Məhkəmə qərarları › İş №2(004)-736/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-736/2023

14.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-736/2023 14.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi ilə, İddiaçı Cavabdeh2nə qarşı hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2nə qarşı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın ləğv edilməsi və hesablanmış zərərin silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Regional Qazın Satışı Departamentinin Xətai rayonu üzrə qrupu tərəfindən tərtib edilmiş və 13 aprel 2022- ci ildə departamentin rəisi tərəfindən təsdiq edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktın ləğv edilməsi və dəymiş ziyanın bərpasına dair Bakı Regional Qazın Satışı Departamentinin 29 aprel 2022- ci il tarixli tələbnaməsi ilə hesablanmış 4320 kub metr həcmində təbii qazın dəyəri kimi ondan tələb edilən borc məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 tərəfindən əsasız olaraq onun adına hesablanmış 518,4 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, əsas yaşayış yeri Bakı şəhəri, Zahid Xəlilov küçəsindəki 26 saylı evin 106-cı mənzili olsa da valideynlərindən miras qalmış Xətai rayonu, A.Qurban küçəsindəki 25 A saylı evin 89-cu mənzilində də vaxtaşırı yaşayır. 1976-ci ildə həmin ünvanda onun adıına qaz sayğacı qoyulmuş və abonent kodu verilmişdir. 15 mart 2022-ci il tarixdə mənzildə qoyulmuş G-4 markalı 1802AZ**********74 №-li qaz sayğacı onun və ailə üzvlərinin xəbəri olmadan dəyişdirilmək məqsədi ilə çıxarılmış və bu barədə ******* №-li akt tərtib edilmişdir.Həmin sayğacın yerinə Zenner G4T Smart markalı **********683 sayğac qoyulmuşdur. İstehlakçı kimi ona yeni **********10890 abonent kodu verilmişdir. 8 aprel 2022-ci il tarixdə Cavabdeh2 tərəfindən tərtib edilmiş Qaz sayğacının yoxlanılması barədə MSK-29/1710-01277-1 saylı aktda yoxlamanın nəticəsi olaraq qeyd edilmişdir ki, “sayğacda klapanının işləmə prinsipinə maneə törədən yad əşya (məftil) aşkar olunmuşdur. Bu aktda həmçinin qeyd edilir ki, sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir, yivli birləşmələri korroziyaya uğramış, sayğacın yaddaş arxivi oxundu, sayğaca istismar müddətində "ALARM" 1 rejimi aşkar olunmadı” 13 aprel 2022-ci ildə cavabdehin tərtib etdiyi ******* saylı aktda sözü gedən ünvanda 4 göz qaz peçi və kombi işlədildiyi yazılaraq bunlara müvafiq olaraq dəymiş zərərin hesablanması və ödənilməsi qeyd edilmişdir. Əslində mənzildə kombi mövcud deyildir. Həmin aktda həmçinin yazılmışdır ki, guya onun nümayəndəsi akta imza etməkdən imtina etmiş və aktın surəti ona verilmişdir. Həmin aktın tərtib edilməsindən də onun xəbəri olmamışdır. Qeyd etdiyi pozuntulara baxmayaraq barəsində tərtib edilən 29 aprel 2022-ci il tarixli tələbnamədə 4320 kub metr qazın dəyərinin, yəni 511,90 manatın tərəfimdən ödənilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “ Qazdan istifadə Qaydalarına əsasən o, bir istehlakçı kimi yalnız yol verdiyi təqsirli hərəkət və hərəkətsizliyə görə məsuliyyətə cəlb edilə bilər. Qeyd edilənlər onun məsuliyyətinbi istisna edir, yəni o, qaz paylayıcı qarşısında məsuliyyət daşımır: 1. Qaz sayğacının yoxlanılması barədə MCK-29/1710-01277-1 sayli aktla müəyyən olunmuşdur ki, onun mənzili üçün qoyulmuş sayğacın plombu salamatdır. Belə olan halda kimsənin sayğaca müdaxilə etməsi absurddur; Qaz sayğacının yoxlanılması cavabdehə məxsus laboratoriyada birtərəfli qaydada bizim iştirakımız olmadan həyata keçirilmiş və maraqlarına uyğun akt tərtib edilmişdir; 2. Qaz sayğacı mənzildən 20 m kənarda - həyət hasarının küçə tərəfində hündür yerdə qoyulmuşdur . Belə vəziyyətdə sayğaca müdaxilə mümkün deyildir; 3. Qazdan istifadə qaydalarının pozulması barədə akt da onun və yaxud ailə üzvlərinin və yaxud hal şahidlərinin iştirakı olmadan, yalnız cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş və imzalanmışdır. Həmin aktın tərtib edilməsindən o, sentyabr ayında xəbərdar olmuşdur. Bu barədə sənədləri cavabdehdən çətinliklə dekabr ayında əldə edə bilmişdir; 5. Sayğacın yoxlanılması barədə aktda həmçinin qeyd edilmişdir ki, onda yivli birləşmələr korroziyaya uğramışdır. Çox güman ki sayğacın düz işləməməsi onda olan bu qüsurla bağlı olmuşdur. Cavabdehin əməkdaşları bununla əlaqədar hərəkətsizliklərini ört-basdır etmək üçün qondarma dəlillə məsuliyyəti ona yönəltmişlər. İddiaçı həmçinin iddia ərizəsində səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etmiş və işə onun işirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır və buna görə də təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 15 mart 2022-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, iddiaçıya məxsus mənzilə quraşdırılmış qaz sayğacı yenisi ( Zenner G4 markalı smart tipli STS**********683 nömrəli) ilə əvəz edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azəriqaz” X1 sayğacının yoxlanılması barədə xx.xx.2022-ci il tarixli MSK-29/1710-01277-1 nömrəli aktın surətindən görünür ki, “Azəriqaz" İB-nin SOCAR**********30991710X01277 saylı, 29 mart 2022 ci il tarixli telefonoqramına əsasən 31 mart 2022 cı tarixində əhali sektorunda istismarda olan BRQS Departamentindən Metrologiya Departamentinə gətirilmiş iddiaşıya məxsus 1802AZ**********74 nömrəli sayğacın plombu kəsilərək G-4 SM/5673 saylı qutu açılmış və sayğaca baxış keçirilmişdir. Sayğacın klapanının işləmə prinsipinə maneə törədən yad əşya (məftil) aşkar olunmuşdur. Sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir, yivli birləşmələri korroziyaya uğramış, sayğacın yaddaş arxivi oxunmuş, sayğacd istismar müddətində "ALARM " 1 rejimi aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 13 aprel 2022-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, "Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən əsasən texniki baxış zamanı istehlakçı İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, A.Qurban küçəsindəki 25 A saylı evin 89 nömrəli mənzilinə quraşıdırılmış sayğacın klapanının işləmə prinsipinə maneə törədən yad əşya (məftil) aşkar olunmuşdur. Hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi aşkar edilmişdir. İş materiallarında olan 29 aprel 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 4320 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan abonentin saldosundan görünür ki, 2022-ci ilin aprel ayı üçün akt əsasında 4320 m3 sərf üçün 518,4 manat hesablanmışdır. İş materiallarında olan fotoşəkildən görünür ki, İddiaçı məxsus mənzilə qaz sayğacı evin yol tərəfdən hasarına quraşdırılmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9- cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, 15 mart 2022ci tarixdə iddiaçıya məxsus mənzilə quraşdırılmış qaz sayğacı yenisi ( Zenner G4 markalı smart tipli STS**********683 nömrəli)nilə əvəz edilmişdir.“Azəriqaz" İB-nin SOCAR**********30991710X01277 saylı, 29 mart 2022 ci il tarixli telefonoqramına əsasən 31 mart 2022 cı tarixində əhali sektorunda istismarda olan BRQS Departamentindən Metrologiya Departamentinə gətirilmiş iddiaşıya məxsus 1802AZ**********74 nömrəli sayğacın plombu kəsilərək G-4 SM/5673 saylı qutu açılmış və sayğaca baxış keçirilmişdir. Sayğaca baxış zamanı sayğacın klapanının işləmə prinsipinə maneə törədən yad əşya (məftil) aşkar olunmuşdur. Sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir, yivli birləşmələri korroziyaya uğramış, sayğacın yaddaş arxivi oxunmuş, sayğac istismar müddətində "ALARM " 1 rejimi aşkar olunmamışdır. "Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən texniki baxış zamanı istehlakçı İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, A.Qurban küçəsindəki 25 A saylı evin 89 nömrəli mənzilinə quraşıdırılmış sayğacın klapanının işləmə prinsipinə maneə törədən yad əşya (məftil) və hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi aşkar edilmişdir. İtirilmiş qazın bərpası üzrə 4320 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuş, 4320 m3 sərf üçün 518,4 manat hesablanmışdır. Həmçinin müəyyən edilmişdir ki, İddiaçı məxsus mənzilə qaz sayğacı mənzildən kənarda quraşdırılmışdır. Məhkəmə hesab edir ki, abonentin təqsirli hərəkəti (hərəkətsizliyi) sübuta yetirilmədən akt tərtib edilməsi və bununla da əsassız olaraq itirilmiş qazın bərpası məqsədilə abonentin hesabına 4320 m3 həcmində, 518,4 manat məbləğində borc daxil edilməsi qanunsuz və əsassız olmuşdur. Belə ki, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacı evdən kənarda yerləşir. “Qazdan istifadə Qaydaları”nın yuxarıda qeyd edilən normalarından da göründüyü kimi, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik qaz paylayıcının, yəni Cavabdeh2 İB-nin üzərinə düşür. Eyni zamanda, fiziki şəxs olan istehlakçıların sayğaclarının üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün Cavabdeh2 İB tərəfindən müvafiq örtüklə örtülməlidir. Həmçinin, təbii qazdan istifadə qaydalarının pozulması barədə müəyyən edilmiş formada tərtib edilməsi nəzərdə tutulmuş aktda həm aktı tərtib edən cavabdehin əməkdaşlarının, həm də istehlakçının iştirakı nəzərdə tutulmuşdursa, mütləq qaydada istehlakçının iştirakı təmin edilməli, akt hər iki tərəfin iştirakı qaydasında tərtib edilməlidir. Əks halda, aktda qeyd edilən pozuntu hallarının həqiqətən də baş verməsi və yaxud istehlakçı tərəfindən edilməsi halları ciddi şübhə doğurur. İş materiallarından görünür ki, sayğaca baxış iddiaçının, onun nümayəndəsinin və hal şahidlərinin iştirakı olmadan keçirilmiş, akt iddiaçının adına tərtib edilmiş, lakin onun tərəfindən imzalanmamışdır. Formal olaraq aktın isteklakçının nümayəndəsi qrafasında İddiaçı qeyd edilməklə, nümayəndənin aktı imzalamaqdan imtina etməsi qeyd edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, aktda qeyd edilən pozuntuların törədilməsində iddiaçının təqsiri sübut olunmadığından cavabdehin hesabladığı 518,4 manat borcun iddiaçıdan tələb etməsi əsassızdır. Odur ki, iddia tələbi təmin edilməli və ünvan 1 ünvanı üzrə İddiaçı (abonent kodu: **********10890 olan) əsassız hesablanmış 518,40 (beş yüz on səkkiz manat qırx qəpik) manat məbləğində borc silinməlidir. Məhkəmə həmçinin, qeyd edir ki, iddiaçı istehlakçı olduğundan və qanunla dövlət rüsumundan azad olunduğundan, məhkəmədə işə baxılması ilə əlaqədar dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilən qanuni əsaslar “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci (iddia qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu tutulur) və 9.1.5-ci maddəsində (istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar) nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanı üzrə İddiaçı (abonent kodu: **********10890 olan) əsassız hesablanmış 518.40 (beş yüz on səkkiz manat qırx qəpik) manat məbləğində borc silinsin. Cavabdeh2ndən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar