Məhkəmə qərarları › İş №2(004)-7344/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-7344/2021

06.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-7344/2021 06.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbinə” dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05.04.2020-ci il tarixli müqaviləsinə əsasən 2 ədəd TEFAL markalı izqara ücün 276.9 (iki yüz yetmiş altı manat doxsan qəpik) manat ödənilməmiş hissə 27 (iyirmi yeddi) manat cərimə, 18.07.2019-cu il tarixli müqaviləsinə əsasən LG markalı paltaryuyan üçün 222 (iki yüz iyirmi iki) manat ödənilməmiş hissə, 22 (iyirmi iki) manat cərimə və 04.01.2020-cu il tarixli müqaviləsinə əsasən JBL Flip markalı səsucaldıcı və SanDisk yaddaş kartı ücün üçün 87.1 (altımış yeddi manat on qəpik) manat ödənilməmiş hissə, 6 (altı) manat cərimə ümumilikdə 621 manat borc, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" MMC kiçik iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə 05.04.2020-ci il 18.07.2019-cu il və 04.01.2020-cu il tarixli müqavilələrə əsasən, 2 ədəd TEFAL markalı izqara,LG markalı paltaryuyan,JBL Flip markalı səsucaldıci və SanDisk yaddaş kartı,almış və nəticədə 621 (altı yüz iyirimi bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 05.04.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 589.6 (beş yez səksən doqquz manat altmış qəpik) manat (18 ay x 31.2 manat + 28 manat ilkin ödəniş) ədəd TEFAL markalı izqara üçün ümumilikdə, 303.9 (üç yüz üç manat doxsan qəpik) manat olmaqla ondan, 276.9 (iki yüz yetmiş altı manat doxsan qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 27 (iyirmi yeddi) manat cərimə miqdarında borc yaranmışdır, 18.07.2019-cu il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 1188 (min yüz səksən səkkiz) manat (18 ay x 66 manat + 0 manat ilkin ödəniş) LG markalı paltaryuyan markalı üçün ümumilikdə, 244 (iki yüz qırx dörd) manat olmaqla ondan, 222 ( iki yüz iyirmi iki) manat ödənilməmiş hissə, güzəşt olunaraq 22 (iyirmi iki) manat cərimə 04.01.2020-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 339.6 (üç yüz otuz doqquz manat altmış qəpik) manat (12 ay x 28.3 manat + 0 manat ilkin ödəniş) JBL Flip markalı səsucaldıci və SanDisk yaddaş kartı üçün ümumilikdə, 73.1(yetmiş üç manat on qəpik) manat olmaqla ondan, 67.1( altmış yeddi manat on qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 6 (altı) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1551.2 manat təşkil edir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının ərizəsinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 05.04.2020-ci il tarixli 20213161 nömrəli müqavilədən görünür ki, müqavilə əsasında Cavabdeh "xxxx" MMC-dən TEFAL markalı izqara almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 589.6 (beş yez səksən doqquz manat altmış qəpik) manat (18 ay x 31.2 manat + 28 manat ilkin ödəniş) ədəd TEFAL markalı izqara üçün ümumilikdə, 303.9 (üç yüz üç manat doxsan qəpik) manat olmaqla ondan, 276.9 (iki yüz yetmiş altı manat doxsan qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 27 (iyirmi yeddi) manat cərimə miqdarında borc yaranmışdır. İş materiallarına əlavə olunmuş 18.07.2019-cu il tarixli 00791063 nömrəli müqavilədən görünür ki, müqavilə əsasında Cavabdeh "xxxx" MMC-dən LG markalı paltaryuyan almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1188 (bir min yüz səksən səkkiz) manat (18 ay x 66 manat + 0 manat ilkin ödəniş) LG markalı paltaryuyan üçün ümumilikdə, 244 (iki yüz qırx dörd) manat olmaqla ondan, 222 ( iki yüz iyirmi iki) manat ödənilməmiş hissə, güzəşt olunaraq 22 (iyirmi iki) manat cərimə miqdarında borc yaranmışdır. İş materiallarına əlavə olunmuş 04.01.2020-cu il tarixli 20011655 nömrəli müqavilədən görünür ki , müqavilə əsasında Cavabdeh "xxxx" MMC-dən JBL Flip markalı səsucaldıci və SanDisk yaddaş kartı almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 339.6 (üç yüz otuz doqquz manat altmış qəpik) manat (12 ay x 28.3 manat + 0 manat ilkin ödəniş) JBL Flip markalı səsucaldıci və SanDisk yaddaş kartı üçün ümumilikdə, 73.1(yetmiş üç manat on qəpik) manat olmaqla ondan, 67.1( altmış yeddi manat on qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 6 (altı) manat cərimə miqdarında borc yaranmışdır. İş materiallarına əlavə olunmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdehə ünvanlanmış 01.10.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, qısa zaman ərzində ödəniş etməyəcəyi təqdirdə iddiaçı məhkəmədə mülki iddia qaldıracağı barədə Cavabdeh xəbərdar etmişdir. İş materiallarında olan "xxxx" tərəfindən təqdim olunmuş 03.11.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 05.04.2020-cu il tarixli 20213161 nömrəli müqavilə üzrə Cavabdeh 276.9 (iki yüz yetmiş altı manat doxsan qəpik) manat ödənilməmiş hissə, 27 (iyirmi yeddi) manat cərimə, 18.07.2019-cu il tarixli 00791063 nömrəli müqavilə üzrə 222 ( iki yüz iyirmi iki ) manat ödənilməmiş hissə, 22 (iyirmi iki) manat cərimə, 04.01.2020-ci il tarixli 20011655 nömrəli müqavilə üzrə 67.1 (altmış yeddi manat on qəpik) manat ödənilməmiş hissə 6 (altı) manat cərimə olmaqla ümumilikdə 621 (altı yüz iyirmi bir) manat borcu vardır. Beləliklə, müəyyən olundu ki, 05.04.2020-cu il tarixli 20213161nömrəli müqavilə üzrə Cavabdeh 276.9 (iki yüz yetmiş altı manat doxsan qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 27 (iyirmi yeddi) manat cərimə borcu yaranmışdır manat cərimə, 18.07.2019-cu il tarixli 00791063 nömrəli müqavilə üzrə 222 ( iki yüz iyirmi iki ) manat ödənilməmiş hissə, 22 (iyirmi iki) manat manat cərimə 04.01.2020-ci il tarixli 20011655 nömrəli müqavilə üzrə 67.1 (altmış yeddi manat on qəpik) manat ödənilməmiş hissə 6 (altı) manat cərimə olmaqla, ümumilikdə 621 (altı yüz iyirmi bir ) manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 05.04.2020-cu il tarixli 20213161 nömrəli müqavilə üzrə 276,90 manat ödənilməmiş hissə, 27 manat cərimə, 18.07.2019-cu il tarixli 00791063 nömrəli müqavilə üzrə 222 manat ödənilməmiş hissə, 22 manat cərimə, 04.01.2020-ci il tarixli 20011655 nömrəli müqavilə üzrə 67,10 manat ödənilməmiş hissə 06 manat cərimə olmaqla, cəmi 621 (altı yüz iyirmi bir) manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar