Məhkəmə qərarları › İş №2(004)-751/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-751/2022

29.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-751/2022 29.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh MMC-nin direktoru X1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “qeyri-yaşayış sahəsinin təhvil verilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Əhmədov İddiaçı Cavabdeh MMC-yə qarşı “qeyri-yaşayış sahəsinin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh MMC arasında bağlanmış 04.07.2018-ci il tarixli 27 nömrəli müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən 10 mərtəbəli yaşayış binasının 1ci mərtəbəsində ümumi sahəsi 400 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsinin təhvil verilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh MMC arasında 04.07.2018-ci il tarixində mənzil tikintisi haqqında bağlanmış 27 nömrəli müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən 10 mərtəbəli yaşayış binasında payçı kimi müqavilə imzalanmışdır.Müqavilənin əsas predimeti ünvan 1 ünvanında yerləşən 10 mərtəbəli yaşayış binasında ümumi sahəsi 400 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsidir. İlk olaraq həmin tarixdə müqaviləyə uyğun olaraq 400 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinin hər 1 kv.metrrəsi üçün 2200 manat olmaqla 880000 manat məbləğində ödəniş edilmiş və bununla bağlı iddiaçıya Cavabdeh MMC tərəfindən 04.07.2018-ci il tarixli maliyyə arayışı verilməklə qeyri-yaşayış sahəsinin pay dəyəri tam ödənilmişdir. Onun tərəfindən müqavilə üzrə öhdəlikləri yerinə yetirilmiş, cavabdeh isə icraçı olaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Belə ki, qeyd olunan müqavilənin 1.2-ci bəndinə görə “icraçı” öhdəsinə götürür: a) tikintinin xarici təxribatı və daxili arakəsmələr; b) giriş dəmir seyf qapısının qoyulması; c) mənzillərə elektrik enerjisi, qaz, su, kanalzasiya xətlərinin çəkilməsi, divarların suvaq edilməsi, pəncərələrin qoyulması və şüşələnməsi. Həmçinin, qeyd olunan müqavilənin 1.3-cü bəndinə görə, “payçı” öhdəsinə götürür: müqavilədə göstərilmiş məbləği vaxtında və tamamilə ödəməyi öhdəsinə götürür, mümkün olmadıqda müqavilə ləğv olunur və “payçı”-nın pulu başqa payçı ilə əvəzləşəndən sonra geri qaytarılır; b) ödəmələr qarşılıqlı razılaşma əsasında həll edilir; c) tikinti müddətində təhvil verilir. Lakin MTK binanın tikintisini müqavilədə göstərilən müddətdə başa çatdırılsa da, tərəfindən müqavilə şərtləri qeyd-şərtsiz icra olunsa da, cavabdehin məsuliyyətsiz davranışından, heç bir səbəb göstərilmədən binanı tikib başa çatdırılmasına baxmayaraq, təhvil-təslim verməməsi onun hislərini tar-mar etmişdir. Buna görə də o, müqavilədə halalzəhmətlə, qəpik-qəpik yığaraq ödədiyi pula aldığı göstərilən ünvanda yerləşən ünvan 1 ünvanında yerləşən 10 mərtəbəli yaşayış binasında ümumi sahəsi 400 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsinə görə MTK tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməməsinə görə dəfələrlə müraciəti nəticəsiz qalmışdır.Axırıncı dəfə yenə məsələyə aydınlıq gətirmək üçün qeyri-yaşayış sahəsinin təhvil verilməsini tələb etsə də, MTK rəhbərliyi onu qəbul etməmiş, müqavilə öhdəliyini yerinə yetirməkdən qərəzli olaraq boyun qaçırmışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC-nin direktoru X3 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, müqaviləni o imzalamışdır. Belə ki, İmran adlı şəxs ona 50000 manat ödəniləcəyini bildirmişdir. Məhkəmə iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 04.07.2018-ci il tarixli müqaviləyə əsasən “icraçı” Cavabdeh MMC ünvan 1 ünvanında inşa edilən 10 mərtəbəli yaşayış binasının 1-3-cü blokunda 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 400 kv.metr olan qeyri-yaşayış sahəsini “payçı” İddiaçı verilməsi öhdəliyini üzrərinə götürmüşdür. Həmin müqavilənin şərtlərinə əsasən qeyri-yaşayış sahəsinin 1 kv.m. üçün qiyməti 2200 manat olmaqla, ümumi dəyəri 880000 manat təşkil edir. İş materiallarında olan Cavabdeh MMC-nin direktoru T.A.Səlimov tərəfindən verilmiş 04.07.2018-ci il tarixli 27 nömrəli maliyyə arayışının surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında inşa edilən 10 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi sahəsi 400 kv.metr olan qeyri-yaşayış sahəsinin dəyərini tam şəkildə ödəmişdir. Həmin sahəyə görə borcu qalmamışdır. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Mülki Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Mülki Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülki Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25.10.2010-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi, həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “İnsan Hüquqlarının və X2 haqqında” Avropa Konvensiyasının 8.1-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və X2 haqqında” Avropa Konvesiyasının 20.03.1952-ci il tarixli 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətinin maraqları naminə, qanunla və beynalxalq hüququnun ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən mərhum edilə bilməz. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Başqa sözlə, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilməsini qadağan edir. Bu zaman ən mühüm amil fərdin mülkiyyət hüququ ilə, həmin hüququ məhdudlaşdıran maraqlar arasında ədalətli tarazlığın müəyyən edilməsi və gözlənilməsidir. Mülki Məcəllənin 5.3-cü maddəsində mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borclu olmaları öz təsbitini tapmışdır. Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Mülki Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh MMC ilə aralarında bağlanmış müqavilə üzrə müəyyən edilmiş məbləği tam şəkildə ödəməklə mübahisəli qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququ əldə etmişdir. İddiaçı müqavilə üzrə razılaşdırılmış məbləği vaxtında ödəsə də, Cavabdeh MMC iddiaçı qarşısında götürdüyü öhdəliyi yerinə yetirməyərək, müqavilə üzrə ünvan 1 ünvanında inşa edilən 10 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi sahəsi 400 kv.metr olan qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməmişdir. Cavabdeh iddiaçı qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün iddiaçının pay dəyərini tam ödədiyi qeyri-yaşayış sahəsinin ona təhvil verilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Bu qənaətə gələrkən məhkəmə həm də nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək, ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə 17.01.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə 01.10.1982ci il tarixli qərarı; “X4rşı” işi üzrə 26.10.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 04 iyul 2018-ci il tarixli 27 saylı müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən 10 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 400 kv. metrdən ibarət olan qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdehdən tələb edilmədiyindən iddiaçının özünə aid olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 04 iyul 2018-ci il tarixli 27 saylı müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən 10 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 400 kv. metrdən ibarət olan qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulsun. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar