Məhkəmə qərarları › İş №2(004)-738/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-738/2024

30.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-738/2024 30.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “aktın ləğv edilməsi, akt əsasında hesablanmış debitor borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “aktın ləğv edilməsi, akt əsasında hesablanmış debitor borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, ona məxsus olan ünvan 1 ünvana xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 12960 m3 itirilmiş qazın bərpası üçün hesablanmış 1562,37 manat borcun - onun **********00060 nömrəli abunə hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, onunla Cavabdeh arasında mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair qazdan istifadə edilməsi barədə müqavilə bağlanıb və sayğac quraşdırılmışdır. Sayğac daim normal vəziyyətdə işləmişdir və ödənişlər sərfiyyata uyğun xx.xx.2022-ci ilədək, yəni sayğacda yanğın hadisəsi baş verdiyi vaxtadək ödənilmişdir. xx.xx.2022-ci il tarixə kimi onun borcu olmamışdır. Qeyd edir ki, o yanğın hadisəsi baş verən kimi dərhal Fövqəladə Hallar Nazirliyinə müaciət etmişdir. FHN əməkdaşları gəlmişlər və yanğın artıq onlar gələnə kimi qonşular tərəfindən söndürülmüşdür. Lakin FHN əməkdaşları yanğının sönməsinə baxmayaraq, cavabdehin əməkdaşlarının gəlməsini gözləmişlər. Cavabdehin əməkdaşları gələndən sonra yanmış qaz sayğacının aktlaşdıraraq söküb aparmışlar və yerinə yeni sayğac quraşdırmışlar. 2023-çü ilin sentyabr ayında cavabdehin əməkdaşları tərəfindən ona zəng gəlmiş və quraşdırılmış sayğacı çıxardaraq yerinə smart kart tipli sayğac quraşdırılması üçün gələcəklərini bildirmişdir. O, sayğacın yeni quraşdırıldığını və hansı səbəbdən yenisi ilə əvəz edilməli olduğunu soruşmuşdur. Cavabdehin əməkdaşları isə ona yanğın nəticəsində çıxarılmış sayğacın müayinə aktına əsasən borc yazıldığını və həmin borcun hissəhissə ödənişinin edilməsi üçün olduğunu qeyd etmişlər. O, cavabdeh idarəyə yaxınlaşmış və borcun silinməsini tələb etmişdir. Lakin cavabdeh borcu özləri silə bilmədiklərini və məhkəməyə müraciət etməsini ona bildirmişlər. Cavabdehin köhnə sayğacın müayinəsi zamanı guya aydın olmuşdur ki, sayğacın qoruyucu şüşəsi, plastmas plombu üst hissədən istilik nəticəsində yanmış və axış plastması boru oturacağından aralanmışdır. Bu səbəbdən və ona 12690 m3 qaz sərfiyyatı hesablamaqla 1562,37 manat borc yazılmışdır. Sayğac çıxarılmasına səbəb təbii hadisə nəticəsində baş vermiş yanğının nəticəsi olmuşdur. Hətta bu barədə ona cavabdehin əməkdaşları tərəfindən sentyabr ayında əlaqə saxlayan günə kimidə heç bir məlumat verilməmişdir Odur ki, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli akt və Cavabdeh “itirilmiş təbii qazın dəyərinin hesablanması” komissiyasının xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməsini və ona məxsus olan ünvan 2 ünvana xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 12960 m3 itirilmiş qazın bərpası üçün hesablanmış 1562,37 manat borcun - onun abunə hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktda göstərilmişdir ki, İddiaçı məxsus ünvan 1 ünvanda quraşdırılmış **********5 nömrəli qaz sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi zavod plastmas plombu üst hissədən istilik nəticəsində yanıb və çıxış plastmas boru oturacaqdan aralanıb. Dəymiş ziyanın hesablanıb ödənilməsi təmin edilsin. Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə göstərilir ki, Cavabdeh Qazın Satışı Departamentinin sənayə və məişət qaz sayğacların kalibrləmə laboratoriyasının xx.xx.2023-ciü il tarixli 29/1710-04382-1 nömrəli rəyinə əsasən G4 markalı **********5 nömrəli sayğaca baxış keçirilmiş və yoxlama zamanı müəyyən edilmişdir ki, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi zavod plastmas plombu üst hissədən istilik nəticəsində yanıb və çıxış plastmas boru oturacaqdan aralanıb. Beləliklə qaz sayğacının nominal qaz sərfi 6 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə (6 x 24 x 90 = 12960 m3) itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 12960 m3 qazın pulunun ödənilməsi tələb edilmişdir. Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Bakı Filialının xx.xx.2023-cü il tarixli 3-15-2-1/2-i-5132-5-2272/2023 saylı məktubundan müəyyən edilir ki, ünvan 3 ünvanda istismarda olan G-4 tipli **********5 nömrəli mexaniki tipli qaz sayğacı naməlum səbəbdən yandığı üçün xx.xx.2022-ci il tarixdə Cavabdehn (bundan sonra - Cavabdeh İB) nümayəndələri tərəfindən qaz xəttindən çıxarılaraq yeni G-4 tipli **********7 nömrəli mexaniki tipli qaz sayğacı quraşdırılmış və bu barədə “Qaz sayğacının çıxaılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nüməli akt tərtib edilmişdir. Cavabdeh İB-nin “Qaz sayğaclarının yoxlanması barədə” xx.xx.2023-cü il tarixli MSK-29/1710-0382-1 nömrəli sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi, zavod plastmas plombu üst hissədən istilik nəticəsində yandığı və çıxış plastmas borunun uturacaqdan aralandığı, həmçinin sayğacın hesablama mexanizminin iş prinsipinə maneə törədildiyi qeyd edilmişdir.İstehlakçının təqsirli hərəkətləri sübuta yetirilmədən xx.xx.2023-cü il tarixli ******* nömrəli təbii qazdan istifadə qaz həcmi hesablanmış və abonent hesabınıza 1555,20 manat borc əlavə edilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra qanun) 13-cü maddəsinin 8-ci bəndində əsasən, 8-1-ci hissədə nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayağacının göstəricilərinə əsasən hər ay üzrə hesablama və növbəti ayın 10-dək istehlaçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının isthlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Cavabdeh abonentə məxsus olan sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi zavod plastmas plombu üst hissədən istilik nəticəsində yandığı və çıxış plastmas boru oturacaqdan aralandığını qeyd etsə də, bu halın iddiaçı tərəfindən edildiyini, eyni zamanda plombların yerində olması zamanı abonentin belə bir müdaxilə edə biləcəyini hər hansı bir mötəbər sübutla əsaslandırmamışdır. Məhkəmə qeyd edir ki, sayğacın plombları yerində olduğuna və plombları sökmədən sayğacın çıxış plastmas boru oturacaqdan aralamaq mümkün deyildir. Sayğac xx.xx.2022-ci il tarixdə baş vermiş yanğın nəticəsində zədələnmiş və yararsız hala düşmüşdür. Sayğacın yanmasında iddiaçının təqsiri müəyyən edilməmişdir. Sayğacda yaranmış hər hansı bir təbii qüsura, aşınma zamanı əmələ gələn texniki nasazlığa görə sayğacdan keçən qazın mexanizm tərəfindən qeyd edilməməsinə abonent məsuliyyət daşımır. Həmçinin sayğacın dəyişdirilməsindən əvvəlki aylar və sonrakı aylar üzrə ödənişlər arasında ciddi fərqin olmaması bir daha abonentin sayğaca hər hansı bir müdaxilə etmədiyini təsdiq edir. Abonent istifadə etmədiyi 12960 m3 qaza görə hesablanmış borcun ödənilməsi üçün məsuliyyət daşımır. Çünki, istehlakçının təqsiri nəticəsində qaz sayğacına müdaxilə edilməsi sübuta yetirilməmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Habelə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi qismən təmin edilməli, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli akt və Cavabdeh “itirilmiş təbii qazın dəyərinin hesablanması” komissiyasının xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli, İddiaçı məxsus olan ünvan 1 ünvana xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 12960 m3 itirilmiş qazın bərpası üçün hesablanmış 1555,20 manat borc - istehlakçı İddiaçı **********00060 nömrəli abunə hesabından silinməlidir. İddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli akt və Cavabdeh “itirilmiş təbii qazın dəyərinin hesablanması” komissiyasının xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı məxsus olan ünvan 2 ünvana xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 12960 m3 itirilmiş qazın bərpası üçün hesablanmış 1555,20 (min beş yüz əlli beş manat iyirmi qəpik) manat borc - istehlakçı İddiaçı **********00060 nömrəli abunə hesabından silinsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar