Məhkəmə qərarları › İş №2(004)-7328/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-7328/2021

23.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-7328/2021 23.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı MMC - nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC - nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16.10.2019-cu il tarixli müqaviləsinə əsasən Speedy yumşaq markalı mebel əşyası üçün 718 (yeddi yüz on səkkiz) manat ödənilməmiş hissə, 220 (iki yüz iyirmi) manat dəbbə; 07.07.2020-ci il tarixli müqaviləsinə əsasən LG markalı soyuducu, HOFFMANN markalı kondisioner və Philips markalı ətçəkən üçün 2351,5 (iki min üç yüz əlli bir manat əlli qəpik) manat ödənilməmiş hissə, 540 (beş yüz qırx) manat dəbbə; 05.01.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********11697 olan X4 10 markalı telefon, SONY markalı PLAYSTATİON və Playstation DİSK üçün 1310,2 (min üç yüz on manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 2180,6 (iki min yüz səksən manat altmış qəpik) manat dəbbə, ümumilikdə 6669 manat borc və 86,69 manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı “"xxxx" MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 16.10.2019-cu il, 07.07.2020-ci il və 05.01.2020-ci il tarixli müqaviləsinə əsasən, Speedy yumşaq markalı mebel əşyası, LG markalı soyuducu, HOFFMANN markalı kondisioner, Philips markalı ətçəkən, İMEİ kodu **********11697 olan X4 10 markalı telefon və SONY markalı PLAYSTATİON və Playstation DİSK almış və nəticədə 6669 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 16.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2208 (iki min iki yüz səkkiz) manat (24 ay x 92 manat + 0 manat ilkin ödəniş) olan Speedy yumşaq markalı mebel əşyası üçün ümumilikdə, 938 (doqquz yüz otuz səkkiz) manat olmaqla ondan, 718 (yeddi yüz on səkkiz) manat ödənilməmiş hissə, 220 (iki yüz iyirmi) manat dəbbə; 07.07.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3251 (üç min iki yüz əlli bir) manat (18 ay x 180 manat + 11 manat ilkin ödəniş) olan LG markalı soyuducu, HOFFMANN markalı kondisioner və Philips markalı ətçəkən üçün ümumilikdə, 2891,5 (iki min səkkiz yüz doxsan bir manat əlli qəpik) manat olmaqla ondan, 2351,5 (iki min üç yüz əlli bir manat əlli qəpik) manat ödənilməmiş hissə, 540 (beş yüz qırx) manat dəbbə; 05.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 4399,2 (dörd min üç yüz doxsan doqquz manat iyirmi qəpik) manat (18 ay x 244,4 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********11697 olan X4 10 markalı telefon, SONY markalı PLAYSTATİON və Playstation DİSK üçün ümumilikdə, 2839,5 (iki min səkkiz yüz otuz doqquz manat əlli qəpik) manat olmaqla ondan, 1310,2 (min üç yüz on manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 2180,6 (iki min yüz səksən manat altmış qəpik) manat dəbbə borcu hesanlanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 4608,1 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, “ABC” “Müştəri”-nin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 16.10.2019-cu il tarixli müqavilə üzrə Speedy yumşaq markalı mebel əşyası üçün 718 (yeddi yüz on səkkiz) manat ödənilməmiş hissə, 220 (iki yüz iyirmi) manat dəbbə; 07.07.2020-ci il tarixli müqavilə üzrə LG markalı soyuducu, HOFFMANN markalı kondisioner və Philips markalı ətçəkən üçün 2351,5 (iki min üç yüz əlli bir manat əlli qəpik) manat ödənilməmiş hissə, 540 (beş yüz qırx) manat dəbbə; 05.01.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********11697 olan X4 10 markalı telefon, SONY markalı PLAYSTATİON və Playstation DİSK üçün 2180,6 (iki min yüz səksən manat altmış qəpik) manat ödənilməmiş hissə, 658,9 (altı yüz əlli səkkiz manat doxsan qəpik) manat dəbbə, ümumilikdə 6669 manat borc və 86,69 manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X3 iddia tələbinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir.(Cavabdeh arvadına 22 dekabr 2021-ci il tarixdə saat 16:16-da (077) 266 00 71 mobil nömrəsinə zəng etməklə mülki iş üzrə 23.12.2021-ci il tarixə saat 12:10-a təyin edilmiş məhkəmə baxış iclasında Cavabdeh iştirak etməsi barədə məlumat verilmişdir.) Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında 16.10.2019-cu il tarixli, 00986310 №-li alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı özünə məxsus 2208 (iki min iki yüz səkkiz) manat (24 ay x 92 manat + 0 manat ilkin ödəniş) dəyərində əşyanı (Speedy yumşaq markalı mebel əşyası) hər ay 92 manat olmaqla 24 ay müddətinə ödəmək şərti ilə Cavabdeh satmışdır. Müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlində nəzərdə tutulmuşdur ki, alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 (bir) faizi həcmində penya ödəyir. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən cavabdeh 24 ay ərzində hər ay 92 manat ödəniş edilməlidir. İş materiallarından görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında 07.07.2020-ci il tarixli, 21010782 №-li alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı özünə məxsus 3251 (üç min iki yüz əlli bir) manat (18 ay x 180 manat + 11 manat ilkin ödəniş) dəyərində əşyanı (LG markalı soyuducu, HOFFMANN markalı kondisioner və Philips markalı ətçəkən) hər ay 180 manat olmaqla 18 ay müddətinə ödəmək şərti ilə Cavabdeh satmışdır. Müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlində nəzərdə tutulmuşdur ki, alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 (bir) faizi həcmində penya ödəyir. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən cavabdeh 18 ay ərzində hər ay 180 manat ödəniş edilməlidir. İş materiallarından görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında 05.01.2020-ci il tarixli, 20014733 №-li alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı özünə məxsus 4399,2 (dörd min üç yüz doxsan doqquz manat iyirmi qəpik) manat (18 ay x 244,4 manat + 0 manat ilkin ödəniş) dəyərində əşyanı (İMEİ kodu **********11697 olan X4 10 markalı telefon, SONY markalı PLAYSTATİON və Playstation DİSK) hər ay 244,4 manat olmaqla 18 ay müddətinə ödəmək şərti ilə Cavabdeh satmışdır. Müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlində nəzərdə tutulmuşdur ki, alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 (bir) faizi həcmində penya ödəyir. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən cavabdeh 18 ay ərzində hər ay 244,4 manat ödəniş edilməlidir. İş materiallarında olan 16.10.2019-cu il tarixli təhvil-təslim aktına əsasən 00986310 nömrəli alqı-satqı müqaviləsi üzrə Speedy yumşaq markalı mebel əşyası təhvil-təslim aktına əsasən 16.10.2019-cu il tarixli, 00986310 nömrəli alqı-satqı müqaviləsi üzrə 1 ədəd Speedy yumşaq markalı mebel əşyası tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan 07.07.2020-ci il tarixli təhvil-təslim aktına əsasən 21010782 nömrəli alqı-satqı müqaviləsi üzrə LG markalı soyuducu, HOFFMANN markalı kondisioner, Philips markalı ətçəkən təhvil-təslim aktına əsasən 07.07.2020-ci il tarixli, 21010782 nömrəli alqı-satqı müqaviləsi üzrə LG markalı soyuducu, HOFFMANN markalı kondisioner, Philips markalı ətçəkən tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan 05.01.2020-ci il tarixli təhvil-təslim aktına əsasən 20014733 nömrəli alqı-satqı müqaviləsi üzrə İMEİ kodu **********11697 olan X4 10 markalı telefon, SONY markalı PLAYSTATİON və Playstation DİSK təhvil-təslim aktına əsasən 05.01.2020ci il tarixli, 20014733 nömrəli alqı-satqı müqaviləsi üzrə 1 ədəd İMEİ kodu **********11697 olan X4 10 markalı telefon, SONY markalı PLAYSTATİON və Playstation DİSK tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan ödəniş qəbzindən (№8********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 86,69 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan 03 noyabr 2021-ci il tarixli X2 əsasən Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 16.10.2019-cu il tarixli müqavilə üzrə alıcı Cavabdeh həmin müqavilə üzrə 718 manat ödənilməmiş borcu qalmış və ödənişləri gecikdirdiyinə görə ona 220 manat cərimə hesablanmışdır. Cəmi ödənilmiş məbləğ 1490 manat olmuşdur; 07.07.2020-ci il tarixli müqavilə üzrə alıcı Cavabdeh həmin müqavilə üzrə 2351,5 manat ödənilməmiş borcu qalmış və ödənişləri gecikdirdiyinə görə ona 540 manat cərimə hesablanmışdır. Cəmi ödənilmiş məbləğ 899,5 manat olmuşdur; 05.01.2020-ci il tarixli müqavilə üzrə alıcı Cavabdeh həmin müqavilə üzrə 2180,6 manat ödənilməmiş borcu qalmış və ödənişləri gecikdirdiyinə görə ona 658,9 manat cərimə hesablanmışdır. Cəmi ödənilmiş məbləğ 2218,6 manat olmuşdur. Ümumilikdə, hər üç müqavilə üzrə Cavabdeh 6669 manat borcu vardır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehlərə borcun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubları göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 568.1-ci və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. Mülki Məcəllənin 601.1-ci və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında əşyaların nisyə alqı-satqısı müqaviləsi bağlanmışdır. Müqavilə üzrə iddiaçı (satıcı) əşyaları alıcıya vermiş, lakin cavabdeh (alıcı) nisyə alqı-satqı müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun satıcı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar əsas borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 425, 427, 442, 448 və 600.4-cü maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi əşyaların dəyərinin ödənilməmiş hissəsini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə, həmçinin iddianın cərimənin ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Tərəflər arasında bağlanmış 16.10.2019-cu il tarixli, 07.07.2020-ci il və 05.01.2020-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəllərində göstərilmişdir ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. Məhkəmə, tərəflər arasında bağlanmış 16.10.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 220 manat cərimənin, 07.07.2020-ci il tarixli müqavilə üzrə hesablanmış 540 manat cərimənin və 05.01.2020-ci il tarixli müqavilə üzrə hesablanmış 658,9 manat cərimənin tənasübsüz yüksək olmasını nəzərə alaraq, 16.10.2019-cu il tarixli müqavilə üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və cərimənin 22 manat 07.07.2020ci il tarixli müqavilə üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və cərimənin 54 manat, 05.01.2020-ci il tarixli müqavilə üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və cərimənin 65 manat məbləğində müəyyən edilməsini, ədalətli və məqsədə müvafiq sayır. Beləliklə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 16.10.2019-cu il tarixli 00986310 nömrəli müqavilə üzrə 718 manat borc və 22 manat dəbbə pulu; 07.07.2020-ci il tarixli 21010782 nömrəli müqavilə üzrə 2351,5 manat borc və 54 manat dəbbə pulu; 05.01.2020-ci il tarixli 20014733 nömrəli müqavilə üzrə 2180,6 manat borc və 65 manat dəbbə pulu olmaqla, ümumilikdə 5391,1 (beş min üç yüz doxsan bir manat on qəpik) manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı tərəfindən ödənilmiş 86,69 manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsində qeyd olunmuşdur ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 16.10.2019-cu il tarixli 00986310 nömrəli müqavilə üzrə 718 (yeddi yüz on səkkiz) manat borc və 22 (iyirmi iki) manat dəbbə pulu; 07.07.2020-ci il tarixli 21010782 nömrəli müqavilə üzrə 2351,50 (iki min üç yüz əlli bir manat əlli qəpik) manat borc və 54 (əlli dörd) manat dəbbə pulu; 05.01.2020-ci il tarixli 20014733 nömrəli müqavilə üzrə 2180,60 (iki min yüz səksən manat altmış qəpik) manat borc və 65 (altmış beş) manat dəbbə pulu olmaqla, ümumilikdə 5391,10 (beş min üç yüz doxsan bir manat on qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 86,69 (səksən altı manat altmış doqquz qəpik) manat pul alınaraq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar