesablanmışdır. Cəmi ödənilmiş məbləğ 525 manat olmuşdur, ödənilməmiş məbləğ isə 375 manat, dəbbə pulu 112 manat; 22.10.2019-cu il tarixli müqavilə üzrə alıcı Cavabdeh həmin müqavilə üzrə 1200 manat ödənilməmiş borcu qalmış və ödənişləri gecikdirdiyinə görə ona 360 manat cərimə hesablanmışdır. Cəmi ödənilmiş məbləğ 2580 manat olmuşdur, ödənilməmiş məbləğ isə 1200 manat, dəbbə pulu 360 manat; 27.10.2019-cu il tarixli müqavilə üzrə alıcı Cavabdeh həmin müqavilə üzrə 1188 manat ödənilməmiş borcu qalmış və ödənişləri gecikdirdiyinə görə ona 369 manat cərimə hesablanmışdır. Cəmi ödənilmiş məbləğ 848 manat olmuşdur, ödənilməmiş məbləğ isə 1188 manat, dəbbə pulu 369 manat; 27.02.2020-ci il tarixli müqavilə üzrə alıcı Cavabdeh həmin müqavilə üzrə 1920,2 manat ödənilməmiş borcu qalmış və ödənişləri gecikdirdiyinə görə ona 443,8 manat cərimə hesablanmışdır. Cəmi ödənilmiş məbləğ 248 manat olmuşdur, ödənilməmiş məbləğ isə 1920,2 manat, dəbbə pulu 443,8 manat olmaqla, ümumilikdə Cavabdeh 7467 manat borcu vardır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubları göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 568.1-ci və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. Mülki Məcəllənin 601.1-ci və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında əşyaların nisyə alqı-satqısı müqavilələri bağlanmışdır. Müqavilələr üzrə iddiaçı (satıcı) əşyaları alıcıya vermiş, lakin cavabdeh (alıcı) nisyə alqı-satqı müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun satıcı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar əsas borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 425, 427, 442, 448 və 600.4-cü maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi əşyaların dəyərinin ödənilməmiş hissəsini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə, həmçinin iddianın cərimənin ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Tərəflər arasında bağlanmış 29.12.2018-ci il, 27.09.2019-cu il, 15.10.2019-cu il, 22.10.2019-cu il, 27.10.2019-cu il, 27.02.2020-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəllərində göstərilmişdir ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. Məhkəmə, tərəflər arasında bağlanmış 29.12.2018-ci il tarixli müqavilə üzrə hesablanmış 118 manat cərimənin, 27.09.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 227 manat cərimənin, 15.10.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 112 manat cərimənin, 22.10.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 360 manat cərimənin, 27.10.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 369 manat cərimənin, 27.02.2020-ci il tarixli müqavilə üzrə hesablanmış 443,8 manat cərimənin tənasübsüz yüksək olmasını nəzərə alaraq, 29.12.2018-ci il tarixli müqavilə üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və cərimənin 12 manat, 27.09.2019-cu il tarixli müqavilə üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və cərimənin 23 manat, 15.10.2019-cu il tarixli müqavilə üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və cərimənin 11 manat, 22.10.2019-cu il tarixli müqavilə üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və cərimənin 36 manat, 27.10.2019-cu il tarixli müqavilə üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və cərimənin 37 manat, 27.02.2020-ci il tarixli müqavilə üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və cərimənin 44 manat məbləğində müəyyən edilməsini, ədalətli və məqsədə müvafiq sayır. Beləliklə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 29.12.2018-ci il tarixli 00444451 nömrəli müqavilə üzrə 396 manat borc və 12 manat dəbbə pulu; 27.09.2019-cu il tarixli 00942660 nömrəli müqavilə üzrə 758 manat borc və 23 manat dəbbə pulu; 15.10.2019-cu il tarixli 00983985 nömrəli müqavilə üzrə 375 manat borc və 11 manat dəbbə pulu; 22.10.2019-cu il tarixli 00998238 nömrəli müqavilə üzrə 1200 manat borc və 36 manat dəbbə pulu; 27.10.2019-cu il tarixli 01009983 nömrəli müqavilə üzrə 1188 manat borc və 37 manat dəbbə pulu; 27.02.2020ci il tarixli 20129973 nömrəli müqavilə üzrə 1920,2 manat borc və 44 manat dəbbə pulu olmaqla, ümumilikdə 6000,2 (altı min manat iyirmi qəpik) manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı tərəfindən ödənilmiş 94,67 manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsində qeyd olunmuşdur ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 29.12.2018-ci il tarixli 00444451 nömrəli müqavilə üzrə 396 (üç yüz doxsan altı) manat borc və 12 (on iki) manat dəbbə pulu; 27.09.2019-cu il tarixli 00942660 nömrəli müqavilə üzrə 758 (yeddi yüz əlli səkkiz) manat borc və 23 (iyirmi üç) manat dəbbə pulu; 15.10.2019-cu il tarixli 00983985 nömrəli müqavilə üzrə 375 (üç yüz yetmiş beş) manat borc və 11 (on bir) manat dəbbə pulu; 22.10.2019-cu il tarixli 00998238 nömrəli müqavilə üzrə 1200 (bir min iki yüz) manat borc və 36 (otuz altı) manat dəbbə pulu; 27.10.2019-cu il tarixli 01009983 nömrəli müqavilə üzrə 1188 (bir min yüz səksən səkkiz) manat manat borc və 37 (otuz yeddi) manat dəbbə pulu; 27.02.2020ci il tarixli 20129973 nömrəli müqavilə üzrə 1920,20 (bir min doqquz yüz iyirmi manat iyirmi qəpik) manat borc və 44 (qırx dörd) manat dəbbə pulu olmaqla, ümumilikdə 6000,20 (altı min manat iyirmi qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 94,67 (doxsan dörd manat altmış yeddi qəpik) manat pul alınaraq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar